Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1348/2022 10.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borcun və faizin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “borcun və faizin ödənilməsi” tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(014)-1064/2022-018 nömrəli qərardadından Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi, həmçinin vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı «borcun və faizin ödənilməsi» tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yaşayan Cavabdeh xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 2472.00 AZN əsas borcu və 1483.00 AZN hesablanmış faiz üzrə borcu, cəmi 3955.00 AZN borcun, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 1560.00 AZN əsas borcu və 936.00 AZN hesablanmış faiz üzrə borcu, cəmi 2496.00 AZN borcun eləcə də dövlət hesabına ödənmiş 85.00 AZN məhkəmə rüsumunun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işin məhkəmə hazırlıq iclası 23 iyun 2022-ci il tarixə saat 11:40-a təyin edilmişdir. Cavabdeh məhkəmənin əvvəlki hazırlıq iclasında verdiyi izahatında iddianı qəbul etmədiyini, iddiaçı ilə ərizədə göstərilən müqavilə bağlamadığını, onun imzasının hansı yolla “Borcun ödənilmə qrafiki”ndə və xx.xx.2017-ci il tarixli “Borc müqaviləsi”ndə əks olunduğu barədə heç bir məlumatı olmadığını bildirmiş və iş üzrə məhkəmə texniki ekspertizasının təyin olunmasını xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsinə ərizə göndərərək mülki işə onun iştirakı olmadan baxılmasını, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli 2(014)-1064/2022 saylı qərardadına əsasən işə mahiyyəti üzrə baxılaraq obyektiv və ədalətli qətnamə qəbul etmək məqsədi ilə iş üzrə məhkəmə-texniki ekspertizası təyin edilməsi qərara alınmış, eyni tarixli qərardadla iş üzrə ekspert rəyi alınanadək icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 iyul 2022-ci il tarixli 508№-li ekspert rəyi 05 avqust 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş “Borcun ödənilmə qrafiki” adlı sənədlərdə “müştəri” qrafasında və xx.xx.2017-ci il tarixli “Borc müqaviləsi”ndə “Borcalan Cavabdeh”qrafasında olan imzalar hər hansı bir texniki qurğu (skayner, fotoaparat, və.s) vasitəsilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə bir başa axınlı printerdən çap edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli 2(014)-1064/2022 saylı qərardadına əsasən iş üzrə icraat təzələnmiş mülki işin məhkəmə hazırlıq iclası 18 avqust 2022-ci il tarixə saat 11:15-ə təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. İddiaçı xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli ərizələrlə məhkəməyə müraciət edərək Cavabdeh qarşı «borcun və faizin ödənilməsi» tələbinə dair ərizə qaldırdığını, lakin iddiasına baxılmaq istəmədiyini bildirərək, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin (hakim N.Əliyev) 18 avqust 2022-ci il tarixli, 2(014)-1064/2022- 018 nömrəli qərardadı ilə ərizə təmin edilərək İddiaçı Cavabdeh qarşı «borcun və faizin ödənilməsi» tələbinə dair mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 85 (səksən beş) manat dövlət rüsumunun dövlət büdcəsindən iddiaçıya qaytarılması qərara alınmışdır. Qərardaddan narazı qalan Cavabdeh və onun vəkili Nümayəndə şikayət vermişdir. Ağdaş Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 2(014)-1064/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 31 mart 2011-ci il tarixli, 03 saylı Qərarının 2-ci maddəsində qeyd edilir ki, Azərbaycan Respublikası MPMnin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Bеlə ki, Аzərbаycаn Rеspublikаsı MPM-nin 170.1ci mаddəsinin tələbinə görə bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3-cü və 261.0.6- 261.0.8-ci mаddələrində göstərilən əsаslаr оlduqdа, məhkəmə bахışınа hаzırlığın icrааtı dаyаndırılа və yа хitаm еdilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə şərh оlunаnlаrа əsаsən hesab etmişdir ki, ərizə təmin edilməli, İddiaçı Cavabdeh qarşı «borcun və faizin ödənilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 114.1, 114.2 və 170.1-ci maddələrinə, dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 31 mart 2011-ci il tarixli, 03 saylı Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri Şikayəti onunla əsaslandırılmışdır ki, 18 avqust 2022-ci il tarixdə onlar məhkəmə iclasında iştirak etməklə 2(014)-1064/2022 saylı mülki işin mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş edərək məhkəməyə yazılı ərizə təqdim etmişlər. Qeyd edilənlərə əsasən və göstərdiyi səbəblərdən düşünürlər ki, Ağdaş Rayon Məhkəməsinin 18 avqust 2022 - ci il tarixli 2(014) - 1064/2022 nömrəli qərardadı ləğv edilərək 2(014)-1064/2022 nömrəli mülki işə mahiyyəti üzrə baxılmalı və mövcud iddia tələbi tamamilə rədd edilməlidir.
1. O, İddiaçı ilə iddia tələbinə dair heç bir barışıq etməmişdir.
2. 18 avqust 2022 - ci il tarixli 2(014) - 1064/2022 nömrəli qərardadında məhkəmə İddiaçı “Borcun və faizin ödənilməsinə dair” iddia ərizəsinin geri qaytarılması üçün əsas kimi «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 31 mart 2011-ci il tarixli, 03 saylı Qərarının 2-ci maddəsinə istinad etmişdir. Qeyd etmək istəyir ki, hazırda qüvvədə olan Azərbaycan Respublikası MPM-nin 259.0.11ci maddəsinə əsasən həmin Məcəllənin 170-ci maddəsinə uyğun olaraq iddia ərizəsinin qaytarılması, cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə mümkündür. Onlar isə 18 avqust 2022-ci il tarixdə məhkəmə iclasında iştirak edərək cavabdeh tərəfindən 2(014)-1064/2022 saylı mülki işə baxaraq işin mahiyyəti üzrə həll olunması barədə məhkəməyə ərizə təqdim etmişlər.
3. Onlar həm də belə hesab edirlər ki, 05 avqust 2022- ci il tarixdə məhkəməyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 iyul 2022ci il tarixli 508№-li ekspert rəyi daxil olduqdan, yəni iddiaçının kredit müqaviləsini saxtalaşdıraraq Cavabdeh “qaralayıb” yalandan ondan “pul qoparmaq” niyyəti məhkəməyə bəlli olduqdan sonra məhkəmə iclasında sədrlik edən hakim buna heç bir əsas olmadan iş üzrə 4-cü hazırlıq iclası təyin etmək əvəzinə, işi kifayət qədər hazırlanmış hesab edərək Azərbaycan Respublikası MPM-in 171-ci maddəsinə əsasən işin məhkəmə iclasında baxılmağa təyin edilməsi haqqında qərardad çıxarmalı idi. İddiaçı yalandan məhkəməyə guya iddia predmeti üzrə cavabdehlə razılaşma əldə edildiyi barədə ərizəsi əsasında onun “Borcun və faizin ödənilməsinə dair” iddia ərizəsinin onun iradə ifadəsinin əleyhinə geri qaytarılması barədə Ağdaş Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli 2(014)-1064/2022 nömrəli qərardadı mövcüd mülki prosessual qanunvericiliyin tələblərinə uyğun deyil, qərəzli olaraq iddiaçının maraqlarına xidmət edir və iş üzrə Cavabdeh gələcəkdə ona qarşı “işgüzar nüfuzun, şərəf və ləyaqətin müdafiəsi, mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddia tələbi ilə məhkəməyə müraciət etməsini mümkünsüz edir. Bu səbəbdən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən İddiaçı xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 2472.00 manat əsas borcun və müqavilə üzrə hesablanmış 1483.00 manat faiz borcunun, cəmi 3955.00 manat borcun və həmçinin xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 1560.00 manat əsas borcu və müqavilə üzrə hesablanmış 936.00 manat faiz borcunun, cəmi 2496.00 manat borcun eləcə də dövlət hesabına ödənmiş 85.00 manat məhkəmə rüsumunun ondan tutularaq ona ödənilməsinə dair “Borcun və faizin ödənilməsinə dair” iddia ərizəsinə dair iddia ərizəsinin baxılmamış saxlanılması barədə Qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün təyin edilməsini xahiş etmişlər. b) Şikayəti qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 31 mart 2011-ci il tarixli, 03 saylı Qərarının 2-ci maddəsində qeyd edilir ki, Azərbaycan Respublikası MPMnin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu həmin qanunun 5.1.3-cü maddəsinə əsasən geri qaytarılır.
Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin:
170.1-ci mаddəsinin tələbinə görə bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3-cü və 261.0.6- 261.0.8-ci mаddələrində göstərilən əsаslаr оlduqdа, məhkəmə bахışınа hаzırlığın icrааtı dаyаndırılа və yа хitаm еdilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Ağdaş Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(014)-1064/2022-018 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir. Ona görə də kollegiya Ağdaş Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(014)-1064/2022-018 nömrəli qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. Belə ki, MPM-in 170.1-ci mаddəsinin tələbinə görə bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3cü və 261.0.6-261.0.8-ci mаddələrində göstərilən əsаslаr оlduqdа, məhkəmə bахışınа hаzırlığın icrааtı dаyаndırılа və yа хitаm еdilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 31 mart 2011-ci il tarixli, 03 saylı Qərarının 2-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Plenum həmçinin məhkəmələrə izah etmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh qarşı “borcun və faizin ödənilməsi” tələbinə dair mülki iş üzrə məhkəmə hazırlıq iclası zamanı İddiaçı ərizənin qaytarılması barədə vəsatət verdiyindən və bu zaman cavabdeh tərəfin buna razılığının alınması əsas olmadığından, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq birinci instansiya məhkəməsinin iddiаçı İddiaçı Cavabdeh qarşı “borcun və faizin ödənilməsi” tələbinə dair iddiası İddiaçı ərizəsinə əsasən geri qaytarmaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də Ağdaş Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(014)-1064/2022- 018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qanunvericiliyin tələbinə görə hazırki qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh və onun nümayəndəsi, həmçinin vəkili Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(014)-1064/2022-018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi аndаn qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən: Ayaz Mahmudov