Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1339/2023 20.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin geri qaytarılması, qüvvə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarxili 2(035)- 237/2023 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinin geri qaytarılması barədə Zərdab Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli 2(035)- 237/2023 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ASC-nin Ağcabədi filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK 2175-22 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi; İddiaçı ASC-nin Ağcabədi filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK 2175-22 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 banka olan 7719.21 manat əsas, 1060.79 manat faiz və 1062.34 manat cərimə borcu olmaqla, 9842.34 manat məbləğində borcun və ödənilmiş 118.43 manat dövlət rüsumunun cavabdehlərdan (borclu-Cavabdeh1, zaminlər Cavabdeh2, Cavabdeh3) birgə qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.. Zərdab Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarxili 2(035)-237/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ASC-nin Ağcabədi filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK2175-22 saylı kredit müqaviləsi ləğv edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3dan müştərək qaydada xx.xx.2022-ci il tarixli, İK2175-22 saylı kredit müqaviləsi üzrə əsas borca görə 7719.21 manat, faiz borcuna görə 1060.79 manat, cərimə borcuna görə 100 manat və ödənilmiş dövlət rüsumuna görə 118.43 manat olmaqla cəmi 8998.43 manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsməsi qət edilmişdir. ətrafında çəpər çəkilmiş çəpər cavabdehlərin vəsaiti hesabına sökülməsi qət edilmişdir. Qətnamədən iş üzrə Cavabdeh2 apelyasiya şikayəti vermişdir. Zərdab Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli 2(035)-237/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh2 qeyd olunan qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermişdir. Zərdab Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli 2(035)-237/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Zərdab Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli 2(035)-237/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılmasına dair gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-237/2023 saylı, 27 aprel 2023-cü il tarixli qətnaməsi xx.xx.2023-cü il tarixində cavabdehə göndərilmişdir. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” xəbərnaməyə əsasən Cavabdeh2 qətnamənin surətini xx.xx.2023-cü il tarixdə qəbul etmişdir. Cavabdeh2 həmin qətnamə ilə razılaşmayaraq elektron kabinet vasitəsi ilə xx.xx.2023-cü il tarixdə apelyasiya şikayəti göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, cavabdeh şikayətində qətnaməni 21 avqust 2023-cü il aldığını iddia etsə də, mülki işin materiallarında Cavabdeh2 qətnamənin surətini xx.xx.2023-cü il tarixdə qəbul etməsi barədə xəbərnamə mövcud olduğundan şikayətin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Zərdab Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarxili 2(035)-237/2023 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, Zərdab Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli 2(035)-237/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 399 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli 2(035)-237/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1339/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1339/2023
20.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver