Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1340/2023 20.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin geri qaytarılması, qüvvə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(046)-236 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə Göyçay Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli 2(046)-236/2022 nömrəli qərardadından iş üzrə icraata cəlb edilməyən şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək çıxarışa əsasən mülkiyyətdə olan Göyçay rayonu Potu kəndində yerləşən 0.27 ha torpaq sahəsindən cavabdehlərin çıxarılması və həmin torpaq sahəsində çəkilmiş çəpərin cavabdehlərin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay rayon Məhkəməsinin 9 sentyabr 2022-ci il tarixli 2(046)-236/2022 nömrəli qətnaməsi ilə Göyçay rayonu Potu kəndində yerləşən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 0.27 ha torpaq sahəsinin 338 kv.m hissəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 çıxarılmış və həmin torpaq sahəsi ətrafında çəpər çəkilmiş çəpər cavabdehlərin vəsaiti hesabına sökülməsi qət edilmişdir. Qətnamədən iş üzrə icraata cəlb edilməyən şəxs Maraqlı şəxs apelyasiya şikayəti vermişdir. Göyçay Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli 2(046)-236/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Maraqlı şəxs qeyd olunan qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermişdir. Göyçay Rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli 2(046)-236/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli 2(046)-236/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılmasına dair gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi Maraqlı şəxs hüquqlarına və qanuni maraqlarına toxunmur. Məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək çıxarışa əsasən mülkiyyətdə olan Göyçay rayonu Potu kəndində yerləşən 0.27 ha torpaq sahəsindən cavabdehlərin çıxarılması və həmin torpaq sahəsində çəkilmiş çəpərin cavabdehlərin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər olan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 zəbt etdiklərinə iddia etmiş, Maraqlı şəxs isə hazırki iş üzrə cavabdeh kimi qeyd edilməmiş və ona qarşı heç bir tələb irəli sürülməmişdir. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, iş üzrə cəlb edilməyən şəxs Maraqlı şəxs apellyasiya şikayətində cavabdehlər mülkiyyətində olan torpaq sahəsi üzrə onlarla birgə mülkiyyətçi olduğunu bildirməklə qətnamənin onun marağına toxunduğunu iddia etmişdir. Halbuki hazırki iş üzrə iddia tələbi iddiaçının mülkiyyətində olan torpaq sahəsinin zəbt edilməsi barədə olmaqla, cavabdehlərin mülkiyyətində olan torpaq sahəsi hazırki iddia ilə mübahisələndirməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Göyçay Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli 2(046)-236/2022 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli 2(046)-236/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 399 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İş üzrə cəlb edilməyən şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli 2(046)-236/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1340/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1340/2023
20.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver