Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1376/2020 25.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və məhkəmə iclas katibi X6 iclas katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 və Cavabdeh1 iştirakı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4 Fikrət oğlu, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-11/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh4 Fikrət oğlu, Cavabdeh2 və Cavabdeh3 qarşı 15R000003784 saylı kredit razılaşması üzrə 20616.29 ABŞ dolları əsas borc, 6275.27 ABŞ dolları faiz borcu və 16412.53 ABŞ dolları cərimə olmaqla, cəmi 43304.09 ABŞ dolları; 15K000000018 saylı kredit razılaşması üzrə 17305.11 ABŞ dolları əsas borc, 9085.43 cərimə borcu olmaqla cəmi 30107.77 ABŞ dolları; 15R000004373 saylı kredit razılaşması üzrə 7590 əsas borc, 2147 faiz borc və 7195.25 ABŞ dolları cərimə olmaqla, cəmi 16932.77 ABŞ dolları, ümumilikdə 90344.63 ABŞ dolları kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, sonra iddia tələbinin azaldılması barədə məhkəməyə ərizə verərək cavabdehlərdən 15R000003784 saylı kredit razılaşması üzrə 15416.29 ABŞ dolları məbləğində əsas borc, 6275.27 ABŞ dolları məbləğində faiz borcu və 16412.53 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 38104.09 ABŞ dolları; 15K000000018 saylı kredit razılaşması üzrə 16805.11 ABŞ dolları məbləğində əsas borc 3717.23 ABŞ dolları məbləğində faiz borcu və 9085.43 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 29607.77 ABŞ dolları məbləğində borcun; 15R000004373 saylı kredit razılaşması üzrə 890.52 ABŞ dolları məbləğində əsas borc, 1391.67 ABŞ dolları məbləğində faiz borcu və 7195.25 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 9477.44 ABŞ dolları məbləğində borcun, ümumilikdə 77189.30 ABŞ dolları kredit borcunun ödənilməsini tələb etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-11/2020 nömrəli qətnaməsi ilə (hakim M.Kərimova) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh4 Fikrət oğlu, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 15R000004373 saylı xx.xx.2013-cü il tarixli kredit razılaşması üzrə 890.52 (səkkiz yüz doxsan dollar əlli iki sent) ABŞ dolları əsas borc, 1391.67 (bir min üç yüz doxsan bir dollar altmış yeddi sent) ABŞ dolları faiz borc və 700 (yeddi yüz) ABŞ dolları cərimə olmaqla, cəmi 2982.19 (iki min doqquz yüz səksən iki dollar on doqquz sent) ABŞ dolları borc, 15K000000018 saylı xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə 16805.11 (on altı min səkkiz yüz beş dollar on bir sent) ABŞ dolları əsas borc, 3717.23 (üç min yeddi yüz on yeddi dollar iyirmi üç qəpik) ABŞ dolları faiz borcu və 900 (doqquz yüz) ABŞ dolları cərimə olmaqla, cəmi 21422.23 (iyirmi bir min dörd yüz iyirmi iki dollar iyirmi üç sent) ABŞ dolları borc, 15R000003784 saylı xx.xx.2013-cü il tarixli kredit razılaşması üzrə 15416.29 (on beş min dörd yüz on altı dollar iyirmi doqquz sent) ABŞ dolları əsas borc, 6275.27 (altı min iki yüz yetmiş beş dollar iyirmi yeddi sent) ABŞ dolları faiz borcu və 1500 (bir min beş yüz) ABŞ dolları olmaqla, cəmi 23191.27 (iyirmi üç min bir yüz doxsan bir dollar iyirmi yeddi sent) ABŞ dolları borcu, ümumilikdə 47595.69 (qırx yeddi min beş yüz doxsan beş dollar altmış doqquz sent) ABŞ dolları kredit borcu qətnamə icra olunduğu günə olan manat məzənnəsi ilə, dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün ödənilmiş 20 (iyirmi) manat, xidmət haqqı olaraq ödənilmiş 42 (qırx iki) manat xidmət haqqı tutularaq İddiaçı QSC-yə verilməsi, pulun tutulması Cavabdeh2 məxsus, ipoteka predmeti olan, ilkin satış qiyməti 100000 manat dəyərində qiymətləndirilmiş ünvan 1 ünvanda 0.1555 ha torpaq sahəsində yerləşən 401.4 kv.m ümumi sahədən ibarət əmlak kompleksinə, Cavabdeh1 məxsus ipoteka predmeti olan, ilkin satış qiyməti 47064 manat dəyərində qiymətləndirilmiş ünvan 2 b ünvanda 1-ci mərtəbədə yerləşən 87.9 kv.m ümumi sahədən ibarət ticarət təyinatlı qeyriyaşayış binasına, Cavabdeh1 məxsus ipoteka predmeti olan, ilkin satış qiyməti 43,000 manat dəyərində qiymətləndirilmiş 99–EJ-045 dövlət qeydiyyat nişanlı “Howo ZZ3257N3847A” yük markalı nəqliyyat vasitəsinə, ipoteka predmeti olan, ilkin satış qiyməti 38.000 manat dəyərində qiymətləndirilmiş **-DV-*** dövlət qeydiyyat nişanlı “Howo ZZ3257N3847A” yük markalı nəqliyyat vasitəsinə yönəldilsin, həmin ipoteka predmetlər açıq hərracdan satışa çıxarılsın. Satışdan əldə edilən vəsaitdən cəmi 47595.69 (qırx yeddi min beş yüz doxsan beş dollar altmış doqquz sent) ABŞ dolları kredit borcu qətnamə icra olunduğu günə olan manat məzənnəsi ilə, dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün ödənilmiş 20 (iyirmi) manat, xidmət haqqı olaraq ödənilmiş 42 (qırx iki) manat məbləğində dövlət rüsumları tutularaq iddiaçıya verilməsi, borcun ödənilməsindən sonra qalan pulun cavabdehə qaytarılması, ipoteka predmetləri olan ünvan 1 ünvanında 0.1555 ha torpaq sahəsində yerləşən 401.4 kv.m ümumi sahədən ibarət əmlak kompleksi, torpaq sahəsi, ünvan 2 b ünvanda 1-ci mərtəbədə yerləşən 87.9 kv.m ümumi sahədən ibarət ticarət təyinatlı qeyri-yaşayış binasına tutma yönəldikdən, əmlaklar satılqıdan 1 ay sonra, həmin qeyri-yaşayış obyektlərinin boşaldılması və alıcıya təhvil verilməsi, **-EJ-*** dövlət qeydiyyat nişamlı “Howo ZZ3257N3847A” yük markalı və **-DV-*** dövlət qeydiyyat nişanlı “Howo ZZ3257N3847A” yük markalı nəqliyyat vasitələrinə tutma yönəldikdən və satıldıqdan sonra alıcıya təhvil verilməsi, iş üzrə ekspertiza xərcləri olan 145 manat, 120 manat və 50 manat, cəmi 315 manat cavabdehlər Cavabdeh1, Cavabdeh4 Fikrət oğlu, Cavabdeh3 və Cavabdeh2 alınıb aşağıdakı rekvizitlər üzrə dövlət büdcəsinə keçirilməsi Büdcə təsnifatının kodu: 142319 Büdcə səviyyəsinin kodu 3, Ekspertiza xərci SAP (XİİS) hesabı, Adı Dövlət X3 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, HESAB AZ34CTRE**********00088501 qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apelyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2009-cu il tarixli 15L000000565 saylı kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır.Kredit xətt müqaviləsi üzrə tərəflər arasında imzalanmış xx.xx.2013-cü il tarixli 565 saylı sazişə əsasən kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilmiş, kredit xəttinin məbləği və müddəti artırılaraq 300000 ABŞ dolları və 165 ay müəyyən edilmişdir. Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2013-cü il tarixli 15R000003784 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% olmaqla, ödəiş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 60000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Cavabdeh1 götürdüyü kredit borcundan 39383.71 ABŞ dollar ödəmiş, onun 20616.29 ABŞ dolları məbləğində kredit borcu qalmışdr. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2013-cü il tarixli 15R000004373 saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 36000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Daha sonra kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 15K000000018 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5833% olmaqla, ödəniş planı üzrə hissə hissə qaytarmaq şərti ilə 25000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kredit müqaviləsinin ödənilməsinin təminatı olaraq digər cavabdehlər Cavabdeh4 Fikrət oğlu, Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmışdır. Kredit xətt müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 ilə bank arasında bağlanmış xx.xx.2013-cü il tarixli 15M000000484 saylı ipoteka müqaviləsi əsasında Ələsgərov X5 şəhəri M.Rəhimov küçəsi 11 ünvanda xüsusi mülkiyyətndə olan 0.1555 ha torpaq sahəsinde yerləşən 401.4 kvm ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli 15M000000603 saylı ipoteka müqaviləsi əsasında ünvan 2 b ünvanında yerləşən xüsusi mülkiyyətində olan qeyri-yaşayış binası iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bundan başqa kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə ipoteka verən Cavabdeh1 iddiaçı ilə bağladığı xx.xx.2013-cü il tarixli 15M000000518 saylı ipoteka müqaviləsinə əsasən mülkiyyətində olan **-DV-*** dövlət qeydiyyat nişanlı “Howo ZZ3257N3847A” yük, markalı nəqliyyat vasitəsini (tip-ğzüboşaldan, mühərrik **********17, şassi LZZ5EZND7CN690308,icazə verilmiş maksimal kütlə 37270 kq, yüksüz kütlə 12270 kq, buraxılış ili 2012, rəngi ag) iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Bundan başqa kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə ipoteka verən Cavabdeh1 iddiaçı ilə bağladığı xx.xx.2013-cü il tarixli 15M000000538 saylı ipoteka müqaviləsinə əsasən mülkiyyətində olan **-EJ-*** dövlət qeydiyyat nişanlı “Howo ZZ3257N3847A” yük, markalı nəqliyyat vasitəsini (tipğzüboşaldan, mühərrik **********37, şassi LZZ5ELND5DN800225, icazə verilmiş maksimal kütlə 37270 kq, yüksüz kütlə 12270 kq, buraxılış ili 2013, rəngi ag) iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Cavabdeh krediti, kredit üzrə hesablanacaq faizləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh1 müqavilənin şərtlərini pozaraq, krediti və kredit üzrə hesablanmış faizləri vaxtında ödəməmişdir. Kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməyən cavabdehin 15R000003784 saylı kredit razılaşması üzrə 15416.29 ABŞ dolları məbləğində əsas borc, 6275.27 ABŞ dolları məbləğində faiz borcu və 16412.53 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 38104.09 ABŞ dolları; 15K000000018 saylı kredit razılaşması üzrə 16805.11 ABŞ dolları məbləğində əsas borc 3717.23 ABŞ dolları məbləğində faiz borcu və 9085.43 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 29607.77 ABŞ dolları məbləğində borcun; 15R000004373 saylı kredit razılaşması üzrə 890.52 ABŞ dolları məbləğində əsas borc, 1391.67 ABŞ dolları məbləğində faiz borcu və 7195.25 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 9477.44 ABŞ dolları məbləğində borcun, ümumilikdə 77189.30 ABŞ dolları məbləğində kredit borcu yaranmışdır. İddianın təmin olunmasını, həmin borcun, dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 20 manat pulun və 42 manat xidmət haqqının cavabdehlər Cavabdeh1, Cavabdeh4 Fikrət oğlu, Cavabdeh2 və Cavabdeh3dan alınaraq İddiaçı QSC-yə ödənilməsi, həmin məbləğin tutulmasının ipoteka qoyulmuş ünvan 1 ünvanda xüsusi mülkiyyətdə olan 0.1555 ha torpaq sahəsində yerləşən 401.4 kv.m ümumi sahədən ibarət əmlak kompleksi müəssisəsinə yönəldilməsi, tutuma yönəldikdən və o satıldqdan 1 ay sonra Cavabdeh2 həmin əmlaka istifadə hüququnun itirilməsi, həmin qeyri-yaşayış binası və torpaq sahəsinin boşaldılması, ünvan 2 b ünvanında xüsusi mülkiyyətində olan 1-ci mərtəbədə yerləşən 87.9 kv.m ümumi sahədən ibarət ticarət təyinatlı qeyri-yaşayış binasına tutma yönəldikdən və əmlak satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin əmlaka istifadə hüququnun itirilməsi, həmin qeyri-yaşayış binası və torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi; eləcə də tutmanın 99–EJ-045 dövlət qeydiyyat nişanlı “Howo ZZ3257N3847A” yük markalı nəqliyyat vasitəsinə və **-DV-*** dövlət qeydiyyat nişanlı“Howo ZZ3257N3847A” yük markalı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin nəqliyyat vasitəsinin alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh1 apelyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində işə baxılarkən işin faktiki halları araşdırılmadan maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Belə ki, o, İddiaçı QSC-dən müxtəlif vaxtlarda kredit götürmüşdür. Əvvəl krediti vaxtı-vaxtında ödəyirdi. Devalvasiyadan sonra krediti ödəniş cədvəlinə uyğun ödəyə bilməmişdir. Lakin hesab edir ki, tələb olunan qədər kredit borcu qalmayıbdır. Bundan başqa birinci instansiya məhkəməsi cərimə məbləğini əhəmiyyətli dərəcədə azaltmamışdır. Ona görə də ödənişlərin məhkəmə tərəfindən yenidən araşdırılıb, yeni qətnamə qəbul edilərsə və onun gecikdirmələrinə səbəb olan hallar aradan qalxarsa, o borcunu vaxtı-vaxtında ödəyəcəkdir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o həqiqətən də qeyd olunan bankdan kredit götürmüş və vaxtı-vaxtında da ödənişlər etmişdir. Lakin sonradan dolların kursunun qalxması ilə əlaqədar ödənişlərində yubanmalar yaranmışdır. Bu gün də kredit borcunu ödəməkdən yayınmır, sadəcə müəyyən olunmuş pulu birdəfəyə ödəməyə imkanı yoxdur. Bununla bağlı bankla qarşılıqlı razılıq əldə etməyə çalışsa da nəticəsi olmamışdır. Əgər bank ona şərait yaradarsa hər ay 500-600 ABŞ dollar civarında ödəniş edə bilər. Ona görə də müvafiq köməklik göstərilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi X4 apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdeh vaxtı-vaxtında ödəniş etmədiyi üçün bank məhkəməyə müraciət etmişdir. O ki, qaldı cavabdehin borcu hissə-hissə ödəməsinə, bu bankın rəhbərliyinin səlahiyyətindədir. Cavabdeh bununla bağlı rəhbərliyə müraciət edə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişlər, eləcədə gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2. maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2009-cu il tarixli 15L000000565 №li kredit xətti müqaviləsindən görünür ki, iddiaçı cavabdehə 60 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xəttini açır. xx.xx.2009-cu il tarixli 15L000000565 №li kredit xətti müqaviləsi üzrə xx.xx.2013cü il tarixli 15R000003784 №li kredit Razılaşmasından görünür ki, bank Cavabdeh1 Əli oğluna 36 ay müddətinə aylıq faiz dərəcəsi 1,xx xxxxxxx 60000 ABŞ dolları kredit verməyi, Cavabdeh1 ödəniş cədvəlinə uyğun olaraq krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı QSC ilə kredit alan Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 565№li sazişdən görünür ki, kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr olunmuş, kredit xəttinin məbləği 300000 ABŞ dolları, müddəti 165 ay müəyyən edilmişdir. Kreditin köçirilməsinə dair xx.xx.2013-cü il tarixli köçürülmə sənədindən görünür ki, 59400 ABŞ dolları məbləğində kredit həmin gün Cavabdeh1 hesabına köçürülmüşdür. İddiaçı QSC ilə kredit alan Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 15K000000018 №li kredit Razılaşmasından görünür ki, bank 36 ay müddətinə 1.5833 faiz olmaqla 25000 ABŞ dolları məbləğində Cavabdeh1 kredit verməyi, Cavabdeh1 krediti ödəniş cədvəlinə uyğun ödəməyi öhdələrinə götürmüşlər. Kreditin verilməsinə dair köçürülmə sənədindən görünür ki, xx.xx.2011-ci il tarixdə 25000 ABŞ dolları məbləğində kredit bank tərəfindən Cavabdeh1 hesabına köçürülmüşdır. İddiaçı QSC ilə kredit alan Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 15R000004373 №li kredit Razılaşmasından görünür ki, İddiaçı QSC X2 aylıq 1.75% 24 ay müddətinə 36000 ABŞ dolları məbləğində kredit verməyi, Cavabdeh1 krediti və kredit üzrə hesablanmış faizi ödəniş cədvəlinə uyğun ödəməyi öhdələrinə götürmüşlər. Kreditin verilmə, köçürmə sənədindən görünür ki, xx.xx.2013-cü ildə bank tərəfindən Cavabdeh1 hesabına 36000 ABŞ dolları köçürülmüşdür. İddiaçı QSC ilə Cavabdeh4 Fikrət oğlu arasında bağlanmış xx.xx.2009-cu il tarixli 15S000000741 №li zaminlik müqaviləsindən görünür ki, Cavabdeh4 zamin kimi bankla Cavabdeh1 arasında bağlanmış 60 ay müddətində 100000 ABŞ dolları məbləğində bağlanmış xx.xx.2009-cu il tarixli 15L000000565 №li kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasını öhdəsinə götürmüşdür. Bankla zamin Cavabdeh4 Fikrət oğlu arasında bağlanmış xx.xx.2013-cü il tarixli 741 № li zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında sazişdən görünür ki, zaminin öhdəlikləri kredit xəttinin borclunun məbləği 300000 ABŞ dolları, müddəti 165 ay olan xx.xx.2009-cu il tarixli 15L000000565 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəlikləri tam icra olunanadək qüvvədədir. İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2009-cu il tarixli 15S000000740№li zaminlik müqaviləsindən görünür ki, müqavilə xx.xx.2009-cu il tarixli 15L000000565 №li kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə bağlanmışdır. İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 740 №li sazişdən görünür ki, zaminin öhdəlikləri borclunun kredit xəttinin məbləği 300000 ABŞ dolları, müddəti 165 ay olan xx.xx.2009-cu il tarixli 15L000000 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəlikləri tam icra olunanadək qüvvədədir. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 15S000003288 №li zaminlik müqaviləsindən görünür ki, müqavilə kredit xəttinin məbləği 300000 ABŞ dolları, müddəti 165 ay olan xx.xx.2009-cu il tarixli 15L000000 №li kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır, zamin kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı borclunun öhdəliklərini icra etməyi öhdəsinə götürür. İddiaçı QSC ilə Cavabdeh2 arasnda bağlanmış xx.xx.2013-cü il tarixli 15M000000484 №li ipoteka müqaviləsindən görünür ki, bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2009-cu il tarixli 15L000000565 №li kredit xətti müqaviləsi və bu xətti kredit müqaviləsinin ayrılmaz hissəsi olan Kredit Razılaşmalar üzrə borclunun öhdəliklərinin təmini üçün Cavabdeh2 mülkiyyətində olan, qarşılıqlı razılıqla 47082 manat qiymətləndirilmiş ünvan 1 №li ünvanda 0.1555 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 401.4 kvm ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə ipoteka qoyulmuşdur. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli 15M00000603 №li ipoteka müqaviləsindən görünür ki, tərəflər arasında bağlanmış kredit xətti müqaviləsi və bu xətti kredit müqaviləsinin ayrılmaz hissəsi olan Kredit razılaşmalar üzrə borclunun öhdəliklərinin təmini üçün Cavabdeh1 mülkiyyətində olan ünvan 3 25 ünvanda yerləşən ümumi sahəsi 87.9 kvm olan qeyriyaşayış sahəsi ipoteka qoyulmuşduur. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 47064 manat qiymətləndirilmişdir. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 15M000000538 №li xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsindən görünür ki,tərəflər arasında bağlanmış xx.xx.2008-ci il tarixli 15L000000565 №li kredit xətti müqaviləsi və kredit Razılaşmaları üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək üçün Cavabdeh1 mülkiyyətində olan **-EJ-*** dövlət qeydiyyat nişanlı “HOWO ZZ3257№3847 “A”-yük markalı avtomaşın ipoteka qoyulmuşdur. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı ilə 28238 manat müəyyən edilmişdir. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 15M000000518 №li xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2008-ci il tarixli 15L000000565 №li kredit xətti müqaviləsi və kredit Razılaşmadan üzrə borclunun öhdəliklərinin icrasınıtəmin etmək üçün Cavabdeh1 mülkiyyətində olan **-DV-*** dövlət qeydiyyat nişanlı “HOWO ZZ3257№3847 “A” yük markalı avtomaşın ipoteka qoyulmuşdur. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 32958 manat müəyyən edilmişdir. Məhkəmə- mühasibatlıq ekspertizasının 25585 №li xx.xx.2018-ci il tarixli rəyində göstərilir ki, Cavabdeh1 xx.xx.2013-cü il tarxili 15K000003784 №li kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə İddiaçı QSC-ə olan əsas borc 16552.98 ABŞ dolları, faiz borcu 5629.39 ABŞ dolları, xx.xx.2013-cü il tarixli 15K000004373№li müqavilə üzrə olan borcu əsas borc 7903,67 ABŞ dolları, faiz borc 1928,85 ABŞ dolları, xx.xx.2014-cü il tarizli 15K000000018№li kredit müqaviləsi üzrə əsas borc 18686,98 ABŞ dolları, faiz borc 5569,61 ABŞ dollar müəyyən edilir. Məhkəmə-mühasibatlıq ekspertizasının 12147 №li xx.xx.2019-cu il tarixli rəyində göstərilir ki, Cavabdeh1 xx.xx.2017-ci il tarixə İddiaçı QSC-ə xx.xx.2013-cü il tarixli 15K000003784 №li kredit müqaviləsi üzrə olan borcu əsas borc 16552,88 ABŞ dolları, faiz borcu 5629,39 ABŞ dolları, xx.xx.2013-cü il tarixli 15K000004373 №li kredit müqaviləsi üzrə borcu əsas borc 7903,67 ABŞ dolları, faiz borc 1926,85 ABŞ dolları, xx.xx.2014-cü il tarixli 15K000000018№li kredit müqaviləsi üzrə əsas borc 18686,98 ABŞ dolları, faiz borc 5569.61 ABŞ dolları müəyyən edilir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17281 №li xx.xx.2019-cu il tarixli rəyində göstərilir ki, «HOWO ZZ32557 №384 “A” yük markalı 2013-cü il buraxılışlı, mühərrik gücü 9726 sm²olan normal vəziyyətdə saxlanılmış, istifadəyə yaralı yük avtomobilin hazırki nəzəri orta bazar qiyməti 53.000 manat, «HOWO ZZ3257 №384 “A” yük markalı 2012-ci il buraxılışlı mühərrik gücü 9726 sm²olan normal vəziyyətdə saxlanılmış, istifadəyə yaralı yük avtomobilin hazırki nəzəri orta bazar qiyməti 53.000 manatdır. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli mütəxəssis rəyində göstərilir ki, ünvan 1 saylı ünvanda xüsusi mülkiyyətdə olan 0.1555 ha torpaq sahəsində inşa edilmiş 401.4 kvm ümumi sahədən ibarət əmlak kompleksi kimi fəaliyyət göstərən qeyri-yaşayış binasının bazar dəyəri 100000 (bir yüz min) manat təşkil edir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli mütəxəssis rəyində göstərilir ki, ünvan 325 saylı ünvanda xüsusi mülkiyyətdə olan 1-ci mərtəbədə yerləşən, 87.69 kvm ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin bazar dəyəri 75000 manat təşkil edir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli mütəxəssis rəyində göstərilir ki, “Howo ZZ3257N3847A” yük markalı özüboşaldan modelli, 2012-ci il buraxılışlı 99-DV-05 dövlət qeydiyyat nişanlı yük avtomobilin bazar qiyməti 38.000 manat təşkil edir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli mütəxəssis rəyində göstərilir ki, “Howo ZZ3257N3847A” yük markalı özüboşaldan modelli, 2013-cü il buraxılışlı **-EJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin bazar qiyməti 43.000 manat təşkil edir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 425, 445, 462, 467, 470 maddələrinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33, 34, 39, 59 maddələrinə istinad edərək hazırkı mübahisələndirilən qətnaməni qəbul etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesabedirki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 279-cu maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələblini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Mülki Məcəlləsinin 295-ci maddəsinə müvafiq olaraq, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 296.1-ci maddəsinə görə, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Bu cür razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 307.6-cı maddəsinə uyğun olaraq, ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 317.1-ci maddəsinə uyğun olaraq, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və tərəflər arasında bağlanmış xx.xx.2009-cu il tarixli 15L000000565 saylı kredit müqaviləsinin qeyd olunmuş müddəaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, onun tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə də göründüyü kimi iddiaçının Cavabdeh1münasibətdə tələbi qanuni və əsaslıdır. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının cavabdehlər (zamin) Cavabdeh4 Fikrət oğlu, Cavabdeh2 və Cavabdeh3 münasibətdə də tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi iddiaçı ilə cavabdehlər Cavabdeh4 Fikrət oğlu, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2009-cu il tarixli 15S000000741 №li, xx.xx.2009-cu il tarixli 15S000000740№li və xx.xx.2013-cü il tarixli 15S000003288 №li zaminlik müqavilələrində müəyyən olunmuşdur ki, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır və kreditor borclu tərəfindən kredit müqaviləsinin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda həm borclu, həm də zaminə qarşı kredit müqaviləsi üzrə tələblərini irəli sürə bilər. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırki mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor olan iddiaçının qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər və müvafiq olaraq da götürdükləri öhdəliklər də birgə öhdəliklər kimi qiymətləndirilməlidir. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərin hər ikisinə qarşı eyni zamanda hazırki iddia tələbi ilə çıxış etmək və onlardan kredit borcunun, faizlərin və cərimənin müştərək qaydada tutulmasını tələb etmək hüququ həm də Mülki Məcəllənin 500-cü maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Nəhayət məhkəmə kollegiyası hesab edir ki, zaminə Mülki Məcəllənin 475-ci maddəsində nəzərdə tutulmuş hüquqları izah edilməlidir. Həmin maddəyə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehlər bankla bağladığı kredit müqaviləsinin və zaminlik müqaviləsinin şərtlərini yerinə yetirmədiklərindən, borclu kimi Azərbaycan Respublikası MM-in 448-ci maddəsinə əsasən öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Bununla belə, iş materiallarından görünür ki, ipoteka saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən ipoteka ilə yüklü edilmiş əmlaklar hesabına ödənilməsinə dair ipoteka saxlayanla ipoteka qoyan arasında notariat qaydasında təsdiqlənmiş razılaşma yoxdur. Odur ki ipoteka saxlayanın tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilməlidir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra-«İpoteka haqqında» Qanunun ) 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. "İpoteka haqqında" Qanunun 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. "İpoteka haqqında" Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 39.3. və 39.3.3-cü maddələrinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 ilə iddiaçı arasında ipoteka müqaviləsi kredit müqaviləsinin təminatı kimi bağlanılmış və bu müqavilə bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun; 59.1. Yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda həmin Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. 59.2. Yaşayış evinin və ya mənzilin yeni mülkiyyətçisi ilə evin və ya mənzilin keçmiş mülkiyyətçisi arasında həmin evin və ya mənzilin kirayəsi barəsində müqavilə bağlanılır. Yeni mülkiyyətçi kirayə müqaviləsi bağlamaqdan imtina etdikdə keçmiş mülkiyyətçi (ipoteka qoyan) kirayə müqaviləsinin bağlanması üçün məhkəməyə müraciət edə bilər. 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2009-cu il tarixli 15L000000565 saylı kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır.Kredit xətt müqaviləsi üzrə tərəflər arasında imzalanmış xx.xx.2013-cü il tarixli 565 saylı sazişə əsasən kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilmiş, kredit xəttinin məbləği və müddəti artırılaraq 300000 ABŞ dolları və 165 ay müəyyən edilmişdir. Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2013-cü il tarixli 15R000003784 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% olmaqla, ödəiş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 60000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Cavabdeh1 götürdüyü kredit borcundan 39383.71 ABŞ dollar ödəmiş, onun 20616.29 ABŞ dolları məbləğində kredit borcu qalmışdr. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2013-cü il tarixli 15R000004373 saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 36000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Daha sonra kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014cü il tarixli 15K000000018 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5833% olmaqla, ödəniş planı üzrə hissə hissə qaytarmaq şərti ilə 25000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kredit müqaviləsinin ödənilməsinin təminatı olaraq digər cavabdehlər Cavabdeh4 Fikrət oğlu, Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmışdır. Kredit xətt müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 ilə bank arasında bağlanmış xx.xx.2013-cü il tarixli 15M000000484 saylı ipoteka müqaviləsi əsasında Ələsgərov X5 şəhəri M.Rəhimov küçəsi 11 ünvanda xüsusi mülkiyyətndə olan 0.1555 ha torpaq sahəsinde yerləşən 401.4 kvm ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli 15M000000603 saylı ipoteka müqaviləsi əsasında ünvan 2 b ünvanında yerləşən xüsusi mülkiyyətində olan qeyri-yaşayış binası iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bundan başqa kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə ipoteka verən Cavabdeh1 iddiaçı ilə bağladığı xx.xx.2013-cü il tarixli 15M000000518 saylı ipoteka müqaviləsinə əsasən mülkiyyətində olan **-DV-*** dövlət qeydiyyat nişanlı “Howo ZZ3257N3847A” yük, markalı nəqliyyat vasitəsini (tip-ğzüboşaldan, mühərrik **********17, şassi LZZ5EZND7CN690308,icazə verilmiş maksimal kütlə 37270 kq, yüksüz kütlə 12270 kq, buraxılış ili 2012, rəngi ag) iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Bundan başqa kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə ipoteka verən Cavabdeh1 iddiaçı ilə bağladığı xx.xx.2013-cü il tarixli 15M000000538 saylı ipoteka müqaviləsinə əsasən mülkiyyətində olan **-EJ-*** dövlət qeydiyyat nişanlı “Howo ZZ3257N3847A” yük, markalı nəqliyyat vasitəsini (tipğzüboşaldan, mühərrik **********37, şassi LZZ5ELND5DN800225, icazə verilmiş maksimal kütlə 37270 kq, yüksüz kütlə 12270 kq, buraxılış ili 2013, rəngi ag) iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Cavabdeh krediti, kredit üzrə hesablanacaq faizləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh1 müqavilənin şərtlərini pozaraq, krediti və kredit üzrə hesablanmış faizləri vaxtında ödəməmişdir. Ona görə də kreditor hazırki tələblə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də hazırda mübahisələndirilən qətnaməni qəbul etmişdir. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Apelyasiya şikayətinin dəlillərinə də hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətinin dəlilləri əsassızdır və qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Əvvəla ona görə ki, cavabdeh (apelyator) faiz və cərimə borcunun düzgün hesablanmadığını bildirsə də, bu dəlillər anlaşılan deyil. Çünki, Cavabdeh1 özü şəxsən birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş və iddia tələbini qismən qəbul etməklə bank tərəfindən ona kredit verildiyini, əvvəllər vaxtı-vaxtında ödənişlər etdiyini etiraf etmiş, lakin sonradan maddi imkanın pisləşməsi səbəbindən borcunu vaxtında ödəyə bilmədiyini, bu səbəbdən də hissə-hissə ödəyəcəyini bildirmişdir. Cavabdeh1 apelyasiya məhkəməsində də eyni mövqedən çıxış etmişdir. İkincisi, cavabdeh qeyd olunan kredit müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək faiz dərəcəsi dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır. Müqavilənin faiz dərəcəsinə gəlincə kollegiya qeyd edir ki, cavabdeh məhz müqavilə bağlanan anda daşıyacağı riski bilərək bununla bağlı öhdəlik götürmüşdür. Üçüncüsü, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olduğundan, əslində birinci instansiya məhkəməsinin hansı halları tam və hərtərəfli araşdırmalı olduğu açıqlanmamış, ədalət prinsiplərinin nə üçün pozulduğu göstərilməmişdir. Dördüncü, faiz və cərimə borcunun əsassız olaraq artıq hesablandığını qeyd edən cavabdeh ekspertizanın keçirilməsinin zəruriliyinə dair də ciddi dəlillər göstərməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən bununla bağlı ekspert rəyi alınmışdır. Hər hansı bir əsaslı səbəb olmadan lüzumsuz olaraq yenidən məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi də təmin oluna bilməz. Beşinci, kollegiya qeyd edir ki, cavabdeh məhkəmə iclasında ipoteka predmetlərinin dəyərinə, onların açıq hərracda satışına etiraz etməməklə, yalnız hazırki vəziyyətdə borcunu birdəfəyə deyil, hissə-hissə ödənişlər etmək niyyətində olduğunu bildirmişdir. Məhkəmə kollegiyası cavabdehin bu dəlili bağlı qeyd edir ki, cavabdehin bu dəlili hazırki mübahisənin predmeti olmamaqla, gələcəkdə icra mərhələsində həll edilməli olan bir məsələdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1. maddəsinə əsasən, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətindəgöstərilənlərəsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnaməninləğviüçün heç bir hüquqi əsaslar yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-11/2020 nömrəli qətnaməsi verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1376/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1376/2020
25.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver