Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1372/2020 01.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh X1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə iddia ərizəsinin baxılmamış saxlanılması barədə Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(063)-133/2020 nömrəli qərardadının ləğv edilməsinə dair ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsinin ərizəsinin təmin edilməməsi barədə Ucar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(063)-133/2020 nömrəli qərardadından iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedici Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 433,24 manat əsas, 23,66 manat faiz, 559,80 manat cərimə, 69,50 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 1086,20 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(063)-133/2020 nömrəli qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh X1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə iddia ərizəsi baxılmamış saxlanması, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və cavabdeh X1 iddanın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlı olması izah edilməsi qərara alınmışdır. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Fərid Əliyev ərizə ilə məhkəməyə müraciət edib Ucar Rayon Məhkəməsinin 2(063)-133/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadını ləğv edərək, mülki iş üzrə icraatın təzələnməsi və işin məhkəmə baxışına təyin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh X1 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi Ucar Rayon Məhkəməsinin 2(063)-133/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə baxılmamış saxlanılmışdır. Mülki işin baxılması xx xxxxxx 2020-ci il tarixə, saat 10:20-ə təyin edilmişdir. Həmin məhkəmə iclası günü məhkəmə prosesləri çox olduğundan, əməkdaşları Yasamal, Salyan Rayon Məhkəmələrində, Sumqayıt Apellyasiya Məhkəməsində keçirilən məhkəmə iclaslarında iştirak etdiyi üçün həmin məhkəmə iclasında iştirak etmək mümkün olmamışdır. Qeyd olunan ərizəyə baxılması ilə əlaqədar iş üzrə iddiaçıya və cavabdehə birinci instansiya məhkəməsi iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmişlər. Birinci instansiya məhkəməsi iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Ucar Rayon Məhkəməsinin (hakim Hilal Xəlilov) xx xxxx 2020-ci il tarixli, 2(063)- 133/2020 nömrəli qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh X1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə iddia ərizəsinin baxılmamış saxlanılması barədə Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(063)-133/2020 nömrəli qərardadının ləğv edilməsinə dair ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsinin ərizəsi təmin edilməmişdir. İddiаçı ləğv prosesində olan "İddiaçı" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayədəsi X3 şikаyət vermiş və şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmənin icraatında ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh X1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair 2(063)-133/2020 nömrəli mülki iş vardır. Məhkəmə tərəfindən cavabdehə qarşı 2(063)-133/2020 nömrəli mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6 və 259.0.7-ci maddələrinə əsasən xx xxxx 2020-ci il tarixli qərardadı ilə baxılmamış saxlanımışdır. Ucar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(063)-107/2020 nömrəli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmış, səbəb kimi isə məhkəmə iclasında iddiaçının nümayəndəsinin iştirak etməməsinin və bu haqda məhkəməyə məlumat verməməsinin üzrlü səbəbdən olması barədə məhkəməyə sübut təqdim edilmədiyi göstərilmişdir. xx xxxxxx 2020-ci il tarixdə məhkəmə prosesləri çox olduğundan, əməkdaşları, Xətai, Nizami, Yasamal, İsmayıllı rayon məhkəmələrində, Sumqayıt Apellyasiya Məhkəməsində keçirilən məhkəmə iclaslarında iştirak etdiyi üçün həmin məhkəmə iclasında iştirak etmək mümkün olmamışdır. Qeyd olunan məhkəmə iclasları barədə “Elektron Məhkəmə Sistemindən” çıxarışlar ərizəyə əlavə olunmuşdur. Ona görə də, Ucar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(063)-133/2020 nömrəli qərardadı ləğv edilib, icraatı təzələyərək mülki işin baxışa təyin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Ucar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(063)-133/2020 nömrəli qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh X1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə iddia ərizəsinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(063)-133/2020 nömrəli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilməsinə baxmayaraq iddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-nin nümayəndəsi və Cavabdeh Sirxan qızı məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-nin 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə Ucar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(063)-133/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iş üzrə məhkəmə baxışı xx xxxxxx 2020-ci il tarixə, saat 10:20-ə təyin edilmiş, iddiaçıya və cavabdehə məhkəmə baxışının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və cavabdeh məhkəməyə gəlməmişlər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, xx xxxxxx 2020-ci il tarixə, saat 10:20-ə təyin edilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsinin iştirak etməməsinin və bu haqda məhkəməyə məlumat verməməsinin üzürlü səbəbdən olması barədə məhkəməyə sübut təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Buna görə də ərizə təmin edilməməli və iddia ərizəsinin baxılmamış saxlanılması barədə Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(063)-133/2020 nömrəli qərardadı ləğv edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır, Ucar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(063)-133/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayədəsi X3 tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Ucar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(063)-133/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1372/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1372/2020
01.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver