Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1354/2022 29.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh4 iştirakı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(075)-1657/2022 nömrəli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları
1. xx.xx.2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdeh Vəliyev Şəfayət Salman oğluna aylıq faiz dərəcəsi 2.1667% оlmaqla 36 (otuz altı) ay müddətinə 3800 (üç min səkkiz yüz) manat məbləğində krеdit verilmişdir.
2. xx.xx.2019-cu il tarixli, 007G**********01 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh4 Vəliyev Şəfayət Salman oğlunun bank qarşısındakı öhdəliklərinin vaxtında və lazımi qaydada icra edilməsi üçün eyni həcmdə və birgə məsuliyət daşıyır.
3. xx.xx.2020-ci il tarixli, 007G**********01 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 Vəliyev Şəfayət Salman oğlunun bank qarşısındakı öhdəliklərinin vaxtında və lazımi qaydada icra edilməsi üçün eyni həcmdə və birgə məsuliyət daşıyır.
4. Ödəniş cədvəlinin surətindən görünür ki, cavabdeh Vəliyev Şəfayət Salman oğlu götürdüyü 3800 manat məbləğində krediti ona hesablanmış faizləri ilə birlikdə 36 ay meddətinə qaytarmalı olmuşdur.
5. xx.xx.2022-ci il tarixli, 08 nömrəli maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixli, 007A********** saylı kredit razılaşması üzrə Vəliyev Şəfayət Salman oğlunun İddiaçı QSC-nə xx.xx.2022-ci il tarixinə 1965,39 manat məbləğində əsas borcu, 424,8 manat məbləğində faiz borcu və 926,59 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 3316,78 manat borcu vardır.
6. DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvanlanmış 11 noyabr 2021-ci il tarixli məktubdan görünür ki, Vəliyev Şəfayət Salman oğlunun adına ünvan 2 ünvanda fərdi yaşayış evi xx.xx.1993-cü il tarixdə Xidmətin 12 saylı Şəki Ərazi İdarəsində qeydiyyata alınmışdır. Eyni zamanda Zunud Bələdiyyəsinə məxsus 2.0 ha kənd təsərrüfatı tərinatlı torpaq sahəsini Şəki rayon 2 saylı DNK-nın xx.xx.2018-cı il tarixli, 3M-86 saylı müqaviləyə əsasən icarəyə götürmüşdür. Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2021-ci il tarixli, 3M-465 saylı müqaviləsinə əsasən Vəliyev Şəfayət Salman oğlu sözügedən torpaq sahəsini "xxxx" MMC-nə subicarəyə vermişdir.
7. Azərbaycan Respublikası Ədliyyə nazirliyi tərəfindən ünvanlanmış 06 noyabr 2021-ci il tarixli, 4432 saylı məktubdan görünür ki, xx.xx.1960-cı il tarixdə Şəki rayonu, Baş Göynük kəndində anadan olmuş və xx.xx.2020-ci il tarixdə ölmüş Vəliyev Şəfayət Salman oğlunun adına xx.xx.2021-ci il tarixdə vərəsəlik işi açılmış, lakin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir.
8. Şəki şəhər İHB-nin 1 nömrəli sahə İƏD üzrə nümayəndəliyi tərəfindən ünvanlanmış 21 aprel 2022-ci il tarixli, 63 saylı məktubdan görünür ki, xx.xx.1960-cı il tarixdə Şəki rayonu, Baş Göynük kəndində anadan olmuş və ünvan 5 ünvanında qeydiyyatda olmuş Vəliyev Şəfayət Salman oğlunun adına Şəki şəhəri, F.Abdurahmanov küçəsində yerləşən 25 saylı fərdi yaşayış evi hal-hazırda faktiki olaraq onun ailəsinin istifadəsindədir.
8. 21 aprel 2022-ci il tarixli, 122 saylı arayışdan görünür ki, ünvan 5 ünvanında halhazırda mərhum Vəliyev Şəfayət Salman oğlunun ailə üzvləri – həyat yoldaşı Cavabdeh2 və oğlu Cavabdeh3 yaşayırlar.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vərəsələr Cavabdeh2, Cavabdeh3, zaminlər Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 1965,39 manat məbləğində əsas bоrc, 424,8 manat məbləğində faiz bоrcu və 926,59 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 3316,78 manat məbləğində bоrcun və ödənilmiş 53,17 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Vəliyev Şəfayət Salman oğlu İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 007A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.1667% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3800 (üç min səkkiz yüz) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət borcunu qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 1834.61 manat ödəniş etmiş və оnun iddiaçıya 1965.39 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır.
12. Cavabdeh kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 471 gün üçün hesablanmış faiz borcu 424.8 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 471 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 926.59 manat təşkil edir.
13. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2021-ci il tarixdə verdiyi arayışdan borclu Vəliyev Şəfayət Salman oğlunun vəfat etdiyi İddiaçı QSCyə məlum olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən verilmiş 11 noyabr 2021-ci il tarixli arayışa əsasən Vəliyev Şəfayət Salman oğlunun adına ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi qeydiyyata alınmışdır.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xx.xx.2021-ci il tarixli, 4432 saylı cavab məktubuna əsasən, xx.xx.2020-ci il tarixində ölmüş Vəliyev Şəfayət Salman oğlunun adına xx.xx.2021-ci il tarixində vərəsəlik işi açılmış, lakin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir.
15. Azərbaycan Respublikası Şəki Şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 63 saylı cavab məktubuna əsasən, Vəliyev Şəfayət Salman oğlunun adına ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi hal-hazırda faktiki olaraq onun ailəsinin istifadəsindədir. Əlavə edilmiş arayışa əsasən, həmin ailə üzvləri Cavabdeh2 və Cavabdeh3dur.
16. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin xx.xx.2021- ci il tarixli, 131048-1221 nömrəli cavab məktubuna əsasən, Vəliyev Şəfayət Salman oğlunun adına olan qeydiyyatda olan və qeydiyyatdan çıxarılan nəqliyyat vasitələri barədə məlumatların kompüter çıxarışını təqdim etmişdir. Belə ki, faktiki vərəsələr Cavabdeh2 və Cavabdeh3 ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evini istifadə etməklə, miras əmlak Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən onlar tərəfindən qəbul edilmiş hesab edildiyindən adları qeyd olunmuş şəxslər mərhum Vəliyev Şəfayət Salman oğlunun faktiki vərəsəsi hesab edilirlər.
17. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir.
18. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Vəliyev Şəfayət Salman oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh1, Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh Vəliyev Şəfayət Salman oğlu ilə birgə məsuliyyət daşıyır və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Göründüyü kimi Vəliyev Şəfayət Salman oğlunun ölümü onun kredit öhdəliklərinin xitam olunması ilə nəticələnmir və kredit öhdəliyi icra edilmədikdə kreditorun onun vərəsələrinə qarşı tələb hüququ yaranması üçün əsasdır.
19. Şəki Rayon Məhkəməsinin (hakim C.İmanov) 06 sentyabr 2022-ci il tarixli, 2(075)-1657/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 1965,39 manat məbləğində əsas kredit borcu, 424,8 manat məbləğində faiz borcu, 100 manat cərimə borcu və 53,17 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir.
20. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Vəliyev Şəfayət Salman oğlu İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 007A********** saylı kredit müqaviləsi əsasında Vəliyev Şəfayət Salman oğluna aylıq faiz dərəcəsi 2.1667% оlmaqla 36 (otuz altı) ay müddətinə 3800 (üç min səkkiz yüz) manat məbləğində krеdit verilmişdir. Cavabdeh1 və Cavabdeh4 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 007G**********01 saylı və xx.xx.2019-cu il tarixli, 007G**********01 saylı zaminlik müqavilələrinə əsasən zaminlər Cavabdeh1 və Cavabdeh4 borclu Vəliyev Şəfayət Salman oğlunun bank qarşısındakı öhdəliklərinin vaxtında və lazımi qaydada icra edilməsi üçün eyni həcmdə və birgə məsuliyət daşıyırlar. Əsas kredit götürən şəxs Vəliyev Şəfayət Salman oğlu vəfat etmiş və onun ailə üzvləri – həyat yoldaşı Cavabdeh2 və oğlu Cavabdeh3 vərəsəsi kimi qalaraq mərhumdan ibarət miras əmlakları faktiki olaraq qəbul etmişlər. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehlərə kredit məbləğinin verilməsinə, cavabdehlər tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
21. İddiaçı QSC-nin cavabdehə qarşı hazırkı iddia tələbinin 926,59 manat məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab etmişdir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır.
22. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı QSC tərəfindən Vəliyev Şəfayət Salman oğluna kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh Vəliyev Şəfayət Salman oğlu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin və cavabdehlər Cavabdeh1 və Cavabdeh4 zaminlik müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəliklərin tam şəkildə icrasını təmin etməmişlər. Həmçinin iddia ərizəsində də göründüyü kimi əsas borclu Vəliyev Şəfayət Salman oğlu vəfat etdiyindən bank qalıq qalmış kredit borcunun ödənilməsini vərəsələr Cavabdeh2, Cavabdeh3, zaminlər Cavabdeh1 və Cavabdeh4 tələb etməkdə haqlıdır.
23. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1, 739.2, 741, 386, 385.1, 421.2, 442, 445.1, 445.2.1, 472.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
24. Qətnamənin dəlilləri ilə razılaşmayan cavabdeh (zamin) Cavabdeh4 apellyasiya şikayəti vermişdir.
25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin e- 2(075)-1657/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən aşağıdakı əsaslara görə narazıdır. Qətnamənin qismən (zamin kimi borcun qaytarılması ilə bağlı ona öhdəlik qoyulduğu üçün) ləğv edilməsini xahiş edir.
26. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" 4 iyun 2018-ci il tarixli Qərarında göstərilir: müraciətdə qaldırılan borclunun ölümü halında onun öhdəliklərinə görə məsuliyyətin zamin və ya vərəsələr tərəfindən icra edilməli olması məsələsi ilə bağlı göstərilməlidir ki, zaminlik müqaviləsi aksessor xarakterli olmaqla əsas öhdəliyə təminat üsulu kimi çıxış edir. Bu səbəbdən də zaminin zaminlik müqaviləsi üzrə öhdəliyi “əlavə öhdəlik” mahiyyəti daşıyır. Yəni kreditorun zamindən öhdəliyin icrasını tələb edə bilməsi üçün, ilk öncə, borclunun, eləcə də onun vərəsələrinin öz vəzifələrini icra etməməsi və ya lazımınca icra etməməsi tələb olunur. Yalnız bundan sonra zaminə qarşı zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrası barədə tələb irəli sürülə bilər.
27. Eyni zamanda onu da qeyd edir ki, birinci instansiya məhkəməsi "müştərək qaydada" ifadəsini də tam olaraq açıqlamamışdır, vicdanlı insan və vərəsələr ilə qohumluq əlaqələrinin mövcud olduğunu, mərhum borclunun onun doğma qardaşı olduğunu nəzərə alaraq, hesab edir ki, "müştərək qaydada" ifadəsinin də açıqlanmasına ehtiyac var.
28. Hər bir cavabdehə borcun hansı məbləğdə ödənilməsi barədə məlumat verilməlidir və hesab edir ki, məhkəmə qətnaməsi ilə dəqiq məbləğ müəyyən edilməlidir.
29. Hesab edir ki, Şəki Rayon Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" 4 iyun 2018-ci il tarixli Qərarında göstərilən göstərişləri nəzərə almamaqla onun zamin kimi məsuliyyətinin yarandığının iddiaçı tərəfindən sübut edilməməsini nəzərə almayıb.
30. Qeyd edilənlərə əsasən Şəki Rayon Məhkəməsinin e-2(075)-1657/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, onun cavabdeh qismində öhdəliyinin yaranmadığının müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
32. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh4 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, rəhmətlik qardaşı X4 kredit götürərkən o zamin durmuşdur. Lakin qardaşı öləndən sonra miras qalmış əmlak vərəsələr tərəfindən qəbul edilmişdir. Hesab edir ki, əsas borclunun vərəsələri mirası qəbul etdiyindən borc ilk növbədə onlardan tutulmalıdır. Bundan əlavə birinci instansiya məhkəməsi borcun kimdən nə qədər tutulmasını tam açıqlamamışdır. Ona görə də ədalətli qərar qəbul edilməsini xahiş edir.
33. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı tərəfin nümayəndəsi və digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, lakin iddiaçı tərəfin nümayəndəsi elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq apellyasiya şikayətini qəbul etmədiklərini və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir.
34. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları–fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu–pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor–borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır və kreditor borclu tərəfindən kredit müqaviləsinin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda həm borclu, həm də zaminə qarşı kredit müqaviləsi üzrə tələblərini irəli sürə bilər. Zaminə Mülki Məcəllənin 475-ci maddəsində nəzərdə tutulmuş hüquqları izah edilməlidir. Həmin maddəyə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. 448-ci maddəsinə əsasən öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdirlər. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
37. Cavabdeh (zamin) Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsini yalnız özünə münasibətdə mübahisələndirərək, onun cavabdeh qismində öhdəliyinin yaranmadığını müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
38. Ona görə də kollegiya Şəki Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(075)-1657/2022 nömrəli qətnaməsini qismən-apellyatora münasibətdə mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Apellyasiya instansiyası məhkəməsi cavabdeh (zamin) Cavabdeh4 münasibətdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən apellyatora münasibətdə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. İddia tələbindən görünür ki, iddiaçının tələbi mövcud kredit və zaminlik müqavilələri üzrə yaranmış borcun (o cümlədən əsas, faiz və cərimə borcunun) cavabdehlərdən müştərək qaydada alınması barədədir.
41. Qətnamə yalnız cavabdeh olan zamin Cavabdeh4 tərəfindən verilmiş, sonuncu birinci instansiya məhkəməsi tərəfindən hüquqlarının pozulduğunu bəyan edir.
42. İşin məhkəmə tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, iddiaçı Bankla cavabdehlər arasında müvafiq olaraq kredit və zaminlik müqavilələri bağlanıb, kredit müqaviləsi üzrə cavabdehə kredit verilib, cavabdeh kredit müqaviləsi üzrə öhdəlikləri icra etməyib.
43. Öyrənilən işdən məlum olur ki, iddiaçı X5 Salman oğlu arasında aylıq faiz dərəcəsi 2.1667% оlmaqla 36 ay müddətinə hissə-hissə qaytarmaq şərti ilə 3800 (üç min səkkiz yüz) manat məbləğiə dair xx.xx.2019-cu il tarixdə 007A********** saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə Vəliyev Şəfayət Salman oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh1, Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər.
44. Sonuncular həmin zaminlik müqavilələrinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh Vəliyev Şəfayət Salman oğlu ilə birgə məsuliyyət daşıyır və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər.
45. İşin müəyyən edilmiş hallarından göründüyü iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi tam icra etmiş, yəni kredit müqaviləsində nəzərdə tutulan pul vəsaitlərini cavabdehlərə vermişdir. Lakin cavabdeh tərəf kredit müqaviləsi ilə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Odur ki, cavabdehlərin iddiaçının qarşısında icra edilməmiş pul öhdəlikləri vardır.
46. Apellyasiya şikayətinin dəlili üzrə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır.
47. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir.
48. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixdə 007A********** nömrəli kredit müqaviləsinin, həmçinin həmin tarixli zaminlik müqaviləsinin yuxarıda qeyd olunmuş müddəaları baxımından cavabdehlərin, o cümlədən də (zamin) Cavabdeh4 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.
49. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, iddiaçının zamin-Cavabdeh4 münasibətdə də tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir.
50. Belə ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
51. Yuxarıda da qeyd olunduğu kimi zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır və kreditor borclu tərəfindən kredit müqaviləsinin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda həm borclu, həm də zaminə qarşı kredit müqaviləsi üzrə tələblərini irəli sürə bilər.
52. Kollegiya onu da qeyd edir ki, hazırki mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor olan iddiaçının qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər və müvafiq olaraq da götürdükləri öhdəliklər də birgə öhdəliklər kimi qiymətləndirilməlidir. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərin hər birinə qarşı eyni zamanda hazırki iddia tələbi ilə çıxış etmək və onlardan kredit borcunun, faizlərin və cərimənin müştərək qaydada tutulmasını tələb etmək hüququ həm də Mülki Məcəllənin 500-cü maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir.
53. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya bildirir ki, cavabdeh (zamin) Cavabdeh4 qeyd olunan zaminlik müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək faiz dərəcəsi dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır. Müqavilənin faiz dərəcəsinə gəlincə kollegiya qeyd edir ki, cavabdeh məhz müqavilə bağlanan anda daşıyacağı riski bilərək bununla bağlı öhdəlik götürmüşdür.
54. Apellyatorun dəlillərindən biri də ondan ibarətdir ki, mövcud borcun zaminlərdən də tutulması barədə məhkəmənin mövqeyi düzgün deyildir. Kollegiya şikayətin bu dəlilləri ilə razılaşmır və qeyd edir ki, mövcud zaminlik müqaviləsinin 1.1-ci bəndinə görə zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərlə bağlı bank qarşısında məsuliyyət daşıyır.
55. Kollegiyanın qənaətinə görə apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olduğundan, əslində birinci instansiya məhkəməsinin hansı halları tam və hərtərəfli araşdırmalı olduğu açıqlanmamış, ədalət prinsiplərinin nə üçün pozulduğu göstərilməmişdir.
56. Bu cür hallar isə kredit verənin mənafeyinə zərər vurmaqla yanaşı, dövlətin adından çıxarılmış məhkəmə qərarlarının uzun müddət ərzində tam icra olunmamasına görə məhkəmə hakimiyyətinin nüfuzuna xələl gətirə bilər.
57. Beləliklə də qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh (zamin) Cavabdeh4 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
59. Kollegiya belə qənaətə gəlir ki, iddia tələbi 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayət verilə bilməz. 60.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci, 394-1.3, 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(075)-1657/2022 nömrəli qətnaməsi cavabdeh (zamin) Cavabdeh4 münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən Ayaz Mahmudov