Məhkəmə qərarları › İş №2(107)-1338/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1338/2020

20.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1338/2020 20.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi və vəkili X10 iştirakı ilə, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(014)-88/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı 26000 manat məbləğində pul tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 26000 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(014)-88/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 24800 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 24830 (iyirmi dörd min səkkiz yüz otuz) manat tutulması və iddia qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh tərəfindən apelyasiya şikаyəti verilmişdir. Apelyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddia tələbi düzgün olmadığından tamamilə düzgün olmayan qətnamə qəbul edilmişdir. İddia ərizəsindən göründüyü kimi iddiaçı cavabdehə qarşı konkret məbləğdə pul tələbinə dair iddia qaldırıb. İşin mahiyyətindən göründüyü kimi iddiaçı cavabdehə pul borclu deyil. Qətnamədə qeyd edildiyi kimi tərəflər arasında elektrik sobasına dair şifahi alqı-satqı müqaviləsi bağlanıb. Tərəflər arasında şifahi alqı-satqı müqaviləsinin olması işin mübahisəsiz halıdır. Belə olan halda iddiaçı cavabdehə qarşı pul tələbi ilə yanaşı ilk növbədə müqavilənin ləğvinə və ya etibarsızlığına dair iddia qaldırmalı idi. Nəticə etibarilə bu zaman iddia tələbi təmin olunduğu halda hər iki tərəf müqavilə üzrə aldıqlarını geri qaytaracaqdı. Tərəflər arasında şifahi alqı-satqı müqaviləsinin ləğvi və ya etibarsızlığı məhkəmə qaydasında mübahisələn- dirilmədiyi müddətcə hazırki mübahisənin həlli mümkün deyil. Lakin iddiaçı pul tələbinə dair iddia qaldırdığı üçün məhkəmədə yalnız iddia tələbi həcmində işə baxdığına görə iddia tələbini təmin edərək cavabdehdən iddiaçının xeyirinə pul tutlmasını qət etmişdir. Bu Qətnamənin sonuncu instansiyayadək qüvvədə qaldığı halda, elektrik sobasının aqibətinin neçə olacağı bilinmir. Yəni elektrik sobasının cavabdehə qaytarılacağımı yoxsa iddiaçıda qalacağı bu qətnamə ilə müəyyən edilməli idi. Lakin bu müəyyən edilmədiyindən qətnamənin icrasını gələcəkdə münkünsüz olacaq və tərəflər arasında elektrik sobasının kimə məxsusluğuna dair əlavə mübahisələrin yaranmasına səbəb olacaq. Buna görə də bu qətnaməni hüquqi baxımdan düzgün hesab etmək olmaz. Ümumi olaraq iddianın mahiyyətinə gəldikdə isə iş materiallarından və şahid ifadələrindən göründüyü kimi, iddiaçı - İddiaçı çörək bişirmə sexi üçün işçisi Şərifov Rəşad vasitəsi xx.xx.2018-ci il tarixdə cavabdeh - Cavabdeh sobası -sifariş verib. Cavabdehda öz növbəsində həmin sifariş əsasında işlənmiş 70 KW gücündə elektrik sobasını iddiaçıya satıb. Daha sonra xx xxxxxx 2018-ci il tarixdə cavabdeh və iddiaçının iştirakı ilə iddiaçının Gəncə şəhər, Gülüstan qəsəbəsində, yerləşən çörək sexində (obyekt icarəyə götürülübmüş) peşakar ustalar tərəfindən qurlaşdırılaraq təhvil verilib. İddiaçının iddia ərizəsində 50 KW gücündə elektrik sobası sifariş verməsi, elektrik sobasını qurlaşdırarkən yanğın (partlayış) baş verməsi ilə bağlı qeyd etdikləri tamamilə absurddur. Həmçinin iddiaçının məhkəmə gətirdiyi şahidlərin verdiyi ifadələr də iddia ərizəsində qeyd olunan və iddiaçının özünün məhkəməyə verdiyi izahatla tamamilə ziddiyət təşkil edir. İddiaçının 50 KW gücündə elektrik sobası sifariş verməsi ilə bağlı yeganə arqumenti ondan ibarətdir ki, kim olduğu bilinməyən "Sahib" adında bir şəxsin ona 50 KW gücündə elektrik sobası məsləhət görməsidir. Müqavilənin tərəfi olmayan, elektrik sobasının sifariş verilməsində, quraşdırılmasında iştirak etməyən, ümumiyyətlə nə işlə məşğul olduğu və kim olduğu bilinməyən bir şəxsin qeyri müəyyən məsləhəti. İddiaçı iddia ərizəsində və məhkəməyə verdiyi izahatında 50 KW gücündə elektrik sobası sifariş verməsini qeyri müəyyən "Sahib"in qeyri müəyyən məsləhətindən başqa heç bir şeylə əsaslandırmayıb. Başqa sözlə iddiaçı iddia etdiyi kimi əslində 50 KW gücündə elektrik sobası sifariş verməyini nə şahid ifadəsi, nədə başqa bir mötəbər sübutla təsdiq edə bilməyib. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra mətndə MPM adlandırlacaq) 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qətnamədə qeyd edildiyi kimi, iş materiallarında olan Gəncə şəhəri, Gülüstan qəsəbəsi "Üç qardaş" mağazasının proformasıdan görünür ki, 1 il qarantiyaya malik, 70 kilovatlıq işlənmiş elektrik sobası 24800 manat Cavabdeh ödənilməklə alınmışdır. İddiaçı elektrik sobasını qəbul edərkən onun işlənmiş oduğunu və 70 kilovatlıq olduğunu bilirdi (çünki iddiaçı öz işçisi Şərifov Rəşad vasitəsi ilə həmin göstəricilərə malik soba sifariş verib). Bundan başqa iddiaçı qeyd edir ki, guya elektrik sobası quraşdırılarkən partlayış baş verib və elektrik kabelləri əriyib. İlk öncə qeyd etmək lazimdir ki, iddiaçının baş verdiyini iddia etdiyi partlayış elektrik sobasında deyil çörək sexinin elektrik şitində və kabellərində baş verib. Yəni başqa sözlə desək iddiaçı özü də etiraf edir ki, soba da heç bir problem yoxdur. Burada diqqət çəkmək istədiyimiz əsas məqam ondan ibarətdir ki, iddiaçı həm də iddia ərizəsində qeyd edir ki, elektrik sobası quraşdırılarkən soba üçün ödəməli olduğu geri qalan 10.000 manat (əslində 9.800 manat) pulu Rəşad və Yadigara verib. Göründüyü kimi iddiaçı bir tərəfdən iddia edir ki, guya soba quraşdırılarkən partlayış baş verib, amma partlayış baş verməyinə baxmayaraq ödəməli olduğu 10.000 manatı (əslində 9.800 manat) eyni zamanda dərhal yerindəcə cavabdehə ödəyib. Əgər partlayış baş versəydi ən aznından iddiaçı 10.000 manatı ödəməkdən imtina edərdi. Yəni partlayış baş verdiyi halda 10.000 manat pul ödəmək ağıllı adam işi deyil. Əslində təkcə elektrik sobası quraşdırılarkən iddiaçının cavabdehə 10.000 manat (əslində 9.800 manat) pulu pul ödəməsi belə sübut edir ki, elektrik sobası quraşdırılarkən elektrik xətlərində hər hansı partlayış və ya ərimə baş verməyib. Bu halla bağlı qeyd etmək lazimdir ki, Məhkəmə tərəfindən iddiaçıya dəfələrlə partlayış və yanğının baş verməsi ilə bağlı X22 Şəbəkəsindən və Gəncə Regional Dövlət X13 akt və ya arayış gətirilməsini tələb etsə də (yəni yanğın və partlayışa dair hər hansı bir sübut) iddiaçı buna dair heç bir sənəd təqdim edə bilməyib. Bundan başqa, yuxarıda qeyd edildiyi kimi, iddiaçı tərəfindən məhkməyə çağırılmış şahidin ifadələri iddia ərizəsi və iddiaçının özünün verdiyi izahatla ziddiyət təşkil edir. Belə ki, X29 ifadəsinə dair: iddiaçı özü məhkəməyə verdiyi izahatında sobanı Elnur Rüstmov adlı elektrik ustasının quraşdırdığını bildirmişdir (qətnamənin birinci səhfəsinin sonuncu sətri). X33 məhkəməyə verdiyi ifadəsində iddiaçının izahatının əksinə sobanı quraşdırdığını deyil soba quraşdırılarkən orda olduğunu bildirib. X25 məhkməyə verdiyi ifadəsində soba quraşdırılarkən orda yanğın və partlayış olmadığını sadəcə kabellərdə qızma olduğunu qeyd edib (qətnamənin ikinci səhfəsinin üçüncü abzası). Göründüyü kimi iddiaçının özünün çağırdığı X29 verdiyi ifadələr soba quraşdırılarkən çörək sexində yanğın və partlayış olmadığını tam sübuta yetirir. X4 ifadəsinə dair: əvvəla, onu qeyd edək ki, X34 iddiaçının işçisi olub. Məhkəməyə verdiyi ifadəsində qeyd etdiyi kimi elektrik sobası onun vasitəsi ilə sifariş edilib. Soba qoşularkən orda olub. Hətta soba qoşulduqdan sonra bir neçə dəfə də çörək bişirib. Soba qoşularkən heç bir partlayış baş verməyib. Sadəcə elektriklər çörək sexinin kabellərinin uyğun olmadığını bildiriblər. BELƏLİKLƏ. İddiaçının özünün məhkəməyə çağırdığı iki şahid Rəşad və Elnur öz ifadərində elektrik sobası quraşdırılarkən orada heç bir partlayış olmadığını bildiriblər. X1 ifadəsinə dair: X1 kim olduğu çörək sexinə niyə çağırıldığı, həqiqətən həmin zaman orda olub olmadığı qeyri müəyyəndir. X3 ifadəsində qeyd edir ki, "...iddiaçı onu çağıraraq bildirib ki, şit partlayıb. Guya buna görə iddiaçı ondan kömək istəyib. Ora gedərkən şitin partladığını və şiti yığdıqlarını görüb. İddiaçının aldığı ikinci soba yararsız vəziyyətdə olub". Bu şahidin verdiyi ifadələr onun öyrədilmiş şahid olduğunu açıq aşkar göstərir. Belə ki, elektrik sobası quraşdırılarkən guya sitdə partlayış bas vermişdisə və çörək sexində iki (Elnur və Ramil) elektrik ustası olduğu halda iddiaçı nə islə məşğul olduğu bilinməyən (bizə məlum olan odur ki, həmin şəxs slesar işləyir) Vəfadardan elektrik sitini yığmaq üçün niyə kömək istəsin?! Və ya nə islə məşğul olduğu bilinməyən Vəfadar ilk baxışda ikinci sobanın yararsız olduğunu neçə müəyyən edib?! X5 ifadəsinə dair: X5 partlayış və yanğınla bağlı verdiyi şahid ifadəsi məhkəməyə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, X31 iddiaçının doğma oğlu olduğundan, hazırkı işdə əvvəlcədən öyrədilərək yalandan atasının maraqlarına xidmət edən həqiqətə uyğun olmayan ifadə verib. Göründüyü kimi, iddiaçı nə 50 kilovatlıq elektrik sobası sifariş verdiyini nə də soba quraşdırılarkən orada partlayış baş verdiyini heç bir şeylə sübuta yetirə bilməyib. Hələ əksinə iddiaçı tərəfindən məhkəməyə çağırlmış iki şahid partlayış və yanğının baş vermədiyinə dair ifadə veriblər. O zaman sual yaranır, iddiaçı elektrik sobasını niyə qaytarmaq istəyir??? Bu sualın əsil cavabı odur ki, yuxarıda qeyd edildiyi kimi iddiaçının aldığı elektrik sobası, onun icarə götürdüyü obyektə 2018-ci ilin dekabr ayında quraşdırılıb. İddiaçı bir neçə ay icarə haqqını ödəyə bilmədiyindən obyekt sahibi onu icarəyə götürdüyü sahədən 2019-cu ilin yanvar ayından çıxarıb. Bununla bağlı iddiaçı cavabdehdən sobanın həmin obyektdən çıxarılaraq ona məxsus digər sexə aparılmasında köməklik göstərməyini xahiş edib. Onun bu xahişini istəyini nəzərə alan Cavabdeh elektrik sobalarının quraşdırılması və daşınması üzrə tanışı X8 xahiş edib ki, Bakından Gəncəyə gedərək elektrik sobasını digər sexə daşınıb quraşdılmasında köməklik etsin. Quliyev Xudayar elektrik sobasının daşımasına kömək etsə də, digər sexin ölçüləri uyğun olmadığından onu yerində quraşdıra bilməyiblər. Buna görə də sobanı sexin yaxınlığındakı marketin qabağına qoyublar. Beləliklə, qeyd edilənlərlədn açıq görünür ki, iddiaçının "yanğın-partlayış və sobanın 50 kilovatlıq olması" ilə bağlı irəli sürdüyü bütün fikirlər elektrik sobasının onun digər sexinə yerləşmədiyi üçün uydurduğu yalanlardır. Bu yalanı reallığa çevirmək üçün iddiaçı polisə, məhkəməyə müraciət edərək elektrik sobasını qaytarmaq üçün hər vasitədən istifadə edir. Lakin o, hələ də anlamır ki, onun icarəyə götürdüyü sahədən çıxarılması və ya elektrik sobasının onun digər sexinə yerləşınəməsi cavabdehin təqsiri deyil. Belə bir hal nə Mülki Məcəllədə, nə də işgüzar adətlərdə müqavilənin ləğvi üçün əsas deyil. Bir həqiqəti də qeyd etmək lazimdir ki, şahid X9 verdiyi ifadə məhkəmə tərəfindən qətnamədə tam qeyd olunmayıb. Quliyev Xudayarın qətnamədə olan ifadəsində sadəcə qeyd edilir ki, "cavabdehin xahişi ilə sobanı 2019-cu ilin yanvar ayında aparıb iddiaçının sexinin yanında olan marketin qarşısına qoymuşdur. Sobanın neçə kilovatlıq olduğunu bilmir." Göründüyü kimi onun məhkəməyə şahid kimi verdiyi ifadə cəmi bir cümlə ilə qeyd olunaraq öz həqiqi kontekstindən çıxarılıb. Qətnamədə olan bu ifadədə elektrik sobasının bir sexdən digər sexə daşınması məlum olmur. Lakin məhkəmə bu həqiqəti ört basdır etmək üçün qəsdən cavabdehin (yəni bizim) məhkəməyə çağırdığı iki şahidin verdiyi ifadədə sobanın qurulması ilə bağlı tarixləri fərqli qeyd edib. Belə ki, şahid X11 verdiyi ifadədə "elektrik sobasını 2018-ci ilin dekabr ayında quraşdırdığını və quraşdırma zamanı heç bir partlayış olmadığını bildirmişdir." X6 verdiyi ifadədə "elektrik sobasını 2019-cu ilin yanvar ayında aparıb iddiaçının sexinin yanında olan marketin qarşısına qoyduğunu bildirmişdir." X18 verdiyi ifadədə qeyd etdiyi 2019-cu ilin yanvar ayında olan elektrik sobasının daşıması həqiqətən iddiaçının öz xahişi bir sexdən digər sexə daşınması ilə bağlı olub. Ona görə də apelyasiya şikayəti təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(014)-88/2020 saylı qətnаməsi ləğv edilərək iddia rədd edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili X17 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(014)-88/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət, qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlsə də, mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən etməmiş, tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq onu mübahisələndirməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(014)-88/2020 saylı qətnaməsi Cavabdeh apelyasiya şikayətinə münasibətdə yoxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, tərəflər arasında soba alğı-satqısına dair şifahi şəkildə alğı-satqı müqaviləsi bağlanmışdır, iddiaçı cavabdehə bunun müqabilində cəmi 24800 manat ödəniş etmişdir. Cavabdeh iddiaçıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn soba verməyə borclu olmuşdur. Tərəflər arasında müqavilə bağlanaraq əşyanın keyfiyyəti haqqında şərtlər müəyyən edilmədiyinə görə cavabdeh iddiaçıya istifadə məqsədlərinə yarayan soba satmağa borclu olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.3-cü maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apelyasiya şikayəti qismən əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlsə də, mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən etməmiş, tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Birinci instansiya məhkəməsi iş üzrə nisyə alğı-satqı müqaviləsi ilə bağlı maddi hüquq normalarını tətbiq etməli olduğu halda, tətbiq etməmiş, əvəzində ümumi alğı-satqı ilə bağlı və İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanunun normalarını tətbiq edərək mübahisənin maddi hüquqi əsaslarını düzgün müəyyən etməmişdir. Çünki tərəflər arasında soba alğı-satqısına dair şifahi şəkildə nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qalan hissədə əsaslı deyildir. Belə ki, tərəflər arasında soba alqı satqısına dair şifahi şəkildə alqı-satqı müqaviləsi bağlanmışdır, iddiaçı cavabdehə bunun müqabilində cəmi 24800 manat ödəniş etmişdir. Cavabdeh iddiaçıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn soba verməyə borclu olmuşdur. Tərəflər arasında müqavilə bağlanaraq əşyanın keyfiyyəti haqqında şərtlər müəyyən edilmədiyinə görə cavabdeh iddiaçıya istifadə məqsədlərinə yarayan soba satmağa borclu olmuşdur. Qanuna görə cavabdehin iddiaçıya satdığı sobanın cavabdehə verildiyi məqamda keyfiyyət tələblərinə uyğun gəlməsi əsas götürülür. Cavabdeh tərəfindən iddiaçıya alqı-satqı müqaviləsinin keyfiyyət tələblərinə uyğun olmayan, yararsız, qüsurlu soba satılması barədə mülahizələr əsaslıdır. Bundan əlavə cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında etiraf etmişdir ki, iddiaçıya satdığı soba 70 kilovatlıq olsa da, o, sobanı 50 kilovatlığa çevirmişdir. Göründüyü kimi cavabdeh sobanın texniki imkanlarına müdaxilə edərək onun texniki göstəricilərini dəyişdirmişdir ki, bu da həmin müdaxilə zamanı sobada istehsalat qüsurlarının yaranması ehtimalını artıran hallardan biridir. Bundan əlavə iş üzrə şahid X24 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, o,uzun müddət Elektrik şəbəkəsində işləmişdir. Hazırda fərdi qaydada elektrik işləyir. İddiaçı ikinci dəfə sobanı qoşanda o da orada olmuşdur. Soba qoşularkən kabellərdə qızma olmuşdur. Belə ki,soba 70 kilovatlıq olduğu üçün kabellərin sobanın işləməsinə gücü çatmamışdır. Daha sonra sobanın işləyibişləməməsindən onun xəbəri olmamışdır. İş üzrə şahid X20 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, iddiaçının oğludur. İddiaçının özünə məxsus çörək sexi vardır. Çörək sexi üçün ilk sobanı cavabdeh Yadigardan almışlar,daha sonra iddiaçı işləri genişləndirmək istəmişdir və odur ki, onlar Yadigara ikinci soba sifariş etmişlər və bunun üçün Yadigara cəmi 25000 manat pul ödəmişlər. Cavabdeh atasına köhnə soba satmışdır. Belə ki,ikinci soba qoşularkən o da orada olmuşdur. Cavabdeh sobanı özü təhvil verməli idi, lakin işləmədiyi üçün təhvil verə bilmirdi. Belə ki,sobanı qoşarkən partlayış olmuş və kabellər ərimişdir. Daha sonra cavabdeh atasına bildirmişdir ki,sözügedən problemi həll etmək üçün Bakıya getməlidir. Lakin cavabdeh bundan sonra məsuliyyətdən yayınmış, soba üçün ödənilən 25000 manat pulu qaytarmamış, həmçinin yararsız vəziyyətdə olan sobanın əvəzinə hər hansı yeni bir sobanı atasına verməkdən imtina etmişdir. İş üzrə X3 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, iddiaçı sahibkarlıqla məşğuldur. İddiaçının özünə məxsus çörək sexi vardır. İddiaçı ikinci sobanı alıb qurraşdırarkən o da orada olmuşdur. Belə ki,onu iddiaçı özü çağıraraq bildirmişdir ki,şit partlayıb. İddiaçı ona şitin partladığını bildirərək ondan kömək etməyi xahiş etmişdir. Ora gedərkən şitin partladığını və şiti yığdıqlarını görmüşdür. İddiaçının aldığı ikinci soba yararsız vəziyyətdə idi. Belə ki, gördüyü qədər soba köhnə idi və işləmirdi. İş üzrə şahid X21 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, o,iddiaçının keçmiş işçisi olmuşdur.O, “Bazarstore”-də çörək ustası kimi işləmişdir. “Bazarstore”-də əmək müqaviləsi əsasında işləyirdi və əmək haqqısı da normal idi. İkinci sobanın alınmasında o, Eldar və Yadigar iştirak etmişlər. Yadigara ilkin olaraq iddiaçı Eldar vasitəsi ilə 10000 manat beh verilmiş,həmçinin daha sonra sobanın pulu tam ödənilmişdir. Yadigar ikinci sobanı quraşdırdıqdan sonra həmin sobada bir neçə dəfə çörək də bişirmişdir. Soba quraşdırılarkən orada heç bir partlayış olmamışdır.Sadəcə olaraq elektriklər həmin soba üçün razılaşmadıqlarını, yəni kabellərə uyğun olmadığını bildirmişlər. Sobanı Yadigardan iddiaçının oğlu Vüsal qəbul etmişdir. Bundan əlavə məhkəmə kollegiyası cavabdehin vəkilinin sorğularına cavab olaraq ünvanlanan X32 Təchizatı və X37 Elektrik Şəbəkəsinin xx xxxx 2020-ci il tarixli və FHN-nin Əməliyyat-İstintaq İdarəsinin xx xxxx 2020-ci il tarixli məktublarına münasibət bildirərək qeyd edir ki, məktublarda müvafiq tarixlərdə Üç Qardaş mağazasında hər hansı yanğın və ya partlayışın baş vermədiyi qeyd edilsə də, bu fakt mübahisənin predmeti olmadığından həlledici hesab edilə bilməz. Belə ki, iddia ərizəsindən görünür ki, mübahisənin predmeti yanğının, partlayışın, qısa qapanmanın baş veribverməməsi deyil, sobanın sifariş edildiyi kimi 50 kilovatlıq əvəzinə 70 kilovatlıq olmasıdır ki, bu da tərəflər arasındakı şifahi razılşmaya və iddiaçının gözləntilərinə zidd olmuş və nəticədə mübahisə yaratmışdır. Ona görə də, apelyasiya şikayəti qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(014)-88/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlsə də, mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən etməmiş, tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də, apelyasiya şikayəti qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(014)-88/2020 saylı qətnaməsinin ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(014)-88/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 24800 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 24830 (iyirmi dörd min səkkiz yüz otuz) manat tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar