Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1377/2020 02.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(033)-130/2020 saylı qətnaməsindən cavabdeh X8 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: X11 Kredit Təşkilatı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X12 Təşkilatı İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 079-emb-0041-19 saylı kredit müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixə əsas borcu 3492.35 (üç min dörd yüz doxsan iki manat otuz beş qəpik) manat, faiz borcu 0.00 (sıfır manat) manat, cərimə borcu 393.47 (üç yüz doxsan üç manat qırx yeddi qəpik) manat, 30 (otuz) manat dövlət rüsumu və 40 qəpik xidmət haqqının, ümumilikdə 3916,22 (üç min doqquz yüz on altı manat iyirmi iki qəpik) manat borcun Cavabdeh X12 Təşkilatı İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(033)-130/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh X3 3492,35 (üç min dörd yüz doxsan iki manat otuz beş qəpik) manat borc tutularaq X12 Təşkilatı İddiaçı xeyrinə ödənilməsi və iddia ərizəsinin qalan hissədə rədd edilməsi, cavabdeh X3 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq X12 Təşkilatı İddiaçı hesabına ödənilməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən iş üzrə cavabdeh X8 tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, xx xxxxxx 2019-cu il tarixdə “xxxxxxxx” MMC-nin mağazasından avadanlıq almış və həmin mağazanın nümayəndəsi Feyzullah adlı şəxslə aralarında müqavilə imzalanmışdır. Aldığı avadanlıq müqavilə imzalandığı gündən 20 gün sonra onun yaşadığı ünvana göndərilmiş, lakin o rayonda olmadığından həmin mebel dəstinin təhvil alınmasını dostu X6 həvalə etmişdir. Mebel dəsti çatdırıldığı gün dostu onunla telefon əlaqəsi saxlayaraq seçdiyi mebel dəsti əvəzinə şirkət nümayəndələri tərəfindən fərqli bir dəstin gətirildiyini bildirmiş və həmin mebel dəstinin foto şəkillərini ona göndərmişdir. O da öz növbəsində şirkət nümayəndələri tərəfindən gətirilmiş mebelin geri qaytarılmasını və şirkət nümayəndəsi Feyzullah ilə əlaqə saxlayaraq seçdiyi dəstin ona təhvil verilməsini tələb etmişdir. Feyzullah ona həmin mebelin boşaldılmasına icazə vermələrini və tez bir zamanda mebelin seçdikləri dəstlə əvəz ediləcəyinə söz vermişdir. O da, razılaşmışdır. Mebel dəsti onun evinə boşaldılmış və evdə quraşdırılmışdır. Sonradan şirkətin qaynar xətti ilə əlaqə saxlayaraq bütün baş verənlər barədə “xxxxxxxx” MMC-ni məlumatlandırmışdır. Bir müddət sonra xxxxxxxxxx MMC-nin əməkdaşı zəng vuraraq kredit ödənişinin edilməli olduğu barədə məlumat vermiş və o, 317 manat kredit ödənişi etmişdir. xx xxxx 2019-cu il tarixdə şirkətin problemli kreditlər şöbəsinin əməkdaşı zəng vuraraq kobud şəkildə kredit məbləğinin ödənilməsində gecikməsinin olduğunu bildirmiş, ona yanlış avadanlığın təhvil verildiyini bildirdikdə isə hədə-qorxu gələrək ödəniş etməli olduğunu bildirmişdir. Bundan sonra, o da öz növbəsində həmin mebeli qaytaracağını bildirmişdir. Daha sonra xxxxxxxxxx MMC-nin nümayəndəsi Sönməz Mustafayev ona həmin avadanlığı işlənmiş avadanlıq kimi dəyərini 1700 manat müəyyən etmək şərti ilə geri götürə biləcəklərini demişdir. Lakin o, bununla razılaşmamış, həmin mebeli evdən çıxararaq, şəhərdəki “xxxxxxxx” MMC-nin mağazasına gətirmişdir. Hazırda mebel onun istifadəsində deyil, ona görə də iddia tələbi ilə razılaşmır. Ona görə də Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(033)-130/2020 saylı qətnaməsi ləğv edilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X8 məhkəmə kollegiyasına teleqram ünvanlayaraq səhətiylə əlaqədar məhkəmə iclasının başqa bir vaxta təxirə salınmasını xahiş etmişdir. Lakin bununla bağlı hər hansı bir dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçının nümayəndəsi heç bir üzürlü səbəblər göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(033)-130/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, X11 Kredit Təşkilatı “xxxxxxxxxx” MMC tərəfindən X1 məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh öz növbəsində üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də X12 Təşkilatı “xxxxxxxxxx” MMC qalıq qalmış kredit borcunun ödənilməsini cavabdeh X3 tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci mаdəsində isə göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа,o, kredit müqаviləsi аdlаnır. Həmin Məcəllənin 442-ci mаdəsinin tələbinə görə öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. Həmin Məcəllənin 445.2.1-ci mаdəsində qeyd edilir ki, öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır. Həmin Məcəllənin 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Həmin Məcəllənin 448.2-ci mаddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İş materiallarından da göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi, eləcə də bu müqavilənin təminatı olaraq zaminlik müqaviləsi bağlanmış və bununla da onların arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, onun Bank qarşısında öhdəlikləri yaranmışdır. Cərimənin ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi , o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə şikayətin birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlilləri ilə razılaşmır. Belə ki, iş materiallarında olan X12 Təşkilatı “xxxxxxxxxx” MMC ilə X8 arasında bağlanmış 079-emb-0041-19 saylı, xx xxxxxx 2019-cu il tarixli müqavilədən görünür ki, həmin müqavilə əsasında X7 12 ay müddətinə illik faiz dərəcəsi 0% olmaqla “xxxxxxxx” MMC-nin istehsal etdiyi mebelləri almaq məqsədi ilə 3779 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin 3.1-ci bəndinə görə “Borcalan” müqaviləyə və onun əlavəsinə müvafiq olaraq vaxtlı-vaxtında üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi təqdirdə əsas və faiz borcundan əlavə “Borcverənə”ödənilməmiş məbləğin hər günü üçün 1 faiz məbləğində cərimə ödəyir. İşdə olan 079-emb-0041-19 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, X8 götürdüyü 3779 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 12 ay müddətində qaytarmalı olmuşdur. İş materiallarında olan cavabdeh X7 ünvanlanmış son xəbərdarlığın təsdiq edilmiş surətindən görünür ki, 5 gün müddətində kredit borcunun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı cavabdeh xəbərdar edilmişdir. İş materiallarında olan xx xxx 2019-cu il tarixli N MA- 0012567-19 nömrəli maliyyə arayışından görünür ki, X12 Təşkilatı “xxxxxxxxxx” MMC ilə X8 arasında bağlanmış 079-emb-0041-19 saylı, xx xxxxxx 2019-ci il tarixli kredit müqaviləsinə əsasən X5 xx xxx 2019-cu il tarixə əsas borcu 3492,35 manat, faiz borcu 0.00 manat, cərimə borcu 393,47 manat, ümumi borcu 3885,82 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Yuxarıda qeyd edilən müqavilə üzrə iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, cavabdeh isə öhdəliyi yerinə yetirməmişdir. Cavabdehin apelyasiya şikayətində qeyd etdiyi dəlillər sübutlara əsaslanmır, işin halları ilə, mötəbər dəlillərlə öz təsdiqini tapmır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyаsı belə qənaətə gəlir ki, аpellyаsiyа şikаyətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnаməsinin ləğv edilməsi üçün əsаs olа bilməz. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli və Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(033)-130/2020 saylı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh X8 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(033)-130/2020 saylı dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1377/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1377/2020
02.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver