Məhkəmə qərarları › İş №2(107)-1364/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1364/2020

02.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1364/2020 02.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Əliyev Fərid Mehdi oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X15, Cavabdeh nümayəndəsi X16, nümayəndəsi və vəkili Ömərov Cianşa İlyas oğlunun və cavabdeh “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” X39 nümayəndəsi X4, mütəxəssis-həkim travmatoloq X19iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh və “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” X35rşı 5000 (beş min) manat məbləğində dəymiş zərərin və gələcəkdə müalicəyə sərf ediləcək 3000(üç min) manat məbləğində pul tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(051)-1179/2019 nömrəli qətnaməsindən iddiаçı İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(051)-1179/2019 nömrəli qətnaməsi ilə (hakim Məhburə Kərimova) iddia qismən təmin olunmuş, cavabdeh X40 üzrə Dövlət Agentliyinin “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” X38 118 (bir yüz on səkkiz) manatın alınıb İddiaçı Eldar qızına verilməsi, iddianın qalan hissədə və Cavabdeh münasibətdə təmin olunması qət edilmişdir. İşin halları İddiaçı cavabdehlər Cavabdeh və “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” X35rşı sağlamlığa vurulmuş 5000 (beş min) manat dəyərində dəymiş ziyan və 5000 (beş min) manat kompensasiya tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehlərdən ona vurulmuş 5000 (beş min) manat məbləğində ziyanın və gələcəkdə müalicəyə sərf ediləcək 3000 (üç min) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, xx xxxxxx 2017-ci ildə, təxminən, saat 22:50 radələrində Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının doğum şöbəsinə müraciət etmişdi. Həmin vaxt şöbənin növbətçi mama-ginekoloqu X12 idi. Onu qəbul edib nəzarət altına aldılar. Müvafiq müayinələrdən sonra ona 38-39 həftəlik hamiləlik baş gəlişi təyin edildi. xx xxxxxx 2017-ci il tarixdə saat 09:00-da onu mama-ginekoloq, hazırkı iş üzrə Cavabdeh təhvil aldı. Saat 10:15 radələrində doğuş baş vermişdi. Uşaq doğulduqdan sonra həkimlər doğuşun normal keçdiyini, heç bir problem olmadığını bildirdilər. Sonra həkim-nevropotoloq Samirə Alıyeva uşağın sol körpücük sümüyünün doğuş zamanı qırıldığını bildirdi. O və uşaq həmin gün xəstəxanada qaldılar. Sonra uşağın vəziyyəti pisləşməyə başladı. Həkimlər uşağın X29 Mərkəzə aparmağı məsləhət gördülər. Ona görə də uşağı X29 Mərkəzə aparmaq qərarına gəldi. O, xəstəxananın rəhbərliyinə müraciət edərək uşağın Şəkiyə aparılması üçün təcili yardım maşını ayrılmasını xahiş etdi. Lakin bunun ödənişli olduğunu, ödənişi keçirdikdən sonra ona təcili yardım maşını ayrıla biləcəyini bildirdilər. O, getdikcə uşağın vəziyyətinin ağırlaşdığını görüb, məcbur olub xəstəxanaya 120 manat pul ödədi. Bundan sonra uşağın aparılması üçün təcili yardım maşını ayrıldı. O, xx xxxxxx 2017-ci ildə uşağı X27 Mərkəzə apardı. Onlar uşağı rentgenə salıb, uşağın sol körpücük sümüyünün sındığını bildirdilər. xx xxxxxx 2017-ci ildən xx xxxxxx 2017-ci il tarixədək uşaq həmin xəstəxanada qalıb müalicə olundu. Sonra həkimlərin məsləhəti ilə uşağı müalicə üçün Səhiyyə Nazirliyi K.Fərəcova adına Elmi- X13 apardı. Orada uşağa “doğuş astiksiyası, körpücük sümüyünün sınığı, perinatal pozthipoksik travması, ensetalopatiya, subkonyuktirol qansızma” diaqnozu qoyulmuşdur. Uşaq K.Fərəcov adına X1, sonra X5 müalicəsi davam etdirilmişdir. Müalicə ilə əlaqədar uşağı Mingəçevir ŞMX-dan X27 Mərkəzə aparmaq üçün 120 manat, Şəkidən Bakıya aparmaq üçün 80 manat yol xərci ödəmişlər. Bundan əlavə X5 və K.Fərəcova adına X1 uşağın müayinə və müalicəsi üçün 5000 manat pul xərcləmişdir. Həkimlər uşağın hələ 2 il müalicə alacağını bildirmişdir ki, həmin müddətdə də müalicə üçün 3000 manat pul lazım olacaqdır. Uşağın bu qədər müalicəyə ehtiyac yaranmasına səbəb isə doğuş zamanı aldığı travma olmuşdur. Travmaya səbəb isə doğuşu qəbul edən həkim-Cavabdeh doğuşu düzgün idarə etməməsi olmuşdur. Hesab edir ki, uşağın travma almasında məsuliyyət təkcə həkim Cavabdeh deyil, həm də onun işlədiyi xəstəxananın üzərinə düşür. Ona görə də iddianın təmin olunmasını, cavabdehlər Cavabdeh və “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” X38 uşağın müalicəsi ilə əlaqədar xərclədiyi 5000(beş min) manat, gələcəkdə müalicəyə sərf ediləcək 3000(üç min) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi və vəkili X21 da iddianı müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” X39 nümayəndəsi X17 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, xəstəxana, üzərinə qoyulmuş vəzifəni iddiaçının hamiləliyi müddətində, eləcə də doğumu və doğuşdan sonra yerinə yetirmişdr. İddiaçı hamiləliyi müddətində xəstəxanada müayinələrdən keçmişdir. İddiaçı adına tərtib edilmiş hamilə və zahı qadınların müşahidə sənədlərindən görünür ki, iddiaçıya “anemiya” diaqnozu qoyulmuşdur. Həmçinin, həmin xəstəlik vərəqəsinə əlavə edilmiş, iddiaçının yazısından görünür ki, o, ailə həkimi tərəfindən verilən müalicəni qəbul etməmşdir. İddiaçının uşağına X27 Mərkəzinə göndərişi xəstəxananın rəhbərliyi tərəfindən verilməmişdir. İddiaçı uşağı Şəkiyə aparmaq üçün təcili yardım maşını ayrılması ilə əlaqədar xəstəxana rəhbərliyinə müraciət etmiş, ona bununla əlaqədar ödəniş keçirilməsi izah olunmuş, iddiaçı 118 manat ödəniş etmiş və bu barədə ona qəbz də verilmişdir. Bundan əlavə iddiaçı guya uşağın X27 Mərkəzində, K.Fərəcov adına X1 müayinə və müalicəsi üçün 5000 manat pul xərclədiyini bildirmişdir. Həmin xəstəxanalar dövlət müəssisələridir, müayinə və müalicə üçün xəstələrdən ödəniş tələb olunmur. İddiaçının uşağının X6 müayinə və müalicəsi isə uşağın doğuş zamanı aldığı travma ilə əlaqədar deyil. İddiaçı həkimin səhlənkarlığı səbəbindən doğuş zamanı uşağının sol körpücük sümüyünün sınığı və baş nahiyyəsində xəsarət alması barədə Mingəçevir şəhər prokurorluğuna da müraciət etmiş, lakin həkimin əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmşdir. Ancaq Mingəçevir ŞMX-nin doğum şöbəsinin mama-ginekoloqu Cavabdeh vəzfəsinin icrası zamanı səhvə yol verdiyinə görə intizam məsuliyyətinə cəlb olunması barədə prokurorluq “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” X39 direktoruna təqdimat göndərmiş, təqdimat MSX-da müzakirə olunaraq müvafiq qərar qəbul edilmişdi. Bunlardan əlavə hesab edir ki, “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” X45 hazırkı tələb üzrə cavabdeh ola bilməz. Belə ki, Cavabdeh ilə xx xxxxxx 2001-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən o, “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” X33 doğum şöbəsinə həkim mama-ginekoloq vəzifəsinə təyin olunmuşdur. Əmək müqaviləsinə əsasən də tutduğu vəzifənin əmək funksiyasının icrasını öhdəsinə götürmüşdür. Əmək funksiyasının ətraflı izahatı isə vəzifə təlimatında göstərilmişdir. Odur ki, doğuş Cavabdeh tərəfindən idarə olunduğu üçün məsuliyyəti də həkim mama-ginekoloqun üzərinə düşür. İddianın “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” X44 münasibətdə təmin olunmamasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh nümayəndəsi və vəkili X24 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, Cavabdeh xx xxxxxx 2017-ci ildə doğum şöbəsində növbədə olmuşdur. Həmin gün saat 09:00-da növbəni təhvil alıb. Həmin vaxt şöbədə olan İddiaçı də qəbul edib. İddiaçı xx xxxxxx 2017-ci il tarixdə axşam saatlarında doğum şöbəsinə daxil olmuşdur. İddiaçı sancılar olub, xx xxxxxx 2017-ci il tarixdə saat 10:15-də uşaq doğulubdu. Doğulandan sonra həkim Cavabdeh uşağı tibb bacısına təhvil veribdi. Sonra məlum olubdu ki, doğuş zamanı uşağın sol körpücük sümüyü sınıbdı. İddiaçı doğuşu sürətli doğuş olmuşdur. Sürətli doğuşun baş verməsi üçün anaya bəzi dərman pereparatları verilir. Cavabdeh əvvəl doğum şöbəsində növbədə mama-ginekoloq Leyla Cəfərova olmuşdur. Doğuş fəaliyyəti zəif olduğuna görə doğuşu sürətləndirmək məqsədilə induksiya etmək üçün mama-ginekoloq Leyla Cəfərova tərəfindən xx xxxxxx 2017-ci il tarixdə saat 03:00-da xəstəyə “Mezoprostol”, Noşpa”, Platfilin” verilmişdir. Sürətli doğuş zamanı uşağın sol körpücük sümüyünün sınması normaldır. Sürətli doğuşda uşaq sürətlə doğulur və bu zaman hər hansı bir xəsarət ala bilər. Ancaq İddiaçı sürətli doğuşun baş verməsi üçün həkim mama-ginekoloq Cavabdeh heç bir müdaxilə etməmişdir. xx xxxxxx 2017-ci ildə uşağın vəziyyəti pisləşmiş, həkim-pediatr Samirə Alıyeva uşağın X30 Mərkəzə aparılmasını məsləhət bilmişdi. 11 dekabr 207-ci il tarixdə də uşağı valideynləri, X30 Mərkəzə aparmışlar. Cavabdeh həmin vaxt yalnız doğuş həkimi olmuşdur. Onun tərəfindən anaya heç bir müdaxilə olunmadan doğuş həyata keçirilmiş, normal şəkildə uşaq təhvil verilmişdir. Qeyd etdiyi kimi sürətli doğuşda da uşağın körpücük sümüyünün sınığı normal haldır. Körpücük sümüyünün müalicəsi üçün də “8” vari sarğı qoyulur və rentgenlə üzləmə ilə həmin sınıq 7-14 gün ərzində bitişir. Sorğu və rentgen üçün də iddiaçının tələb etdiyi qədər xərclər tələb olunmur. İddiaçının tələb etdiyi xərclər üçün sübut kimi təqdim edilmiş reseptlərdə qeyd edilən dərmanlar isə həmin xəstəliyin müalicəsinə aid deyildir. İddia əsassız olduğuna görə təmin olunmamasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh da iddianı qəbul etməyərək eyni məzmunda izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” X39 doğum şöbəsində mama-ginekoloq işləyən X12 verdiyi ifadəsində bildirmişdir ki, 2012-ci ildən Mingəçevir şəhər xəstəxanasının doğum şöbəsində mamaginekoloq kimi fəaliyyət göstərir. İddiaçı xx xxxxxx 2017-ci ildə saat 22:50 radələrində dölyanı mayenin vaxtından əvvəl axımına görə doğum şöbəsinə müraciət etmişdir. Onu dərhal şöbəyə almışlar. Dölyanı maye normadan artıq axdığı, həmçinin yetişmiş hamiləlik olduğu üçün doğuşun induksiyası aparıldı. Uşaqlıq boyunun yetkin olmadığına görə induksiyaya hazırlıq məqsədilə xx xxxxxx 2017-ci il tarxdə saat 03:00 radələrində “Mezoprostol” 50 mq dilaltı təyini bqşlamışdır. Həmçinin, uşaqlıq boyunun yumşaldılması məqsədilə 1 qram “Noşpa” vuruldu. Saat 04:50-də İddiaçı doğuş sancıları başladı. Saat 05:20-də, uşaqlıq boyunun yumşaldılması məqsədilə, daha 1 qram “Noşpa” vuruldu. xx xxxxxx 2017-ci ildə saat 09:00-da növbəni mama-ginekoloq Cavabdeh təhvil verib getdi. Doğuşun surətli olması barədə Cavabdeh sözləri əsassızdır. Uşaq sürətli doğuş zamanı doğulmamışdır. Sürətli doğuş olması üçün “Mezoprostol” dərmanının verilməsindən sonra 1-3 saat ərzində uşaq doğulmalıdır. Əgər bu posess 1-3 saat ərzində baş verməmişdirsə, bu, sürətli doğuş deyildir. “Mezoprostol” dərmanı İddiaçı xx xxxxxx 2017-ci ildə saat 03:00də verilmiş uşaq saat 10:15-də doğulmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Qətnamədən narazı qalan İddiaçıapelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətlərinin dəlilləri İddiaçıapelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qətnamə qanunsuz və əsassızdır və iddiası tam təmin edilməlidir. İş materiallarından göründüyü kimi, məhkəmə-tibb ekspertizasının 262/KEŞ saylı xx.xx.2019-cu il tarixli rəyinə əsasən, onun oğlu Uğurun adına tərtib edilmiş 'tibbi sənədlərdə göstərilənlərə əsasən doğuşdan sonra onda “Doğuş astiksiyası, sol körpüçük sümüyünün sınığı,perinatal postnipoksik travmatik ensefalopatiya, subanyukival qansızma”nın olduğu müəyyən edilmişdir. Qeyd edilən patoloji dəyişdiklər mama travmasıdır və bu doğuşun texniki cəhətdən düzgün edilməməsi nəticəsində əmələ gəlmişdir. Buna məsul şəxs doğuşu idarə edən həkim mama-ginekoloqdur. Bu faktı məhkəmədə şahid qismində dindirilən həkim Leyla Cəfərovanın izahatı da təsdiq edir. Əlavə olaraq, işə əlavə olunmuş tibbi sənədlər oğlu Uğura iddia ərizəsində qeyd etdiyi xərcdən də artıq xərc çəkdiyi sübut edir. Cavabdeh dövlət xəstəxanasında müayinə və müalicəsinin pulsuz edilməsinə istinadı əsassızdır. Təqdim etdiyi reseptlər azı 20 dəfə Bakı şəhərinə, Gəncə şəhərinə, xəstəxanaya getdiyini sübut edir. Əgər xəstəxananın mama-ginekoloqu onun uşağına travma yetirməsəydi, o, xəstəxana yollarında gediş-gəliş haqqı ödəməzdi. Əsas olan fakt, xəstəxana tərəfindən uşağın özləri tərəfindən müayinə etməli olan halda Şəki şəhər Perintal Mərkəzinə göndəriş verməsi məsələsi araşdırılmamışdır. Ona isə Şəki Perianta! mərkəzə göndəriş verilərkən uşağa travma yetirildiyi haqda məlumat verilməmişdir. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(051)- 1179/2019 nömrəli qətnamənin ləğv edilməsinə və onun iddiasının bütövlüklə təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı və iddiaçının nümayəndəsi və vəkili X21 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. İddiaçı əlavə olaraq göstərdi ki, o, uşağının sağlamlığına vurulmuş zərərlə bağlı cavabdehlərdən 5000 manat tələb etsə də, əslində daha artıq məbləğdə pul xərcləyərək zərərə düşmüşdür. Dəqiq yadında qalan odur ki, uşağı Şəki şəhərində müalicə olunduğu 11-17 dekabr ərəfəsində təcili yardım maşınına verdiyi 118 manatdan başqa evində olan 700 manat pulu, uşağının Bakı şəhərinə aparılması və oradan Mingəçevir şəhərinə qaytarılması üçün 120 manat pulu, uşağı Bakı şəhəridə müalicə olunarkən bir gün ərzində müayinələr və dərmanlara 300 manat pulu, əlavə olaraq hər gün istifadə olunan dərman-davaya 80 manat olmaqla 10 gün ərzində 800 manat pulu xərcləmişdir. Cavabdehlər müalicənin pulsuz olduğunu bildirsələr də, əslində bütün müalicələr hamı üçün olduğu kimi onun üçün də, pullu olmuşdur. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X22, nümayəndəsi və vəkili Ömərov Cianşa İlyas oğlu apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(051)- 1179/2019 nömrəliqətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında cavabdeh “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” X39 nümayəndəsi X17 apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(051)-1179/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında mütəxəssis-həkim travmatoloq X28 ekspert rəyində qeyd olunanları izah etmiş və proses iştirakçılarının suallarını cavablandırmışdır. Cavabdeh lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsə də, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətlərində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətlərin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunmalı, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(051)- 1179/2019 nömrəli qətnaməsi qismən-iddianın Cavabdeh münasibətdə də təmin edilməməsi hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə İddiaçı cavabdehlər Cavabdeh və “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” X35rşı 5000 (beş min) manat məbləğində dəymiş zərərin və gələcəkdə müalicəyə sərf ediləcək 3000 (üç min) manat məbləğində pul tələbinə dair iddiası Cavabdeh münasibətdə də qismən təmin edilməli, Cavabdeh 1920 (bir min doqquz yüz iyirmi) manat pul alınaraq İddiaçı verilməli, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan doğulmuşun inkişaf tarixində göstərilir ki, İddiaçı uşağı xx xxxxxx 2017-ci ildə, saat 10:15-də doğumuş, xx xxxxxx 2017-ci ildə saat 14:00-da köçürülmüşdür. İşdə olan “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” X39 ginekologiyadoğum şöbəsinin müdiri H.Əzizova tərəfindən verilmiş X34 göndərişin surətindən görünür ki, İddiaçı xx xxxxxx 2017-ci il təvəllüdlü uşağı “Doğuş və dölün azad edilməsi zamanı ilk dəfə qeyd edilən bətndaxili hipoksiya , körpücük sümüyünün sınığı ilə göndərilmişdir. İşdə olan 79741 №-li qəbzdən görünür ki, İddiaçı tərəfindən Mingəçevir şəhər Mərkəzi Xəstəxanası PHŞ-ə 118(bir yüz on səkkiz) manat ödənilmişdir. İşdə olan X30 Mərkəz tərəfindən tərtib olunmuş “Yenidoğulmuşun inkişaf tarixi”ndə göstərilir ki, İddiaçı xx xxxxxx 2017-ci ildə doğulmuş uşağı xx xxxxxx 2017-ci ildə saat 16:00-da Mərkəzə daxil olmuş, xx xxxxxx 2017-ci ildə saat 16:00-da köçürülmüşdür. Son diaqnoz “Bətndaxili infeksiya, dəqiqləşdiriməmiş hemolitin xəstəlik, diffuz hipoksiya” İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Fərəcova adına X2 tərəfindn verilmiş epikrizdən görünür ki, iddiaçının xx xxxxxx 2017-ci ildə doğulmuş uşağı xx xxxxxx 2017-ci ildə həmin xəstəxanaya daxil olmuş, xx xxxxxx 2017-ci ildə çıxmışdır. Diaqnozu “Doğuş zədəsi, doğuş asfiksiyası. Sol körpücük sümüyün sınığı. Bətndaxili infeksiya, İnfeksiya mənşəli eonatal sarılıq” Uşaq yaxşılaşma ilə sahə həkiminin, nevropatoloqun və ortamoloqun nəzarəti altında evə yazılır. Z.Əliyeva adına Milli Oftalmologiya İnstitutunda müayinə məsləhətdir. İşdə olan X7 ortoped-travmatoloqu Məzahir Məmmədov tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışda göstərilir ki, xx xxxxxx 2017- ci il təvəllüdlü X25 xx xxxxxx 2018-ci ildə, xx xxxx 2018-ci ildə, xx xxxx 2018-ci ildə X9 Ortopediya və Travmatologiya bölməsində həkim müayinəsində olmuşdur. Müayinə nəticəsində xəstəyə “Bud-çanaq oynaqları displaziyası” diaqnozu təyin edilərək müvafiq müalicə tətbiq olunmuşdur. İşdə olan məhkəmə-tibb ekspertizasının 262/KEŞ №-li xx xxxxxx 2019-cu il tarixli rəyində göstərilir ki, X18 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən doğuşdan sonra onda “Doğuş astiksiyası, sol körpücük sümüyünün sınığı, perinatal postnipoksik travmatik ensefalopatiya, subkonyukival qansızma”nın olduğu müəyyən edilmşdir. Qeyd edilən patoloji dəyişikliklər mama travmasıdır və bu, doğuşun texiki cəhətdən düzgün idarə edilməməsi nəticəsində əmələ gəlmişdir. Buna məsul şəxs doğuşu idarə edən həkim mama-ginekoloqdu. İşdə olan 277 №-li əmək müqaviəsinin surətindən görünür ki, Cavabdeh xx xxxxxx 2011-ci ildə “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” PHŞ-in ginekologiyadoğum şöbəsinə həkim mama-ginekoloq vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi müddətsiz bağlanmışdır. İşdə olan Mingəçevir şəhər prokurorluğunun böyük müstəntiqi vəzifəsini icra edən X8 xx xxxxxxxx 2018-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında“ qəraından görünür ki, Mingəçevir ŞMX-nin doğum şöbəsinin mama-ginekoloqu Cavabdeh barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsini qət edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə istinad etmişdir. Həmin maddəyə görə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı tələbində “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” PHŞ-in ginekologiya-doğum şöbəsinin həkimi mama-ginekoloq Cavabdeh doğuşu düzgün idarə etməməsi səbəbindən yeni doğulan uşağın travma almasına görə uşağının müayinəsi və müalicəsi ilə əlaqədar 5000 (beş min) manat pul xərclədiyini bildirərək, həmin ziyanın, eləcə də gələcəkdə uşağın müalicəsi üçün sərf olunacaq 3000 (üç min) manat pulun cavabdehlərdən alınb ona verilməsini xahiş etmişdir. Cavabdehlər isə tələbə etiraz etmş, etirazlarını doğuş zamanı almış olduğu travmaya görə uşağın müalicəsi üçün 5000 (beş min) manat pulun xərclənməsi barədə iddiaçının izahatının əsassız olması, iddiaçı uşağı dövlət xəstəxanalarında müayinə və mülicə etdirməsi, həmin müəssisələrdə xəstələrin müayinə və müalicələrinin ödənişli olmaması ilə əsaslandırmışdır. İddiaçı öz tələbini əsaslandıran sübut kimi məhkəməyə X10 ortoped-travmatoloqu Məzahir Məmmədov tərəfindən yazılmış reseptlər, həmin xəstəxanada müayinə olunması ilə əlaqədar ödəniş qəbzlərini və ayrı-ayrı həkimlər tərəfindən yazılmş xx xxxxxx 2017-ci il tarixli, xx xxxxxx 2018-ci il tarixli reseptləri təqdim etmişdir. İşdə olan məhkəmə tibb ekspertizasının 265/KEŞ №-li xx xxxxxx 2018-ci il tarixli rəyində göstərilmişdir ki, Uğur Səmədzadədə doğuşdan əvvəl və ya doğuşdan sonra(X11 daxil olmamışdan öncə) aparılmış müaynələr zamanı “Budçanaq oynaqları displaziyasını müəyyənləşdirəcək hər hansı bir patoloji proses müəyyən edilməmişdir. Məhkəmə tədqiqi zamanı da iddiaçının uşağında “Bud-çanaq oynaqları displaziyası”nın doğuş zamanı uşağın aldığı travmanın nəticəsində yaranmasını təsdiq edən sübut təqdim edilmədi. Eləcə də təqdim edilmiş 2 ədəd reseptlərdəki dərmanların uşağın doğuş zamanı aldığı travmanın müalicəsi üçün yazıldığı müəyyən olunmadı. Birinci instansiya məhkəməsinin iclasında tərəflərin izahatlarından və iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, uşağın X32 aparılması ilə əlaqədar təcili yardım maşını ayrılması üçün iddiaçı Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” PHŞ-ə 118 (bir yüz on səkkiz) manat pul ödəmişdir. Cavabdehin nümayəndəsi izahatında xəstəxananın rəhbərliyi tərəfindən iddiaçının uşağına Şəki şəhər Perinatal Mərkəzinə göndəriş verilmədiyini bildirsə də iş materiallarına əlavə olunmuş “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” PHŞ-nin ginekologiya-doğum şöbəsinin müdiri H.Əzizova tərəfindən verilmiş göndərişdən görünür ki, iddiaçıya xx xxxxxx 2017-ci il təvəllüdlü uşağı üçün “Doğuş və dölün azad edilməsi zamanı ilk dəfə qeyd edilən bətndaxili hipokseya, körpücük sümüyünün sınığı” diaqnozu ilə Şəki şəhər Perinatal Mərkəzinə göndəriş verilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, iddiaçı tərəfindən “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” PHŞ-ə ödədiyi 118 (bir yüz on səkkiz) manat cavabdeh “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” PHŞ-dən alınıb iddiaçıya verilməlidir. Məhkəmə həmçinin hesab etmişdir ki, sübutlar təqdim edilmədiyinə görə iddia qalan hissədə və Cavabdeh münasibətdə təmin olunmamalıdır. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə görə hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Məhkəmə kollegiyası iddianın tam təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianın Cavabdeh aid hissəsini qismən də olsa təmin etməməklə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin qismən-həmin hissədə ləğv olunmasına və apelyasiya şikayətinin qismən təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı xx xxxxxx 2017-ci ildə, təxminən, saat 22:50 radələrində Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının doğum şöbəsinə müraciət etmiş, həmin vaxt şöbənin növbətçi mamaginekoloqu X12 onu qəbul edərək nəzarət altına almışdır. Müvafiq müayinələrdən sonra ona 38-39 həftəlik hamiləlik baş gəlişi təyin edilmiş, xx xxxxxx 2017-ci il tarixdə saat 09:00-da iddiaçını mama-ginekoloq, hazırkı iş üzrə Cavabdeh təhvil almışdır. Saat 10:15 radələrində doğuş baş vermişdir. Uşaq doğulduqdan sonra uşağın sol körpücük sümüyünün doğuş zamanı qırıldığını aşkar edilmişdir. Daha sonra uşağın vəziyyəti pisləşməyə başlamış, həkimlər uşağın X29 Mərkəzə aparılması tövsiyyə edilmişdir. İddiaçı xəstəxananın rəhbərliyinə müraciət edərək uşağın Şəkiyə aparılması üçün təcili yardım maşını ayrılmasını xahiş etmiş, lakin bunun ödənişli olduğunu, ödənişi keçirdikdən sonra ona təcili yardım maşını ayrıla biləcəyi cavabını almışdır. İddiaçı xəstəxanaya təcili yardım maşını üçün 120 manat pul ödəmişdir. xx xxxxxx 2017-ci ildə iddiaçının uşağı X27 Mərkəzə aparılmışdır. Orada uşağı rentgen müayinəsi etdikdən sonra uşağın sol körpücük sümüyünün sındığı məlum olmuşdur. xx xxxxxx 2017-ci ildən xx xxxxxx 2017-ci il tarixədək uşaq həmin xəstəxanada qalıb müalicə olunmuşdur. Daha sonra həkimlərin məsləhəti ilə uşaq müalicə üçün Səhiyyə Nazirliyi K.Fərəcova adına Elmi- X13 aparılmışdır. Orada uşağa “doğuş astiksiyası, körpücük sümüyünün sınığı, perinatal pozthipoksik travması, ensetalopatiya, subkonyuktirol qansızma” diaqnozu qoyulmuşdur. K.Fərəcov adına X1, sonra X5 uşağın müalicəsi davam etdirilmişdir. İddiaçı cavabdehlər Cavabdeh və “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” X35rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən ona vurulmuş 5000 (beş min) manat məbləğində ziyanın və gələcəkdə müalicəyə sərf ediləcək 3000 (üç min) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan məhkəmə-tibb ekspertizasının 262/KEŞ №-li xx xxxxxx 2019-cu il tarixli rəyində göstərilmişdir ki, X18 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən doğuşdan sonra onda “Doğuş astiksiyası, sol körpücük sümüyünün sınığı, perinatal postnipoksik travmatik ensefalopatiya, subkonyukival qansızma”nın olduğu müəyyən edilmişdir. Qeyd edilən patoloji dəyişikliklər mama travmasıdır və bu, doğuşun texiki cəhətdən düzgün idarə edilməməsi nəticəsində əmələ gəlmişdir. Buna məsul şəxs doğuşu idarə edən həkim mama-ginekoloqdur. Göründüyü kimi, X18 doğulması zamanı doğuşun texiki cəhətdən düzgün idarə edilməməsi nəticəsində travma alması və buna məsul şəxsin doğuşu idarə edən həkim mama-ginekoloq, yəni hazırki iş üzrə Cavabdeh olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). (1096.1) Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. (1096.2) Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Həmin Məcəllənin 1120.1-ci maddəsinə əsasən on dörd yaşı tamam olmamış və qazancı (gəliri) olmayan yetkinlik yaşına çatmayana (azyaşlıya) xəsarət yetirildikdə və ya onun sağlamlığı başqa şəkildə pozulduqda zərərin vurulması üçün məsuliyyət daşıyan şəxs sağlamlığın pozulması ilə bağlı çəkilən xərclərin əvəzini ödəməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı iddia ərizəsində uşağı-X18 müalicəsi üçün 5000 manat xərc çəkdiyini göstərsə də, həmin halları təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməmişdir. Məhkəmə kollegiyası İddiaçı uşağı-X18 müalicəsi və onunla bağlı digər xərclər üçün uşağı Şəki şəhərində müalicə olunduğu 11-17 dekabr ərəfəsində təcili yardım maşınına verdiyi 118 manatdan başqa evində olan 700 manat pulu, uşağının Bakı şəhərinə aparılması və oradan Mingəçevir şəhərinə qaytarılması üçün 120 manat pulu, uşağı Bakı şəhəridə müalicə olunarkən bir gün ərzində müayinələr və dərmanlara 300 manat pulu, əlavə olaraq hər gün istifadə olunan dərman-davaya 80 manat olmaqla 10 gün ərzində 800 manat pulu xərcləməsi barədə göstərdiklərini inandırıcı hesab edir. Bütün yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, İddiaçı uşağı-X20 dəymiş zərər Cavabdeh günahı üzündən baş vermişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsıiş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edirki, birinci instаnsiyа məhkəməsi iddianın Cavabdeh aid hissəsini qismən də olsa təmin etməməkdə birinci instаnsiyа məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmədiyindən və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməsi səbəbindənvə işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olduğundan İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunmalı, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(051)-1179/2019 nömrəli qətnaməsi qismən-iddianın Cavabdeh münasibətdə də təmin edilməməsi hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə İddiaçı cavabdehlər Cavabdeh və “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” X35rşı 5000 (beş min) manat məbləğində dəymiş zərərin və gələcəkdə müalicəyə sərf ediləcək 3000 (üç min) manat məbləğində pul tələbinə dair iddiası Cavabdeh münasibətdə də qismən təmin edilməli, Cavabdeh 1920 (bir min doqquz yüz iyirmi) manat pul alınaraq İddiaçı verilməli, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin аpelyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 389-ci maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-ci maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(051)-1179/2019 nömrəli qətnaməsi qismən-iddianın Cavabdeh münasibətdə də təmin edilməməsi hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh və “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” X35rşı 5000 (beş min) manat məbləğində dəymiş zərərin və gələcəkdə müalicəyə sərf ediləcək 3000(üç min) manat məbləğində pul tələbinə dair iddiası Cavabdeh münasibətdə də qismən təmin edilsin. Cavabdeh 1920 (bir min doqquz yüz iyirmi) manat pul alınaraq İddiaçı verilsin. Qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar