Məhkəmə qərarları › İş №2(107)-1347/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1347/2020

02.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1347/2020 02.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakı ilə, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(033)-198/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 müştərək qaydada İddiaçı X2 xeyrinə 19R000004012 saylı kredit razılaşması üzrə 21310.58ABŞ Dolları məbləğində kredit borcu, 11129.93 ABŞ Dolları məbləğində faiz borcu və 29938.04 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, cəmi 62378.55 ABŞ dolları məbləğində borcun; 019R********** saylı kredit razılaşması üzrə 2079.25 ABŞ Dolları məbləğində kredit borcu, 1583.87 ABŞ Dolları məbləğində faiz borcu və 2790.38 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, cəmi 6453.50 ABŞ dolları məbləğində borcun; ümumilikdə cəmi 68832 (altmış səkkiz min səkkiz yüz otuz iki) ABŞ Dolları 05 (beş) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması; tələbin ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.1161 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 108.1 kv.m, yaşayış sahəsi 66.2 kv.m, yardımçı sahəsi 41.9 kv.m, tikintialtı sahəsinin cəmi 202.1 kv.m, (Liter Bdə təsərrüfat tikilisi 38.7 kv.m, Liter C-də Talvar-tikintialtı sahəsi 9.6 kv.m olan 1 mərtəbəli) 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və ümumilikdə cəmi 68832 (altmış səkkiz min səkkiz yüz otuz iki) ABŞ Dolları 05 (beş) sent məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı» QSC-ə ödənilməsi; Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 ümumi müştərək qaydada tutulması; ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.1161 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 108.1 kv.m, yaşayış sahəsi 66.2 kv.m, yardımçı sahəsi 41.9 kv.m, tikintialtı sahəsinin cəmi 202.1 kv.m, (Liter B-də təsərrüfat tikilisi 38.7 kv.m, Liter C-də Talvar-tikintialtı sahəsi 9.6 kv.m olan 1 mərtəbəli) 3 otaqlı fərdi yaşayış evinə tutma tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh6, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 həmin evə istifadə hüquqlarının itirilməsi, onların həmin evdən çıxarılması, evin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(033)-198/2020 saylıqətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Kərimov və Məhəmməd Kərim oğlundan müştərək qaydada İddiaçı X2 xeyrinə 19R000004012 saylı kredit razılaşması üzrə 21310.58 ABŞ Dolları məbləğində kredit borcu, 11129.93 ABŞ Dolları məbləğində faiz borcu və 500 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, cəmi 32940,51 ABŞ dolları məbləğində borc, 019R********** saylı kredit razılaşması üzrə 2079.25 ABŞ Dolları məbləğində kredit borcu, 1583.87 ABŞ Dolları məbləğində faiz borcu və 50 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, cəmi 3713,12 ABŞ dolları məbləğində borc pul qətnamə icra olunduğu gün Azərbaycan manatı məzənnəsinə uyğun olaraq tutulmalı, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat ödənilmiş dövlət rüsumu, ipooteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı tutulsması, tələb ipoteka predmeti olan ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.1161 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 108.1 kv.m, yaşayış sahəsi 66.2 kv.m, yardımçı sahəsi 41.9 kv.m, tikintialtı sahəsinin cəmi 202.1 kv.m, (Liter B-də təsərrüfat tikilisi 38.7 kv.m, Liter C-də Talvar-tikintialtı sahəsi 9.6 kv.m olan 1 mərtəbəli) 3 otaqlı fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, hər iki müqavilə üzrə cəmi 36653,63 ABŞ dolları məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat ödənilmiş dövlət rüsumu, ipooteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı ipoteka predmetinin hərracda satışından əldə edilmiş vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.1161 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 108.1 kv.m, yaşayış sahəsi 66.2 kv.m, yardımçı sahəsi 41.9 kv.m, tikintialtı sahəsinin cəmi 202.1 kv.m, (Liter B-də təsərrüfat tikilisi 38.7 kv.m, Liter C-də Talvar-tikintialtı sahəsi 9.6 kv.m olan 1 mərtəbəli) 3 otaqlı fərdi yaşayış evinin hərracda ilkin satış qiyməti 50000 manat müəyyən edilsməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Kərimov və Məhəmməd Kərim oğlundan müştərək qaydada İddiaçı X2 xeyrinə tutulması, ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.1161 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 108.1 kv.m, yaşayış sahəsi 66.2 kv.m, yardımçı sahəsi 41.9 kv.m, tikintialtı sahəsinin cəmi 202.1 kv.m, (Liter B-də təsərrüfat tikilisi 38.7 kv.m, Liter C-də Talvar-tikintialtı sahəsi 9.6 kv.m olan 1 mərtəbəli) 3 otaqlı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh6, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 həmin fərdi yaşayış evinə istifadə hüquqları itirilməklə onlar həmin əmlakdan çıxarılsması və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh1 tərəfindən apelyasiya şikаyəti verilmişdir. Apelyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsi məhkəmə iclasında onun iştirakını təmin etməmişdir. Bundan əlavə ipoteka predmetinin qiyməti bazar qiymətlərinə uyğun olmamışdır. ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.1161 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 108.1 kv.m, yaşayış sahəsi 66.2 kv.m, yardımçı sahəsi 41.9 kv.m, tikintialtı sahəsinin cəmi 202.1 kv.m, (Liter B-də təsərrüfat tikilisi 38.7 kv.m, Liter C-də Talvar-tikintialtı sahəsi 9.6 kv.m olan 1 mərtəbəli) 3 otaqlı fərdi yaşayış evinin hərracda ilkin satış qiyməti 50000 manatdan daha yüksəkdir. Ona görə də Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(033)-198/2020 saylıqətnаməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi X3 apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdehlər heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, prosesdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(033)- 198/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2013-cü il tarixli 19L000000707 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ Dolları məbləğində kredit xətti açılmış, xx.xx.2014-cü il tarixli 106 saylı sazişə əsasən kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilmiş, kredit xətti müqaviləsinin məbləği arırılaraq 100000 (yüz min) ABŞ dolları müəyyən edilmişdir. Tərəflər arasında xx.xx.2014-cü il tarixli 19R000004012 saylı kredit razılaşması bağlanılmış və müqaviləyə əsasən Cavabdeh1 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,8333 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 28000 (iyirmi səkkiz min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 19R000004012S saylı, xx.xx.2015-ci il tarixli 19R000004012SA saylı, xx.xx.2016cı il tarixli 19R000004012SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Bundan əlavə tərəflər arasında xx.xx.2015-ci il tarixdə bağladığı 019R********** saylı kredit razılaşması bağlanılmış və müqaviləyə əsasən Cavabdeh1 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3500 (üç min beş yüz) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli 019R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Hər iki borcun təminatı olaraq Cavabdeh3, Cavabdeh6, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 ilə bankın arasında zaminlik müqaviləsi bağlanılmışdır. Həmçinin öhdəliklərin təminatı olaraq Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2, Cavabdeh4 və X4 (Cavabdeh6) ilə bank arasında xx.xx.2014-cü il tarixli 19M000000170 saylı ipoteka müqaviləsi bağlanılmış, ipoteka müqaviləsinə əsasən ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.1161 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 108.1 kv.m, yaşayış sahəsi 66.2 kv.m, yardımçı sahəsi 41.9 kv.m, tikintialtı sahəsinin cəmi 202.1 kv.m, (Liter Bdə təsərrüfat tikilisi 38.7 kv.m, Liter C-də Talvar-tikintialtı sahəsi 9.6 kv.m olan 1 mərtəbəli) 3 otaqlı fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kreditor müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirsə də, lakin borclu üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə onun 19R000004012 saylı kredit razılaşması üzrə 21310.58 ABŞ dolları məbləğində kredit borcu, 11129.93 ABŞ dolları məbləğində faiz borcu və 29938.04 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 62378.55 ABŞ dolları, 019R********** saylı kredit razılaşması üzrə 2079.25 ABŞ Dolları məbləğində kredit borcu və 1583.87 ABŞ Dolları faiz, 2790.38 ABŞ Dolları məbləğində cərimə olmaqla, cəmi 6453.50 ABŞ dolları qalmışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 385.1-ci, 739.1-ci, 445.2.1ci, 449.1-ci, 472.1-ci, 465-ci, maddəsinin, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 9cu, 36.1, 36.2, 36.3, 36.4, 59.3, 59.4-cü maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci, 319.1-ci, 319.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, apelyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir. Bu mövqe həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Apelyator birinci instansiya məhkəməsinin qətnaməsini məhkəmə iclasında iştirakının təmin edilmədiyini və ipoteka predmetinin qiymətini, mübahisələndirdiyindən məhkəmə kollegiyası apelyasiya şikayətinə həmin hissədə münasibət bildirməyi məqsədəmüvafiq hesab edir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə şikayətin birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlilləri ilə razılaşmır. Apelyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, cavabdeh ipoteka predmetinin real bazar qiymətinə etiraz etmişdir ki, məhkəmə kollegiyası bununla razılaşmır. Belə ki, iş materiallarında olan müstəqil qiymətləndirici olan “xxxxxxxxxxxxxxx” MMC-nin rəyindən görünür ki, ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.1161 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 108.1 kv.m, yaşayış sahəsi 66.2 kv.m, yardımçı sahəsi 41.9 kv.m, tikintialtı sahəsinin cəmi 202.1 kv.m, (Liter Bdə təsərrüfat tikilisi 38.7 kv.m, Liter C-də Talvar-tikintialtı sahəsi 9.6 kv.m olan 1 mərtəbəli) 3 otaqlı fərdi yaşayış evinin hazırkı vəziyyətdə orta bazar qiyməti 50000 manat təşkil edir. Bundan əlavə apelyator birinci instansiya məhkəməsində iştirakının təmin edilməməsini bildirsə də iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli bildirişdən və xx xxxxxx 2020-ci il tarixli reyestrdən görünür ki iş üzrə tərəflər həmçinin cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyаsı belə qənaətə gəlir ki, аpellyаsiyа şikаyətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnаməsinin ləğv edilməsi üçün əsаs olа bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(033)-198/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(033)-198/2020 saylıqətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar