Məhkəmə qərarları › İş №2(107)-136/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-136/2020

02.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-136/2020 02.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, X3 və İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)-190/2019 nömrəli qətnaməsindən iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh4 tərəfindən verilmiş apelyasiya şikаyətlərinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)-190/2019 nömrəli qətnaməsi ilə (hakim Zəfər Quliyev) iddiа qismən təmin edilmiş, xx.xx.2015-ci il tarixli 026L**********38 saylı uzunmüddətli kredit müqaviləsinə və xx.xx.2015-ci il tarixli 026R********** saylı kredit razılaşmasına xitam verilməsi, xx.xx.2015-ci il tarixli 026R********** saylı kredit razılaşması üzrə 16049 (on altı min qırx doqquz) ABŞ dolları 55 (əlli beş) sent əsas, 4321 (dörd min üç yüz iyirmi bir) ABŞ dolları 36 (otuz altı) sent faiz, 500 (beş yüz) ABŞ dolları cərimə olmaqla, cəmi 20870 (iyirmi min səkkiz yüz yetmiş) ABŞ dolları 91 (doxsan bir) sent məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarının cavabdehlər Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada tutulub İddiaçı QSC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan ünvan 1 A ünvanında Cavabdeh4 xüsusi mülkiyyətində olan 10 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 42000 (qırx iki min) manat məbləğində müəyyən edilməklə açıq hərracda satılması, əldə edilən vəsaitdən xx.xx.2015-ci il tarixli 026R********** saylı kredit razılaşması üzrə 20870 (iyirmi min səkkiz yüz yetmiş) ABŞ dolları 91 (doxsan bir) sent məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarının, məhkəməyə müraciət etmək üçün xərcin cavabdehlərə aid hissəsi 25 (iyirmi beş) manatın, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun və 20 (iyirmi) manat xidmət haqqının İddiaçı QSC-yə ödənilməsi, satıldıqdan 1 ay ərzində ünvan 1 A ünvanında Cavabdeh4 xüsusi mülkiyyətində olan 10 nömrəli mənzil boşaldılması, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 5 (beş) manatının İddiaçı QSC-yə aid edilməsi, 25 (iyirmi beş) manatının cavabdehlər Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada tutulub İddiaçı QSC-yə ödənilməsi, iş üzrə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun və 20 (iyirmi) manat xidmət haqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməsi, iddia tələbinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 münasibətdə və qalan hissədə təmin olunmaması qət edilmişdir. İşin halları İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı iddia qaldıraraq, xx.xx.2015-ci il tarixli 026L**********38 saylı uzunmüddətli kredit müqaviləsinə və xx.xx.2015-ci il tarixli 026R********** saylı kredit razılaşmasına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 16049 ABŞ dolları 55 sent əsas, 4321 ABŞ dolları 36 sent faiz borcu və 7789 ABŞ dolları 64 sent cərimə borcu olmaqla, cəmi 28160 ABŞ dolları 55 sent borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin ünvan 2 A ünvanında Cavabdeh4 mülkiyyətində olan 10 nömrəli mənzilə yönəldilməsi və həmin mənzilin açıq hərracdan satılması və ipoteka predmetinin satışından əldə olunan vəsaitin İddiaçı QSC-yə ödənilməsi, hərracda əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun müştərək qaydada Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi qaydada tutulması, ünvan 2 A ünvanında Cavabdeh4 mülkiyyətində olan 10 nömrəli mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 həmin mənzilə istifadə hüquqlarının itirilməsi, onların həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsında İddiaçı QSC-nin nümayəndəsi X5 iddia tələbini müdafiə edərək bildirmişdir ki, xx xxxxxx 2015-ci il tarixdə Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 026L**********38 saylı uzunmüddətli X6nə əsasən, Cavabdeh1 120 ay müddətinə 50000 ABŞ dolları kredit xətti açılmışdır. xx xxxxxx 2015-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 026R********** saylı kredit razılaşması əsasında Cavabdeh1 36 ay müddətinə, aylıq 1,8333 faiz olmaqla 20000 ABŞ dollar məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli 026R**********S saylı, xx.xx.2016-cı il tarixli 026R**********SA saylı, xx.xx.2016-cı il tarixli 026R**********SB saylı və xx.xx.2016-cı il tarixli 026R**********SC saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Öhdəliyin icrasını təmin etmək məqsədi ilə bankla Cavabdeh4 arasında xx.xx.2015-ci il tarixdə, Cavabdeh2 və Cavabdeh3 arasında xx xxxxxx 2015-ci il tarixdə zaminlik müqavilələri bağlanmışdır. xx xxxxxx 2015-ci il tarixdə Cavabdeh4 ilə İddiaçı QSC arasında ipoteka müqaviləsi bağlanmış, ipoteka müqaviləsinə əsasən ünvan 2 A ünvanında Cavabdeh4 mülkiyyətində olan 10 nömrəli mənzil İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən borclunun hesablaşmalara görə iddiaçıya kredit razılaşması üzrə 16049 ABŞ dolları 55 sent əsas, 4321 ABŞ dolları 36 sent faiz borcu və 7789 ABŞ dolları 64 sent cərimə borcu olmaqla, cəmi 28160 ABŞ dolları 55 sent borcu qalmışdır. Cavabdehlərə dəfələrlə bildirişlə müraciət olunmasına baxmayaraq, kreditin və faizlərin ödənilməsi üçün tədbir görməmişlər, kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişlər. Göstərilənlərlə əlaqədar iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsında Cavabdeh6 iddianı qismən qəbul etmiş və bildirmişdir ki, xx xxxxxx 2015-ci il tarixdə Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 026L**********38 saylı uzunmüddətli X6nə əsasən, Cavabdeh1 120 ay müddətinə 50000 ABŞ dolları kredit xətti açılmışdır. xx xxxxxx 2015-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 026R********** saylı kredit razılaşması əsasında Cavabdeh1 36 ay müddətinə, aylıq 1,8333 faiz olmaqla 20000 ABŞ dollar məbləğində kredit verilmişdir. xx.xx.2016-cı il tarixli 026R**********S saylı, xx.xx.2016-cı il tarixli 026R**********SA, xx.xx.2016-cı il tarixli 026R**********SB saylı və xx.xx.2016-cı il tarixli 026R**********SC saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. xx xxxxxx 2015-ci il tarixdə Cavabdeh4 ilə İddiaçı QSC arasında ipoteka müqaviləsi bağlanmış, ipoteka müqaviləsinə əsasən ünvan 2 A ünvanında Cavabdeh4 mülkiyyətində olan 10 nömrəli mənzil İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. “xxxxxxxxxxxxxxx” MMC tərəfindən qiymətləndirilmiş ipoteka predmetinin dəyəri ilə razı deyildir. Məhkəmədən iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh7 birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Birinci instansiya məhkəməsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə bu şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn cavabdehlər Cavabdeh1 və Cavabdeh4 apelyasiya şikayətləri vermişlər Apelyasiya şikayətlərinin dəlilləri Cаvаbdeh Cavabdeh1 apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qətnamə qəbul edilərkən maddi və prossesual hüquq normaları pozulduğundan Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(046)-190/2019 nömrəli qətnaməsi ilə razılaşmır. İddiaçı QSC-nın Cavabdeh1 ilə bağladığı xx.xx.2015-ci il tarixli 026L**********38 saylı X6nə əsasən, mənə 120 ay müddətinə 50.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Cavabdeh1İddiaçıQSC ilə bağladığıxx.xx.2015-ci il tarixli 026R********** saylı kredit razılaşması əsasında 36 ay 'müddətinə, aylıq faiz ' dərəcəsi 1.8333 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20.000 ABŞ dolları məbləğində kredit verilmişdir. O, Cavabdeh1 X6 üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh4, İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi əsasında ünvan 3 mənzil 10 ünvanında yerləşən yaşayış evini Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. xx.xx.2015-ci il tarixli 026L**********38 saylı uzunmüddətli kredit müqaviləsindən göründüyü kim X6 üzrə, kredit xəttinin məbləği 50.000 ABŞ dollar, kredit xəttinin müddəti 120 ay müəyyən edilmişdir. Məhkəmə işə baxarkən o, borcalana münasibətdə məhkəməyə olan etirazının əsaslarını araşdırmamışdır. Belə ki, bildirmək istəyir ki, o, krediti aldığı tarixdən banka xeyli pul ödəmişdir. Lakin, Bank bugünkü gündə onun ödədiyi pulların hara silinməsini əsaslandırmadan ondan 28160,50 USD pul tələb edirdi. Hesab edir ki, Bank ondan xeyli borc tələb edir və Konstitusiya Məhkəməsinin MM-nin bəzi müddəalarının şərh edilməsinə dair tələblərinə riayət etmədiyindən borcu çox yazmışdır. Həmçinin məhkəmə isə öz növbəsində muhasibatlıq ekspertizası təyin etmədən və müqavilə müddətinə hesablanacaq borcu müəyyən etmədən məhkəmə qətnaməsi çıxartmışdır. Apelyasiya icraatında borcu dəqiləşdirmək üçün muhasibatlıq ekspertizası təyin edilməlidir. Onun bugünə Banka cəmi təxminən 15.000 USD borcu qalmalıdır..Müqavilə müddəti bitdikdən sonra Bankın ondan müqavilə üzrə faiz məbləği ilə borc tələb etməsi qanunsuzdur. Belə ki, müqavilə müddəti 2018-cı ildə bitmişdir və faiz məbləği həmin vaxta qədər hesablana bilərdi. Həmçinin əmlaka qoyulan qiymətdən narazıdır, əmlaka çox az qiymət qoyulmuşdur. Hesab edir ki, yenidən qymətləndirmə olmalıdır. Ona görə də, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)- 190/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Cаvаbdeh Cavabdeh4 apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qətnamə qəbul edilərkən maddi və prossesual hüquq normaları pozulduğundan Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(046)-190/2019 nömrəli qətnaməsi ilə razılaşmır. İddiaçı QSC-nin Cavabdeh1 ilə bağladığı xx.xx.2015-ci il tarixli 026L**********38 saylı X6nə əsasən, ona 120 ay müddətinə 50.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 026R********** saylı kredit razılaşması əsasında 36 ay 'müddətinə, aylıq faiz ' dərəcəsi 1.8333 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20.000 ABŞ dolları məbləğində kredit verilmişdir. O, Cavabdeh1 X6 üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh4, İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi əsasında ünvan 3 mənzil 10 ünvanında yerləşən yaşayış evini Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. xx.xx.2015-ci il tarixli 026L**********38 saylı uzunmüddətli kredit müqaviləsindən göründüyü kim X6 üzrə, kredit xəttinin məbləği 50.000 ABŞ dollar, kredit xəttinin müddəti 120 ay müəyyən edilmişdir. xx.xx.2015-ci il tarixli 026L**********38 saylı X2 1.1-ci bəndinin sonuncu cümləsində də qeyd edilmişdir ki, «Bu müqavilə Bankın kredit vermək vədini ifadə etmir». Başqa sözlə, X6 üzrə İddiaçı QSC-nin onun qarşısında hər hansı öhdəliyi, o cümlədən kredit vermək öhdəliyi mövcud deyil. Buna görə də, X6 konsensual müqavilə deyil, yəni İddiaçı QSC-nin ona gələcəkdə kredit vermək vədi mövcud deyil. Əsasında hər hansı öhdəlik yaranmadığı üçün X6 ümumiyyətlə müqavilə, əqd deyil. X6 ilkin müqavilə də deyil. Çünki Mülki Məcəllənin 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə, tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. X6 üzrə isə tərəflərin belə bir öhdəliyi mövcud deyil. X6 üzrə o, kredit almaq üçün İddiaçı QSC-yə müraciət edə bilər, İddiaçı QSC isə krediti verə də bilər, verməyə də bilər. Deməli, tərəflər arasında kredit xətti üzrə hər hansı öhdəlik yoxdur. Buna görə də X6 mülki hüquqi nəticə doğurmayan niyyət razılaşmasıdır. Məlumdur ki, tərəflər arasında onların hansısa niyyətləri haqqında razılaşmaları ola bilər. Özündə ilkin müqavilənin bütün şərtlərini ehtiva etmədən belə niyyət razılaşmalarının icra edilməsi heç bir hüquqi nəticəyə səbəb ola bilməz. Buna görə də şərh olunan maddədə nəzərdə tutulmuşdur ki, tərəflər öz niyyət razılaşmasına ilkin müqavilə qüvvəsi vermək iradələrini ifadə etməzlərsə, o, heç bir hüquqi nəticələr doğurmur. Lakin niyyət razılaşmasına ilkin müqavilə qüvvəsi vermək üçün onda ilkin müqavilələr üçün müəyyən edilmiş bütün tələblərə riayyət edilməlidir. Niyyət razılaşmasında gələcəkdə bağlanacaq əsas müqavilənin predmeti, digər mühüm şərtləri, habelə razılaşmanın müddəti göstərilməli və forması haqqında qanunun göstərişlərinə əməl edilməlidir. Bu səbəbdən, o və İddiaçı QSC arasında olan kredit münasibətləri X6nə əsaslana və onunla tənzimlənə bilməz. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun normalarına istinadən hesab edirəm ki, İddiaçı QSC ilə mənim aramda bağlanmış ipoteka müqaviləsi, əsas öhdəlik müqaviləsinin təminatı kimi bağlanmadığından, eləcə də onunla İddiaçı QSC arasında bağlanmış kredit razılaşması əsas müqavilə sayılmadığından Bankın kredit borcunun onun ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinə yönəldilməsi hissəsi təmin edilə bilməz. Həmçinin qeyd etmişdir ki, X6ndə tərəflər hər hansı bir öhdəlik götürmədiyindən, həmin müqaviləyə əsasən bağlanmış ipoteka müqaviləsi də əhəmiyyətsiz əqlərdir. Şikayətə əlavə edilmiş onunla İddiaçı QSC arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsində isə yalnız kredit xəttinin ümumi müddəti və ümumi məbləği qeyd edilməklə yuxarıda sadalanan qanunun müddəalarında tələb olunan şərtlər öz əksini tapmamışdır. xx.xx.2015-ci il tarixli 026L**********38 saylı X2 formasından və məzmunundan görünür ki, həmin müqavilə tərəflər arasında hər hansı öhdəlik yaratmır. Belə ki, həmin müqavilənin 1.1-ci bəndində göstərilmişdir ki, bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kredit üçün kredit alana 50.000 ABŞ dolları məbləğində kredit xəttini açır. Kreditlər tərəflər arasında «Kredit Razılaşması», «Bank qarantiyası verilməsi haqqında müqavilə» və «Akkreditiv açılması üçün razılaşma» formasında bağlanmış ayrıca razılaşma əsasında veriləcək. Bu müqavilə bankın kredit vermək vədini ifadə etmir. X6 adlanan sənədin mahiyyətindən görünür ki, tərəflər qanunda nəzərdə tutulan öhdəliklə bağlı normalarda müəyyən edilmiş, yəni hər hansı bir hərəkəti etməyə dair öhdəlik götürməmişlər, başqa sözlə mülki hüquq və vəzifələrinin müəyyənləşdirilməsinə, dəyişdirilməsinə və ya xitamı haqqında müqavilə bağlamamışlar. X6ndə tərəflər hər hansı bir hərəkəti etməyə dair öhdəlik götürməyibsə, deməli sözügedən X6 tərəflər üçün məcburiyyət yaratmır. xx.xx.2015-ci il tarixli 026L**********38 saylı X2 1.1-ci bəndinin sonuncu cümləsində «bu müqavilə Bankın kredit vermək vədini ifadə etmir» göstərilməsi, İddiaçı QSC-nin onun qarşısında hər hansı öhdəliyi, o cümlədən kredit vermək öhdəliyinə dəlalət etmir. Buna görə də, X6 konsensual müqavilə deyil, yəni İddiaçı QSC-nin ona gələcəkdə kredit vermək vədi mövcud deyil. Əsasında hər hansı öhdəlik yaranmadığı üçün X6nə ümumiyyətlə müqavilə kimi baxmaq olmaz. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli Qərarına əsasən müəyyən olunur ki, əgər kredit müqaviləsində və ya X6ndə verilmiş konkret məbləğ, kreditin faizi və qaytarılma müddəti gösərilməmişdirsə ipoteka müqaviləsi üzrə Bank qarşısında öhdəlik yarana bilməz. Onunla bağlanmış müqavilədə də həmçinin bu mühüm şərtlər yəni kreditin müddəti, məbləği və faizi göətrilməmişdir. Ona görə də, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)- 190/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı QSC-nin nümayəndəsi X4 apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)-190/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclаsının vаxtı və yeri bаrədə lаzımi qаydаdа məlumаtlаndırılmış cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyаsı Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 376.2-ci mаddəsinə əsаsən işə onların iştirаkı olmаdаn bаxılmаsını mümkün hesаb etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh4 tərəfindən verilmiş apelyasiya şikаyətləri təmin olunmamalı, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)-190/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı QSC-nin Göyçay filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 026L**********38 saylı X6nə əsasən bank tərəfindən Cavabdeh1 120 aymüddətə 50000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır (1.1 və 1.2-ci bəndlər). İddiaçı QSC-nin Göyçay filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 026R********** saylı kredit razılaşmasına əsasən bank tərəfindən Cavabdeh1 aylıq 1,8333 % hesablanmaqla 36 aylıq müddətə 20000 ABŞ dolları məbləğində kredit verilmişdir (1.1- ci bənd). İddiaçı QSC-nin Göyçay filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında xx xxxxxx 2016-cı il tarixli sazişə əsasən kredit alan kreditin qalığını və ona hesablanmış faizləri sazişə əlavə olunan ödəniş planına uyğun ödəməyi öhdəsinə götürmüşdür (xx.xx.2016-cı il tarixli saziş). İddiaçı QSC-nin Göyçay filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında xx xxxxxx 2016-cı il tarixli sazişə əsasən kredit alan kreditin qalığını və ona hesablanmış faizləri sazişə əlavə olunan ödəniş planına uyğun ödəməyi öhdəsinə götürmüşdür (xx.xx.2016-cı il tarixli saziş). İddiaçı QSC-nin Göyçay filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında xx xxxxxxx 2016-cı il tarixli sazişə əsasən kredit alan kreditin qalığını və ona hesablanmış faizləri sazişə əlavə olunan ödəniş planına uyğun ödəməyi öhdəsinə götürmüşdür (xx.xx.2016-cı il tarixli saziş). İddiaçı QSC-nin Göyçay filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında xx xxxxxx 2016-cı il tarixli sazişə əsasən kredit alan kreditin qalığını və ona hesablanmış faizləri sazişə əlavə olunan ödəniş planına uyğun ödəməyi öhdəsinə götürmüşdür (xx.xx.2016-cı il tarixli saziş). Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 borclu X6ndən irəli gələn öhdəliyini icra etmədikdə bank qarşısında həmin öhdəliyin tam icra olunmasını üzərlərinə götürmüşlər (xx xxxxxx 2015-ci il tarixli və xx xxxxxx 2015-ci il tarixli zaminlik müqavilələrinin 1.1-ci bəndi). İddiaçı QSC-nin Göyçay filialı ilə Cavabdeh4 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan Cavabdeh4 mülkiyyət hüququ ilə ona məxsus olub bu müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı həmin müqavilənin 1.1-ci bəndində göstərilən öhdəliyin təminatı kimi ipotekaya qoyur (müqavilənin 1.1-ci bəndi). İpotekanın predmeti ünvan 1 A ünvanında xüsusi mülkiyyətdə olan 10 nömrəli mənzildir (2.1-ci bənd). İpoteka predmetinin qiyməti 18903 manat 60 qəpik məbləğində qiymətləndirilmişdir (2.5-cü bənd). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən ünvan 1 A ünvanında Cavabdeh4 xüsusi mülkiyyətində olan 10 nömrəli mənzil İddiaçı QSC-nin xeyrinə yüklü edilmişdir (qeydiyyat tarixi xx.xx.2015). İddiaçı QSC Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə xx.xx.2018-cı il tarixli ərizə ünvanlayaraq, ünvan 1 A ünvanında Cavabdeh4 xüsusi mülkiyyətində olan 10 nömrəli mənzilə tutmanın yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Bildiriş bank tərəfindən xx.xx.2018-ci il tarixdə ipoteka qoyan Cavabdeh4 göndərilmiş və xx.xx.2018-ci il tarixdə bildiriş alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin elektron xidmətlər portalından görünür ki, ipoteka predmeti olan ünvan 1 A ünvanında Cavabdeh4 xüsusi mülkiyyətində olan 10 nömrəli mənzilə tutmanın yönəldilməsi haqqında bildiriş xx.xx.2018ci il tarixdə qeydə alınmışdır. Cavabdeh1 kredit razılaşması üzrə götürdüyü öhdəliyi lazımınca icra etməməsi nəticəsində bank qarşısında 16049 ABŞ dolları 55 sent əsas, 4321 ABŞ dolları 36 sent faiz borcu və 7789 ABŞ dolları 64 sent cərimə borcu olmaqla, cəmi 28160 ABŞ dolları 55 sent borcu yaranmışdır (xx.xx.2018-ci il tarixli maliyyə arayışı). “xxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli rəyə əsasən Cavabdeh4 mülkiyyətində olan ipoteka predmeti olan mənzilin xx.xx.2019-cu il tarixinə bazar qiyməti 42.000 manat təşkil edir. xx.xx.2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlak Elektron Xidmətlər Portalından verilmiş xx.xx.2018-ci il tarixli bildirişə əsasən ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlak Elektron Xidmətlər Portalından verilmiş xx.xx.2018-ci il tarixli təsdiqetmə bildirişinə əsasən 20 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 295, 296.1, 297, 317, 385.1, 421.1, 423.2, 424.2, 425.1, 442, 467. 470, 472 və 739-cu maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair“ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarına, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarına, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə görə girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin azılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 297-ci maddəsində isə müəyyən edilmişdir ki, girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). Həmin Məcəllənin 317-ci maddəsində isə təsbit edilmişdir ki, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəfin öhdəlikinə xitam verilir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 470-ci və 472-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər MM-də və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Cavabdeh-borc alan əsas öhdəliyi lazımınca icra etmədiyindən, iddiaçının cavabdeh-zaminə qarşı da tələb hüququ yaranmışdır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən kredit müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair“ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarına əsasən zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün X6ndə mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. X6ndə faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası X6ndə nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında kredit xətti və kredit razılaşması, ipoteka və zaminlik müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Tərəflər arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli X6nə əsasən borc verən borc alana 50000 ABŞ dolları məbləğində 120 ay müddətinə, bu Müqavilə çərçivəsində kredit razılaşmaları bağlanılmaqla kredit verməyi, borc alan isə həmin krediti müəyyən edilmiş müddətdə faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Zaminlik müqavilələrinə əsasən zaminlər də borclunun X6ndən irəli gələn öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, bu Müqavilə üzrə müəyyən edilmiş əsas borc, faiz borcları, dəbbə pulu, vurulmuş zərərin əvəzi, məhkəmə və digər xərclərin ödənilməsini öhdələrinə götürmüşlər. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli kredit razılaşmasına əsasən borcverənə 36 ay müddətinə aylıq 1.8333 faiz ödəməklə 20000 ABŞ dolları məbləğində krediti Borcalanın mülkiyyətinə verir, borcalan isə müəyyən edilmiş müddətdə onu faizi ilə birlikdə Borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Bu müqaviləyə əsasən borc alan öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə dəbbə pulu ödəməlidir. Cavabdeh-borc alan krediti alsa da, yəni iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri həyata keçirməmiş və nəticədə onun xx.xx.2018-cı il tarixli maliyyə arayışına əsasən kredit razılaşması üzrə 16049 ABŞ dolları 55 sent əsas, 4321 ABŞ dolları 36 sent faiz və 7789 ABŞ dolları 64 sent cərimə olmaqla, cəmi 28160 ABŞ dolları 55 sent borcu yaranmışdır. Beləliklə, cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Birinci instansiya məhkəməsi cavabdehlər tərəfindən banka ödənilməli pulun məbləğinin sübutu kimi iddiaçının tələb etdiyi əsas və faiz borcu tələbinə dair hissədə mötəbər hesab etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, əsas borc məbləğinə münasibətdə 500 ABŞ dolları məbləğində cərimə daha ədalətlidir. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdehborc alanın kredit razılaşması müqaviləsindən irəli gələn öhdəliyi tərəflər arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli X6 ilə təmin olunmuşdur. Zaminlik müqavilələrinə əsasən digər cavabdeh – zaminlər də borclunun X6ndən irəli gələn öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, bu Müqavilə üzrə müəyyən edilmiş əsas borc, faiz borcları, dəbbə pulu, vurulmuş zərərin əvəzi, məhkəmə və digər xərclərin ödənilməsini öhdələrinə götürmüşlər. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, hazırki mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor olan iddiaçının qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər və müvafiq olaraq da götürdükləri öhdəliklər də birgə öhdəliklər kimi qiymətləndirilməlidir. Bu mənada, Məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərə qarşı eyni zamanda hazırki iddia tələbi ilə çıxış etmək və onlardan kredit borcunu müştərək qaydada tutulmasını tələb etmək hüququ həm də MM-nin 500-cü maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Lakin bu zaman cavabdeh-zaminlərin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlar əsas kredit müqaviləsində dəqiq göstərilməlidir. Tərəflər arasında bağlanmış xx xxxxxx 2015 və xx xxxxxx 2015-ci il tarixli zaminlik müqavilələrində isə faiz dərəcəsi və cərimə faizinə dair müddəalar göstərilməmiş, bağlanan kredit razılaşmasında və ona əlavə edilmiş dəyişiklikə dair sazişlərdə bunlar barədə cavabdeh- zamin (ipoteka qoyan) Cavabdeh4 razılığı alınsa da, cavabdeh-zaminlər Cavabdeh2 və Cavabdeh3 razılığı alınmamışdır. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli kredit razılaşması, xx.xx.2016-cı il tarixli 026R**********S saylı, xx.xx.2016-cı il tarixli 026R**********SA saylı, xx.xx.2016-cı il tarixli 026R**********SB saylı və xx.xx.2016-cı il tarixli 026R**********SC saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişlərə dair cavabdehzaminlər Cavabdeh2, Cavabdeh3 razılığı alınmadığından və bu halların zaminlər Cavabdeh2, Cavabdeh3 məsuliyyətinin artmasına və ya onlar üçün digər əlverişsiz nəticələrə səbəb olduğundan onlar kredit razılaşmasına görə, mülki cavabdehlik və mülki məsuliyyət daşımırlar və onların zaminliyinə bütövlükdə xitam verilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı halda iddianın xx.xx.2015-ci il tarixli 026R********** saylı kredit razılaşması üzrə borcun cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tutulmasına dair hissəsi təmin edilə bilməz. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ünvan 1 A ünvanında Cavabdeh4 xüsusi mülkiyyətində olan 10 nömrəli mənzilə tutma yönəldilməli, həmin daşınmaz əmlakın ilkin satış qiyməti 42.000 manat müəyyən olunmaqla açıq hərracda satılmalı və satışdan əldə ediləcək vəsait hesabına İddiaçı QSC-yə olan borc və çəkilmiş xərclər ödənilməlidir. Həmin mənzil satıldıqda 1 ay ərzində boşaldılmalıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3.1-ci maddəsinə görə yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyanlar və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. İşdəki sənədlərdən də göründüyü kimi ünvan 1 A ünvanında Cavabdeh4 xüsusi mülkiyyətində olan 10 nömrəli mənzil kreditin qaytarılması üçün ipoteka qoyulmuşdur. Birinci instansiya məhkəməsi, iş üzrə Cavabdeh6 ipoteka predmetinin dəyəri ilə razı olmamasına dair fikrinə münasibətdə qeyd edir ki, cavabdeh ipoteka predmetinin daha yüksək qiymətə qiymətləndirilməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Hərracdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi qaydada tutulması tələbi təmin edilməməlidir. Çünki borcun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi qaydada tutulması qaydaları və əsasları «İcra haqqında» Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Həmin Qanunun preambulasında göstərilmişdir ki, bu Qanun məhkəmələrin və digər orqanların qərarlarının məcburi icrası qaydalarını və şərtlərini müəyyən edir. Qanunun məcburi icra tədbirlərinin tətbiqinin əsaslarını müəyyən edən 44-cü maddəsində göstərilir ki, məcburi icra tədbirlərinin tətbiqinin əsasları: qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsidir. Göründüyü kimi baxılan iş üzrə məcburi icra tədbiri kimi borcun ödənilməsinin ümumi qaydada tutulması üçün qanunla müəyyən olunmuş əsaslar mövcud deyildir və həmin tələb təmin edilməməlidir. ünvan 1 A ünvanında Cavabdeh4 xüsusi mülkiyyətində olan 10 nömrəli mənzilə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 həmin mənzilə istifadə hüquqlarının itirilməsi, onların həmin mənzildən çıxarılması və alıcıya təhvil verilməsi tələbləri təmin edilməməlidir. Çünki həmin mənzilin alıcıya təhvil verilməsini tələb etmək, Cavabdeh1, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 mənzilə istifadə hüququnun itirilməsi, onların həmin mənzildən çıxarılması üçün iddiaçının subyektiv hüququ olmamışdır. Belə hüquq daşınmaz əmlakı hərracda satın alacaq şəxsə və hərracda satılmayacağı təqdirdə banka təhvil verilməsinin baş tutacağı təqdirdə banka məxsus olacaqdır. Buna görə də iddia həmin hissələrdə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 5 (beş) manatı iddiaçıya aid edilməli, 25 (iyirmi beş) manatı müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh4 iddiaçının xeyrinə tutulmalı, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqı cavabdehlər Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə iddia qismən təmin olunmalı, xx.xx.2015-ci il tarixli 026L**********38 saylı uzunmüddətli kredit müqaviləsinə və xx.xx.2015-ci il tarixli 026R********** saylı kredit razılaşmasına xitam verilməli, xx.xx.2015ci il tarixli 026R********** saylı kredit razılaşması üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada iddiaçının xeyrinə 16049 (on altı min qırx doqquz) ABŞ dolları 55 (əlli beş) sent əsas, 4321 (dörd min üç yüz iyirmi bir) ABŞ dolları 36 (otuz altı) sent faiz, 500 (beş yüz) ABŞ dolları cərimə olmaqla, cəmi 20870 (iyirmi min səkkiz yüz yetmiş) ABŞ dolları 91 (doxsan bir) sent məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı tutulmalı, tələb ipoteka predmeti olan ünvan 1 A ünvanında Cavabdeh4 xüsusi mülkiyyətində olan 10 nömrəli mənzilə yönəldilməli, həmin əmlakın ilkin satış qiyməti 42000 (qırx iki min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılmalı, satıldıqdan sonra 1 ay ərzində mənzil boşaldılmalı, əldə edilən vəsaitdən xx.xx.2015-ci il tarixli 026R********** saylı kredit razılaşması üzrə 20870 (iyirmi min səkkiz yüz yetmiş) ABŞ dolları 91 (doxsan bir) sent məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı və həmçinin məhkəməyə müraciət etmək üçün xərcin cavabdehlərə aid hissəsi 25 (iyirmi beş) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqı ödənilməli, iddia tələbi cavabdehlər Cavabdeh2, Cavabdeh3 münasibətdə və qalan hissədə təmin olunmamalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tаrixli, 2(107)-3033/2019 nömrəli qərаrdаdı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilərək ekspertizаnın аpаrılmаsı Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinə həvаlə edilmiş və ekspert rəyi məhkəməyə təqdim edilənədək iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Məhkəmənin qərardadına müvafiq olaraq xx xxxxxx 2020-ci ildə Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 9/2123 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyi Şəki Apelyasiya Məhkəməsinə daxil olmuşdur. İş üzrə icraat təzələnmişdir Həmin rəydə göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan ödənişləri özündə əks etdirən hesabdan çıxarış məlumatları, xx xxxxxx 2015-ci il tarixli, 026R********** nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, cavabeh Cavabdeh1 sual üzrə xx.xx.2018-ci il tarixə İddiaçı QSC-yə olan borcu ümumilikdə 21.018,24 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: -əsas borc üzrə---------------------16.049,55 ABŞ dolları; -faiz borcu üzrə---------------------4.968,69 ABŞ dolları. Həmçinin rəydə qeyd edilmişdir ki, hazırki ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh1 tərəfindən xx.xx.2018-ci il tarixdən 640,84 ABŞ dolları məbləğində ödəniş aparılmışdır. Lakin, ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi xx.xx.2018-ci il tarixə göstərildiyindən 640,84 ABŞ dolları məbləğində ödəniş nəzərə alınmadı. Aparılmış tədqiqatın dəyəri 145 (bir yüz qırx beş) manatdır. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 103.1-ci mаddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə kollegiyası ekspert rəyini sübut kimi qəbul edir. İddiaçının tələb etdiyi əsas borc məbləğ ilə ekspert rəyində göstərilən məbləğ eyni olduğundan, həmçinin iddiaçı iddia ərizəsində faiz borcuna görə daha az məbləğ-4.321,36 ABŞ dolları tələb etdiyindən həmin hallar qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas hesab edilə bilməz. Çünki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi qənaəti ilə razılaşır. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edirki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdehlər Cavabdeh1 və Cavabdeh4 tərəfindən verilmiş apelyasiya şikаyətləri təmin edilmədən, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)-190/2019 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsi məhkəməyə verildikdən sonra Cavabdeh1 tərəfindən ödənilmiş 640,84 ABŞ dolları qətnamə icra olunarkən nəzərə alınmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpelyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 tərəfindən verilmiş apelyasiya şikаyətləri təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)-190/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatını dəyəri olan 145 (bir yüz qırx beş) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh4ndаn müştərək qaydada tutularaq dövlət büdcəsinə verilsin. (AZ34CTRE********************; Az.MEM, VÖEN**********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar