Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1371/2020 30.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X1 iclas katibliyi ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(063)-107/2020 nömrəli qərardadından iş üzrə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdehə qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ucar Rayon Məhkəməsinin (hakim H.Xəlilov) xx xxxxxx 2020-ci il tarixli, 2(063)- 107/2020 nömrəli qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qızma qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi barədə iddia ərizəsinin baxılmamış saxlanılması, iş üzrə tərəflərə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlı olmasının izah edilməsi qərara alınmışdır. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Fərid Əliyev ərizə ilə məhkəməyə müraciət edib Ucar Rayon Məhkəməsinin 2(063)-107/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadını ləğv edərək, mülki iş üzrə icraatın təzələnməsi və işin məhkəmə baxışına təyin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(063)-107/2020 nömrəli qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi barədə iddia ərizəsinin baxılmamış saxlanılması barədə Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(063)-107/2019 nömrəli qərardadının ləğv edilməsinə dair ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsinin ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəmənin həmin qərardadından şikayət verərək, Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(063)-107/2020 nömrəli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əslandırılmışdır ki, məhkəmənin icraatında ləğv prosesində olan İddiaçı ASC-nin ləğyedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair 2(063)-107/2020 nömrəli mülki iş vardır. Məhkəmə tərəfindən mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6 və 259.0.7-ci maddələrinə əsasən xx xxxxxx 2020-ci il tarixli qərardadla baxılmamış saxlanılmışdır. Baxılmamış saxlanılmaya səbəb kimi isə məhkəmə iclasında iddiaçının nümayəndəsinin iştirak etməməsinin və bu haqda məhkəməyə məlumat verməməsinin üzrlü səbəbdən olması barədə məhkəməyə sübut təqdim edilmədiyi göstərilmişdir. xx xxxxxx 2020-ci il tarixdə məhkəmə prosesləri çox olduğundan, əməkdaşları, Sabunçu, Nərimanov, Binəqədi, Bərdə, İsmayıllı rayon məhkəmələrində, Bakı Kommersiya Məhkəməsində keçirilən məhkəmə iclaslarında iştirak etdiyi üçün həmin məhkəmə iclasında iştirak etmək mümkün olmamışdır. Qeyd olunan məhkəmə icasları barədə “Elektron Məhkəmə Sistemindən” çıxarışlar ərizəyə əlavə olunmamışdır. Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(063)-107/2020 nömrəli qərardadı ləğv edilib, icraatı təzələyərək mülki işin baxışa təyin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Ucar Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(063)-107/2020 nömrəli qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayət mülki iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-nin 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(063)-107/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesab edir ki, mübahisələndirilən qərardadın qəbul olnması zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə düzgün əməl olunmuşdur. Belə ki, Belə ki, iş materiallarından görünür ki, iş üzrə məhkəmə baxışı xx xxxxxx 2020-ci il tarixə, saat 15:00-a təyin edilmiş, iddiaçının nümayəndəsinə məhkəmə baxışının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi təqdim edilməsinə (mülki iş səhifə 35) baxmayaraq məhkəməyə gəlməmiş, məhkəmə iclasına gəlməməyinin səbəbini və mümkünsüzlüyünü bildirməmiş, cavabdehə isə qeydiyyatda olduğu ünvan üzrə məhkəmə baxışının vaxtı və yeri barədə rəsmi qaydada göndərilmiş məhkəmə bildirişi həmin ünvanda yaşamaması, iş materiallarında olan digər ünvanı üzrə göndərilmiş məhkəmə bildirişi isə ünvanının düzgün olmaması əsası ilə təqdim edilmədən geri qaytarılmışdır. Göründüyü kimi keçiriləcək məhkəmə iclası barədə iddiaçı tərəfin məlumatı olmuş, lakin məhkəmə iclasında iştirak etməmiş, bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7. maddəsinə görə, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyin tələbinə uyğun olaraq iddia ərizəsini baxılmamış saxlamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(063)-107/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1371/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1371/2020
30.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver