Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1337/2021 14.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Nurmamedova (Muradova) Rihlət Rəcəb qızının Cavabdeh qarşı “alimentin miqdarının artırılması və uşağın müalicəsi üçün əlavə xərclərin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- alimentin miqdarının artırılması, uşağın müalicə xərci) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Cavabdeh nümayəndələri X11 və X2 iştirakları ilə, Balakən Rayon Məhkəməsinin 2(019)- 381/2021 saylı, 22 aprel 2021-ci il tаrixli qətnaməsindən iddiaçı Nurmamedova (Muradova) Rihlət Rəcəb qızı tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Nurmamedova (Muradova) X6 İlqar Oruc oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra tələbin azaldılması barədə məhkəməyə ərizə verərək, iddiaçı Nurmamedova (Muradova) Rihlət Rəcəb qızının əmək qabiliyyətinin tam bərpa olunanadək Cavabdeh hər ay 250 manat alimentin tutularaq, iddiaçı Nurmamedova (Muradova) Rihlət Rəcəb qızına ödənilməsi tələbi hissəsində iddianın həcmini azaldaraq, alimentin miqdarının artırılaraq, 29 sentyabr 2005-ci ildə doğulmuş X8, 01 may 2007-ci ildə doğulmuş X12 və 03 sentyabr 2014-cü ildə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 175 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı Nurmamedova (Muradova) Rihlət Rəcəb qızına ödənilməsi və 29 sentyabr 2005-ci ildə doğulmuş X4 müalicəsi üçün Cavabdeh hər ay əlavə 100 (bir yüz) manat müalicə xərcinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq, iddiaçı Nurmamedova (Muradova) Rihlət Rəcəb qızına ödənilməsi barədlə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Muradov X9 rayon İtitala kənd sakini olmaqla 2007-ci ildən etibarən Rusiya Federasiyasında ticarətlə məşğul olur. Cavabdeh 2019-cu ilədək müxtəlif vaxtlarda Azərbaycan Respublikası ərazisinə gəlmiş, 2019-cu ildən sonra daimi olaraq Rusiya Federasiyasında yaşamış, həmin vaxtdan sonra Azərbaycan Respublikası ərazisinə qayıtmamışdır. Balakən Rayon Məhkəməsinin 26 iyul 2019-cu il tarixli, 2(019)- 517/2019 saylı qətnaməsinə əsasən, onunla Cavabdeh arasında bağlanmış 17 iyun 2005-ci il tarixdə Balakən rayon İtitala kənd inzibati ərazi dairəsində 10 nömrə ilə qeydə alınmış nikah pozulmuş, onların birgə nikahdan olan uşaqları - 29 sentyabr 2005-ci ildə doğulmuş X8, 01 may 2007-ci ildə doğulmuş X12 və 03 sentyabr 2014-cü ildə doğulmuş X13 anası Nurmamedova (Muradova) Rihlət Rəcəb qızının yanında saxlanılmış, 05 aprel 2019-cu il tarixdən başlayaraq 29 sentyabr 2005-ci ildə doğulmuş X8, 01 may 2007-ci ildə doğulmuş X12 və 03 sentyabr 2014-cü ildə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 150 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya verilməsi qət edilmişdir. İddiaçı 11 aprel 2020-ci il tarixdən Balakən rayonu Məşğulluq mərkəzində işsiz kimi qeydiyyata alınmışdır, hazırda işləmir. Balakən Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 2(019)- 386/2020 saylı qətnaməsinə əsasən, iddiaçı Cavabdeh Nurmamedova (Muradova) Rihlət Rəcəb qızına qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası təmin edilməmiş, Şəki Apelyasiya Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli 2(107)- 1495/2020 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh apelyasiya şikayəti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli 2(019)- 386/2020 saylı qətnaməsi dəyişdirilərək, 29 sentyabr 2005-ci ildə doğulmuş X8, 01 may 2007-ci ildə doğulmuş X12 və 03 sentyabr 2014-cü ildə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün 120 manat olmaqla, ümumilikdə 360 manat pul vəsaitinin alınaraq onun xeyrinə verilməsi qət edilmişdir.İddiaçı 21 iyul 2020-ci il tarixdə avtomobil qəzası keçirmiş, 23 iyul 2020-ci il tarixdə sol bu sümüyünün intramedulyar osteosintezi cərrahi əməliyyatı olmuşdur. Əməliyyat nəticəsində onun sol bud sümüyünə metal mil qoyulmuşdur. 31 avqust 2020-ci il tarixdə iddiaçı yenidən müayinədən keçmişdir. Həmin tarixdən 6 ay müddətinə sol aşağı ətrafa yük verməmək, fiziki islərdən azad olunmaq, istirahət rejiminə əməl etmək müəyyən olunmuşdur və daimi müalicəyə ehtiyacı vardır. Müalicə olunmayacağı təqdirdə zamanla gözün akkomodasiya qabiliyyəti zəifləyəcək, büllur, buynuz qişasının astiqmatizmini kompensasiya etmək bacarığını itirəcəkdir. Cavabdeh 2007-ci ildən etibarən Rusiya Federasiyasında ticarətlə məşğuldur, 2019-cu ildən sonra daimi olaraq Rusiya Federasiyasında yaşayır. Bu isə onun maddi gəlirinin müəyyən edilməsini mümkünsüz edir. Buna baxmayaraq hazırda 2021-ci il üçün ölkə üzrə yaşayış minimumu uşaqlar üçün 175 manat müəyyən edilmişdir. Hazırda cavabdeh tərəfindən hər ay hər uşaq üçün 120 manat ödənilməsi uşaqların maddi vəziyyətinin təmin edilməsinə kifayət etmir. Nəticədə, uşaqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququndan məhrum olur. Bu səbəbli cavabdehdən ölkə üzrə yaşayış minimumu uyğun olaraq hər ay hər uşaq üçün 175 manat tutularaq iddiaçıya ödənilməsi qanuni və əsaslıdır. Birinci instansiya məhkəməsində icraat Balakən Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tаrixli, 2(019)-381/2021 saylı qətnaməsi ilə (hakim Z.Tahirov) iddia qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2(107)-1495/2020 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsi, (artırılması) 29.09.2005-ci ildə doğulmuş X8, 01.05.2007-ci ildə doğulmuş X12 və 03.09.2014-cü ildə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh hər ay hər bir uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla ümumilikdə 420 manat sabit pul məbləğində alimentin alınaraq, iddiaçı Nurmamedova (Muradova) Rihlət Rəcəb qızına ödənilməsi, Cavabdeh iddianın təmin olunmuş hissəsinə münasib olaraq ödənilmiş 20,16 manat dövlət rüsumunun alınaraq, iddiaçı Nurmamedova (Muradova) Rihlət Rəcəb qızına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilimişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, müalicə xərcləri tələb edilən X8 29 sentyabr 2005-ci il tarixdə doğulmaqla yetkinlik yaşına çatmayan şəxsdir. Həmin uşaq üçün də əlavə hər ay müalicə xərclərinin tutulması üçün onun ağır xəstə olması, şikəst olması və yetkinlik yaşına çatdığı təqdirdə övladın əmək qabiliyyətinin olmaması və maddi yardıma ehtiyacının olması halları qanunda nəzərdə tutulmuş mütləq şərtlərdir. Lakin iş materiallarında müalicə xərcləri tələb edilən X4 qanunla müəyyən olunmuş ağır xəstələrin siyahısında qeyd olunan ağır xəstə olması və ya şikəst olması və onun üçün hər ay 100 manat müalicə xərclərinin tutulmalı olmasını təsdiq edən ekspertiza rəyi, həkim komissiyasının rəyi və digər hər hansı sübut yoxdur və iddiaçı və onun nümayəndəsi-vəkili tərəfindən belə sübutlar məhkəməyə təqdim olunmamışdır. Halbuki qanuna görə (MPMnin 77.1-ci maddəsi) iddia tələbinin əsaslandırıldığı halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Bu xüsusda iddiaçı tərəfin təqdim etdiyi 13.04.2021-ci il tarixli eynək üçün resept, 13.04.2021-ci il tarixli resept blankı, 14.04.2021- ci il tarixli 3 qəbz məhkəmə tərəfindən bu iddia tələbinin təsdiqi üçün mötəbər sübutlar kimi qəbul olunmur. Belə ki, həmin resept, resept blankı və qəbzlər X4 qanunla müəyyən olunmuş ağır xəstələrin siyahısında qeyd olunan ağır xəstə olması və ya şikəst olması və onun üçün hər ay 100 manat müalicə xərclərinin tutulmalı olmasını təsdiq etmirlər. Həmçinin 14.04.2021-ci il tarixli 3 qəbzdə göstərilən müvafiq olaraq 31.30 manat, 28 manat və 145 manat məbləğlərin məhz X4 ağır xəstə olması və ya şikəst olması ilə bağlı, yəni onun xəstəliyinin müalicəsi ilə əlaqədr ödənilməsi müəyyən olunmur. Belə ki, həmin qəbzlərdə pulların nəyə görə, yəni hansı xidmətə görə ödənilməsi və bunun X8 ilə hansısa bağlılıqda olması görünmür. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə hesab etmişdir ki, xeyrinə aliment ödənilən uşaqların böyüdükcə maddi tələbatının yüksəlməsi, hazırda uşaqlar üçün yaşayış minimumunun artması (2021-ci ildə uşaqlar üçün yaşayış minimumunun 175 manat təşkil etməsi) və bu xüsusda uşaqların təminat səviyyəsinin maksimal saxlanması zərurəti alimentin miqdarının dəyişdirilməsi (artırılması) üçün qanunda göstərilən əsas kimi qəbul edilməlidir. 29.09.2005-ci ildə doğulmuş X8, 01.05.2007-ci ildə doğulmuş X12 və 03.09.2014-cü ildə doğulmuş X1 üçün hər uşaq üçün təyin edilmiş 120 manat aliment həmin uşaqların yaşının və bu xüsusda tələbatının artması zərurətinə cavab vermir. Eyni zamanda iş materiallarından məlum olmuşdur ki, İddiaçı 21 iyul 2020-ci il tarixdə avtomobil qəzası keçirmiş, 23 iyul 2020-ci il tarixdə sol bu sümüyünün intramedulyar osteosintezi cərrahi əməliyyatı olmuşdur. Əməliyyat nəticəsində onun sol bud sümüyünə metal mil qoyulmuşdur. 31 avqust 2020-ci il tarixdə iddiaçı yenidən müayinədən keçmişdir. Həmin tarixdən ona 6 ay müddətinə sol aşağı ətrafa yük verməmək, fiziki islərdən azad olunmaq, istirahət rejiminə əməl etmək göstərişi verilmişdir. İddiaçının daimi müalicəyə ehtiyacı vardır və o, işləyə bilmir. Müvaıfiq həkim rəyinə əsasən iddiaçının müalicə olunmayacağı təqdirdə zamanla gözün akkomodasiya qabiliyyətinin zəifləyəcəyi, büllur, buynuz qişasının astiqmatizmini kompensasiya etmək bacarığını itirəcəyi qeyd edilmişdir. İddiaçının işləməyəcəyi təqdirdə uşaqların saxlanmasına, böyüdükcə onların artan tələbətlarının ödənilməsinə, uşaqlarn əvvəlki təminat səviyyələrinin maksimal saxlanması üçün daha çox aliment vəsaitinə ehtiyac vardır. Şübhəsizdir ki, hazırda ödənilən aliment bu tələblərə cavab vermir. İş materiallarından həmçinin görünür ki,cavabdehin yeni nikahdan uşağı yoxdur, yəni onun himayəsində olan azyaşlı şəxs yoxdur. Ona görə də uşaqları saxlamaq üçün təyin olunan alimentin miqdarı artırılmalıdır. Bu zaman uşaqları saxlamağın hər iki valideynin vəzifəsi olması nəzərə alınmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, aliment ödənişi cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmamalı, tərəflərin mənafeləri arasında ədalətli tarazlığa riayət olunmalıdır. Uşaqlara ən azından yaşayış minimumunun təmin edilməsi valideynin birbaşa vəzifəsidir və yuxarıda qeyd olunduğu kimi, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqlarla bölüşməyə borcludurlar. İş materiallarından həmçinin görünür ki, cavabdehin ödədiyi aliment yetkinlik yaşına çatmayan uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir və bu səbəbdən iddiaçının marağını əhəmiyyətli dərəcədə pozur. Belə ki, uşaqlar böyüdükcə onların tələbatı, o cümlədən maddi tələbatı artır. Bu da uşaqları saxlamaq üçün valideynlərin üzərinə əlavə vəzifələr qoyur. Ölkə üzrə uşaqların saxlanması üçün yaşayış minimumunun artması da uşaqların mənafeyinin qorunmasına, hazırki şəraitdə onların təminatı səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətinin təmin edilməsinə yönəlmişdir Ancaq məhkəmə onu da qeyd etmişdir ki, hər uşağa hər ay 175 manat alimentin təyin edilməsi cavabdehi ağır maddi məhrumiyyətlər yükünə məruz qoyacaq, bu xüsusda tərəflər arasında ədaşlətli tarazlıq prinsipi pozulacaqdır. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, aliment ödənişinin onu ödəyən cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmaması və tərəflərin mənafeləri arasında ədalətli tarazlığın təmin edilməsi zərurəti nəzərə alınaraq, alimentin artırılması tələbi ilə bağlı iddia qismən- hər uşağa görə hər ay 140 manat aliment hissəsində təmin edilməli, 140 manatdan artıq alimentin artırılması hissəsində təmin olunmamalıdır. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, həmçinin hesab etmişdir ki, iddia 29 sentyabr 2005-ci ildə doğulmuş Muradov Murad İ lqar oğlunun müalicəsi üçün Cavabdeh hər ay əlavə 100 (bir yüz) manat müalicə xərci tələbi hissəsində təmin olunmamalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd etmişdir ki, iddia 29 sentyabr 2005-ci ildə doğulmuş X4 müalicəsi üçün Cavabdeh hər ay əlavə 100 (bir yüz) manat müalicə xərci tələbi hissəsində əsassızdır və təmin olunmamalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia qismən təmin olunmalı, Şəki Apellyasiya Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2(107)-1495/2020 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli (artırılmalı), 29.09.2005-ci ildə doğulmuş X8, 01.05.2007-ci ildə doğulmuş X12 və 03.09.2014-cü ildə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh hər ay hər bir uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla ümumilikdə 420 manat sabit pul məbləğində aliment və iddianın təmin olunmuş hissəsinə münasib olaraq ödənilmiş 20,16 manat dövlət rüsumu alınaraq, iddiaçı Nurmamedova (Muradova) Rihlət Rəcəb qızına ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci, 75.4-cü, 78.1-ci, 81.1-ci, 81.2-ci, 81.3-cü, 112.1-ci maddələri, BMTnin “Uşaq Hüquqları Bəyannaməsi”, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” qanunu, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016- cı il tarixli, 8-2/2016 №-li qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, Balakən Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tаrixli, 2(019)-381/2021 saylı qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. Belə ki, iddianı qismən təmin edən məhkəmə əsas gətirmişdir ki, xeyrinə aliment verilən uşaqların böyüdükcə maddi tələbatının yüksəlməsi, hazırda uşaqlar üçün yışayış minimumunun artması və bu xüsusda uşaqların təminat səviyyəsinin saxlanması zərurəti alimentin miqdarının artırılması üçün qanunda göstərilən əsas kimi qəbul edilməlidir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci dələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məməsi Plenumunun 27 iyul 2016cı il tarixli qərarında ailə qanunvericiliyi hər qaydada (aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi arında; sabit pul məbləğində) tutulan alimentin miqdarını müəyyən edərkən kəmələrin üzərinə bəzi hüquq və vəzifələr qoyulmuşdur. Belə ki, Ailə əlləsin in 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə rfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə maqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin olub-olmamasını və s. məsələləri zərə almalıdır. Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyinə görə alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə əlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə ziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini zərə almalıdır. Ailə Məcəlləsinin 112.1-ci maddəsində qeyd olunur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə ər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumu “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci -addələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyü məsələsinə qiymət verərək 27 iyul 2016-cı il tarixli qərarında göstərmişdir ki, ailə üzvləri arasında yaranan münasibətlər ailə qanunvericiliyi və ya tərəflər arasındakı sazişlə tənzimlənmədikdə və həmin münasibətləri bilavasitə tənzimləyən mülki hüquq normaları olmadıqda, ailə münasibətlərinin mahiyyətinə zidd olmayan və oxşar münasibətləri tənzimləyən ailə və (və ya) mülki hüquq normaları tətbiq olunur. Bu normalar olmadıqda isə ailə üzvlərinin hüquq və vəzifələri ailə qanunvericiliyinin və mülki qanunvericiliyin ümumi prinsiplərinə, eləcə də humanizm və ədalət prinsiplərinə uyğun olaraq müəyyən edilir (Ailə Məcəlləsinin 5-ci maddəsi). Bu baxımdan məhkəmə alimentin miqdarını, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən normalarının əsasında araşdıraraq müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin maddəsinə müvafiq olaraq, məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, reiferendumla qəbul edilən hüquqi aktlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına əsasən həll edir. Göründüyü kimi, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ik vəzifəsindən azad etmir. Hazırda yaşayış minimumu 175 manat müəyyən olunmuşdur. Yəni, hər iki valideyn bir yerdə ən azından uşağın yaşayış lumunu mütləq şəkildə birgə təmin etməlidirlər. Hazırda ananın səhhəti zəruri olan minimum dolanışıq xərclərinin qalan hissəsini təmin etməyə olaraq imkan vermir. Keçirdiyi əməliyyət nəticəsində ana uzun müddət fiziki işlə məşğul olmamalı, daim istirahətində qalmalıdır. Uşağın xəstəliyi ilə bağlı xərclərin ödənilməsi hissədə iddianı rədd edən məhkəmə göstərmişdir ki, məhz 100 manata yaxın xərcin olmasını təsdiq edən sübut mövcud deyildir. Bununla razılaşmayaraq bildiririk ki,Konstitusiyadan irəli şələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tənzimləmişdir. Ona görə də Balakən Rayon Məhkəməsinin 2(019)-381/2021 saylı 22 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasında iştirak edən Cavabdeh nümayəndələri X11 və X3 apellyasiya şikayətinin təmin edilməsini, Balakən Rayon Məhkəməsinin 2(019)-381/2021 saylı 22 aprel 2021-ci il tarixli qətnaməsinin alimentin artırılması hissəsində ləğv edilməsini, həmin hissədə iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı Nurmamedova (Muradova) Rihlət Rəcəb qızı məhkəmə kollegiyasına teleqram göndərərək səhhəti ilə əlaqədar məhkəmə prosesində iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən, alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Balakən Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tаrixli, 2(019)- 381/2021 saylı qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv olunaraq iddianın tam təmin olunmasını, xahiş edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız iddianın təmin edilməyən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Ona görə də iş üzrə Balakən Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tаrixli, 2(019)-381/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, müalicə xərcləri tələb edilən X8 29 sentyabr 2005-ci il tarixdə doğulmaqla yetkinlik yaşına çatmayan şəxsdir. Həmin uşaq üçün də əlavə hər ay müalicə xərclərinin tutulması üçün onun ağır xəstə olması, şikəst olması və yetkinlik yaşına çatdığı təqdirdə övladın əmək qabiliyyətinin olmaması və maddi yardıma ehtiyacının olması halları qanunda nəzərdə tutulmuş mütləq şərtlərdir. Lakin iş materiallarında müalicə xərcləri tələb edilən X4 qanunla müəyyən olunmuş ağır xəstələrin siyahısında qeyd olunan ağır xəstə olması və ya şikəst olması və onun üçün hər ay 100 manat müalicə xərclərinin tutulmalı olmasını təsdiq edən ekspertiza rəyi, həkim komissiyasının rəyi və digər hər hansı sübut yoxdur və iddiaçı və onun nümayəndəsi-vəkili tərəfindən belə sübutlar məhkəməyə təqdim olunmamışdır. Halbuki qanuna görə (MPMnin 77.1-ci maddəsi) iddia tələbinin əsaslandırıldığı halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Bu xüsusda iddiaçı tərəfin təqdim etdiyi 13.04.2021-ci il tarixli eynək üçün resept, 13.04.2021-ci il tarixli resept blankı, 14.04.2021- ci il tarixli 3 qəbz məhkəmə tərəfindən bu iddia tələbinin təsdiqi üçün mötəbər sübutlar kimi qəbul olunmur. Belə ki, həmin resept, resept blankı və qəbzlər X4 qanunla müəyyən olunmuş ağır xəstələrin siyahısında qeyd olunan ağır xəstə olması və ya şikəst olması və onun üçün hər ay 100 manat müalicə xərclərinin tutulmalı olmasını təsdiq etmirlər. Həmçinin 14.04.2021-ci il tarixli 3 qəbzdə göstərilən müvafiq olaraq 31.30 manat, 28 manat və 145 manat məbləğlərin məhz X4 ağır xəstə olması və ya şikəst olması ilə bağlı, yəni onun xəstəliyinin müalicəsi ilə əlaqədr ödənilməsi müəyyən olunmur. Belə ki, həmin qəbzlərdə pulların nəyə görə, yəni hansı xidmətə görə ödənilməsi və bunun X8 ilə hansısa bağlılıqda olması görünmür. ”Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin iddianın təmin edilməyən hissəsinin ləğv edilməsi dəlilləri ilə razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, aliment məsələləri həll edilərkən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri mütənasib aliment miqdarının müəyyən edilməsi, uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquqi və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanını azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Yuxarıda qeyd olunan maddələrin məzmunundan göründüyü kimi, uşağın müalicəsi üçün arvadın ərdən aliment tələb etməsi bir-neçə şərtin – ərin zəruri vəsaitə malik, eləcə də arvadın maddi vəziyyətinin ona bunu tələb etməyə haqq qazandıracaq qədər aşağı olmasının mövcudluğundan asılıdır. Yəni aliment tələb olunan ərin gəlirləri, qazancı elə həddə olmalıdır ki, onun və ailəsinin minumum dolanışığını təmin etsin, eyni zamanda uşağın müalicəsi üçün bu gəlirdən aliment tutmaq mümkün olsun. Hazırkı iş üzrə isə cavabdehin belə vəsaitə malik olduğu iş materialları ilə sübuta yetirilmir. Məhkəmə kollegiyası nəzərə alır ki, uşağın saxlanılması üçün hər uşağa 140 manat aliment ödəməli olduğu nəzərə alınadığında ondan uçağın müalicəsi üçün əlavə 100 manat pulun da tutulması ədalətli deyildir. Eyni zamnda kollegiya qeyd edir ki, hər uşağa 140 manat alimentin tutulması daha ədalətlidir. Belə ki, aliment məsələləri həll edilərkən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Hazırkı halda alimentin daha yüksək həddə müəyyən edilməsi bu öhdəliyi yerinə yetirən şəxsin hüquqi və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanını azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almış, iddianı alimentə aid hissədə düzgün olaraq qismən təmin etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tаrixli, 2(019)- 381/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tаrixli, 2(019)- 381/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1337/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1337/2021
14.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver