Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-137/2024 09.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı2, İddiaçı1 və İddiaçı4 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Muxrəddin oğluna qarşı ümumi istifadədə olan yoldan istifadəyə maneələrin aradan qaldırılması və yolun girişinə quraşdırılmış qapıların götürülməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: Yoldan istifadəyə maneənin aradan qaldırılması) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1, İddiaçıların vəkili, həmçinin İddiaçı4 nümayəndəsi Vəkil, Cavabdehlər Cavabdeh1 Muxrəddin oğlunun və Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı4 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Muxrəddin oğluna qarşı ümumi istifadədə olan yoldan istifadəyə maneələrin aradan qaldırılması və yolun girişinə quraşdırılmış qapıların götürülməsi tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, e-2(075)-62/2023 nömrəli qətnaməsindən Cavabdeh1 Muxrəddin oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları
1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən, İddiaçı3, Cavabdeh2 və Cavabdeh1 Muxrəddin oğlunun fərdi yaşayış evlərinin arxa hissəsindən keçməklə ümumi istifadədə olan yolun (dalanın) ölçülərinin müəyyən edilməsi, həmin yolun girişinə mərhum X4 tərəfindən quraşdırılmış darvaza və piyada giriş qapısının götürülməsi, İddiaçı3, Cavabdeh2 və Cavabdeh1 Muxrəddin oğlunun fərdi yaşayış evlərinin arxa hissəsindən keçməklə ümumi istifadədə olan yola (dalana) Cavabdeh2 tərəfindən yığılmış tikinti materiallarının, avtomobil ehtiyyat hissələrinin, karton qutuların,həmçinin yolun daralmasına səbəb olan digər əşyaların cavabdehin hesabına götürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İşə məhkəmədə baxılarkən məhkəmə, mülki proses tərəflərinin rəylərini nəzərə alaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən İddiaçı3 əsl İddiaçı4 ilə əvəz edilmişdir.
3. Mülki işə məhkəmədə baxılarkən Şəki şəhər Bələdiyyəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin ƏMDK yanında DƏDRX-in 12 saylı Şəki Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşlar.
4. Mülki işə məhkəmədə baxılarkən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 məhkəməyə iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, ünvan 1 ünvanlarında yerləşən, iddiaçılara məxsus fərdi yaşayış evlərinə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 fərdi yaşayış evlərinin arxa hissəsindən keçən ümumi istifadə yolunun (dalanın) ölçülərinin müəyyən edilməsi və həmin yoldan iddiaçıların sərbəst şəkildə istifadə etməsinə cavabdehlər tərəfindən edilən maneənin aradan qaldırılması, ünvan 1 ünvanlarında yerləşən, iddiaçılara məxsus fərdi yaşayış evlərinə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 fərdi yaşayış evlərinin arxa hissəsindən keçən ümumi istifadə yolunun (dalanın) girişinə quraşdırılmış böyük və kiçik qapıların götürülməsi və həmin qapıların götürülməsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən edilən maneənin aradan qaldırılması və ünvan 1 ünvanlarında yerləşən, iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı4 məxsus fərdi yaşayış evlərinə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 fərdi yaşayış evlərinin arxa hissəsindən keçən ümumi istifadə yoluna (dalan) Cavabdeh2 tərəfindən yığılmış tikinti materiallarının, avtomobil ehtiyyat hissələrinin, karton qutuların, həmçinin yolun (dalanın) daralmasına səbəb olan digər əşyaların cavabdehin hesabına götürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin artırılması barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir.
6. Mülki işə məhkəmədə baxılarkən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 məhkəməyə ərizə təqdim edərək ümumi istifadədə olan yolun girişinə quraşdırılmış böyük və kiçik qapıların iddiaçıların öz hesabına götürülməsinə etiraz etmədiklərini bildirmişlər.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 və Cavabdeh1 Muxrəddin oğlu 2021-ci ildə 40 ildən artıq ümumi istifadədə olan, Şəki şəhəri Nəriman Nərimanov küçəsində yerləşən özlərinə məxsus fərdi yaşayış evlərinin arxa hissəsindən keçən yolu (dalanı) zəbt etmək istəmişlər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edərək İddiaçı3, Cavabdeh2 və Cavabdeh1 Muxrəddin oğlunun fərdi yaşayış evlərinin arxa hissəsində yol olub-olmaması haqqında məlumat verilməsini xahiş etmişlər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 24 may 2021-ci il tarixdə verilmiş **********47 saylı cavabda kadastr və daşınmaz əmlakın qeydiyyatı xəritəsinə əsasən İddiaçı3, Cavabdeh2 və Cavabdeh1 Muxrəddin oğlunun fərdi yaşayış evlərinin arxa hissəsinin yol olduğu və həmin hissədəki torpaq sahəsinin onların xüsusi mülkiyyətində olmadığı bildirilmişdir. Cavabdeh2 həmin yolun (dalanın) özünə məxsus evin arxa hissəsindən keçən hissəsinə tikinti materialları, avtomobil ehtiyat hissələri, karton qutular, digər əşyalar və tullantılar yığmaqla daraltmışdır. Cavabdeh2 ümumi istifadədə olan həmin yola yığdığı tikinti materialları, avtomobil ehtiyat hissələri, karton qutular, digər əşyalar və tullantıların götürülməsinə köməklik göstərilməsi üçün Şəki şəhər-rayon Polis şöbəsinə müraciət olunmuş, lakin mülki mübahisə olduğu bildirilərək məhkəməyə müraciət etmələr tövsiyə edilmişdir. Cavabdeh1 yolun (dalanın) özünəməxsus həyətyanı torpaq sahəsi ilə sərhəddində divar və ya hər hansı nişan olmadığından həmin hissənin sərhəddinin tanıdılması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və həmin xidmətin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət olunmuş, xidmətin 12 saylı Şəki Ərazi idarəsinin əməkdaşları tərəfindən yolun sərhədləri tanıdılmış, Cavabdeh1 həmin vaxt dəvət edilsə də gəlməmişdir. Lakin yolun (dalanın) sərhədlərini əks etdirən hər hansı sxem təqdim edilməmiş, məhkəməyə müraciət etmələr tövsiyyə edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli, **********67 saylı məktubunda və xidmətin 12 saylı Şəki Ərazi idarəsinin xx.xx.2021ci ii tarixli, **********09 saylı məktubunda da elektron kadastr məlumat bazasına əsasən İddiaçı3, Cavabdeh2 və Cavabdeh1 Muxrəddin oğlunun fərdi yaşayış evlərinin arxa hissəsindəki torpaq sahəsinin ümumi istifadədə olan yol olmaqla bələdiyyə mülkiyyətində olduğu bir daha göstərilmişdir. Cavabdeh1 2022-ci ilin fevral ayının sonlarında həmin yolun(dalanın) özünəməxsus olan həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin arxasından keçən hissəsini zəbt etmək məqsədilə yolun (dalanın) girişinə mişar daşı tökərək yolu (dalanı) bağlamış, Şəki rayon Prokurorluğuna, Şəki şəhər-rayon Polis şöbəsinə, Şəki Bələdiyyəsinə, Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə müraciətlərindən sonra xx.xx.2022-ci il tarixdə Şəki Bələdiyyəsinin və Şəki şəhər-rayon Polis şöbəsinin əməkdaşlarının iştirakı ilə yolun(dalanın) açılması təmin edilmişdir. Bələdiyyə mülkiyyətində olan həmin yolun(dalanın) girişində hazırda darvaza və piyada qapısı da vardır. Həmin darvaza və qapı uzun illər əvvəl mərhum X4 tərəfindən qoyulmuşdur. Həmin darvaza və qapı gündüz vaxtları örtülü, axşamlar isə bağlı saxlanılır. Cavabdeh1 və Cavabdeh2 darvaza və qapının götürülməsinə maneə törədirlər ki, bu da son nəticədə yolun (dalanın) digər istifadəçiləri olan onlara də, maneə yaradır. Evlərinə gələn qonaqlar da normal şəkildə gəlib-gedə bilmirlər. Çingiz və Azər onlara məxsus evlərə gələn insanları “bura yol deyil” deyərək geri qaytarmağa çalışırlar.
Birinci instansiya məhkəməsində icraat
8. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 Müxrəddin oğlu, onların vəkili, həmçinin İddiaçı4 etibarnaməsi üzrə nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir.
9. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh X5 göstərmişdir ki, Reyestr Xidməti tərəfindən Cavabdeh2 xx.xx.2018-ci il tarixdə verilmiş "Texniki pasport"a əsasən, iddiaçıların yol hesab etdikləri Azərin evinin arxası solu və sağı qonşu ərazilər, qarşısı isə küçə göstərilmiş və küçəyə çıxış darvazası da, orada qeyd edilmişdir. Google.com/maps saytında açılan xəritədə iddiaçıların evlərinə gedən yolun cavabdehlər Çingizin və Azərin evlərinin arxası yox, əksinə, qarşıdakı dalandan olması göstərilmişdir, bu da Reyestr Xidməti tərəfindən verilən arayışları təkzib edir. Google.com/maps saytında açılan xəritədə istənilən adamın, indiki halda iddiaçıların və Azərin evlərini qeyd edib, onların evlərinə gedən yol sorğusu verilir, sistem özü sorğuya cavab olaraq, evlərə gediş yolunu təqdim edir. Buradan da məlum olur ki, iddiaçıların evlərinə gediş yolu qarşıdakı dalandandır və bu, təkzib olunmaz sübutdur. Reyestr Xidmətinin elektron baza sistemindəki xəritədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 evlərinin arxasındakı ərazilərin küçə və ya dalan olması yox, sadəcə, bələdiyyəyə məxsus olması göstərilmiş, bu da Reyestr Xidmətinin məhkəməyə təqdim etdiyi arayışda ümumi istifadədə olan yol olması anlamına gəlmir. Reyestr Xidmətinin məhkəməyə təqdim etdiyi arayışda göstərilən ölçülər, Cavabdeh1 Reyestr Xidməti tərəfindən verilmiş texniki pasportdakı olçülərlə və Reyestr Xidmətinin elektron baza sistemindəki xəritədəki olçülərlə uyğunsuzluq təşkil edir, bu da arayışın hansı əsasda tərtib edilməsi sualını ortaya çıxarır. Cavabdeh1 istifadəsində olan 0.072 ha (720 kv.m) torpaq sahəsi daxilindəhər hansı sərhəd göstərici tikili olmadığı üçün, sənədlə verilmiş 0.06 ha sahənin sərhədləri Reyestr Xidməti tərəfindən özbaşına təyin edilmiş və bu da Cavabdeh1 verilmiş texniki pasportda öz əksini tapmışdır. İddiaçıların evlərinə sukanalizasiya və elektrik xəttləri cavabdehlərin evlərinin arxasındakı ümumi istifadədə olan yoldan yox, qarşıdakı dalandan çəkilmişdir, bu da, o deməkdir ki, iddiaçıların evlərinə gedən əsas yol qarşıdakı dalandır. Qarşıdakı dalana öz həyətindən Cavabdeh2 darvaza, Bəhərçin və İddiaçı1lar isə öz həyətlərindən piyada giriş qapısı qoymuşlar və dalandan maneəsiz istifadə edə bilirlər. Fövqəladə hadisə zamanı iddiaçıların evlərinə yangınsöndürən maşının, həmçinin, təcili yardım maşınının iddia olunan ümumi istifadədə olan yoldan yox, yalnız qarşıdakı dalandan yaxınlaşması mümkündür. Qeyd olunanları nəzərə alaraq iddianın təmin olunmamasını xahiş etmişdir.
10. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 Müxrəddin oğlu X5 ilə eyni məzmunlu izahat verərək iddianın rədd olunmasını xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, qeyd olunan əraziyə onun tərəfindən tikinti materialları, avtomobil ehtiyyat hissələri, karton qutuları yığılmışdır.
11. Şəki Rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, 2(075)-62/2023 saylı qərardadı ilə ünvan 1 ünvanlarında yerləşən, iddiaçılara məxsus fərdi yaşayış evlərinə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 fərdi yaşayış evlərinin arxa hissəsindən keçən ümumi istifadə yolunun (dalanın) ölçülərinin müəyyən edilməsi hissəsi üzrə icraata xitam verilmişdir.
12. Həmçinin Şəki Rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, 2(075)- 62/2023 saylı qərardadı ilə iddia tələbi “yolun (dalanın) daralmasına səbəb olan digər əşyaların cavabdehin hesabına götürülməsi” hissəsində baxılmamış saxlanılmışdır. 13 Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(075)-62/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ünvan 1 ünvanlarında yerləşən, iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı4 məxsus fərdi yaşayış evlərinə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 fərdi yaşayış evlərinin arxa hissəsindən keçən ümumi istifadədə olan yoldan iddiaçıların sərbəst şəkildə istifadə etmələrinə cavabdehlər tərəfindən edilən maneənin aradan qaldırılması, həmin yolun girişinə quraşdırılmış böyük və kiçik qapıların iddiaçıların vəsaiti hesabına götürülməsi və həmin qapıların götürülməsinə cavabdehlər tərəfindən edilən maneələrin aradan qaldırılması, həmin yola Cavabdeh2 tərəfindən yığılmış tikinti materialları, avtomobil ehtiyyat hissələri və karton qutuların Cavabdeh2 öz hesabına götürülməsi, Şəki Rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, 2(075)-62/2023 saylı qərardadı ilə iddia tələbinin “ünvan 1 ünvanlarında yerləşən, iddiaçılara məxsus fərdi yaşayış evlərinə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 fərdi yaşayış evlərinin arxa hissəsindən keçən ümumi istifadə yolunun (dalanın) ölçülərinin müəyyən edilməsi” hissəsində xitam verilməsinin nəzərə alınması, Şəki Rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, 2(075)-62/2023 saylı qərardadı ilə iddia tələbinin “yolun (dalanın) daralmasına səbəb olan digər əşyaların cavabdehin hesabına götürülməsi” hissəsində baxılmamış saxlanılmasının nəzərə alınması, ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıların özlərinə aid edilməsi, məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manatın müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulmasının və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ **********0000003944, SWİFT BİK CTREAZ 22) hesabına ödənilməsi qət edilmişdir.
14. Məhkəmə müəyyən etmişdir ki, Şəki şəhəri, Nəriman Nərimanov küçəsində tərəflərə məxsus evlər yerləşir. Onlara məxsus evlərin arxa hissəsində bələdiyyənin mülkiyyətində olan ümumi istifadədə olan yol vardır. Həmin yolun başlanğıcına qapı qoyulmuş və cavabdehlər tərəfindən həmin yoldan iddiaçıların istifadəsinə maneələr törətmişlər. Həmçinin həmin yola Cavabdeh2 tərəfindən tikinti materialları, avtomobil ehtiyyat hissələri, karton qutuları yığılmışdır. İddiaçılar da, həmin maneələrin aradan qaldırılması üçün hazırkı tələblə məhkəməyə müraciət etmişlər. Cavabdehlər isə iddianı qəbul etmillər.
15. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçılar tərəfindən açılması tələb edilən yol bələdiyyənin mülkiyyətində olmaqla ümumi istifadədə olan yol olduğu üçün həmin yolun cavabdehlər tərəfindən qanunsuz zəbt edilməsi, həmçinin həmin yoldan istifadəyə maneələr yaradılması iddiaçıların hüquqlarını pozur. Cavabdehlərin həmin ərazinin bələdiyə mülkiyətində olsa da, ümumi istifadə üçün nəzərdə tutulmuş yol olmamasına dair bildirdikləri ekspertizanın rəyi ilə və iş materialları ilə təkzib olunur. Yola qoyulmuş qapı iddiaçıların mülkiyətlərində olan daşınmaz əmlakdan sərbəst istifadəyə maneə yaradır. Bu hal iş üzrə verilmiş mütəxəssis və ekspert rəyləri ilə də, təsdiq olunur. Eyni zamanda məhkəmə qeyd edir ki, ümumi istifadədə olan yola yığılmış tikinti materiallarının, avtomobil ehtiyyat hissələrinin, karton qutuların götürülməsini iddiaçılar tələb etməkdə haqlıdırlar.
16. Məhkəmə qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
17. Məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə həmin rəylə razılaşmış və rəyi sübut növü kimi qəbul etmişdir.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4, 158.1.2, 158.2-ci maddələrinə, “İnsan hüquqları və əsas azadlıqlar haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 97.1, 101.3, 119.1, 217.3, 217.4-cü maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsinin “X8rşı” işi üzrə 16 fevral 2010-cu il tarixli, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli, “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarlarına istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a)Apellyasiya şikayətinin dəlilləri
19. Qətnamədən narazı qalan Cavabdeh1 Muxrəddin oğlu apellyasiya şikayəti vermişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin qətnaməni iddia qismən təmin edilsin hissəsində tamamilə qanunsuz və əsassız hesab edir. Məhkəmə qətnamə qəbul edərkən maddi və prosesual hüquq normalarının tələblərini pozmuş, qanunu səhv təfsir etmiş, sübutları əlaqəli şəkildə şərh etməmiş, təqdim edilmiş sübutların qəbul edilməməsinin səbəblərini qətnamədə aydın izah etməmiş, dəlillərini cavablandırılmamış, nəticədə düzgün olmayan qətnamə çıxarılmışdır.
21. Tərəfindən məhkəməyə ekspertiza rəyini təkzib edən və mübahisəli torpaq sahəsinin ümumi istifadədə olan yol olmadığını təsdiq edən sübutlar təqdim edilmiş və izahatlar verilmişdir: 1) Cavabdeh1 Muxrəddin oğlunun istifadəsində olan 0,072 ha (720 kvm) torpaq sahəsi daxilində hər hansı sərhəd göstərici tikili (hasar və s) yoxdur (şəkil 7 əlavə olunur), sərəncamla ona ayrılmış 0,06 ha torpaq sahəsinin sxemi, künc nöqtələrinin koordinatları olmadığından, onun istifadə etdiyi sahənin sərhədləri reyestr idarəsi tərəfindən özbaşına təyin edilmiş və bu da ona verilmiş texniki pasportda (2011-ci il) öz əksini tapmışıdır.
22. Sual olunur: Reyestr idarəsi sahənin sxemi, günc nöqtələrinin koordinatları olmadığı halda bu sərhədləri necə təyin etmişdir?
23. Sualın cavabı: ondan əvvəl 2010-cu ildə İddiaçı2 fərdi yaşayış evinə və torpaq sahəsinə reyestr idarəsindən texniki pasport almış, həmin texniki pasportda göstərilən sxemə istinad edərək ona texniki pasport hazırlanmışdır (2011-ci il). Bəs İddiaçı2 yaşayış evinə və torpaq sahəsinə texniki pasport hansı sənədə əsasən verilib? Məsələ bundadır ki, İddiaçı2 2010-cu ildən əvvəl, yəni 1981- ci ildə aldığı texniki pasportda ərazisinin hər tərəfinin qonşu olduğu göstərilmişdir (sənədin surəti iş materiallarında var), yəni ki, 2010cu ildə sənəd verilərkən 1981-ci ildə verilən sənədə istinad edilməmişdir və bütün qanunsuzluqlar da elə ordan başlamışdır.
24. 2 ) Google.com/maps saytında açılan xəritədə iddiaçıların evlərinə gedən yolun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 evlərinin arxası yox, əksinə qarşıdakı dalandan olması göstərilmişdir (xəritədən çıxarışlar əlavə olunur). Həmin saytda açılan xəritədə iddiaçıların və cavabdehin evlərini qeyd edib, onların evlərinə gedən yol sorğusu verildikdə sistem özü sorğuya cavab olaraq evlərə gediş yolunu təqdim edir. Buradan da məlum olur ki, iddiaçıların evlərinə gediş yolu qarşıdakı dalandır və bu təkzib olunmaz sübutdur.
25. 3 ) Reyestr İdarəsindəki elektron baza sistemindəki xəritədə cavabdehlər Çingiz Məmədli və Cavabdeh2 evlərinin arxasındakı ərazilərin küçə və ya dalan olması yox, sadəcə bələdiyyəyə məxsus olması göstərilmiş, bu da İdarənin məhkəməyə təqdim etdiyi arayışda “ümumi istifadə olan yol” olması anlamına gəlmir (xəritədən çıxarış əlavə olunur, şəkil-6).
26. 4 ) İddiaçıların evlərinə su, kanalizasiya və elektrik xətləri cavabdehlərin evlərinin arxasındakı ərazidən yox, qarşıdakı dalandan çəkilmişdir, bu da o deməkdir ki, iddiaçıların evlərinə gedən yol qarşıdakı dalandır (şəkil 8-9).
27. 5) Qarşıdakı dalana öz həyətindən Cavabdeh2 darvaza, Bəhərçin və Pərviz Məmədovlar isə öz həyətlərindən piyada giriş qapısı qoymuşlar və onlar dalandan maneəsiz istifadə edirlər (şəki 10-11).
28. 6) Cavabdeh1 Muxrəddin oğluna məxsus ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə xx.xx.2011-ci il tarixli texniki pasportda göstərilən ərazinin sxemi heç bir sənədə istinad edilmədən, mülkiyyət sahibi olan X2 iştirakı olmadan kimlərinsə (iddiaçıların) istəyi və təkidi ilə tərtib olunmuşdur.
28. 7) Cavabdeh2 məxsus ünvan 2 ünvanına xx.xx.2018-ci il tarixdə verilmiş (inv.7446) texniki pasportda yaşayış evinin sağı, solu və arxası qonşu, qapısı isə küçə olaraq göstərilmiş, lakin Şəki Rayon Məhkəməsinə 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən göndərilən sxemdə evin arxası yol kimi təqdim edilmişdir. (texniki pasportun surəti əlavə olunur, şəkil-1).
29. 8) 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixində (məhkəmə qətnamə qəbul etdikdən ( 7 gün sonra) Şəki Rayon Məhkəməsinə göndərilən “ümumi istifadədə olan yolun“ künc nöqtələrinin koordinatları cavabdehlərin iştirakı olmadan yalnız iddiaçıların iştirakı ilə təyin edilmişdir. Bu koordinatların əhatə etdiyi ərazi bələdiyyə mülkiyyətinə aid olmaqla bərabər Cavabdeh1 sənədlə ayrılmış 600 kv mərazinin bir hissəsini də əhatə edir, yəni koordinatlar düzgün təyin edilməmişdir.
30. 9) 12 saylı Şəki Ərazi İdarəsinin elektron bazasında olan və Cavabdeh1 Muxrəddin oğluna məxsus ərazinin Şəki Rayon Məhkəməsinə təqdim edilmiş sxemi (ərazi-864, tərtib olunub xx.xx.2015-ci il) Şəki Rayon Məhkəməsi tərəfindən araşdırılmamışdır. Halbuki, bu sxem elektron bazada mövcuddur.
31. Lakin məhkəmə nədənsə tərəfindən təqdim olunmuş izahatlarını, sübutlarını nəzərə almamış, yalnız natamam və anlaşılmaz olan ekspert rəyini (həmin rəydən xx.xx.2023-cü il tarixində Məhkəmə Ekspertiza Mərkəzinə şikayət ərizəsi vermişdir və həmi n ərizənin surətini elektron məhkəmə sistemində yerləşdirmişdir) və iddiaçıların izahatlarını əsas götürərək qanunsuz (ədalətsiz) qətnamə çıxarmışdır. Onların dəlilləri, sübutları isə ümumiyyətlə nəzərə alınmamış, qəbul edilməmiş, qəbul edilməməsinin də səbəbləri qətnamədə göstərilməmişdir. İşdən göründüyü kimi iddiaçılar tərəfindən açılması tələb edilən yol bələdiyyə mülkiyyətindədir. Sual olunur: iddiaçıların həmin mübahisəli torpaq sahəsi ilə bağlı hansı hüquqları vardır? İddiaçılar hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malikdirlərmi? Yuxarıda qeyd edilən maddələrin tələbindəndə göründüyü kimi hazırkı iddianı qaldırmaq üçün yalnız torpaq sahəsinin mülkiyyətçisi olan bələdiyyə subyektiv hüquqa malikdir.
32. Tərəfindən şifahi vəsatət verilərək yerində baxış keçirilməsi məhkəmədən xahiş edilmişdir. Lakin məhkəmə nədənsə vəsatətini təmin etməmiş, təmin etməməsinin də səbəbini izah etməmişdir.
33. Ekspert rəy verməmişdən əvvəl mübahisəli torpağa baxış keçirməmiş, yalnız reyestrin verdiyi rəylə kifayətlənmişdir.
34. Məhkəmə tərəfindən bələdiyyə prosesə cəlb edilməmiş, torpaq sahəsinin ümumi istifadədə olan yol olub-olmadığı barədə rəy alınmamışdır. Göründüyü kimi dəlilləri, sübutları məhkəmə tərəfindən qəbul edilməmiş və qəbul edilməməsinin səbəbi qətnamədə izah edilməmişdir. Birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməmişdir.
35. Bütün göstərilənlərə əsasən iddianın əsaslı olduğu öz təsdiqini tapmır. Lakin, məhkəmə tərəfindən iddia qismən təmin edilmişdir. Onu da qeyd edir ki, məhkəmə iddianı təmin etməsini məhkəmə qətnaməsində lazımi qaydada əsaslandırmamışdır. Məhkəmə qətnaməsində yalnız hüquq normalarının tələbləri göstərilmişdir. Məhkəmənin hansı əsaslarla belə nitəcəyə gəlməsi məhkəmə qətnaməsi ilə müəyyən edilmir. Bütün bunlar ona qarşı hüquq pozuntusunun olmasından və davam etməsindən xəbər verir. Halbuki, bu qəbildən olan işlər üzrə Şəki Apellyasiya Məhkəməsinin mövqelərini göstərən kifayət qədər əsaslandırılmış məhkəmə qətnamələri vardır. Həmin qətnamələrlə hazırki qətnamənin müqayisəsi və bütün göstərdikləri məhkəmə tərəfindən obyektiv məhkəmə araşdırmasının aparılmasını şübhə altına alır. Hesab edir ki, Şəki Apellyasiya Məhkəməsi tərəfindən də işə yenidən baxılaraq apellyasiya şikayəti təmin ediləcəkdir.
36. İddia tələbinə hüquq normalarının müddəaları düzgün tətbiq edilməmişdir. Onu da qeyd edir ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, işin faktiki hallarına hüquqi qiymət aydınlaşdırılmamış, işin faktiki hallarına hüquqi qiymət verilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilən hallarla işin materialları arasında ziddiyyətlər olmuş, sübutlar əlaqəli şəkildə şərh edilməmiş, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri izah edilməmiş, zidiyyətli məqamlara diqqət yetirilməmiş, nəticədə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qanunsuz və əsassız qətnamə çıxarılmışdır.
37. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(075)-62/2023 saylı qətnaməsinin “iddia qismın təmin edilsin” hissəsinin ləğv edilərək, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
38. İddiaçılar apellyasiya şikayətinə qarşı göndərdikləri yazılı etirazlarında Cavabdeh1 apellyasiya şikayətində göstərdiklərini əsassız hesab edərək apellyasiya şikayətinin təmin edilməməsi və Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(075)-62/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
Məhkəmə icraatı iştirakçılarının izahatları
39. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 Muxrəddin oğlu apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını, Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(075)-62/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı4 ümumi istifadədə olan yoldan istifadəyə maneələrin aradan qaldırılması və yolun girişinə quraşdırılmış qapıların götürülməsi tələbinə dair iddialarının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
40. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 Cavabdeh1 Muxrəddin oğlu tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
41. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmamasını, Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(075)-62/2023 saylı qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.
42. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmamasını, Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(075)-62/2023 saylı qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.
43. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların vəkili, həmçinin İddiaçı4 nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmamasını, Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(075)-62/2023 saylı qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.
44. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Şəki şəhər Bələdiyyəsinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin ƏMDK yanında DƏDRX-in 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Şəki şəhər Bələdiyyəsi məhkəmə kollegiyasına göndərdiyi müraciətində məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etsə də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin ƏMDK yanında DƏDRX-in 12 saylı Şəki Ərazi İdarəsi nümayəndəsinin məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
45. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər.
46. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin; 18-ci maddəsinə görə, şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edlir və ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatinin ödənilməsinə xidmət edən digər obyektlər altindakİ torpaq sahələri yaşayiş məntəqələrinin torpaqlarinin tərkibinə daxildir. 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Onların pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağandır və özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
47. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri
48. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
50. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
51. Cavabdeh Məmmədli X9 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(075)- 62/2023 saylı qətnaməsinin “iddia qismın təmin edilsin” hissəsinin ləğv edilməsini xahiş etməklə əslində qətnaməni tam həcmdə mübahisələndirmişdir.
52. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin bir hissəsi baxılmamış saxlanılmış, bir hissəsi üzrə icraata xitam verilmiş, qalan hissəsi üzrə isə iddianın təmin edilməsi barədə qətnamə çıxarılmışdır.
53. Həmçinin mübahisənin predmeti bölünməz deyildir və Cavabdeh1 Muxrəddin oğlunun digər cavabdehin adından çıxış etməsi üçün müvafiq səlahiyyəti yoxdur. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın Cavabdeh1 Muxrəddin oğluna münasibətdə təmin edilmiş hissəsində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddianın Cavabdeh1 Muxrəddin oğluna münasibətdə təmin edilmiş hissəsində mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.
55. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
56. Kollegiyanın iclasında müəyyən edildi ki, Şəki şəhəri, Nəriman Nərimanov küçəsində tərəflərə məxsus evlər yerləşir. Onlara məxsus evlərin arxa hissəsində bələdiyyənin mülkiyyətində olan ümumi istifadədə olan yol vardır. Həmin yolun başlanğıcına böyük və kiçik qapılar qoyulmuş və Cavabdeh1 Muxrəddin oğlu tərəfindən həmin yoldan iddiaçıların istifadəsinə maneələr törədilir.
57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır.
58. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin tərəfindən məhkəməyə ekspertiza rəyini təkzib edən və mübahisəli torpaq sahəsinin ümumi istifadədə olan yol olmadığını təsdiq edən sübutların təqdim edilməsi, torpaq sahəsi daxilində hər hansı sərhəd göstərici tikili, hasar və sairin olmaması, reyestr idarəsində sahənin sxemi, günc nöqtələrinin koordinatları olmadığı halda bu sərhədlərin necə təyin edilməsi, 2010-cu ildə sənəd verilərkən 1981-ci ildə verilən sənədə istinad edilməməsi, Cavabdeh1 Muxrəddin oğluna məxsus ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə xx.xx.2011-ci il tarixli texniki pasportda göstərilən ərazinin sxemi heç bir sənədə istinad edilmədən, mülkiyyət sahibi olan X2 iştirakı olmadan kimlərinsə (iddiaçıların) istəyi və təkidi ilə tərtib olunması, Cavabdeh2 məxsus ünvan 2 ünvanına xx.xx.2018-ci il tarixdə verilmiş texniki pasportda yaşayış evinin sağı, solu və arxası qonşu, qapısı isə küçə olaraq göstərilməsi, lakin Şəki Rayon Məhkəməsinə 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən göndərilən sxemdə evin arxasının yol kimi təqdim edilməsi, yəni koordinatların düzgün təyin edilməməsi, 12 saylı Şəki Ərazi İdarəsinin elektron bazasında olan və Cavabdeh1 Muxrəddin oğluna məxsus ərazinin Şəki Rayon Məhkəməsinə təqdim edilmiş sxeminin məhkəmə tərəfindən araşdırılmaması, torpaq sahəsinin ümumi istifadədə olan yol olub-olmadığı barədə rəy alınmamasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, birinci instansiya məhkəməsinin qərardadının icrası üzrə verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 avqust 2023-cü il tarixli, 10/5528 nömrəli rəyində qeyd olunur ki, iddiaçılar İddiaçı1, İddiaçı2 ümumibirgə mülkiyyətində olan torpaq sahəsindən sxemdə göstərilən 1 və 2 yoluna çıxış mövcuddur lakin, İddiaçı4 1 yoluna çıxışı vardır və sözügedən yolların ölçüləri sxemdə öz əksini tapmışdır. (sxem mütəxəssis rəyinə əlavə edilmişdir). İddiaçı4 məxsus olan 60d nömrəli fərdi yaşayış evinin və cavabdehlər Cavabdeh1 Muxrəddin oğlu və Cavabdeh2 evlərinin arxa hissəsindən ümumi istifadədə olan yol olmaqla Bələdiyyə mülkiyyətində olan torpaq sahəsi mövcuddur. Sözügedən yolun başlanğıcında Şəki şəhəri, N.Nərimanov küçəsinə açılan hissəsində bir ədəd darvaza və bir ədəd giriş qapısı mövcuddur və Cavabdeh1 Muxrəddin oğlunun mülkiyyətində olan torpaq sahəsində yerləşmir.
59. Göründüyü kimi ekspertiza tədqiqatı zamanı Cavabdeh1 Muxrəddin oğlunun apellyasiya şikayətində mübahisələndirdiyi ərazinin məhz bələdiyyə mülkiyyətində olmaqla ümumi istifadədə olan yol olması müəyyən edilmişdir.
60. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin yalnız natamam və anlaşılmaz olan ekspert rəyini əsas götürərək qanunsuz (ədalətsiz) qətnamə çıxarması, yalnız reyestrin verdiyi rəylə kifayətlənməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
61. Ekspertin rəy verməmişdən əvvəl mübahisəli torpağa baxış keçirməməsinə dair dəlilinə də münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, ekspertiza tədqiqatının aparılması üçün ekspertə mülki iş materialları və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin mütəxəssis rəyi də təqdim edilmişdir. Təqdim edilmiş materiallar rəy verilməsi üçün kifayət etdiyi halda yalnız mübahisəli əraziyə ekspertin yerində baxış keçirtməməsi ekspertiza tədqiqatının nəticəsinin doğru olmaması qənaətinə gəlməyə əsas vermir.
62. Məhkəmə kollegiyası apellyasiya şikayətinin istifadəsində olan 0,072 ha (720 kvm) torpaq sahəsi daxilində hər hansı sərhəd göstərici tikili, hasar və sairin olmaması, reyestr idarəsində sahənin sxemi, günc nöqtələrinin koordinatları olmadığı halda bu sərhədlərin necə təyin edilməsi, 2010-cu ildə sənəd verilərkən 1981-ci ildə verilən sənədə istinad edilməməsinə dair dəlillərinə münasibət bildirərək qeyd edir ki, işdə olan daşınmaz əmlakın dövlət reyestrindən 15 noyabr 2011-ci il tarixdə verilmiş **********82-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanda 0.06 hektar torpaq sahəsində yerləşən 137.3 kvadratmetr fərdi yaşayış evi Cavabdeh1 mülkiyyətindədir. Həmçinin həmin ünvan üzrə Cavabdeh1 adına verilmiş inventar nömrəsi 8231 olan fərdi yaşayış evinin texniki pasportundan görünür ki, Cavabdeh1 məxsus sənəd üzrə torpaq sahəsinin həcmi 0,06 ha olduğu kimi faktiki istifadəsində olan torpaq sahəsinin həcmi də 0,06 hektardır. Həmin texniki pasportun situasiya planına dair hissəsində də Şəki şəhəri N.Nərimnanov küçəsindən Cavabdeh1 məxsus torpaq sahəsinin üst hissəsində yol sahəsinin olması müəyyən edilir. Sonradan texniki və yaxud hüquqmüəyyənedici sənəd verilərkən əvvəlki sənədə istinad edilməməsinə gəlincə, tədqiqat qüvvədə olan sonuncu sənədlər əsasında aparılmışdır və yekun sənəd verilərkən əvvəlki sənədlərə istinad edilməməsi məsələsinin ayrıca icraatda mübahisələndirilməsi imkanları istisna edilmir.
63. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Google.com/maps saytında açılan xəritədə iddiaçıların evlərinə gedən yolun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 evlərinin arxası yox, əksinə qarşıdakı dalandan olmasının göstərilməsi, iddiaçıların evlərinə gediş yolunun qarşıdakı dalandan olması, Reyestr İdarəsindəki elektron baza sistemindəki xəritədə cavabdehlər Çingiz Məmədli və Cavabdeh2 evlərinin arxasındakı ərazilərin küçə və ya dalan olması yox, sadəcə bələdiyyəyə məxsus olması göstərilməsi, bunun da İdarənin məhkəməyə təqdim etdiyi arayışda “ümumi istifadə olan yol” olması anlamına gəlməməsi, iddiaçıların evlərinə su, kanalizasiya və elektrik xətlərinin cavabdehlərin evlərinin arxasındakı ərazidən yox, qarşıdakı dalandan çəkilməsi, iddiaçıların evlərinə gedən yolun qarşıdakı dalan olmasına dair dəlillərinə də münasibət bildirərək qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.
64. Beləliklə daşınmaz əmlakın dövlət qeydiyyatı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən aparılır və müvafiq qaydada sənədləşdirilir. Yəni daşınmaz əmlakların yerləşmə əraziləri barədə ən dolğun məlumatlar ilk növbədə həmin Xidmətin bazasında toplanır. Bu baxımdan birinci instansiya məhkəməsi hazırkı mübahisəyə baxılarkən Google.com/maps saytından deyil, daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş məlumatlara istinad edilməsində doğru nəticəyə gəlmişdir. Mübahisəli məsələ üzrə ekspertiza tədqiqatı zamanı da ekspert iş materialında olan Google.com/maps sayt məlumatlarına deyil, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin baza məlumatlarına istinad edilməsini doğru hesab etmişdir.
65. Məhkəmə kollegiyası qeyd edir ki, ekspertiza tədqiqatı ilə, işdə olan sənədlərdlə, yerində baxış keçirilməsi ilə iddiaçılardan İddiaçı2 və İddiaçı1 mülkiyyətlərinə olan torpaq sahələrinə digər bir ərazidən də yol sahəsinin olması müəyyən edilməsinə, həmçinin iddiaçıların evlərinə su, kanalizasiya və elektrik xətlərinin cavabdehlərin evlərinin arxasındakı ərazidən yox, qarşıdakı dalandan çəkilməsi Cavabdeh1 Muxrəddin oğluna iddiaçıların məhz mübahisəli yoldan da istifadə etmələrinə maneçilik yaratmasına əsas vermir.
66. Məhkəmə kollegiyası apellyasiya şikayətinin açılması tələb edilən yolun bələdiyyə mülkiyyətində olması, iddiaçıların həmin mübahisəli torpaq sahəsi ilə bağlı hansı hüquqlarının olması, hazırkı iddianı qaldırmaq üçün yalnız torpaq sahəsinin mülkiyyətçisi olan bələdiyyənin subyektiv hüquqa malik olması, məhkəmə tərəfindən bələdiyyənin prosesə cəlb edilməməsinə dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Şəki şəhər Bələdiyyəsi maraqlı şəxs kimi cəlb edilmişdir.
67. Kollegiya qeyd edir ki, subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar.
68. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır.Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
69. Kollegiya hesab edir ki, mübahisəli yolun yerləşdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətində olmasına baxmayaraq, həmçinin iddiaçıların mülkiyyətində olan torpaq sahələrinə gediş-gəliş üçün nəzərdə tutulduğundan iddiaçıların hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən buna subyektiv hüquqları olmuşdur.
70. Məhkəmə kollegiyası apellyasiya şikayətinin tərəfindən şifahi vəsatət verilərək yerində baxış keçirilməsinin xahiş edilməsi, lakin məhkəmənin vəsatətini təmin etməməsi, təmin etməməsinin səbəbini izah etməməsinə dair dəlilinə də münasibət bildirərək qeyd edir ki, məhkəmə kollegiyası tərəfindən mübahisəli əraziyə yerində baxış keçirilmiş, baxış zamanı ünvan 4 ünvanlarında yerləşən torpaq sahələrinin qapılarının mübahisəli dalana açılması və həmin dalanın (yolun) Şəki şəhəri N.Nərimanov küçəsindən giriş hissəsində, Cavabdeh1 Muxrəddin oğlunun həyətinə doğru açılan hissədə darvazanın və kiçik qapının mövcud olduğu müəyyən edilmişdir.
71. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmə tərəfindən təqdim olunmuş izahatlarının, sübutlarının nəzərə alınmaması, iddiaçıların izahatları əsas götürülərək qətnamə çıxarılması, onların dəlillərinin, sübutlarının ümumiyyətlə nəzərə alınmaması, qəbul edilməməsi, iddianın əsaslı olduğunun öz təsdiqini tapmaması, məhkəmənin iddianı təmin etməsini məhkəmə qətnaməsində lazımi qaydada əsaslandırmamasına dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddianın Cavabdeh1 Muxrəddin oğluna qarşı təmin edilmiş hissəsində maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, iddianın Cavabdeh1 Muxrəddin oğluna qarşı təmin edilmiş hissəsində ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, e-2(075)-62/2023 nömrəli qətnaməsi Cavabdeh1 Muxrəddin oğlunun apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
72. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh1 Muxrəddin oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, e-2(075)-62/2023 nömrəli qətnaməsi Cavabdeh1 Muxrəddin oğlunun apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.