Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1333/2021 01.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – ASC) Cavabdeh qarşı “kredit borcunun qaytarılması barədə” tələbinə dair iddia üzrə mülki iş üzrə (Açar sözlər: iddia- kredit borcunun qaytarılması, ödənilməmiş borcun ödənilməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Qax Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(024)-281/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 11 fevral 2015-ci il tarixli, ******* nömrəli kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən ödənilməmiş qalan 83.87(səksən üç manat səksən yeddi qəpik) manat məbləğində əsas borc, 344.17(üç yüz qırx dörd manat on yeddi qəpik) manat məbləğində cərimə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 10.40(on manat qırx qəpik) manat faiz borcu və 20(iyirmi) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi – 458.44(dörd yüz əlli səkkiz manat qırx dörd qəpik) manat pul vəsaiti alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC Zaqatala filialı ilə Cavabdeh arasında bağlanmış 11 fevral 2015-ci il tarixli, ******* nömrəli kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən cavabdehə 36 ay müddətinə 300 manat məbləğində kredit xətti açılmışdır. Kredit müqaviləsinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq cərimələri ödəmək barədə öhdəlik götürsə də, o bu öhdəliyi yerinə yetirməmişdir. Kredit müqaviləsinin 3.1-ci, 3.4-cü və 3.5-ci bəndlərinə əsasən, borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********813 saylı 21.12.2020-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Mübahisənin məhkəmədən kənra həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişlər. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Birinci instansiya məhkəməsində icraat Qax Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(024)-281/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, xx.xx.1990-cı ildə Qax rayonu İlisu kəndində anadan olmuş, Qax rayonu Ağyazı kəndində qeydiyyatda olan Cavabdeh 11 fevral 2015-ci il tarixli, ******* nömrəli kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən ödənilməmiş qalan 83.87(səksən üç manat səksən yeddi qəpik) manat məbləğində əsas borc, 344.17(üç yüz qırx dörd manat on yeddi qəpik) manat məbləğində cərimə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 10.40(on manat qırx qəpik) manat faiz borcu və 20(iyirmi) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi – 458.44(dörd yüz əlli səkkiz manat qırx dörd qəpik) manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASCnin xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı cavabdehə 36 ay müddətinə 300 manat məbləğində kredit xətti açmış və həmin məbləğ kredit xəttinin limiti kimi müəyyən edilmişdir. Cavabdeh bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdehin 18.12.2020-ci il tarixinə 83.87(səksən üç manat səksən yeddi qəpik) manat məbləğində əsas borc, 344.17(üç yüz qırx dörd manat on yeddi qəpik) manat məbləğində cərimə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 10.40(on manat qırx qəpik) manat faiz borcu və 20(iyirmi) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi – 458.44(dörd yüz əlli səkkiz manat qırx dörd qəpik) manat ödənilməmiş borcu vardır. Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş kredit öhdəlikləri vardır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; İddia təmin edilməli, Cavabdeh 11 fevral 2015-ci il tarixli, ******* nömrəli kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən ödənilməmiş qalan 83.87(səksən üç manat səksən yeddi qəpik) manat məbləğində əsas borc, 344.17(üç yüz qırx dörd manat on yeddi qəpik) manat məbləğində cərimə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 10.40(on manat qırx qəpik) manat faiz borcu və 20(iyirmi) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi – 458.44(dörd yüz əlli səkkiz manat qırx dörd qəpik) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 425.1-ci, 442-ci, 443.1-ci, 445.1-ci, 445.7-ci, 448.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, apelyator gündəlik 6 manatdan çobanlıq edir, qətnamədə göstərilən məbləği ödəmək üçün maddi imkan yoxdur, anası xəstə, atası isə əlildir, bundan əlavə qardaşı İkinci Qarabağ müharibəsində iştirak etmiş və yaralanmışdır. Odur ki, o, Qax Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(024)- 281/2021 saylı qətnaməsinin ləğv edilməsini və 344.17(üç yüz qırx dörd manat on yeddi qəpik) manat məbləğində cərimə borcunun silinməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəmə kollegiyasına apellyasiya şikayəti ilə bağlı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Qax Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(024)-281/2021 saylı qətnaməsinin ləğv edilməsini və 344.17(üç yüz qırx dörd manat on yeddi qəpik) manat məbləğində cərimə borcunun silinməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 465.2-ci maddəsində göstərilir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lаzımınca icrа etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ vаrsа, kreditor onun ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci mаddəsinə əsasən, məhkəmə işin hаllаrını nəzərə аlаrаq tənаsübsüz surətdə yüksək dəbbə pulunu аzаldа bilər. Tənаsüb müəyyənləşdirilərkən kreditorun həm əmlаk mənаfeləri, həm də bütün əsаslı mənаfeləri nəzərə аlınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirməsə də, qətnamənin tamamilə ləğv edilməsini xahiş edir. Kollegiya bununla bağlı qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Qax Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(024)-281/2021 saylı qətnaməsinin apelyator tərəfindən mübahisələndirilən hissəsinə münasibətdə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə 344.17(üç yüz qırx dörd manat on yeddi qəpik) manat məbləğində cərimə borcunun müəyyən edilməsi hissəsində işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Qax Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(024)-281/2021 saylı qətnaməsi dəyişdirilməli, 344.17(üç yüz qırx dörd manat on yeddi qəpik) manat məbləğində cərimə borcunun 300 (üç yüz) manatı silinməli, cərimə borcu 44.17(qırx dörd manat on yeddi qəpik) məbləğində müəyyən edilməlidir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı cavabdehə 36 ay müddətinə 300 manat məbləğində kredit xətti açmış və həmin məbləğ kredit xəttinin limiti kimi müəyyən edilmişdir. Cavabdeh bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdehin 18.12.2020-ci il tarixinə 83.87(səksən üç manat səksən yeddi qəpik) manat məbləğində əsas borc, 344.17(üç yüz qırx dörd manat on yeddi qəpik) manat məbləğində cərimə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 10.40(on manat qırx qəpik) manat faiz borcu və 20(iyirmi) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi – 458.44(dörd yüz əlli səkkiz manat qırx dörd qəpik) manat ödənilməmiş borcu vardır. Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş kredit öhdəlikləri vardır. ”Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti qismən əsaslıdır. Belə ki, cavabdehin 83.87(səksən üç manat səksən yeddi qəpik) manat məbləğində əsas borcu olmağına baxmayaraq, 344.17(üç yüz qırx dörd manat on yeddi qəpik) manat məbləğində cərimə borcu hesablanmışdır. Cavabdehin maddi vəziyyəti də diqqətə alınaraq, məhkəmə kollegiyası hesab edir ki, 344.17(üç yüz qırx dörd manat on yeddi qəpik) manat məbləğində cərimə borcunun 300 (üç yüz) manatı silinməli, cərimə borcu 44.17(qırx dörd manat on yeddi qəpik) məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qax Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(024)-281/2021 saylı qətnaməsi dəyişdirilməli, 344.17(üç yüz qırx dörd manat on yeddi qəpik) manat məbləğində cərimə borcunun 300(üç yüz) manatı silinməli, cərimə borcu 44.17(qırx dörd manat on yeddi qəpik) məbləğində müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, 402-403 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Qax Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(024)-281/2021 saylı qətnaməsi dəyişdirilsin. Qax Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(024)-281/2021 saylı qətnaməsinə əsasən müəyyən edilmiş 344.17(üç yüz qırx dörd manat on yeddi qəpik) manat məbləğində cərimə borcunun 300 (üç yüz) manatı silinsin, cərimə borcu 44.17(qırx dörd manat on yeddi qəpik) məbləğində müəyyən edilsin. 83.87 (səksən üç manat səksən yeddi qəpik) manat məbləğində əsas borc, 44.17(qırx dörd manat on yeddi qəpik) manat məbləğində cərimə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 10.40(on manat qırx qəpik) manat faiz borcu və 20(iyirmi) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi – 158.97 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən kassasiya şikayəti verə bilməz. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1333/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1333/2021
01.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver