Məhkəmə qərarları › İş №2(107)-1334/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1334/2020

12.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1334/2020 12.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Əliyev Fərid Mehdi oğlunun katibliyi və iddiaçı X7 Təşkilatı «xxxx» MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı BOKT «X6» MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sadiq oğluna qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-cu il tarixli, 2(051)-591/2020 nömrəli qətnaməsindən Cavabdeh2 Sadiq oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-cu il tarixli, 2(051)-591/2020 nömrəli qətnaməsi ilə (hakim Hüseyn Mirzəliyev) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 585.89 manat məbləğdə əsas borc və 10 manat məbləğdə cərimə pulu olmaqla, cəmi 595.89 manat məbləğdə borcun hesablanıb X7 Təşkilatı «xxxx» MMC-nə verilməsi, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun cavabdehlərdən tutulub X7 Təşkilatı «xxxx» MMC-nə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları X7 Təşkilatı «X6» MMC-nin nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 585.89 manat məbləğdə əsas borc, 146.47 manat məbləğdə cərimə pulu olmaqla, cəmi 732.36 manatın və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun müştərək qaydada tutularaq X7 Təşkilatı «X6» MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadına əsasən iddiaçı X7 Təşkilatı «X6» MMC hüquqi varisi X7 Təşkilatı “xxxx” MMC ilə əvəz edilmişdir. Birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin iclаsında X7 Təşkilatı «xxxx» MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 verdiyi izahatında göstərmişdir ki, Cavabdeh1 X7 Təşkilatı «X6» MMC ilə xx xxxxxxx 2016-cı il tarixdə LD16287/00081 saylı kredit müqaviləsi bağlayaraq, 15 ay müddətinə, illik 0 % dərəcəsi tətbiq olunmaqla 792 manat məbləğdə kredit götürmüşdür. Eyni zamanda Cavabdeh2 həmin tarixdə zaminlik müqaviləsi bağlamış və Cavabdeh1 ilə birlikdə bank qarşısında öhdəlik daşımağı üzərinə götürmüşdür. Lakin cavabdehlər müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, banka ödəniş planıüzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmamış və onların banka 585.89 manat məbləğdə əsas borc və 146.47 manat məbləğdə cərimə pulu olmaqla, cəmi 732.36 manat məbləğdə borcu yaranmışdır. Buna görə də, Cavabdeh1 və Cavabdeh2 585.89 manat məbləğdə əsas borc və 146.47 manat məbləğdə cərimə pulu olmaqla, cəmi 732.36 manatın və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun müştərək qaydada tutularaq X7 Təşkilatı «xxxx» MMCnin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh2 Sadiq oğlu аpelyаsiyа şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh2 Sadiq oğlu apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə işə baxarkən verilmiş iddianı qismən təmin etsə də, mülki işi ətraflı və obyektiv araşdırmadığı üçün qanuna zidd qətnamə çıxarılmışdır. MM-nin 477-ci maddəsində zaminliyə xitam verilməsi göstərilmişdir. Cavabdehlə iddiaçı arasında xx xxxxxxx 2016-cı il tarixdə 15 ay müddətinə kredit müqaviləsi bağlanmışdır. Bu müddət 2018-ci ilin yanvar ayının 12-də bitmişdir. Bu müddət bitəndən 2 il sonra iddiaçı tərəf məhkəməyə yuxarıda qeyd olunan iddia ilə müraciət etmişdir. Hakim verilmiş iddianı ətraflı araşdırmadığından və yuxarıda qeyd etdiyi MM-nin 477.0.4-cü maddəsini nəzərə almadan onun da üzərinə öhdəlik qoymuşdur. Yuxarıda qeyd olunan MM-nin zaminliyə xitam verilməsi ilə bağlı 477.0.4-cü maddəsində göstərilmişdir ki, “Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda.” Bu da onu göstərir ki, onun zaminlik öhdəliyi 2 ildən çoxdur ki, bitmişdir və borclu Cavabdeh1 iddiaçı ilə bağladığı kredit müqaviləsinin müddəti keçdiyi üçün zamin heç bir öhdəlik daşımır. X7 Təşkilatı “xxxx” MMC-nin borclu Cavabdeh1 qızna qarşı verdiyi iddiada müddət keçdiyi üçün o, zamin kimi cəlb olunmalı deyildi. Lakin, bu fakt məhkəmə qətnaməsində öz əksini tapmamışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini,Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-cu il tarixli, 2(051)-591/2020 nömrəli qətnaməsininona münasibətdə ləğv edilməsini və iş üzrə həmin hissədə yeni qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı X7 Təşkilatı «xxxx» MMC-nin nümayəndəsi X3 izahat verərək apelyasiya şikayətinin təmin olumamasını və Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-cu il tarixli, 2(051)-591/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sadiq oğlu lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh2 Sadiq oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmalı, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-cu il tarixli, 2(051)- 591/2020 nömrəli qətnaməsi qismən-Cavabdeh2 Sadiq oğluna aid iddianın təmin olunmuş hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan X7 Təşkilatı «X6» MMC-nin xx xxxxxx 2018-ci il tarixli cədvəlindən görünür ki, Cavabdeh1 həmin tarixə cəmi 732.36 manat miqdarda borcu yaranmışdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda göstərilən maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görəöhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olması müəyyən edilmişdir. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 467-ci maddəsinin tələbinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 470-ci maddəsində zaminlik müqaviləsinə verilən tərifə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda göstərilən zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmadığına görə zamin borclu ilə kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulmasıüzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuşşəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılmasıüçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, X1 xx xxxxxxx 2016-cı il tarixdə X7 Təşkilatı «X6» MMC ilə LD/16287/00081 saylı kredit müqaviləsi bağlayaraq, 15 ay müddətinə, illik 0 % faiz dərəcəsi tətbiq olmaqla 792 manat məbləğdə kredit götürmüşdür. Həmin tarixdə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlamış və zamin Cavabdeh1 ilə bank qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Cavabdeh1 həmin tarixə cəmi 732.36 manat miqdarda borcu yaranmışdır. Cavabdeh1 ilə bağlanmış müqavilənin şərtinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, iddiaçı borcalanlara krediti ödəmədikləri üçün 146.47 manat məbləğdə cərimə hesablanmışdır. Lakin birinci instansiya məhkəməsi borcluya 146.47 manat məbləğdə dəbbə pulunun artıq hesablandığı qənaətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğdə pul vəsaiti də borclulardan kreditorun xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı Cavabdeh2 Sadiq oğluna aid hissədə də təmin etməklə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmiş, ona münasibətdə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilməmiş və qətnamə qəbul edərkən maddi və prsessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla apelyasiya şikayətinin təmin edilməsinə, qətnamənin qismən ləğv olunmasına və qətnamənin ləğv edilən hissəsində iddianın rədd olunmasına əsas olan hallar müəyyən edilmişdir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, X1 xx xxxxxxx 2016-cı il tarixdə X7 Təşkilatı «X6» MMC ilə LD/16287/00081 saylı kredit müqaviləsi bağlayaraq, 15 ay müddətinə, illik 0 % faiz dərəcəsi tətbiq olmaqla 792 manat məbləğdə kredit götürmüşdür. Həmin tarixdə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlamış və zamin Cavabdeh1 ilə bank qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin tələbi baxımından da, hesab edir ki, hazırki iş üzrə iddiaçı X7 Təşkilatı «X6» MMC xx xxxxxxx 2016-cı il tarixli LD/16287/00081 saylı kredit razılaşması üzrə 585.89 manat məbləğdə əsas borc və 146.47 manat məbləğdə cərimə pulu olmaqla, cəmi 732.36 manatı və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulu Cavabdeh2 Sadiq oğlundan tələb etməkdə və məhkəmə iddia tələbini ona aid hissədə də, qismən təmin etməkdə haqlı olmamışdır. Çünki, həmin müqavilə üzrə kredit 15 ay müddətinə verildiyindən yuxarıda göstərilən maddənin tələbinə görə iddiaçı cavabdehə qarşı iddianı borcun ödənilməsinin müddətinin bitdiyi xx xxxxxx 2018-ci ildən bir il keçənədək yəni, xx xxxxxx 2019-cu ilədək məhkəmədə iddia qaldıra bilərdi. Həmin maddədə göstərilir ki, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edirki, birinci instansiya məhkəməsi iddianı Cavabdeh2 Sadiq oğluna aid hissədə də qismən təmin etməklə düzgünnəticəyəgəlmədiyindən və ona aid hissədə qətnаmə fаktlаr nöqteyinəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilmədiyindən, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh2 Sadiq oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmalı, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-cu il tarixli, 2(051)-591/2020 nömrəli qətnaməsi qismən-Cavabdeh2 Sadiq oğluna aid iddianın təmin olunmuş hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia həmin hissədə rədd edilməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-ci maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırki iş üzrə iddia tələbinin həcmi 2000 manatdan az olduğundan qəbul ediləcək qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 Sadiq oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-cu il tarixli, 2(051)-591/2020 nömrəli qətnaməsi qismən-iddianın Cavabdeh2 Sadiq oğluna aid təmin olunmuş hissəsində və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun ondan da tutulması hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı BOKT «X6» MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sadiq oğluna qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi tələbinə dair iddiası Cavabdeh2 Sadiq oğluna aid hissədə rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsn. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar