Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-134/2021 12.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi və məruzəsi ilə, Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili, üçüncü şəxs X3 vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(039)-1422/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(039)-1422/2019 nömrəli (hakim Günay Cavadova) qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Gəncə şəhəri, Nizami rayonu, Avtozavod yolu ünvanında 0,04 ha torpaq sahəsi üzərində yerləşən tərkibinə A yaşayış binası olmaqla, (ümumi sahəsi 100,4 kv.m: yaşayış sahəsi 35 kv.m., yardımçı sahəsi 65,4 kv.m. olan 2 otaq), sahəsi 135,8 kv.m. olan 1 talvar, sahəsi 28 kv.m. olan köməkçi tikili daxil olan bağ evinin 100,4 kv.m. 2 otağına aid hissəsinə dair iddiaçı İddiaçı ilə Cavabdeh arasında bağlanmış və bu barədə müvafiq reyestrdə 4Ə-133 nömrə ilə qeydiyyatı aparılmış xx.xx.2015-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək birinci instаnsiyа məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddiаnın rədd оlunmаsını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(039)-1422/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. Qətnamədən narazı qalan Cavabdeh kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)-2033/2019 nömrəli qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)-4424/2020 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli tarixli, 2(107)- 2033/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, göstərmişdir ki, Gəncə şəhəri, Avtozavod yolu ünvanında 0,04 ha torpaq sahəsi üzərində yerləşən A yaşayış binası olmaqla, ümumi sahəsi 100,4 kv.m. yaşayış sahəsi 35 kv.m., yardımçı sahəsi 65,4 kv.m. olan 2 otaq, 1 talvar, 135,8 kv.m. köməkçi tikili, 28 kv.m. olan bağ evini dayısı Binnət Şahmarov qız övladına hədiyyə olaraq tikdirmiş, buna görə də onun kürəkəni X6 tikilinin tikilməsində həm maddi, həm də digər məsələlərdə yaxından köməklik etmiş, həmin tikili ilə bağlı bəzi sənədləşmə işləri iləəlaqədar müəyyən orqanlara getmək zərurəti yaranmış, bu zaman o, səhhətində yaranmış problemlərlə bağlı gedə bilməyəcəyindən S.Abdullayev bu işləri görəcək yaxşı tanışının olduğunu və həmin şəxsə etibarnamə verməsini təklif etmiş, sənədlərin hazırlanmasını həmin dövrdə S.Abdullayevlə yaxşı münasibətləri olan Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin başçısı Məharət Mustafayev öz üzərinə götürmüş, bununla bağlı M.Mustafayev iddiaçıdan onun dediyi adama etibarnamə verməsini istəmiş, o, notariat orqanına gedərək etibarnamə vermiş, çıxarışın və digər sənədlərin əsillərini M.Mustafayevə vermiş, sonradan dayısı mübahisəli tikilini öz adına rəsmiləşdirmək üçün ondan sənədlərin əsillərini istədikdə, o, həmin sənədləri M.Mustafayevə verdiyini bildirmiş, sonradan dəfələrlə sənədlərin əsillərini M.Mustafayevdən istəsələr də, M.Mustafayev sənədləri verməyərək, sənədlərin itdiyini bildirmişdir. Bu dövr Gəncədə baş vermiş məlum hadisə-Elmar Vəliyevin vurulması dövrünə təsadüf edirdi ki, həmin vaxtlarda da onun yaxın adamı M.Mustafayev gözə görünməməyə başladı. Sənədlərin əsillərini əldə edə bilmədiklərindən onlar sənədlərin dublikatının alınmasıüçün ƏMDK DƏDRX-in 3 saylı Gəncə şəhər Ərazi İdarəsinə, sənədlərin itməsi ilə bağlı Polis İdarəsinə müraciət etmiş, nəticədə sənədlərin dublikatını almış, xx.xx.2018-ci il tarixdə də mübahisəli tikili bağışlama müqaviləsinə əsasən onun tərəfindən X7 bağışlanmış, həmin müqaviləyə əsasən də B.Şahmarov öz adına çıxarış almış, bundan sonra onlar mübahisəli tikiliyə gedən zaman tikilinin Şahid tərəfindən zəbt edildiyini görmüş, Şahid onlara bildirmişdir ki, mübahisəli tikili ona keçmiş Gəncəşəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin göstərişi ilə Gəncə çayının yatağında mülkiyyətində olmuş evinin sökülməsinin əvəzində Məharət Mustafayev tərəfindən verilmişdir, onlar Gəncəşəhər Nizami rayon Polis Şöbəsinə müraciət etmiş, sahə müvəkkili ilə birlikdə ora getmişlər, həmin vaxt Şahid evin Cavabdeh satıldığını bildirmiş, bununla bağlı Şahid Polis Şöbəsinə çağrılaraq dindirilmiş, bu hadisədən sonra M.Mustafayev dəfələrlə onlara zəng edərək, bu məsələdən əl çəkmələrini tələb etmişdir, o, notariat kontoruna etibarnamə vermək üçün getmiş, həmin sənədin alqı-satqı müqaviləsi olduğunu bilməmişdir, əks halda 100 000 manatdan çox qiyməti olan tikiliyə dair 5000 manata alqısatqı müqaviləsini bağlaya bilməzdi. Göstərilənlərə əsasən onunla Cavabdeh arasında mübahisəli tikiliyə dair bağlanmış xx.xx.2015-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. (İddiaçı tərəfindən iddia tələbi dəqiqləşdirilmişdir.) Cavabdeh iddia ərizəsinə etiraz verərək göstərmişdir ki, iddiaçı ərizəsində bir-birinə ziddiyyətli fikirlər bildirərək, mübahisələndirdiyi müqaviləni gah aldatma nəticəsində bağladığını, gah da qorxunun təsiri ilə bağladığını qeyd etmişdir. Alqı-satqı müqaviləsini iddiaçı şəxsən özü imzalamış, iddiaçının həyat yoldaşı da notariat kontoruna gedərək, alqı-satqı müqaviləsinin bağlanmasına razılıq vermişdir. Əslində 2015-ci ildə S.Abdullayev Yevlaxda onlara gələrək Gəncədə qohumlarının ucuz qiymətə yarımçıq bir tikili satdığını bildirmiş, onlar birlikdə gedərək tikiliyə baxıb bəyənmiş, 23 000 manata razılaşaraq, tikilini almış, notariat orqanında sənədləşmə həyata keçirilmiş, alqı-satqı müqaviləsi və tikilinin texniki pasportu ona verilmiş, o, həmin sənədlərin tikilinin sənədləri olduğunu bilmiş və tikilinin DƏDRX-in 3 saylı Ərazi İdarəsində qeydiyyatdan keçirilməli olduğunu bilməmişdir. Bu müddətdə orada təmir-tikinti işləri görmüş, təmir-tikintiyə 30 000 manatdan artıq pul sərf etmişdir. Mübahisəli tikiliyə dair iddiaçının çıxarışı olduğu halda, hansı sənədləşməüçün çıxarışı M.Mustafayevə verməsini iddia etməsi də onun bu dəlilinin düzgün olmadığını təsdiq edir. Göstərilənlərə əsasən iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddiaya uyğun mövqeyini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə verdikləri etiraza uyğun izahat verərək, iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs S.Abdullayev iddiaçı ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə yuxаrıdа göstərilən məhkəmə qətnаməsi çıxаrılmışdır. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qanunsuz və əsassızdır. Qətnamə qət edilərkən işin materialları tamamilə araşdırılmamış, maddi hüquq normaları düzgün tətbiq edilməmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir. İddiaçı iddia ərizəsində gah aldadılaraq etibarnamə əvəzinə alqı-satqı müqaviləsini imzaladığını, gah da alqı-satqı müqaviləsi zor və təsirin-təhdidin altında baş verdiyini və qorxudularaq məcburiyyət qarşısında notariat orqanına gedərək bilmədiyi müqavilənin ona imzalatdırıldığını qeyd edir. İddiaçı ya aldadıldığını ya da qorxudulduğunu yazmalı idi. Məntiqlə də sübut olunar ki, o ya aldadıla ya da qoxudula bilərdi. Məhkəmə də iddiaçının iddia ərizəsində iddia tələbini bir-birinə zidd dəlillərlə əsaslandırdığına göz yummuşdur. Heç aldadılaraq etibarnamə əvəzinə alqı-satqı müqaviləsinin imzalatdırılması da mümkün deyil. Axı notariusda etibarnamə verən şəxs dindirilir. Etibarnamə gözü yumulu verilmir. Notariusun vətəndaşı aldadaraq etibarnamə əvəzinə daşınmaz əmlakın alqı-satqı müqaviləsini imzalatdırması da mümkün deyil. Belə olan halda da iddia notariat kontoruna qarşı qaldırılmalıdır. Bundan başqa iddiaçı iddia ərizəsində qeyd etdiyi yuxarıda qara həriflərlə yazılan ifadəsində qeyd edib ki, o, həmin müqavilənin alqı-satqı müqaviləsi olduğunu bilməmişdir. Bu da o deməkdir ki, iddiaçı mübahisəli bağ evi ilə əlaqədar notariat kontorunda rəsmiləşdirdiyi sənədin etibarnamə yox, hansısa müqavilə olduğunu bilib. O, həm də notariat Kontoruna tək getməyib. Bağ evi birgə nigah dövründə əldə' olunan əmlak olduğuna görə iddiaçı həyat yoldaşı Tünzalə Əhmədova ilə birlikdə notariat kontoruna getmiş və T. Əhmədova bağ evinin ona (cavabdehə) satılmasına razılıq vermişdir. Ərizəsi də, notariat işi ilə birlikdə məhkəmə işinin içindədir. Məhkəmə işinin içində olan Gəncə 1 saylı Notariat Kontorunda rəsmiləşdirilən mübahisəli bağ evinin alqı-satqısına dair 4ə-133 reyestr nömrəli notariat işinin 6-cı səhifəsində olan, 7E-3268 reyster nömrəsi ilə qeydiyyata alınaraq təsdiqlənən iddiaçının həyat yoldaşı Tünzalə Əhmədovanın ərizəsindən görünür ki, o notariat kontoruna gedərək və ərizə yazaraq bildirmişdir ki, əri İddiaçı məxsus Gəncə şəhəri Avtozavod yolu ünvanında yerləşən bağ evinin satılmasına razıdır və etiraz etmir. Məhkəməyə yaxşı məlumdur ki, etibarnamə veriləndə həyat yoldaşının razılığı tələb olunmur. Bu hal və iddiaçının həyat yoldaşı T.Əhmədovanın notariat kontoruna gedib evin satılmasına etiraz etməməsi də sübut edir ki, iddiaçı heç də evə dair etibarnamə vermək üçün yox, evin alqı-satqısını rəsmiləşdirmək üçün notariat kontoruna getmişdir. Bununla da məhkəməni - iddiaçının evi satmaq niyyətinin olmadığını, evə dair alqı-satqı müqaviləsi bağlamadığını, əslində M. Mustafayevin dediyi adama etibarnamə vermək üçün notariat kontoruna getdiyini - ifadəsinə istinad edib MM-in 339.2-ci maddəsini tətbiq etməkdə səhvə yol verdiyi sübut olunur. Məhkəmə İddiaçı, onun həyat yoldaşı Tünzalə Əhmədovanı və mübahisələndirilən alqı-satqı müqaviləsini rəsmiləşdirən Gəncə 1 saylı notariat kontorunun əməkdaşlarının məhkəmə iclasında iştirakını mütləq olaraq təmin edib, onların hərtərəfli izahatları alınaraq onların həqiqətən ''aldadılıb-aldadılmamalarının, qorxudub-qorxudulmamalarının və hədələnib-hədələnməmələrini habelə kimlər tərəfindən necə, nə cür aldadıldıqlarını və ya qorxudulduqlarını araşdırıb aydınlaşdırmalı idi. Ancaq bunu etməmiş və işi ümumiyyətlə araşdırmamışdır. Hətta həmin şəxslərin iclasında iştiraklarının təmin olunmalarına dair onların vəsatəti təmin edilməmişdir. Bununla da iddiaçının notariat kontoruna etibarnamə vermək adı ilə yox, birbaşa bağ evinin alqı- satqısını rəsmiləşdirmək üçün getdiyi, məhkəmənin də öz tərəfsizliyini itirib iddiaçının mənafeyini müdafiə etməsi sübut olunur. İddiaçı iddia ərizəsinin 1-ci səhifəsinin 2-ci abzasının 2-ci cümləsindən başlayan izahatında yazır ki, “sözügedən evin tikintisi başa çatandan sonra Samir Abdullayev həmin evə İcra başçısının sərəncamının və aidiyyatı dövlət qurumları tərəfindən lazımı icazə sənədlərinin alınması və hazırlanmasının vacib olduğunu bildirmişdir. Mən səhhətimdə yaranmış problemlər ilə bağlı sənədlərin hazırlanmasında dövlət orqanlarına gedə bilməyəcəyini bildirdim. Həmin müddət ərzində Samir mənə bu işləri bacaracaq birinə notariat qaydada etibarnamə verilməsini bildirmişdir.Sözügedən sənədlərin hazırlanmasını o zaman Gəncə şəhəri Nizami rayonu İcra Hakimiyyətinin Başçısı olmuş Məharət Mustafayev öz üzərinə götürmüşdür və bu səbəbdən o, Samirdən mənim onun dediyi adama notarial qaydada etibarnamə verəcəyini bildirmişdir. Məlumat üçün bildirir ki, o zaman Samirlə Məharətin arasında yaxşı münasibət və etibar var idi. Mən bu münasibətə inanaraq deyildiyi kimi notariusa getdim və orada notarial qaydada Məharət Mustafayevin dediyi əvəllər tanımadığım insana etibarnamə verdim. Həmin ərəfədə Məharət məndən evə aid olan çıxarış və digər sənədlərin əslini almış, İcra Başçısı tərəfindən veriləcək sərəncamın hazırlanması üçün çıxarış və digər sənədlərin əsillərinin onda qalmasının vacib olduğunu bildirmiş dir. Bu səbəbdən də sənədlərin əsli Məharətdə qalmışdır. Biz mütəmadi olaraq sənədlərin əslini və sərəncamı istəyən zaman Məharət sözügedən sənədlərin Gəncə Şəhərinin İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin sərəncam verməsi ilə bağlı Memarlıq şöbəsində olduğunu, bir müddət sonra isə həmin sənədlərin naməlum səbəbdən itdiyini” bildirmişdir. Göründüyü kimi məhkəmə iddiaçının iddia ərizəsində yazdığı - “Mən bu münasibətə inanaraq deyildiyi kimi notariusa getdim və orada notarial qaydada Məharət Mustafayevin dediyi əvəllər tanımadığım insana etibarnamə verdim”, və “Mən qorxudularaq məcburiyyət qarşısında notariat orqanına gedərək bilmədiyim müqaviləni mənə imzalatmışlar” İfadələrinə məhəl qoymadan və həmin ifadələrin yaratdığı halları araşdırıbaydınlaşdırmadan, qətnamənin 2-ci səhifəsinin sonuncu abzasında yerləşən əsaslandırma hissəsində- “İddiaçı mübahisələndirilən tikilini satmaq niyyətinin olmadığını, həmin tikiliyə dair hər hansı alqı-satqı müqaviləsi bağlamadığını, əslində Gəncə Şəhəri Nizami rayon İcra Hakimiyyətinin başçısı M.Mustafayevin dediyi adama etibarnamə vermək üçün notariat kontoruna getdiyini, mübahisələndirdiyi əqdin bağlanması zamanı aldadıldığını bildirmişdir”-ifadəsinə əsaslanaraq MM-in 339.3-cü maddəsini tətbiq etmişdir.Məhkəmə bununla da səhvə yol vermişdir. İddiaçının iddia ərizəsinin 2-ci səhifəsinin 1-ci abzasında - “Mən bu münasibətə inanaraq deyildiyi kimi notariusa getdim və orada notarial qaydada M.Mustafayevin dediyi əvəllər, tanımadığım * insana etibarnamə verdim” ifadəsini yazmaqda məqsədi isə alqısatqı guya o yox, etibarnamə verdiyi M.Mustafayevin dediyi adamın reallaşdırdığı halını yaratmaq olmuşdur. Alqı-satqı müqaviləsinin arxa tərəfində satıcının yerində iddiaçının öz şəkli olduğu üçün məhkəmə bu hala istinad edə bilməmişdir. Beləliklə məhkəmə iddiaçının iddia ərizəsində biri-birinə zidd olan: - “Mən qorxudularaq məcburiyyət qarşısında notariat orqanına gedərək bilmədiyim müqaviləni mənə imzalatmışlar”, - hamin tikiliyə dair hər lıansı alqı-satqı müqaviləsi bağlamadığını, əslində Gəncə şəhəri Nizami rayon icra Hakimiyyətinin başçısı M.Mustafayevin dediyi adama etibarnamə vermək iiçün notariat kontoruna getdiyini, mübahisələndiriləıı əqdin bağlanması zamanı aldadıldığını ” və -“mən bu münasibətə inanaraq deyildiyi kimi notariusa getdim və orada notarial qaydada M.Mustafayevin dediyi əvəllər tanımadığım insana etibarnamə verdim” ifadələrinin hər birini və həmin ifadələrin yaratdığı halları hərtərəfli araşdırmalı və aydınlaşdırmalı idi ki, bu ifadələr tamamilə biri-birinə zidd ifadələrdir və yaratdığı hallar biridigərini inkar edir. Notariat kontoru da heç vaxt belə kor-koranə, gözüyumulu əqdləri rəsmiləşdirmir. Kontorun əməkdaşı da notariusun özü də əqdi rəsmiləşdirən şəxsi sorğusual edib hansı notariat hərəkətinin aparıldığını izah edib, şəxsin razılığı ilə əqdi rəsmiləşdirir. Nəyinki iddiaçı və onunla notariusa gələn ali təhsilli Samir Abdullayev, heç ruhi-əsəb "dispanserinin pasienti də etibarnamə əvəzinə evinin alqı-satqısını bilmədən rəsmiləşdirə bilməzdi.Bütün hallarda məhkəmə iddiaçını və notariat kontorunun əməkdaşlarını məhkəmə iclasına dəvət edib sorğu-sual edib, niyə etibarnamə əvəzinə evin alqı-satqısının rəsmiləşdirildiyini aydınlaşdırmalı protokola qeyd aparmalı idi. Ancaq bunların heç birini etməmişdir.Bu da yenə sübut edir ki, iş araşdırılmamışdır.Məhkəmə bir tərəfli olaraq iddiaçının tərəfində olmuşdur. Əgər məhkəmə bu ifadələri (dəlilləri) proseslərdə müzakirələrə çıxarıb çəkişmə şəraiti yaratsaydı, bu hallara mütləq aydınlıq gələrdi. Hakimin istinad etdiyi dəlil onun özünün quraşdırdığı əsaslandırmadır. İddiaçı və onun şəriki olan 3-cü şəxs daha çox hədə və qorxudulmaya və idddiaçının M.Mustafayevin dediyi insana etibarnamə verdiyinə istinad ediblər. İcraat müddətində cəmi 2 proses baş tutub. Həmin proseslərdə də 3-cü şəxsə iddiaçının əvəzinə də işin mahiyyətindən kənar ağzına gələni danışmağa şərait yaradılırdı.Bu səbəbə görə də işin sübutları və halları araşdırılmırdı. İddiaçı iddia ərizəsinin 2-ci səhifəsinin 1-ci və 2-ci abzaslarında iddia tələbinin dəyişdirilməsinə dair ərizəsinin 2-ci səhifəsinin 2 və 3-cü abzaslarında 2-ci cümlədən başlayaraq qeyd edib ki, - “Həmin ərəfədə Məharət məndə evə aid olan çıxarışvə digər sənədlərin əslini almış, icra başçısı tərəfindən veriləcək sərəncamın hazırlanması üçün çıxarış və digər sənədlərin əsli Məharətdə qalmışdır. Biz mütəmadi olaraq sənədlərin əslini və sərəncamı istəyən zaman Məharət sözügedən sənədlərin Gəncə şəhərinin İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin sərəncam verməsi ilə bağlı Memarlıq şöbəsində olduğunu, bir müddət sonra isə həmin sənədlərin naməlum səbəbdən itdiyini bildirmişdir. ” Ancaq barəsində apelyasiya şikayəti verdikləri qətnamənin 4-cü səhifəsinin 3-cü abzasından göründüyü kimi məhkəmənin tələbi ilə mübahisələndirilən bağ evinə dair xx.xx.2015-ci il tarixli 4ə-133 reyster nömrəli alqı-satqı müqaviləsinin notariat işinin təsdiqlənmiş surəti məhkəmə işinə təqdim olunub. Notariat iş materialları məhkəmə işinin içindədir. Məhkəmə işinin içində olan mübahisələndirilən alqı-satqı müqaviləsinin rəsmiləşdirdiyi Gəncə 1 saylı notariat kontoruna aid 4ə-133 reyster nömrəli notariat işinin 7-ci səhifəsində olan Hüquqların Dövlət qeydiyyatı haqqında DƏDR-dən xx.xx.2015 tarixli **********8 qeydiyyat nömrəli RX seriyalı ******* saylı çıxarış iddiaçının Polis İdarəsinə itdiyi bəyan edilən və qəzetdə itdiyi elan edilən çıxarışdır. Əgər iddiaçı iddia ərizəsində yazdığı kimi çıxarışın əslini sərəncam almaq üçün Məharət Mustafayevə, o da Gəncə Şəhər İH-nin Memarlıq Şöbəsinə vermiş olsaydı O, Polis İdarəsinə yazdığı ərizədə mütləq olaraq çıxarışı M.Mustafayevə, o da Gəncə Şəhər İH-nin Memarlıq Şöbəsinə verdiyini yazardı. Həm də polisə çıxarışın itdiyini bildirəndə polisin özü harada, necə və hansı şəraitdə itmə ehtimallarını soruşur. Əgər həqiqətən də iddiaçı çıxarışı M.Mustafayevə o da Memarlıq Şöbəsinə vermiş olsaydı o, mütləq Polisə izahat verərdi.Polis də memarlıq Şöbəsinə sorğu göndərərdi. Göründüyü kimi iddiaçının iddia ərizəsindəki izahatı və iddia tələbinin bu haldakı dəlilləri də saxta və yalan olduğu sübut olunur. Bununla tam sübut olunur ki, işin içində olan sübutların və sənədlərin heç biri və həmin sübutların yaratdığı hallar məhkəmə tərəfindən araşdırılmamışdır. Qətnamədən aydın görünür ki, yuxarıda qeyd olunan işin materiallarını təşkil edən və gizlədilən sübutları niyə rədd etməsi və ya gizlətməsi və gizlətməsi üçün istinad etdiyi dəlillər göstərilməmişdir. Sübutlar əlaqəli şəkildə şərh edilməmiş, qəbul edilməməsinin səbəbləri izah edilməmişdir. Mübahisələnən alqı-satqı müqaviləsinin notariat işi materiallarına yox, bu işə aidiyyatı olmayan bağışlanma müqaviləsinin materiallarına daha çox şərh verilərək istinad olunmuşdur. Qətnamənin 4-cü səhifəsinin 5-ci abzasında notariat işinin içində olan onun adından notariat kontorunun əməkdaşlarının yazdıqları və ona məlum olmayan əizəyə istinad olunub. Ərizədə qeyd edilib ki-qohumumuz olan İddiaçı məxsus Gəncə şəhəri Avtozavod yolu ünvanında yerləşən 400 kv.m torpaq sahəsini 2013-cü ildə 5000 manata razılaşaraq pulunu tam ödədim və torpaq sahəsini təhvil aldım, qarşılıqlı etibarımız olduğu üçün o vaxt sənədləşmə aparmadıq. Daha sonra həmin torpaq sahəsində öz maddi imkanımız hesabına ev inşa etdirdik. Xahiş edirəm alqı-satqı müqaviləmizi o vaxt razılaşaraq aldığımız qiymət göstərilməklə rəsmiləşdirəsiniz. Onun həmin ərizədən xəbəri olmayıb. Müqaviləni imzaladanda notariat kontorunun əməkdaşları ərizəni də aralıqda imzaladıblar. O, bağ evini ona satan bu iş üzrə İddiaçı evə baxmağa gedəndə ilk dəfə görmüşdür. Onunla heç bir qohumluğu da yoxdur. Ərizədə onun adından yazılıb ki-torpaq sahəsini alandan sonra öz maddi imkanı hesabına ev inşa etdirdilər. Onun ərizədən xəbəri olsaydı, bu onun üçün göydən düşmə bir fakt (dəlil) olardı.Əgər o evi o, tikdirmiş olsaydı tikiliyə bütövlükdə iddia edərdi.Daha niyə satın aldığını yazırdı.Əgər evi o,inşa elətdirmişdirsə, alqı-satqı müqaviləsində ev niyə ona satılırdı. Təkcə torpağın satıldığı qeyd olunardı. Ərizənin saxta və quraşdırma olduğunu işdə olan Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014 tarixli 199 saylı sərəncamı sübut edir. Belə ki, ərizədə yazılıb ki, guya torpaq sahəsi ona 2013-cü ildə satılıb. Ancaq sərəncamın 2-ci bəndindən görünür ki, “torpaq sahəsi iddiaçıya xx.xx.2014cü il tarixindən sonra verilib. Sadəcə vergidən yayınmaq üçün həmin ərizə quraşdırılaraq notariat işinə əlavə edilib. Bundan başqa ərizədə onun əvəzindən yazılan - Öz maddi imkanımız hesabına ev inşa etdirdiyimiz- İfadəsinin ona məxsus ifadə olmadığını iddiaçı öz iddia ərizəsində də sübut edir. Belə ki, o iddia ərizəsinin 1-ci səhifəsinin 2-ci abzasında - həmin tikilini Binnəl Şahmarov qız övladı X4 hədiyyə olaraq tikdirmişdir. Bu səbəbə görə də onun kürəkəni X6 bəzi hallarda həm maddi həm də digər məsələlərdə evin tikintisinə yaxından köməklik etmişdir.Sözügedən bağ evinin, tikintisi başa çatdıqdan sonra Samir Abdullayev həmin evə icra başçısının sərəncamının və icazə sənədlərinin alınması və hazırlanması vacib olduğunu bildirmişdir. Göründüyü kimi iddiaçı evin o, yox, özlərinin tiktirdiyini qeyd edir. Odur ki, məhkəmənin tədbiq etdiyi AR MM-nin 324.5-ci və 404.1-cimaddələri onların bu dəlilinə hüquqi əsas verir. Həmin ərizəni o, yazmış olsaydı belə, axı həmin ərizədə yazılan “torpaq sahəsini 2013-cü ildə torpaq sahəsi kimi satın alıb ev tikdirmişəm ” ifadəsi heç bir halda iddiaçının “etibarnamə vermək üçün notariat kontoruna gəlmişdim məni aldadıb alqı-satqı müqaviləsi imzaladıblar” dəlilinə əsas vermir. Əgər o, iddiaçıya 2013-cü ildə ərizə yazıb ona etibarnamə verməsini xahiş etsəydi və notariusa da ərizə yazıb etibarnamə yox, alqı-satqı müqaviləsini rəsmiləşdirməsini xahiş etsəydi, o halda onu aldatmış olardı. Bundan başqa o, notariat kontorunun bu alqı-satqı müqaviləsini sənədləşdirmiş əməkdaşı olmuş olsaydı, o halda ona qarşı belə bir dəlillə qaldırılan iddia ağlabatan və əsaslı ola bilərdi. Məhkəmə heç olmasa alqı-satqı müqaviləsindəki onun imzasını və yazısını, iddiaçının imzası və yazısı ilə tutuşduraydı və qiymətləndirəydi. Onun heç orta təhsili belə olmadığı halda ali təhsilli iddiaçı və 3-cü şəxsi o, necə aldada bilərdi. Heç ola bilərdimi ali təhsilli şəxslər notariat kontoruna etibarnamə vermək üçün gedib etibarnamə yox, alqısatqı müqaviləsini imzalasınlar?! Mübahisəli bağ evinə dair çıxarışın əsli, çıxarışın itdiyi bəyan edilərək polisdən alınan arayış, çıxarışın itdiyi elan verilən qəzetin səhifəsi iddiaçının yalan əsaslarla dublikat çıxarış alıb ona satdığı evi dayısına bağışlamasını, iddiaçının həyat yoldaşının evi ona satanda notariusa gedib evin ona satılmasına rəsmi razılıq verməsini və sonra da iddiaçının dayısına bağışlanmasına rəsmi razılıq verməsini sübut edən sübutlar işin içində olduğu halda bu sübutların gizlədilməsi ilə çıxarılan qətnamə əsaslı hesab edilə bilməz. Qətnamənin əsaslandırma hissəsi ilə işin materialları və iddia ərizəsi ilə onların etirazlar tutuşdurularaq araşdırılıb müqayisə edilsə çox aydın görünür ki, iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilməli olan sübutlar və faktlar gizlədilmiş, qətnamə ancaq iddiaçının iddia ərizəsində yazdığı biri-birinə zidd dəlillərdən birinə istinad olunmuş, heç həmin hal da mötəbər sübut və faktlarla əks etdirilməmişdir.Qətnamədə göstərilən hallar nə işin materialları ilə, nə də iddiaçının iddia ərizəsindəki dəlilləri ilə uyğun gəlmir. Məhkəməyə məlum olmalı idi ki, əgər o, keçmiş İHB-na bu qədər yaxın idisə bütün Gəncə və Gəncəətrafı rayonlarının əhalisini torpaq sahəsi ilə təmin edən İHB-nın gücü çatmazdımı bir torpaq sahəsi də ona versin və ev tikməkdə köməklik etsin. Daha iddiaçının evini niyə alıb ona verməli idi. Əgər Gəncədə və Yevlaxda torpaq maqnatı kimi ad çıxardan M.Mustafayevə o, iddiaçının dediyi qədər yaxın idisə, torpaq verilməsi onun əlində olduğu halda niyə ona bir torpaq sahəsi verməyib, başqasının torpağını əlindən alıb ona verməli idi? Fakt budur ki, qətnamədə məhkəmənin gəldiyi nəticə üçün mühum əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. Qətnamə üzrə nəticə işin hallarına və materiallarına uyğun gəlmir. Maddi və prosessual hüquq normaları da, pozulmuş və düzgün tətbiq olunmamışdır. Ona görə də, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(039)- 1422/2019 nömrəli qətnaməsini ləğv edib, işə mahiyyəti üzrə yenidən baxıb, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izhatları: İddiaçı, Cavabdeh, sonuncunun nümayəndəsi və vəkili Vəkil3, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclaslarına gəlməmişlər, üçüncü şəxs Gəncə şəhəri 1 saylı xüsusi notariat ofisi nümayəndəsini göndərməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(039)-1422/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüququ məsələlər: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)-4424/2020 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli tarixli, 2(107)- 2033/2019 nömrəli qətnaməsi ləğv edilmiş, müvafiq göstərişlərlə iş yeni apellyasiya baxışına göndərilmişdir. MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə və Ali Məhkəmənin göstərişlərinə əsasən hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(039)-1422/2019 nömrəli qətnaməsi ləğv edilməli, iddia isə rədd edilməlidir. Belə ki, İşdə olan ƏMDK DƏDRX-in 3 saylı Gəncə şəhər Ərazi İdarəsindən xx.xx.2019-cu il tarixdə tələb edilmiş materiallardan müəyyən olunmuşdur ki, mübahisəli bağ evi Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 1711 saylı sərəncamına əsasən İddiaçı adına qeydiyyata alınmış və ona xx.xx.2015-ci il tarixində çıxarış verilmiş, xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən bağ evi onun tərəfindən X7 bağışlanmış və xx.xx.2018-ci il tarixdə B.Şahmarov adına çıxarış almışdır. Həmin materiallardan görünür ki, mübahisəli bağ evinə dair sözügedən əqd bağlanarkən həqiqətən də İddiaçı adına olan xx.xx.2015-ci il tarixli çıxarışın dublikatı ilə hərəkətlər həyata keçirilmişdir. İşdə olan Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin xx.xx.2018-ci il tarixli arayışından müəyyən olunmuşdur ki, İddiaçı Nizami RPİ-yə ərizə ilə müraciət edərək ona məxsus olan Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən bağ evinin xx.xx.2009-cu il tarixli çıxarışının Gəncə şəhərində itdiyini bildirmişdir. Həmin sənədin tapılması ilə bağlı müvafiq tədbirlər həyata keçirilsə də, nəticəsi olmamışdır. İşdə olan “Ədalət” qəzetinin xx.xx.2018-ci il tarixli buraxılışında Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən İddiaçı məxsus bağ evinin xx.xx.2015-ci il tarixli çıxarışının itdiyi üçün etibarsız sayılmasına dair elan yerləşdirilmişdir. İşdə olan Gəncə şəhər Baş Polis İdarəsi Nizami Rayon Polis İdarəsinin materiallarından müəyyən olunmuşdur ki, mübahisəli evin Şahid tərəfindən zəbt olunması ilə bağlı ərizə ilə İdarəyə müraciət olunmuş, bununla bağlı İdarə tərəfindən tərəflər çağırılaraq izahatları alınmış və mübahisə mülki xarakterli olduğu üçün məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(104)-2313/19 saylı qətnaməsindən müəyyən olunmuşdur ki, iddiaçı X5 cavabdeh Şahid qarşı mübahisəli evdən çıxarılma tələbinə dair iddiası Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(044)-5133/19 saylı qətnaməsi ilə təmin edilmiş və Şahid tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli vəsiyyətnamədən görünür ki, X8 ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını X4 vəsiyyət etmişdir. Hazırda öyrənilən işdən bəlli olur ki, iddiaçı mübahisələndirdiyi alqı-satqı müqaviləsindən xəbərinin olmamasını, notariat orqanına etibarnamə vermək üçün getdiyini göstərmiş və bu əsasla da həmin müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir. Lakin, işə yenidən baxan apellyasiya məhkəməsi Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)-2033/2019 nömrəli qətnaməsinin ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)-4424/2020 saylı qərarında qeyd etdiyi göstərişləri, həm də bununla bağlı məhkəmə kollegiyasının özünün gəldiyi qənaətə görə iddia ərizəsində qeyd edilən əsaslarla mübahisələndirilən həmin müqavilənin etibarsız hesab edilməsini mümkün bilmir. Çünki, mübahisələndirilən alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilə iddiaçının şəxsən iştirakı ilə bağlanmış, müqavilənin şərtləri tərəflərə bildirilmiş və tərəflər müqaviləni öz imzaları ilə təsdiq etmiş, notarius tərəfindən tərəflərə hüquq və vəzifələri izah edilmişdir. İddiaçının arvadı da alqı-satqıya razılıq barədə notariat qaydada təsdiqlənrmiş ərizə vermişdir. Söz yox iddiaçı məlum ərizəsində notariusa alqı-satqı müqaviləsinin bağlanması üçün deyil, etibarnamə vermək üçün getdiyini iddia etsədə, sonuncunun bu izahatı tamamilə qeyri səmimidir. Belə ki, bu işin mübahisəsiz halıdır ki, hər hansı bir məsələ ilə bağlı etibarnamə veriləndə uyğun olaraq həyat yoldaşının razılığı tələb olunmur. Bundan əlavə, işdən görünür ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən iddiaçı tərəfindən mübahisələndirilən tikiliyə dair bağışlama müqaviləsi bağlanarkən onun həqiqətən də xx.xx.2015-ci il tarixli çıxarışın dublikatı ilə hərəkətlər etdiyini, çıxarışın itməsi ilə bağlı polisə müraciət etməsini, qəzetdə elan yerləşdirilməsini, mübahisəli tikilinin Şahid tərəfindən zəbt olunması ilə bağlı da polisə müraciət etməsini göstərmişdir. Ancaq, nə iddiaçı müvafiq olaraq verdiyi iddia ərizəsində, nə də həmin iddia ərizəsi əsasında işə baxan birinci instansiya məhkəməsi sadalanan xüsusatların mübahisələndirilən xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığı üçün Mülki Məcəllədə qeyd edilmiş hansı əsaslara səbəb olmasını göstərməmişdir. Həmçinin, iddia ərizəsində göstərilir ki, “notariat kontoruna etibarnamə vermək üçün getmiş, həmin sənədin alqı-satqı müqaviləsi olduğunu bilməmişdir, əks halda 100000 manatdan çox qiyməti olan tikiliyə dair 5000 manata alqı-satqı müqaviləsini bağlaya bilməzdi”. Məhkəmə kollegiyası iddia ərizəsinin sadalanan dəlilini inandırıcı qəbul etmir. Çünki, alqı-satqı müqaviləsində daşınmaz əmlakın 5000 manat alınması barədə bənd əksini tapmış, eləcədə iddiaçı bunun əksini sübut edəcək hər hansı bir sübut təqdim etməmişdir. Alqı-satqı edilmiş daşınmaz əmlakın satış qiyməti ilə bağlı məsələyə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, "N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının x xxxxxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəmsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında qeyd edilir ki, ''Məhkəmənin Mülki Kollegiyasının x xxxxxx 2019-cıı il tarixli qərarındakı mübahisəli mənzilin bazar dəyərindən ucuz qiymətə satılmasına dair qeydi ilə bağlı isə vurğulanmalıdır ki, qanunvericilik baxımından satıcının satış qiymətini özü üçün müəyyənləşdirmək azadlığı vardır." Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM-in) 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. MM-in 339.2-ci maddəsinə görə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Göründüyü kimi, iş materiallarında iddiaçının iddiasının əsası kimi istinad etdiyi hallara dair kifayəət qəjər sübutlar olmadığı halda, birinci instansiya məhkəməsi bu hallara əhəmiyyət verməyərək iddia tələbinin təmin olunması qənaətinə gəlmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri sayır ki, MPM-nin 2.1-ci maddəsinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. MPM-in 88, 217.1 və 217.2-ci maddələrinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Konstitusiyanın 25-ci maddəsinə əsasən iddiaçı və cavabdeh qanun və məhkəmə qarşısında bərabərdirlər, məhkəmə tərəfindən isə onlar arasında yaranmış mübahisəyə çəkişmə və tərəflərin hüquq bərabərliyi prinsipinə uyğun olaraq baxılmalıdır.Tərəflərin məhkəmə prosesində bərabərliyi onların tələb və etirazlarının əsaslandırılması üçün gətirdikləri dəlillərə qərəzsiz qiymət verilməsindən ibarətdir. MPM-in 220.4-cü maddəsinin tələbinə görə sübutlara verilmiş qiymətin nəticəsi məhkəmə tərəfindən qəbul olunmuş qətnamənin əsaslandırıcı hissəsində göstərirlir. Məhkəmə qətnamənin həmin hissəsində hər hansı qənaətə gələrkən əsaslandığı sübutları və hər hansı bir sübutun rədd edilməsinin əsaslarını göstərməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Bu baxımdan da, məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlməmişdir. Çünki, iş materiallarının məhkəmə tədqiqatından da bir mənalı aydın olur ki, iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halların təsdiqi ilə bağlı biri digərini tamamlayan mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. MPM-in 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyl, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. MPM-in 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafıə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafıə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Apellyasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası iş üzrə yekun olaraq bu nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, iş Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tаrixli, 2(039)-1422/2019 nömrəli qətnaməsi ləğv edilməli və iddia rədd edilməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul eədə bilər. Məhkəmə kollegiyası şərh edilənlərə əsaslanaraq və MPM-in 372, 384, 387, 392 və 393-cü maddələrini rəhbər tutaraq Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(039)-1422/2019 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi iddiası rədd edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-134/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-134/2021
12.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver