Məhkəmə qərarları › İş №2(107)-1357/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1357/2021

07.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1357/2021 07.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “2000 (iki min) manat maddi ziyan tələbinə dair” ilk, Cavabdeh İddiaçı qarşı “7000 manat məbləğində pul tələbinə dair” qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli 2(109)- 400/2021 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Balakən Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli 2(109)-400/2021 nömrəli qətnaməsi ilə (hakim Hümbət Səlimov) ilk iddia təmin olunmuş, Cavabdeh maddi ziyana görə 2000 manatın, ödənilmiş dövlət rüsumu xərcinə görə 30 manatın, cəmi 2030 (iki min otuz) manatın alınıb İddiaçı verilməsi, Cavabdeh qarşılıqlı iddiasının təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinə görə ödənmiş 30 manat dövlət rüsumu xərcinin Cavabdeh özünə aid edilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ona vurduğu 2000 (iki min) manat maddi ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh və onun nümayəndəsi Nümayəndə1 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh, İddiaçı barışmaq üçün verdiyi 7000 manat məbləğində pulun İddiaçı alınıb onlara qaytarılması haqda qətnamə çıxarılmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı ilk iddianı müdafiə edərək, qarşılıqlı iddianı isə etiraf etməyərək izahatında göstərmişdir ki, Cavabdeh oglu 11 iyun 2020-ci ildə saat 21 radələrində mərhum oğlu- X5 məxsus olan, sonuncunun razılığı əsasında idarə etdiyi VAZ-21154 markalı 99-RE173 dövlət qeydiyyat nişanlı avtomobili ilə Balakən-İtitala- Kortala -Püştətala kənd yolunun Püştətala kəndi ərazisindən keçən hissəsi ilə Balakən şəhəri istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində, həmçinin həmin Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmaqla, yəni yaşayış məntəqəsində icazə verilən maksimum 60 km saatdan artıq, yəni 90-100 km saat sürətlə avtomobili idarə edərək, eləcə də qeyd edilən Qanunun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməmiş, həmin maddənin tələblərini pozaraq idarə etdiyi avtomobillə hərəkətdə olduğu yolun əks qarşı istiqamətinə çıxaraq yol kənarında yerləşən ağaca vurması nəticəsində ehtiyatsızlıqdan avtomaşında olan sərnişinlər Yüzbaşıyev Kənan Ayaz oğluna kəskin qanitirmə ilə müşayət olunan baş beyninin sərt və yumuşaq qişalarında əzilmə-qansızıma, sol alın sümüyündə sınıq, kəllə əsasının sınığı, sol ağ ciyərdə cırılma, döş qəfəsində solda 6-cı qabırğada sınıq, sol alında sıyrıqlar,sol gicdahda yara, sol alt çənədə və sol körpücük sümüyündə yerdəyişməli sınıqlar, sol baldırın yuxarı 1/3-də sıyrıqdan ibarət olan dərəcələrinə görə, canlı şəxslərdə təyin edildiyi kimi onun həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə Kənan Yüzbaşyevin aldığı xəsarətlərdən hadisə yerində ölməsi, hadisə zamanı digər sərnişin X5 ağır açıq kəllə-beyin travması, sağ alında yara, başın dərialtında bütövlüklə qansızmalar,alın gicgah-təpə-yuxarı ənsə sümüklərində yerdəyişməli qəlpəli daxilə basılmış sınıqlar, baş beyinin sərt və yumuşaq qişalarda əzilmə-cırılma-qansızma, baş beyin maddəsində ödem, kəlləarxası sümüklərin sınıqları, sifət burun, almacıq, çənə sümüklərində çox qəlpəli yerdəyişməli basılmış sınıqlar, göz qapaqlarında qansızmalar, hər iki gözlərin selikli qişalarinda qansızmalar, ağız boşluğunda qansızmalar, dişlərin tamamilə sınması, döş qəfəsində solda 2-ci, sağda 1-2-ci qabırğalarda yerdəyişməli sınıqlar, sol körpücük sümüyündə az yerdəyişməli sınıq, sol bazu sümüyündə sınıq, sol budunda bayır səthdə yara-bud sümüyündə tam qəlpəli yerdəyişməli sınıq, sağ çiyin üstündə,sol belində sıyrıqlar olan dərəcələrinə görə, canlı şəxslərdə təyin edildiyi kimi onun həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə Elçin Verdiyevin aldığı xəsarətdən hadisə yerində ölməsi, həmçinin avtomaşında olan digər sərnişin, X2 körpücük sümüyünün sınığı və çıxığı ilə nəticələnən dərəcəsinə görə ümumilikdə onun sağlamlığının uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməsi, eləcə də mərhum X5 məxsus yuxarıda qeyd edilən avtomobili tam yararsız hala salmaqla sonuncuya 9000 (doqquz min) manat zərər vurulması ilə nəticələnən sərxoş vəziyyətdə iki nəfərin ehtiyatsızlıqdan ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs Cavabdeh məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 236-1.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş,cinayət əməlini etiraf etmişdir. VAZ 21154 markalı **-RE-*** markalı avtomaşının yararsız halına düşməsi ilə ona 9000 (doqquz min ) manat məbləğində ziyan dəymiş, Cavabdeh atası Nümayəndə1 ona mərhum oğluna məxsus VAZ 21154 markalı **-RE-*** markalı avtomaşının yararsız hala düşməsi ilə bağlı 7000 (yeddi min) manat vermiş, lakin 2000 manatı ödəməmişdir. O, 2000 manatı tələb etmiş və cinayət işinə baxılarkən bununla bağlı mülki iddia vermişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli hökmü ilə Cavabdeh Əjdar oğlu Azərbaycan Respublikası CM-nin 263-1.4-cü maddəsi ilə təqsirli bilinib, 8 (səkkiz) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, dövlət rüsumu ödənmədiyindən onun mülki iddiası baxılmamış saxlanmışdır. Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, həmçinin göstərmişdir ki, qarşılıqlı iddia tələbi əsassızdır. Cavabdeh 7000 manat pulu maşına dəymiş ziyana görə ödəmişdir. Həmin maşın kredit ilə alınmışdır. Kreditin faizinə görə ödədiyi məbləği belə tələb etmir. İlk iddianın təmin edilməsi , qarşılıqlı iddianın isə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 ilk iddianı müdafiə edərək, qarşılıqlı iddianı isə etiraf etməyərək İddiaçı ilə eyni məzmunlu izahat verib ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh nümayəndəsi Nümayəndə1 ilk iddianı qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı hal- hazırda həbsdə olan Cavabdeh 2000 (iki min) manat maddi ziyanın alınması tələbi ilə məhkəməyə müraciət etmişdir. Həqiqətən də Şəki Ağır Cinayətlər Məhkəməsinin 11.11.2020-ci il tarixli hökmündə qeyd edildiyi kimi mərhum X4 razılığı ilə avtomobili iş üzrə Cavabdeh idarə etmiş və məlum hadisə baş vermişdir.Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmündən məlum olur ki, hadisənin baş verməsinin səbəbi qeyd edilən avtomobildə olan şəxslərin spirtli içki qəbul etmələri olmuşdur. Həmin spirtli içkilər ilk əvvəldən maşın sahibi mərhum X4 maşınında olmuşdur. Daha çox spirtli içki qəbul edən X8 maşını idarə etməyi Cavabdeh həvalə etmişdir. Onu da məhkəməyə məlum edir ki, hadisə baş verən günü Cavabdeh səhərdən evdə olmamış, işdə olmuşdur. Həmin gün -11 iyun 2020-ci il tarixdə dünyasını dəyişən Verdiyev Elçin, Yüzbaşıyev Ayaz və zərərçəkmiş Şahverdiyev Elmar səhər saat 10-11 radələrində, saat 13-14 radələrində onlara gəlmiş, Vaqifin onlara lazım olduğunu bildirmişlər.Cavabdeh anası hər dəfə onlara demişdir ki, Vaqif işdədir, evə gec gələcək. Onlar axşam saat 19 radələrində 3-cü dəfə gələrək Vaqifi evdə tapmışlar və özləri ilə aparmışlar. Nəticədə məlum hadisə baş vermişdir. Baş verən hadisə nəticəsində Cavabdeh də xəsarət almış və xəstəxanada müalicə olunmuşdur. Müalicə edilib sağaldıqdan sonra 24 sentyabr 2020-ci il tarixdə həbs edilmişdir. Cavabdeh atası- Nümayəndə1 2020-ci ilin iyun ayının təxminən 25-də Balakən şəhər Bayraq meydanında dayanmış, bu zaman telefonuna zəng gəlmişdir. Zəng edən özünü təqdim edərək X12 olduğunu bildirmiş və qeyd etmişdir ki, “sizin həyətdəyik, evdə heç kimsə yoxdur. Səni həyətinizdə gözləyirik. Bizi maşın qəzasında ölən Verdiyev Elçinin atası İddiaçı sənin yanına göndəribdir”. Evə çatıb həyətə daxil olanda görmüşdür ki, iki nəfər- X12 və X6 onu həyətdə gözləyirlər. Bu iki şəxs İddiaçı qohumlarıdır. X12 ona bildirmişdir ki, Fərman deyir ki, qəza nəticəsində tam yararsız hala düşmüş maşının 9000 manat dəyərini ödəyərsə onun oğluCavabdeh şikayətçi olmayacaqdır. O, həmin şəxslərə bildirmişdir ki, Fərman şikayətçi deyilsə, barışırsa, ona 9000 manat pulu üç ay ərzində ödəyər.Hətta onlar bildirmişlər ki, “9000 manatı ödədiyin halda qəza nəticəsində yararsız hala düşmüş maşını da sənə verəcəkdir”. O, da demişdir ki, pulu barışıq üçün, şikayət olmasın deyə verir. 2020-ci il iyun ayının axırında o, ilk olaraq 4000 manat pulu X7 evinə gedərək evində ona vermişdir. İkinci dəfə 3000 manat pulu isə təxminən iyul ayının 25-də X6 ilə Uşaq kitabxanasının qarşısında görüşüb ona vermiş və bildirmişdir ki, dediyi kimi qalan 2000 manatı da avqust ayının 25- dək verəcəkdir. Hər iki şəxs verdiyi pulları İddiaçı vermişdirlər. O, bu pulları müxtəlif şəxslərdən borc kimi götürüb vermişdir. Bu barışıq halından işi araşdıran müstəntiqin də demək olar ki, xəbəri olmuşdur. 7000 manat pulu alan müddətə kimi İddiaçı Cavabdeh şikayətçi olmamışdır. 2020-ci il avqust ayının 15-də isə İddiaçı Polis şöbəsinə gedərək şikayət ərizəsi vermişdir. Hadisə 11 iyun 2020-ci il tarixdə baş vermiş, hadisədən keçən 65 gün müddətində iddiaçı barışıq adı altında ondan 7000 manat pulu götürdükdən 65 gün sonra şikayət ərizəsi vermişdir. Bu şəxsin məqsədi barışmaq yox, dolayısı ilə ondan pul qoparmaq olmuşdur. X17 Cinayətlər Məhkəməsində Vaqifə ən ağır cəza verilməsini tələb etmişdir. Buna görə də İddiaçı 2000 manat pulu ödəməkdən imtina etmişdir. Nümayəndə1 İddiaçı, onun qəza nəticəsində vəfat etmiş oğluna heç bir zərər vurmamışdır. O, 7000 manat pulu ona barışıq etməyə razı olduğu və şikayətçi olmaması üçün vermişdir. Onun maşınına vurulan zərərin ödənilməsi üçün verməmişdir. Ona görə də o, barışıq üçün, şikayətçi olmaması üçün İddiaçı verdiyi 7000 manatı ondan geri tələb edir . Digər halda isə Cavabdeh yararsız hala düşmüş maşını İddiaçı oğlu- Verdiyev Elçinin razılığı və təkidi ilə idarə etmiş nəticədə qəza törətmişdir. Həmin qəzanı yol hərəkəti qaydasını pozması nəticəsində törətmişdir,qərəzli olaraq və ya qəsdən törətməmişdir.Qeyd edilənləri nəzərə alıb ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh nümayəndəsi Nümayəndə1 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişlər ki, Balakən rayon məhkəməsi 22.04.2021-ci il tarixli, 2(019)- 400/2021 nömrəli qətnaməsini maddi və prosessual hüquq normalarını pozaraq çıxarmışdır. İş materiallarından aydın olur ki, ilk iddia üzrə İddiaçı, mərhum oğlu X4 mülkiyyəti olan VAZ-21154 markalı 99-RE 173 dövlət qeydiyyat nişanlı maşının ziyanı ilə bağlı məhkəməyə 2021-ci ilin mart ayında iddia ərizəsi ilə müraciət etmişdir. Balakən rayon məhkəməsi 22 aprel 2021-ci il tarixli qətnaməsini çıxararkən xüsusən Şəki Ağır Cinayətlər Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli hökmünə əsaslanıb. Balakən rayon 777 nömrəli Avtoservisdən Balakən rayon polis şöbəsinə daxil olmuş 13 iyun 2020-ci il tarixli 78 nömrəli arayışda görünür ki, X5 məxsus olan VAZ 21 154 markalı, **-RE-*** dövlət nömrə nişanlı avtomaşına baxış zamanı müəyyən edilmişdir ki, həmin avtomaşın yol-nəqliyyat hadisəsi zamanı tamamilə yararsız hala düşmüşdür. Avtomaşına dəymiş zərərin məbləği 9000 manat təşkil edir. 777 nömrəli Avtoservis tərəfindən tərtib edilmişdir, həmin arayış qanuna zidd olaraq tərtib edilmiş və həqiqəti özündə əks etdirmir. Belə ki, ümumiyyətlə mərhum X4 adına maşınla bağlı heç bir sənəd olmamışdır. Qeyd edilən VAZ 2154 markalı, 99-RE- 173dövlət nömrə nişanlı maşın X5 məxsus olmamış, onun mülkiyyəti olmamış və hətta həmin maşını idarə etmək üçün E.Verdiyevin etibarnaməsi belə olmamışdır. Ona görə ki, X1 vəsiqəsi olmamışdır. Amma ilk iddia üzrə iddiaçı olan Elçinin atası İddiaçı Ağır cinayətlər məhkəməsində ifadəsində oğlunun etibarnamə ilə maşını idarə etdiyini bildirmişdir. Eyni zamanda Balakən rayon məhkəməsinə yazdığı iddia ərizəsində və məhkəməyə verdiyi izahatlarda da oğlu Elçinin maşını etibarnamə ilə idarə etdiyini bildirmişdir. Həmin maşını 2020-ci ilin aprel ayından 2021-ci ilin fevral ayının əvvəllərinədək sürmək hüququ İddiaçı məxsus olmuşdur. İddiaçı 2021-ci ilin fevral ayının sonlarında maşına dəymiş maddi ziyanla bağlı iddia qaldırarkən onun maşın üzərində heç bir hüququ olmamış və etibarnaməsi də olmamışdır. 11 iyun 2020-ci il tarixdə baş vermiş qəzanın təqsirkarlarından biri də elə İddiaçıdur. 11 iyun 2020-ci il tarixdə İddiaçı başqa şəxsin mülkiyyəti olan, etibarnamə ilə idarə etdiyi **-RE-*** dövlət nömrə nişanlı maşını qəza baş verən günü bütün gün olmaqla səhərdən sürücülük vəsiqəsi olmayan qəza zamanı vəfat etmiş oğlu Elçin Verdiyevə vermişdir. İddiaçı bu qanuna zidd hərəkətini bilə-bilə etmişdir. O, bu qanuna zidd hərəkəti etməsəydi hadisə baş verməzdi, heç kim vəfat etməzdi və bu gün onun oğlu da 8 ildən çox həbs cəzası alıbsa iddiaçının hərəkətindən törədilmiş və baş vermiş qəzadır və bu hadisənin qarşısını almaq mümkün olardı. Ona görə ki, hadisə baş verən günü İddiaçı oğlu 3 dəfə saat 11-12, 13-14 və axşam saat 19 radələrində işdən gələn cavabdehi Cavabdeh götürüb çaya gediblər. Necə ola bilər ki, bütün günü maşın sürücülük vəsiqəsi olmayan şəxsdə oğlunda olur, iddiaçı olan ata zəng edib oğluna demir ki, hardasan, maşını gətir. İddiaçı Balakən rayon məhkəməsinin 22 aprel 2021-ci il tarixli qətnaməsindən dərhal sonra tam yararsız halda olan və sürülməsi belə mümkün olmayan maşını başqa şəxs vasitəsi ilə Zaqatala rayonunda maşın təmiri ilə məşğul olan şəxsə 2000 manata satmışdır. Bununla da İddiaçı həm məhkəmə yolu ilə ondan 2000 manat götürmək, həm də tam qəzalı vəziyyətdə olan, tam yararsız maşını başqa şəxsə 2000 manata satmaqla əlavə pul əldə edib əsassız varlanmaq üçün fəaliyyət göstərir. O, İddiaçı maşının tam dayərini 9000 manatı ödədiyi üçün maşını ondan tələb etmək hüququ var. O isə maşını başqa şəxsə satmaqla əsassız varlanma yolunu seçmişdir. İddiaçı tərəfindən maşın başqa şəxsə satılarkən onun həmin maşın üzərində heç bir mülkiyyət hüququ olmamış və hətta maşın ona etibarnamə ilə də verilməmişdir. Ona görə də, Balakən Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli 2(109)- 400/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı və Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli 2(109)-400/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Şəki Ağır Cinayətlər Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli hökmünün surətindən görünür ki,məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh oglu 11 iyun 2020-ci ildə saat 21 radələrində mərhum X5 məxsus olan, sonuncunun razılığı əsasında idarə etdiyi VAZ-21154 markalı 99-RE- 173 dövlət qeydiyyat nişanlı avtomobili ilə Balakən- İtitala-Kortala -Püştətala kənd yolunun Püştətala kəndi ərazisindən keçən hissəsi ilə Balakən şəhəri istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində, həmçinin həmin Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmaqla, yəni yaşayış məntəqəsində icazə verilən maksimum 60 km saatdan artıq, yəni 90-100 km saat sürətlə avtomobili idarə edərək, eləcə də qeyd edilən Qanunun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməmiş, həmin maddənin tələblərini pozaraq idarə etdiyi avtomobillə hərəkətdə olduğu yolun əks qarşı istiqamətinə çıxaraq yol kənarında yerləşən ağaca vurması nəticəsində ehtiyatsızlıqan avtomaşında olan sərnişinlər Yüzbaşıyev Kənan Ayaz oğluna kəskin qanitirmə ilə müşayət olunan baş beyninin sərt və yumuşaq qişalarında əzilmə-qansızıma, sol alın sümüyündə sınıq, kəllə əsasının sınığı, sol ağ ciyərdə cırılma, döş qəfəsində solda 6-cı qabırğada sınıq, sol alında sıyrıqlar,sol gicdahda yara, sol alt çənədə və sol körpücük sümüyündə yerdəyişməli sınıqlar, sol baldırın yuxarı 1/3-də sıyrıqdan ibarət olan dərəcələrinə görə, canlı şəxslərdə təyin edildiyi kimi onun həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə Kənan Yüzbaşyevin aldığı xəsarətlərdən hadisə yerində ölməsi, hadisə zamanı digər sərnişin X5 ağır açıq kəllə-beyin travması, sağ alında yara, başın dərialtında bütövlüklə qansızmalar, alın gicgah-təpəyuxarı ənsə sümüklərində yerdəyişməli qəlpəli daxilə basılmış sınıqlar, baş beyinin sərt və yumuşaq qişalarda əzilmə-cırılma-qansızma, baş beyin maddəsində ödem, kəlləarxası sümüklərin sınıqları, sifət burun, almacıq, çənə sümüklərində çox qəlpəli yerdəyişməli basılmış sınıqlar, göz qapaqlarında qansızmalar, hər iki gözlərin selikli qişalarinda qansızmalar, ağız boşluğunda qansızmalar, dişlərin tamamilə sınması, döş qəfəsində solda 2- ci, sağda 1-2-ci qabırğalarda yerdəyişməli sınıqlar, sol körpücük sümüyündə az yerdəyişməli sınıq, sol bazu sümüyündə sınıq, sol budunda bayır səthdə yara-bud sümüyündə tam qəlpəli yerdəyişməli sınıq, sağ çiyin üstündə,sol belində sıyrıqlar olan dərəcələrinə görə, canlı şəxslərdə təyin edildiyi kimi onun həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə Elçin Verdiyevin aldığı xəsarətdən hadisə yerində ölməsi, həmçinin avtomaşında olan digər sərnişin, X2 körpücük sümüyünün sınığı və çıxığı ilə nəticələnən dərəcəsinə görə ümumilikdə onun sağlamlığının uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməsi, eləcə də mərhum X5 məxsus yuxarıda qeyd edilən avtomobili tam yararsız hala salmaqla sonuncuya 9000 (doqquz min) manat zərər vurulması ilə nəticələnən sərxoş vəziyyətdə iki nəfərin ehtiyatsızlıqdan ölümünə səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Cavabdeh həmin əməlinə görə Azərbaycan Respublikası CM-nin 263-1.4-cü maddəsi ilə təqsirli bilinib, 3 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəza təyini zamanı zərərçəkmiş şəxsin hüquqi varisi İddiaçı dəymiş 9000 manat ziyandan 7000 manatın ödənməsi cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Sözügedən hökmlə İddiaçı Cavabdeh 2000 manat tələbinə dair mülki iddiası, qanunda nəzərdə tutulan formada tərtib edilməklə verilmədiyindən, eləcə də mülki iddia ilə bağlı tələb edilən dövlət rüsumu ödənilmədiyindən baxılmamış saxlanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin zərərin əvəzinin ödənilməsini müəyyən edən 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh oglu 11 iyun 2020-ci ildə saat 21 radələrində mərhum X5 məxsus olan, sonuncunun razılığı əsasında idarə etdiyi VAZ-21154 markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Balakən-İtitala-Kortala-Püştətala kənd yolunun Püştətala kəndi ərazisindən keçən hissəsi ilə Balakən şəhəri istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində, həmçinin həmin Qanununun 50ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmaqla, yəni yaşayış məntəqəsində icazə verilən maksimum 60 km saatdan artıq, yəni 90-100 km saat surətlə avtomobili idarə edərək, eləcə də qeyd edilən Qanunun 36-ci maddəsinin 1-ci hissəsinin 3cü bəndinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin surətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməmiş, həmin maddənin tələblərini pozaraq idarə etdiyi avtomobillə hərəkətdə olduğu yolun əks qarşı istiqamətinə çıxaraq yol kənarında yerləşən ağaca vurması nəticəsində ehtiyatsızlıqdan avtomaşında olan sərnişinlər Yüzbaşıyev Kənan Ayaz oğluna kəskin qanitirmə ilə müşayət olunan baş beyninin sərt və yumuşaq qişalarında əzilməqansızıma, sol alın sümüyündə sınıq, kəllə əsasının sınığı, sol ağ ciyərdə cırılma, döş qəfəsində solda 6-cı qabırğada sınıq, sol alında sıyrıqlar,sol gicdahda yara, sol alt çənədə və sol körpücük sümüyündə yerdəyişməli sınıqlar, sol baldırın yuxarı 1/3-də sıyrıqdan ibarət olan dərəcələrinə görə, canlı şəxslərdə təyin edildiyi kimi onun həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə Kənan Yüzbaşyevin aldığı xəsarətlərdən hadisə yerində ölməsi, hadisə zamanı digər sərnişin X5 ağır açıq kəllə-beyin travması, sağ alında yara, başın dərialtında bütövlüklə qansızmalar, alın gicgah-təpə-yuxarı ənsə sümüklərində yerdəyişməli qəlpəli daxilə basılmış sınıqlar, baş beyinin sərt və yumuşaq qişalarda əzilmə-cırılma-qansızma, baş beyin maddəsində ödem, kəlləarxası sümüklərin sınıqları, sifət burun, almacıq, çənə sümüklərində çox qəlpəli yerdəyişməli basılmış sınıqlar, göz qapaqlarında qansızmalar, hər iki gözlərin selikli qişalarinda qansızmalar, ağız boşluğunda qansızmalar, dişlərin tamamilə sınması, döş qəfəsində solda 2- ci, sağda 1-2-ci qabırğalarda yerdəyişməli sınıqlar, sol körpücük sümüyündə az yerdəyişməli sınıq, sol bazu sümüyündə sınıq, sol budunda bayır səthdə yara-bud sümüyündə tam qəlpəli yerdəyişməli sınıq, sağ çiyin üstündə,sol belində sıyrıqlar olan dərəcələrinə görə, canlı şəxslərdə təyin edildiyi kimi onun həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə Elçin Verdiyevin aldığı xəsarətdən hadisə yerində ölməsi, həmçinin avtomaşında olan digər sərnişin, X2 körpücük sümüyünün sınığı və çıxığı ilə nəticələnən dərəcəsinə görə ümumilikdə onun sağlamlığının uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməsi, eləcə də mərhum X5 məxsus yuxarıda qeyd edilən avtomobili tam yararsız hala salmaqla sonuncuya 9000 (doqquz min) manat zərər vurulması ilə nəticələnən sərxoş vəziyyətdə iki nəfərin ehtiyatsızlıqdan ölümünə səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir.Cavabdeh bu əməlinə görə Şəki Ağır Cinayətlər Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 263-1.4-cü maddəsi ilə təqsirli bilinib, 3 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cavabdeh və ailə üzvüləri İddiaçı mərhum oğlu-X5 məxsus avtomaşının əzilməsi nəticəsində vurulmuş 9000 manat maddi ziyanın 7000 manatını ödəmişlər, 2000 manatı isə ödənməmişdir. İddiaçı cinayət işinə baxılarkən 2000 manatın ödənməsi ilə bağlı mülki iddia vermiş, lakin dövlət rüsumu ödənmədiyindən iddiaçının mülki iddiası baxılmamış saxlanmışdır.Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.Cavabdeh isə qarşılıqlı iddia ərizəsi verərək İddiaçı 7000 manatı ziyana görə deyil, barışıq üçün verdiyini, iddiaçının isə cinayət işinə baxılarkən şikayətçi olmasını göstərərək verdiyi 7000 manatın geri qaytarılmasını tələb edir. Birinci instansiya məhkəməsi işin hallarını, Cavabdeh qanunsuz və təqsirli əməlləri nəticəsində İddiaçı hüquqi varisi olduğu mərhum X4 mülkiyyətində olan avtomaşına 9000 manat ziyan dəyməsini, həmin ziyanın 2000 manatının cavabdeh tərəfindən ödənməməsini, Cavabdeh ziyana görə ödədiyi pulu geri tələb etməkdə haqlı olmamasını,maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab etmişdir ki, ilk iddia tələbi əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddia tələbi isə əsassız olduğundan təmin edilməməlidir. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, Cavabdeh yaxın qohumları vurulmuş ziyana görə onun əvəzindən ödədikləri pulu Cavabdeh tələb edə bilərlər. Belə ki, Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. İlk iddia təmin edildiyindən İddiaçı ilk iddiaya görə ödədiyi 30 manat dövlət rüsumu Cavabdeh alınıb İddiaçı verilməlidir. Qarşılıqlı iddia təmin edilmədiyindən Cavabdeh qarşılıqlı iddiaya görə ödədiyi 30 manat dövlət rüsumu xərci onun özünə aid edilməlidir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, ilk iddia təmin edilməli, Cavabdeh maddi ziyana görə 2000 manat, ödənilmiş dövlət rüsumu xərcinə görə 30 manat, cəmi 2030 (iki min otuz) manat alınıb İddiaçı verilməli, Cavabdeh qarşılıqlı iddiası təmin edilməməli və onun qarşılıqlı iddiaya görə ödədiyi 30 manat dövlət rüsumu xərci onun özünə aid edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilk iddianı təmin, qarşılıqlı iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi ilk iddianı təmin, qarşılıqlı iddianı rədd edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdehin nümayəndəsi də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduqları halda bunu etmədiyindən onların göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi ilk iddianı təmin, qarşılıqlı iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli 2(109)- 400/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli 2(109)-400/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar