Məhkəmə qərarları › İş №2(107)-1379/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1379/2021

14.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1379/2021 14.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “2052.76 (iki min əlli iki manat 76 qəpik) manat vurulmuş ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli 2(019)-1/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Balakən Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli 2(019)-1/2021 nömrəli qətnaməsi ilə (hakim Hümbət Səlimov) iddia təmin olunmuş, Cavabdeh vurulmuş ziyana görə 2052 manat 76 qəpiyin (iki min əlli iki manat yetmiş altı qəpik) tutulub Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidməti X5 Təsərrüfatı Mərkəzinin hesabına ödənilməsi, 30 manat dövlət rüsumu xərcinin Cavabdeh tutulub dövlət büdcəsinə ödənilməsi, 140 manat ekspertiza xərcinin Cavabdeh tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X1, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesaba ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2052 manat 76 qəpik məbləğində vurulmuş ziyanın cavabdehdən alınıb İddiaçı kassasına ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 28 dekabr 2010-cu il tarixli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Borclu Cavabdeh etirazı əsasında Balakən Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli qərardadı ilə 28 dekabr 2010-cu il tarixli məhkəmə əmri ləğv edilmiş, iddia icraatına keçirilmişdir. İddiaçı ləğv edildiyindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidməti X5 Təsərrüfatı Mərkəzi iddiaçı qismində işə cəlb olunmuşdur. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidməti X5 Təsərrüfatı Mərkəzinin nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək göstərmişdir ki, keçmiş İddiaçı Aralıq meşəbəyliyinin 8 saylı meşə dolayasında Cavabdeh işlədiyi dövrdə müəssisəsinin meşə mühafizə işçiləri tərəfindən 31 avqust 2008-ci il tarixdə meşələrin mühafizəsi vəziyyətini araşdırmaq məqsədi ilə aparılmış yoxlama zamanı 833 manat 64 qəpik məbləğində 106,99 kub.metr həcmində fısdıq cinsindən müxtəlif diametrli ağacların qanunsuz kəsilməsi aşkar olunmuşdur. 03 sentyabr 2008-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin mütəxəssisi tərəfindən aparılmış birgə operativ nəzarəti yoxlama zamanı 1704 manat 51 qəpik məbləğində fısdıq və ağcaqayın cinsindən 273.16 kub.metr həcmində ağacların qanunsuz kəsilməsi aşkar olunmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 oktyabr 2008-ci il tarixli 370 S nömrəli sərəncamına əsasən həmin dolayının X6 Qoruğuna verilməsi ilə aparılmış təhvil qəbul zamanı 93 manat 17 qəpik ziyan aşkarlanmışdır. Beləliklə aparılmış 3 yoxlama zamanı 2631 manat 32 qəpik məbləğində meşə fonduna vurulmuş ziyandan ödənilməmiş 2052 manat 76 qəpik ziyan qalmışdır. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh həmin ziyanı ödəməkdən imtina edir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə2 iclasın vaxtı və yeri haqqında qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq birinci instansiya məhkəməsinin iclasına gəlməmişlər. Onlarla telefon vasitəsi ilə əlaqə saxlanmış, onlar məhkəmə iclasına gəlməyəcəklərini, iddia ilə razı olmadıqlarını bildirərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5 və 185.6-cı maddələrinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin əvvəlki iclasında iddianı etiraf etməyərək izahatında göstərmişdir ki, İddiaçınə 2052 manat 76 qəpik məbləğində borcu olması barədə iddia tələbi əsassızdır.O, X4 və Bərpası İdarəsinə göstərilən məbləğdə ziyan vurmamış və həmin ziyanın ona heç bir aidiyyəti yoxdur. Ona bildirilmişdir ki, 500 manat pul ödəməlidir, o da 2008-ci ilin sentyabr ayında həmin pulu ödəmişdir. Qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 birinci instansiya məhkəməsinin əvvəlki iclasında iddianı etiraf etməyərək Cavabdeh izahatına uyğun izahat verərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Balakən Rayon Məhkəməsi tərəfindən çıxarılan qətnamədən tam narazıdır. Balakən rayon məhkəməsi qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən, düzgün tətbiq etməmiş, sübutları tam araşdırmamış və nəticədə işin həqiqi hallarına uyğun olmayan, qeyri-obyektiv və qərəzli qətnamə qəbul etmişdir. İddiaçı tərəf iddia tələbini sübut etmək üçün İddiaçı tərəfindən tərtib edilmiş 31 avqust 2008-ci il tarixli, 03 sentyabr 2008-ci il tarixli akt və 31 avqust 2008-ci il tarixli qanunsuz kəsilmiş ağacların ilkin siyahısını təqdim etmişdir. O, keçmiş İddiaçı Aralıq meşəbəyliyinin 8 saylı meşə dolayasında meşə gözətçisi işləmişdir. İddiaçı bəzi meşə dolayılarının X6 Qoruğuna verilməsi ilə bağlı meşə dolayısında yoxlamalar aparılmışdır. Həmin dolayıda ağac qırma hallarına rast gəlinmişdir. Lakin həmin ağacların qırılmasında o, təqsirkar olmamışdır. Həmin qırıntılar onun işlədiyi müddətdə olmamışdır. Həmin ağac qırıntıları ilə bağlı o heç bir məsuliyyətə cəlb edilməmişdir və onun həmin işdə təqsiri sübuta yetməmişdir. Heç bir məsuliyyətə cəlb edilmədiyi və təqsirli olmağı sübut olunmadığı halda, İddiaçı guya onlara onun tərəfindən ziyan vurulması ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Cavabdeh qanunsuz ağac kəsilməsində və müəssisəyə 2052.76 manat ziyan vurulmasında təqsirli olması iş materiallarında yoxdur, iddiaçı tərəf də bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bununla bağlı Cavabdeh barəsində hər hansı araşdırma aparılmamış, onun barəsində inzibati tənbehvermə haqqında qərar, cinayət işinin başlanmamasının rədd edilməsi haqqında qərar, ittihamedici hökm və ya digər məsuliyyətə cəlb edilmə barədə hər hansı sənəd olmamışdır. Balakən rayon Məhkəməsi işin yuxarıda qeyd edilən hallarını araşdırmamış, işin bu dəlillərinə düzgün hüquqi qiymət verməmişdir Ona görə də, Balakən Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli 2(019)-1/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları İddiaçı nümayəndəsi və Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli 2(019)-1/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan İddiaçı tərəfindən tərtib edilmiş 31 avqust 2008-ci il tarixli aktdan görünür ki, Cavabdeh Aralıq meşəbəyliyinin 8 saylı meşə dolayısından meşə qanunvericiliyini pozaraq gizli yolla müxtəlif diametrli 106,99 kub.metr həcmində fısdıq ağaclarını kəsərək dövlət meşə fonduna 833 manat 64 qəpik məbləğində ziyan vurmuşdur. İşdə olan İddiaçı tərəfindən tərtib edilmiş 03 sentyabr 2008-ci il tarixli aktdan görünür ki, Cavabdeh Aralıq meşəbəyliyinin 8 saylı meşə dolayısından meşə qanunvericiliyini pozaraq gizli yolla müxtəlif diametrli 273,16 kub.metr həcmində fısdıq və ağcaqayın ağaclarını kəsərək dövlət meşə fonduna 1704 manat 51 qəpik məbləğində ziyan vurmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 mart 2021-ci il tarixli 4/202 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Balakən Rayon Meşə Mühafizəsi və X2 Meşəbəyliyinin 8 saylı meşə dolayısında kəsilmiş ağaclar barədə tərtib edilmiş 31 avqust 2008-ci il tarixli aktın sonunda «3» rəqəmi qarşısındakı imza, 03 sentyabr 2008-ci il tarixlərdə tərtib edilmiş aktın sonunda «4»rəqəmi qarşısındakı imza,31 avqust 2008-ci il tarixli qanunsuz kəsilmiş ağacların ilkin siyahısının sonunda «3» rəqəminin qarşısındakı imza-Cavabdeh tərəfindən icra olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh keçmiş İddiaçı Aralıq meşəbəyliyinin 8 saylı meşə dolayasında meşə gözətçisi işlədiyi dövrdə sözügedən meşə dolayısından müxtəlif vaxtlarda meşə qanunvericiliyini pozaraq gizli yolla müxtəlif diametrli fısdıq və ağcaqayın cinsindən olan ağaclarını kəsib dövlət meşə fonduna 2631 manat 32 qəpik məbləğində ziyan vurmuşdur. Cavabdeh ziyanın 578,56 manatını ödəmiş, 2052 manat 76 qəpik məbləğində ziyan isə ödənilməmiş qalmışdır. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həmin ziyanın ödəməsini tələb edir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia təmin edilməli, Cavabdeh vurulmuş ziyana görə 2052 manat 76 qəpik tutulub Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidməti X5 Təsərrüfatı Mərkəzinin hesabına ödənməlidir. 30 manat dövlət rüsumu xərci Cavabdeh tutulub dövlət büdcəsinə ödənməlidir. 140 manat ekspertiza xərci Cavabdeh tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X1, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesaba ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli 2(019)-1/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli 2(019)-1/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar