Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1366/2022 29.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiаçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cаvаbdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsinə qаrşı (açar sözlər: kredit borcu tələbi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə, İddiаçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cаvаbdehlər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2(039)-1081/2022 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I.İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 115LN**********0001 saylı kredit müqaviləsinə əsasən sonuncuya bank tərəfindən 36 ay müddətinə illik 24 faiz ödəmək şərti il 10,000 ABŞ dolları məbləğində kredit vermişdir.
2. Həmin kredit müqaviləsinin təminatı olaraq bağlanmış xx.xx.2015-ci il tarixli 115LN**********0001/a saylı ipoteka müqaviləsinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2015-ci il tarixli RX ******* qeydiyyat nömrəli Çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Yevlax şəhəri, Heydər Əliyev prospekti, ev 54B, 2 saylı mənzili İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
3. Cavabdeh2 sözügedən kredit məbləği verilərkən İddiaçı ASC ilə Cavabdeh1 arasında 22 may 2015-ci il tarixli, 115LN**********0001/c saylı zaminlik müqaviləsi bağlanmışdır.
4. Həmin zaminlik müqavilənin 2.1.2-ci bəndinə əsasən, borcalan bu müqavilə ilə təmin edilmiş öhdəliyi icra etmədikdə vəya lazımi qaydada icra etmədikdə zamin (Cavabdeh1) borcalanla (Cavabdeh2) bank qarşısında birgə məsuliyyət daşıyır.
5. xx.xx.2015-ci il tarixli 115LN**********0001 saylı krediti müqaviləsinə 03 fevral 2016-cı il tarixli 1 saylı əlavə razılıqdan müəyyən olunur ki, kreditor tərəfindən borcalana 368.73 ABŞ dolları məbləğində krediti restrukturizasiya edir və 180.15 ABŞ dolları məbləğində kapitallaşdırılmış faiz kreditin qalıq məbləğinə əlavə olunur, bununla da kreditin ümumi məbləği 8,898.12 ABŞ dolları təşkil edir, ödəniş 22 may 2018-ci il tarixdən gec həyata keçirilməməlidir.
6. xx.xx.2015-ci il tarixli 115LN**********0001 saylı kredit müqaviləsinə xx.xx.2016-cı il tarixli 2 saylı Əlavə Razılığa əsasən, kreditor tərəfindən borcalana 374.92 ABŞ dolları məbləğində kreditin restrukturizasiya edir və 227.38 ABŞ dolları məbləğində kapitallaşdırılmış faiz krediti qalıq məbləğinə əlavə olunur, bununla da kreditin ümumi məbləği 8,638 ABŞ dolları təşkil etmişdir.
7. Hesabdan çıxarışdan müəyyən olunur ki, 21 fevral 2017-ci il tarixdən əsas borc üzrə gecikmələr başlamış, 22 may 2018-ci il tarixdə əsas borcu üzrə gecikmə artıq 6,790.21 ABŞ dolları təşkil etmiş, sonuncu ödəniş isə 10 avqust 2019-cu il tarixdə həyata keçirilmişdir.
8. Maliyyə arayışından müəyyən olunur ki, xx.xx.2020-ci il tarixə kredit müqaviləsi üzrə əsas borc 7,497 ABŞ dolları, faiz borcu 1,639 ABŞ dolları təşkil edir, 1,808 ABŞ dolları cərimə və gecikdirilmiş vaxt üçün 934 ABŞ dolları faiz hesablanmışdır.
9. "xxxx" MMC tərəfindən verilmiş rəydə qeyd olunur ki, Yevlax şəhəri Heydər Əliyev prospekti, 54B saylı evin 2 saylı mənzilinin bazar satış qiyməti 28,842 manat, likvid dəyəri 23,546 manat dəyərindədir.
Xəbərdаrlıq və bildiriş məktublаrındаn görünür ki, İddiaçı ASC pretenziyа qаydаsınа riаyət edərək, cаvаbdehlərdən borcu ödəmələrini tələb etmiş, əks təqdirdə məhkəməyə mürаciət olunаcаğı bаrədə onları xəbərdаr etmişdir.
10. İddiaçı tərəfindən cavabdehlərə xx.xx.2021-ci il tarixdə kredit borcunun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında həmin tarixli, **********930 saylı bildiriş göndərilmişdir .
11. İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərzəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cəmi 11,878 ABŞ dolları, bundan 7,497 ABŞ dolları əsas, 1,639 ABŞ dolları faiz, 1,808 ABŞ dolları cərimə borcu və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 934 ABŞ dolları faiz borcunun və ödənilmiş 151 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulmasını, tutmanın ipoteka ilə yüklü edilmiş tam mülkiyyət huququ üzrə Cavabdeh1 məxsus Yevlax şəhəri, Heydər Əliyev prospekti, ev 54B, 2 saylı mənzilə yönəlməsini, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışdan əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 tutulmasını və ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və həmin əmlak satıldıqdan sonra Cavabdeh1 həmin əmlakdan çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
II. Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı işin yuxarıda qeyd edilən hallarından (§ 93) çıxış edərək iddia tələbini əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, Cavabdeh2 həmin müqavilə üzrə üzərinə duşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi Cavabdeh2 tərəfindən ödəniş cədvəlin pozulması Bankın lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir.
13. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi X1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.
14. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 iddianı qismən qəbul edərək bildirmişdir ki, iddiaçı ilə bağlanmış kredit müqaviləsi əsasında 10,000 ABŞ kredit götürmüşdir. Bu zaman tanışı Cavabdeh1 zamin olaraq birgə öhdəlik daşımağı üzərinə götürmüş, eyni zaman özünə məxsus mənzili ipoteka olaraq bank qarşısında yüklü etmişdir. Bir müddət aylıq ödəməli olduğu ödənişləri vaxtında ödəsə də, sonradan maddi çətinliklərlə üzləşmiş və buna görə borc yaranmışdır. Bu səbəbdən bank tərəfindən yaranmış borc iki dəfə restrukturizasiya edilmişdir. Buna baxmayaraq yenə də ödənişlər edə bilməmiş, borc yaranmışdır. Borcun olmasına baxmayaraq Azərbaycan Respublikası Prezidentinin məlum sərəncamı ilə bağlı bank ona restrukturizasiya ilə bağlı hər hansı təklif etməmişdir.
15. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat vermişdir, lakin səhhətində problemlər olduğundan o, iclasa gələ bilməmişdir. İddianın qismən, yalnız əsas borc hissəsində təmin edilməsini xahiş etmişdir.
16. Birinci instansiya məhkəməsində işə digər Cavabdeh1 iştirakı olmadan baxılmışdır.
17. Yevlax Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2(039)-1081/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş və Cavabdeh2 22 may 2015-ci il tarixli, 115.LN.2102.220515.00001 saylı kredit müqaviləsi üzrə 7,497 (yeddi min dörd yüz doxsan yeddi) ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla, habelə 128 (bir yüz iyirmi səkkiz) manat 24 (iyirmi dörd) qəpik ödənilmiş dövlət rüsumu əvəzi İddiaçı ASCnin xeyrinə tutulması, tutmanın 22 may 2015-ci il tarixli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh1 mülkiyyət hüququ üzrə məxsus olan Yevlax şəhəri, Heydər Əliyev prospekti, 54B saylı evin 2 saylı mənzilinə yönəldilməklə həmin mənzil açıq hərracda satılması, ipoteka predmeti olan həmin mənzilin likvid dəyəri 23,546 (iyirmi üç min beş yüz qırx altı) manat müəyyən edilməsi, ipoteka predmeti olan mənzil açıq hərracda satıldıqdan sonra oranı 1 ay ərzində tərk etmədiyi təqdirdə Cavabdeh1 həmin mənzildən məcburi qaydada çıxarılması, qalan hissədə iddianın təmin edilməməsi, mütəxəssis rəyinin xərci 150 (bir yüz əlli) manatın Cavabdeh2 "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir. (X2)
18. İş üzrə qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti vermişdir.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
19. Cavabdeh2 apellyasiya şikayətini belə əsaslandırmışdır ki, qətnaməni əsassız və ədalətsiz hesab edir. Məhkəmə işin faktiki halarını araşdırmamışdır. Yalnız iddiaçının dedikləri ilə kifayətlənmişdir. Məhkəmə banka etdiyi ödənişləri nəzərə almamış, ancaq iddiaçının mənafeyini üstün tutaraq onun xeyrinə qətnamə çıxarmışdır. Məhkəməyə təqdim edilmiş mötəbər sübutların heç birinə hüquqi qiymət verməmişdir. Hesab edir ki, məhkəmə müqavilə bağlanarkən qüvvədə olan məzənə ilə ödənişlərin ödənilməsinə diqqət etməli idi. Lakin bunların heç biri nəzərə alınmamışdır. Belə olan halda bank əsasız varlanır vətəndaş isə müflis olur. Bank əməkdaşları dələduzluq, sui-istifadə hallarına yol vermişlər. Lakin məhkəmə bu fakta hüquqi qiymət verməmişdir. Göstərilənlərə əsasən Yevlax Rayon məhkəməsini 26 avqust 2022-ci il tarixli 2-(039)-1081/2022 saylı qətnaməsinin ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərərək Yevlax Rayon məhkəməsini 26 avqust 2022-ci il tarixli 2-(039)- 1081/2022 saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir
22. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçının nümayəndəsi və digər Cavabdeh1 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
23. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. İş üzrə Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı verilmiş apellyasiya şikayətinə münasibətdə tam olaraq yoxlanılacaqdır.
Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
Maddə 14.2.1 Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir. Maddə 386.1 Öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin olmаsıdır. Maddə 399.1 Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. Maddə 739.2 Borc müqаviləsinin predmeti pul məbləği olduqdа,o, kredit müqаviləsi аdlаnır. Maddə 442 Öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. Maddə 445.2.1 Öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır. Maddə 445.7 Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Maddə 439.2. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 319.1 əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
26. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər.
27. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanı
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
V. Apellyasiya məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli 2- (039)-1081/2022 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
31. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
32. Müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 115LN**********0001 saylı krediti müqaviləsi əsasında sonuncuya 36 ay müddətinə, illik 24 % ödəmək şərti ilə 10,000 ABŞ kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi ilə, sonuncu, özünə məxsus Yevlax şəhəri, Heydər Əliyev prospekti, 54B saylı evin 2 saylı mənzilini kredit müqaviləsinin təminatı olaraq Bankın xeyrinə yüklü etdirmişdir. Eyni tarixli zaminlik müqaviləsi ilə Cavabdeh1 kredit müqaviləsi üzrə birgə öhdəlik daşımağı üzərinə götürmüşdür.
33. Kredit müqaviləsi üzrə öhdəlik Cavabdeh2 tərəfindən lazımınca icra edilməmiş və bunun nəticəsində borc yaranmışdır.
34. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas borcun tutulması hissəsində Cavabdeh2 münasibətdə əsaslıdır, həmin məbləğ Cavabdeh2 tərəfindən də mübahisələndirilmədiyindən əsas borc ondan iddiaçı bankın xeyrinə tutulmalıdır.
35. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanında fiziki şəxslərin xarici valyutada əsas məbləği 10,000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olan vaxtı keçmiş kreditlər üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi, həmin güzəştlərin isə bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Fərmanda banklar üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilənin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də qeyd edilmişdir.
36. Məhkəmə kollegiyasl hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanın müddəalarını tətbiq etməkdə haqlı olmuş və kredit borcunu yalnız əsas borca münasibətdə təmin etmişdir.
37. Mülki Məcəllədə təsbit olunmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər (Mülki Məcəllənin 6.2-ci maddəsi).
38. Mülki hüquq subyektləri öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
39. İradə sərbəstliyi və müqavilə azadlığı əsas mülki hüquqlar sırasında olmaqla mülki hüquqların maneəsiz həyata keçirilməsi, pozulmuş hüquqların bərpası və mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri ilə ayrılmaz hüquqi vəhdət təşkil edirlər.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 15 may 2015-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir.
41. Tərəflər arasında bağlanmış kredit müqaviləsindən də göründüyü kimi, borc məbləği xarici valyutada -ABŞ dolları ilə verilmişdir. Müqavilənin şərtlərinə görə ödənişlər də ABŞ dolları ilə olmalıdır.
42. Məhkəmə kollegiyası apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlili ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət əsaslandırılmamış, bank əməkdaşlarının sui-istifadə hallarına yol vermələrinə dair hər hansı sübut növü təqdim edilməmiş, apellyasiya şikayəti ancaq formal mülahizələrdən ibarət olmuşdur.
43. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.
44. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
45. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
46. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, apellyasiya şikayəti təmin edilməməli, Yevlax Rayon məhkəməsini 26 avqust 2022-ci il tarixli 2-(039)- 1081/2022 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli 2-(039)-1081/2022 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov