Məhkəmə qərarları › İş №2(107)-1348/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1348/2023

07.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1348/2023 07.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “Bank of Baku" ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit borcunun ödənilməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X5 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı “Bank of Baku" ASC-nin nümayəndəsi X9, Cavabdeh iştirakı ilə, İddiaçı “Bank of Baku" ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 2(075)-171/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı “Bank of Baku" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 05 mart 2014-cü il tarixli, BAL1542313/13 saylı müqaviləyə əsasən 388.93 manat əsas, 641.52 manat faiz və 40 manat cərimə, 26 sentyabr 2012-ci il tarixli, DK0207513/12D saylı müqaviləyə əsasən 300 manat əsas, 660 manat faiz, 40 manat cərimə, LS0112213/14 saylı digər müqaviləyə əsasən 2605.08 manat əsas, 3548.11 manat faiz və 134.35 manat cərimə borcu olmaqla, cəmi 8357.99 manat borcun və 104 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X6 ilə İddiaçı ASC arasında bağlanmış 05 mart 2014-cü il tarixli, BAL1542313/13 saylı müqaviləyə əsasən bank ona 1000 manat, 26 sentyabr 2012-ci il tarixli, DK0207513/12D saylı müqaviləyə əsasən 150 manat və 26 sentyabr 2012-ci il tarixli, DK0207513/12D saylı müqaviləyə əsasən 30 aprel 2014-cü il tarixdə 3967 manat məbləğində kredit vermişdir. X2 banka 8357.99 manat borcu vardır. X6 31 iyul 2015-ci il tarixdə vəfat etmişdir. Cavabdeh, X3 qanuni vərəsəsidir. X6 tərəfindən vərəsəsinə qalan miras əmlak 14 oktyabr 2013-cü il tarixli, AC 132705 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən **-BN-*** dövlət nömrə nişanlı, ban nömrəsi WBADD41050BT51998, mühərrik nömrəsi 25398781 olan 1997-ci il tarixdə istehsal olunmuş mərhum X4 məxsus BMW-523 minik avtomobilndən ibarətdir. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 2(075)-171/2023 saylı qətnaməsi ilə (hakim P.Hacıyev) iddianın qismən təmin edilməsi, Cavabdeh 26 sentyabr 2012-ci il tarixli, DK0207513/12D saylı kredit müqaviləsi üzrə 300 manat, 05 mart 2014cü il tarixli, BAL1542313/13 saylı kredit müqaviləsi üzrə 388.93 manat və 30 aprel 2014cü il tarixli, LS0112213/14 saylı kredit müqaviləsi üzrə 2605.08 manat məbləğində kredit borcu olmaqla cəmi 3294.01 manat kredit borcunun və 41 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, oddia tələbinin qalan hissələrdə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun 63 manatı iddiaçının özünə aid edilməsi, məhkəmə kompleks əmtəəşünaslıq və mühasibatlıq ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pulun 91 manatı İddiaçı ASC-dən, 59 manatı isə Cavabdeh tutulsun və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X7, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; X6 ilə "Bank of Baku” ASC arasında bağlanmış 26 sentyabr 2012-ci il tarixli, DK0207513/12D saylı kredit müqaviləsinə əsasən X4 bank tərəfindən 150 manat məbləğində kredit verilmişdir. Həmçinin 05 mart 2014-cü il tarixli, BAL1542313/13 saylı kredit müqaviləsinə əsasən X4 bank tərəfindən 1000 manat məbləğində kredit verilmişdir. X6 31 iyul 2015-ci il tarixdə vəfat etmişdir. 18 yanvar 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh, X3 qanuni vərəsəsidir. İddiaçı ümumilikdə 8357.99 manat məbləğində borcun X3 vərəsəsi olan Cavabdeh tutulması üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Cavabdeh mərhum X3 vərəsəsi olduğundan o, iddiaçı bank qarşısında məsuliyyət daşıyır. Avtomobilin dəyərinin ekspert rəyində göstərildiyi məbləğdə məhkəmə əsaslı hesab edir. Bu səbəbdən də İddiaçı ASC kredit borcunun ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. AC 132705 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən **-BN-*** dövlət nömrə nişanlı, ban nömrəsi WBADD41050BT51998, mühərrik nömrəsi 25398781 olan 1997-ci il tarixdə istehsal olunmuş BMW-523 minik avtomobiln nasaz vəziyyətdə olması ilə əlaqədar 500 manata satılmasına dair cavabdehin izahatına bununla bağlı hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyindən məhkəmə tənqidi yanaşır və əsaslı hesab etmir. Lakin birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı ASC 26 sentyabr 2012-ci il tarixli, DK0207513/12D saylı kredit müqaviləsi üzrə 660 manat faiz, 40 manat cərimə və 05 mart 2014-cü il tarixli, BAL1542313/13 saylı kredit müqaviləsi üzrə 641.52 manat faiz və 40 manat cərimə borcunu cavabdehdən tələb etməkdə haqlı deyil. Belə ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən ABŞ dolları ilə götürülmüş kreditlər üzrə müəyyən güzəştlər edilmiş və kredit götürmüş şəxslərlə güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanılması göstərilmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən müəyyən edilmişdir ki, X6 ilə İddiaçı ASC arasında bağlanmış qeyd edilən müqavilələr üzrə yaranış borc məbləğləri Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüşdür. Belə ki, iş materiallarına əlavə edilmiş preblemli kreditlərin kompensasiyası barədə arayışdan görünür ki, X3 İddiaçı ASC-yə olan kredit borcu iddiaçının da tələb etdiyi əsas məbləğlərə uyğun olaraq 300 manat və 388.93 manat müəyyən edilməklə, həmin məbləğin restrukturizasiya edilməsi lazım bilinmişdir. Həmin borc məbləğləri restrukturizasiya edilərək cavabdehlə yeni kredit müqaviləsi bağlanmasa da həmin məbləğə əlavə faiz və ya cərimə hesablanması yolverilməzdir. Bundan başqa iddiaçı, 30 aprel 2014-cü il tarixli, LS0112213/14 saylı kredit müqaviləsi üzrə cavabdehdən 2605.08 manat əsas, 3548.11 manat faiz və 134.35 manat cərimə borcunun tutulmasını tələb edir ki, həmin hissədə də məhkəmə iddia tələbini qismən əsaslı hesab edir. Belə ki, 30 aprel 2014-cü il tarixli, LS0112213/14 saylı kredit müqaviləsi iş materiallarına əlavə edilməsə də, iş materiallarında olan hesabdan çıxarışlardan görünür ki, X6 LS0112213/14 saylı kredit müqaviləsi üzrə mütəmadi ödənişlər etmişdir. Həmçinin problemli kreditlərin kompensasiyası barədə arayışda da həmin kredit üzrə iddiaçının tələb etdiyi əsas məbləğin, yəni 2605.08 manatın restrukturizasiya edilməsi təklif edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, həmin məbləğə də əlavə faiz və ya cərimə hesablanması yolverilməzdir. Beləliklə birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 26 sentyabr 2012-ci il tarixli, DK0207513/12D saylı kredit müqaviləsi üzrə 300 manat, 05 mart 2014-cü il tarixli, BAL1542313/13 saylı kredit müqaviləsi üzrə 388.93 manat və 30 aprel 2014-cü il tarixli, LS0112213/14 saylı kredit müqaviləsi üzrə 2605.08 manat məbləğində kredit borcu olmaqla cəmi 3294.01 manat kredit borcu tutularaq İddiaçı ASC-yə ödənilməli, iddia tələbi qalan hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə xərci olan məhkəmə kompleks əmtəəşünaslıq və mühasibatlıq ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pulun 91 manatı İddiaçı ASC-dən, 59 manatı isə Cavabdeh tutulmalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X7, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilməlidir. İddia tələbi qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 104 manat dövlət rüsumunun 41 manat hissəsi cavabdehə, 63 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 739, 442, 425, 445.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4 və 119.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin 6 sentyabr 2023-cü il tarixli, 2 (075)-171/2023 saylı qətnaməsinə iddia qismən təmin edilmişdir. Həmin qətnamə ilə razı deyil. Bildirir ki, onun anası X1 İddiaçı ASC-dən kredit götürmüşdür. Lakin anası 2015-ci ildə dünyasını dəyişmişdir. Anası öləndən sonra onu banka çağırıb kreditlərin bağışlandığını demişlər. 2019-cu ildə və ondan sonra onu banka çağırmayıblar, restrukzisasiya təklif etməyiblər. İddiaçı ASC-nin iddiası ümumiyyətlə əsaslı deyildir. Göründüyü kimi İddiaçı ASC həmin tələbində haqlı olduğu halda belə, o hazırki iddiası üçün iddia müddətini ötürmüşdür. Qanunvericliyin tələblərindən də göründüyü kimi mərhum anası ilə iddiaçı ‘'Bank of Baku'’ ASC arasında borc müqaviləsi bağlanmışdır və borc müqavilələri üzrə iddia müddəti 3 il təşkil edir. İddiaçı ‘'Bank of Baku'’ ASC həmin müqavilənin tələblərindən irəli gələn hüquqları ilə bağlı, yəni borc mübahisəsinin həll edilməsi üçün hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 il müddətində məhkəməyə müraciət etməli olduğu halda, həmin müddət ərzində bu hüququndan istifadə etməmişdir. Yəni, mərhum anası ilə iddiaçı ‘'Bank of Baku'’ ASC arasında bağlanmış borc müqaviləsinin müddəti bitdikdən də 3 il ötdükdən sonra İddiaçı ASC hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bununla bağlı məhkəmə iclasları zamanı bildirməyinə baxmayaraq, məhkəmə tərəfindən işin bu halı diqqətdən yayınmışdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, işin faktiki hallarına hüquqi qiymət verilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilən hallarla işin materialları arasında ziddiyyətlər olmuş, sübutlar əlaqəli şəkildə şərh edilməmiş, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri izah edilməmiş, zidiyyətli məqamlara diqqət yetirilməmiş, nəticədə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qanunsuz və əsassız qətnamə çıxarılmışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 6 sentyabr 2023-cü il tarixli, 2(075)-171/2023 saylı qətnaməsinin iddia müddətinin ötürülməsi əsasına görə ləğv edərək iddianın təmin edilməməsi barədə yeni qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 6 sentyabr 2023-cü il tarixli, 2(075)-171/2023 saylı qətnaməsinin iddia müddətinin ötürülməsi əsasına görə ləğv edərək iddianın təmin edilməməsi barədə yeni qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “Bank of Baku" ASC-nin nümayəndəsi X12 apellyasiya şikayətinin təmin edilməməsini və Şəki Rayon Məhkəməsinin 6 sentyabr 2023-cü il tarixli, 2(075)-171/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 (üç) il müəyyən edilmişdir. 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 1306-cı mаddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Şəki Rayon Məhkəməsinin 6 sentyabr 2023-cü il tarixli, 2(075)-171/2023 saylı qətnaməsinin iddia müddətinin ötürülməsi əsasına görə ləğv edərək iddianın təmin edilməməsi barədə yeni qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Şəki Rayon Məhkəməsinin 6 sentyabr 2023-cü il tarixli, 2(075)-171/2023 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır, lakin hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən cavabdehlərin borcu ödəməyə qəbul etdiyi payına mütənasib surətdə borclu olduğunu qeyd etməməklə səhvə yol vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə də iddiaçı bu tələblə məhkəməyə müraciət etməkdə və birinci instansiya məhkəməsi həmin tələbi təmin etməkdə haqlı olmuşdur. Lakin, borc Cavabdeh vərəsəlik qaydasında keçdiyindən cavabdeh hazırki borc üzrə vərəsəlik qaydasında əldə etdikləri əmlak payına mütənasib surətdə öhdəlik daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində İddiaçı ASC həmin tələbində haqlı olduğu halda belə, o hazırki iddiası üçün iddia müddətini ötürmüşdür. Qanunvericliyin tələblərindən də göründüyü kimi mərhum anası ilə iddiaçı ‘'Bank of Baku'’ ASC arasında borc müqaviləsi bağlanmışdır və borc müqavilələri üzrə iddia müddəti 3 il təşkil edir. İddiaçı ‘'Bank of Baku'’ ASC həmin müqavilənin tələblərindən irəli gələn hüquqları ilə bağlı, yəni borc mübahisəsinin həll edilməsi üçün hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 il müddətində məhkəməyə müraciət etməli olduğu halda, həmin müddət ərzində bu hüququndan istifadə etməmişdir. Yəni, mərhum anası ilə iddiaçı ‘'Bank of Baku'’ ASC arasında bağlanmış borc müqaviləsinin müddəti bitdikdən də 3 il ötdükdən sonra İddiaçı ASC hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Kollegiya qeyd edir ki, şikayətin bu dəlili əsassızdır. Belə ki, Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iştirak etsədə lakin iddia müddətinin ötürülməsi ilə bağlı hər hansı bir ərizə birinci instansiya məhkəməsinə təqdim etməmişdir. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 373.2-ci mаddəsinə əsаsən müqаvilə tələbləri üzrə iddiа müddəti üç il, dаşınmаz əşyаlаrlа bаğlı müqаvilə tələbləri üzrə iddiа müddəti isə аltı ildir. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 373.2 və 377.2-ci mаddələrinin mənаsınа görə kredit müqаviləsində bаşqа hаl nəzərdə tutulmаyıbsа, iddiа müddətinin аxımı bu müqаvilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icrа müddəti bitdikdə bаşlаnır. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 375.1-ci mаddəsinin mənаsınа görə hüququn müdаfiəsi hаqqındа tələb iddiа müddətinin keçməsindən аsılı olmаyаrаq məhkəmə tərəfindən bаxılmаğа qəbul edilir. Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin Plenumunun L.İ.Binnətovаnın şikаyəti üzrə Azərbаycаn Respublikаsı Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyаsının 05 iyun 2007-ci il tаrixli qərаrının Azərbаycаn Respublikаsının Konstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yoxlаnılmаsınа dаir 08 mаy 2008-ci il tаrixli qərаrındа qeyd edilir ki, hər hаnsı bir mülki mübаhisənin qаnuni həlli bаxımındаn iddiа müddətlərinin аxımının bаşlаnğıcının müəyyənləşdirməsi ilə yаnаşı mübаhisəyə аid bütün digər hаllаr dа nəzərə аlınmаlıdır. İddiа müddətinin tədbiqi qаydаlаrınа riаyət edilməsi üçün ilk növbədə nəzərə аlınmаlıdır ki, iddiа etmək hüququ iddiаnı təqdim etmə və iddiаnın təmin olunmаsı hüquqlаrındаn ibаrətdir. Birinci hüquq məhkəmədən yаrаnmış mübаhisəyə bаxılmаsınа və müvаfiq prosessuаl qаydаdа həll etməsini tələb etmək hüququdur. Bu hüququn həyаtа keçirilməsi hər hаnsı iddiа müddətinin keçməsindən аsılı deyil. Bunа görə də, iddiа müddətinin keçməsindən аsılı olmаyаrаq məhkəməyə iddiаnı təqdim etmək mümkündür (MM-nin 375.1-ci mаddəsi). İkinci hüquq iddiа tələblərinin məhkəmə vаsitəsi ilə məcburi şəkildə həyаtа keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddiа müddətinin keçməsi məhz bu mümkünlüyünün qаrşısını аlır və məhkəmə tərəfindən iddiаdаn imtinа edilməsinə əsаs götürülür (MM-nin 375.2-ci mаddəsi). Konstitusiyа Məhkəməsinin həmin qərаrınа əsаsən birinci instаnsiyа məhkəməsində iddiа müddətinin tətbiqi ilə bаğlı iddiаçı və yа cаvаbdehin tərəfinin ərizəsi yаzılı ərizə formаsındа təqdim olunmаlı və iddiа müddətinin keçməsi ilə əlаqədаr iddiаnın rədd edilməsi bаrədə məhkəməyə ünvаnlаnmış konkret və əsаslаndırılmış xаhişi ehtivа etməlidir. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 375.2-ci mаddəsində təsbit edilmişdir ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə kollegiyаsı qeyd edir ki, iddiа müddətlərinin və onlаrın müəyyənləşdirilməsinin qаydаlаrını nəzərdə tutаn qаnunun tələbləri əsаsən imperаtiv xаrаkter dаşıyır. Eyni zаmаndа qаnun, məhkəmə tərəfindən iddiа müddətinin yаlnız mübаhisə tərəfinin məhkəmə qərаrı çıxаrılаnаdək verdiyi ərizə əsаsındа tətbiq edilməsi bаrədə son dərəcə vаcib qаydаnı nəzərdə tutur. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsi ilə müəyyən edilmiş 3 illik iddia müddəti ötürülməmişdir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 6 sentyabr 2023-cü il tarixli, 2(075)-171/2023 saylı qətnaməsi nəticə hissəsinin 2-ci abzasında “dövlət rüsumunun” sözlərindən sonra “qəbul etdiyi mirasdan payına mütənasib surətdə” sözləri əlavə edilməklə dəyişdirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Şəki Rayon Məhkəməsinin 6 sentyabr 2023-cü il tarixli, 2(075)-171/2023 saylı qətnaməsi nəticə hissəsinin 2-ci abzasında “dövlət rüsumunun” sözlərindən sonra “qəbul etdiyi mirasdan payına mütənasib surətdə” sözləri əlavə edilməklə dəyişdirilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar