Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-138/2021 26.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı «maneələrin aradan qaldırılması» tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- maneələrin aradan qaldırılması, yolun açılması, torpaqdan istifadə hüququ) Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası kakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh2, Cavabdeh4, 3-cü şəxs İbrahimkənd kənd bələdiyyəsinin sədri İsmayıl Əyyubovun iştirakı ilə, Şəki Rayon Məhkəməsinin 2(075)-903/2020 nömrəli iş üzrə 28 avqust 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 26 may 2021-ci il tarixdə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Fazıl kəndində yaşayan cavabdehlər tərəfindən qoyulmuş qapının götürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim P. Hacıyev) № 2(075)-903/2020 İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı «Şəki rayonu Fazıl kəndində yaşayan cavabdehlər tərəfindən qoyulmuş qapının götürülməsi» tələbinə dair iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, JN-084A seriyalı, kod 40405028 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Şəki rayonu Aqrar İslahat Komissiyasının 08 noyabr 1997-ci il tarixli, 39 saylı qərarı ilə X6, X5, X2, X4, X3 və X1 0.58 ha torpaq sahəsi verilmişdir. Mübahisə predmeti olan qapı bələdiyyənin mülkiyyətinə mənsub torpaq sahəsində yerləşir. İddiaçının mülkiyyəti ilə heç bir əlaqəsi yoxdur. Yaxınlıqda yerləşən “Əbədi sükut dünyası” abidəsinin dörd bir yanı hasarla mühafizə olunmuşdur. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəki rayonu Fazıl kəndində yerləşən 0.58 ha torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Şəki rayonu Fazıl kəndində yerləşən 0.58 ha torpaq sahəsi İddiaçı ümumi birgə mülkiyyətində olsa da, mübahisə predmeti olan qapının yerləşdiyi ərazinin iddiaçının mülkiyyətində olması barədə sübut sonuncu tərəfindən məhkəməyə təqdim edilməmişdir. Qeyd edilən qapının yerləşdiyi ərazi hal-hazırda bələdiyyənin mülkiyyətindədir. Bundan başqa iddiaçı Şəki rayonu Fazıl kəndində yaşayan cavabdehlər tərəfindən qoyulmuş qapının götürülməsini xahiş etsə də, həmin qapıdan cavabdehlərin iddiaçının iradəsinin ziddinə olaraq sahibliyi, istifadəsi və iddiaçının mülkiyyət hüquqlarına maneələr yaratmalarını təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı özü də məhkəmə iclasında maneənin nədən ibarət olması barədə fikir ifadə edə bilməmiş, ümumi sözlərlə kifayətlənmişdir. Birinci instansiya məhkəməsi nəzərə almışdır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə öz tələbini təsdiq edən sübut qismində heç bir mötəbər sənəd təqdim etməmiş, onun göstərdiyi hallar şahid ifadələri ilə təsdiq olunmamışdır. İddiaçı nəinki ona cavabdehlər tərəfindən maneələrin yaradılmasını sübut edə bilməmiş, həmçinin həmin maneələrin nədən ibarət olması ilə bağlı heç bir fikir ifadə edə bilməmişdir. Odur ki, iddia ərizəsində qeyd edilən Şəki rayonu Fazıl kəndində yerləşən mübahisəli qapının iddiaçının mülkiyyət hüquqlarına yaratdığı maneələrin olmasını təsdiq edən hər hansı bir mötəbər sübut iddiaçı tərəfindən məhkəməyə təqdim etmədiyindən və sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən iddia tələbi əsaslı deyildir. 2 Məhkəmə hesab etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı «maneələrin aradan qaldırılması» tələbinə dair iddiası əsassız hesab edilərək təmin edilməməlidir. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətlərinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci, 157.2-ci, 157.4-cü, 170-ci maddələrinə, eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 2017.4cü, 2018.3-cü və 106.1-ci maddələri. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi haqsız, ədalətsiz, qanunsuz və birtərəfli qətnamə qəbul etmişdir. Belə ki, o bildirmişdir ki, yaşadığı Şəki rayonu Fazıl kəndində yerləşən “Əbədi sükut dünyası” abidəsinin ətrafında səllim mal-qara otarılması üçün yaşadığı evə gedən yolun qarşısında cavabdehlər tərəfindən qapı qoyulmuşdur. Həmin qapı gediş-gəlişə mane olur. Belə ki, evə gedib-gələnlər çətinlik çəkir. Həmçinin, muzey ətrafında anti-sanitar vəziyyət yaranır. Buna görə də hazırkı apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək maneənin nədən ibarət olduğunu vurğulamamış və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Belə ki, o, Şəki Rayon Məhkəməsinin 2(075)-903/2020 nömrəli iş üzrə 28 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh4 və Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən 3-cü şəxs İbrahimkənd kənd bələdiyyəsinin sədri İsmayıl Əyyubov izahat verərək bildirmişdir ki, mübahisəli yol iddiaçı və cavabdehlər tərəfindən istifadə edilən yoldur. Həmin yolun ətrafında cavabdehlərə və digər 15-ə yaxın kənd sakinlərinə məxsus bağ sahələri mövcuddur. Həmin qapının götürülməsi cavabdehlərə və digər kənd sakinlərinə zərər vura bilər. Çünki qapı açıq qaldığı təqdirdə kəndin mal qarası bağ sahələrini tələf edə bilər. Digər tərəfdən həmin qapı hər hansı bir qıfılla bağlanmayıb. İddiaçı da cavabdehlər kimi həmin qapıdan istifadə edə bilər. Bundan başqa iddiaçının evinə digər tərəfdən də yolu vardır. Həmin yol mübahisəli yolla eyni məsafədə yerləşir. Ona görə də apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh3, Cavabdeh1 heç bir üzürlü səbəblər göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: 3 Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin maddəyə müvafiq olaraq sahiblik hüququ — əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sahiblik və istifadə hüquqları nəticəsində şəxs əmlaka malik olur və onu istismar edə bilir. Sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsi ilə nəticələnir. Bu zaman mülkiyyətçi öz mülahizəsinə görə səlahiyyətlərini həyata keçirmək və ya əmlak üzərində sərəncam vermək hüququnu digər şəxslərin həmin əmlak üzərində iradəsindən asılı olmayaraq bilavasitə qanuna əsaslanaraq həyata keçirir. Digər şəxslərin əmlak üzərində iradəsi isə təkcə qanuna söykənmir, eyni zamanda mülkiyyətçinin iradəsindən asılı olur və onunla şərtlənir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən iddiaçının özgəsinin qanunsuz sahibliyindən öz əmlaklarını geri tələb etmək hüququ vardır. Həmin maddənin mənasına görə mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılmasını tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmadığını sübut etməlidir. Həmin Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya 4 şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir, Şəki Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli qətnaməsinin tam ləğv edilməsini, yeni qətnamə çıxarılmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Tələb qətnamənin ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 2(075)- 903/2020 nömrəli iş üzrə 28 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, JN-084A seriyalı, kod 40405028 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Şəki rayonu Aqrar İslahat Komissiyasının 08 noyabr 1997-ci il tarixli, 39 saylı qərarı ilə X6, X5, X2, X4, X3 və X1 0.58 ha torpaq sahəsi verilmişdir. Mübahisə predmeti olan qapı bələdiyyənin mülkiyyətinə mənsub torpaq sahəsində yerləşir. Yaxınlıqda yerləşən “Əbədi sükut dünyası” abidəsinin dörd bir yanı hasarla mühafizə olunmuşdur. Şəki rayonu Fazıl kəndində yerləşən 0.58 ha torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi ərazidən onun yaşadığı fərdi yaşayış evinə yol nəzərdə tutulmuşdur. Həmin yol cavabdehlər tərəfindən dəmir torlu qapı ilə bağlanmışdır. Bundan başqa müəyyən edilmişdir ki, iddiaçının fərdi yaşayış evinə alternativ yol mövcuddur. Həmin yolla iddiaçının iddia etdiyi yolun məsafəsi eynidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı apellyasiya şikayətininin əsas dəlili kimi yaşadığı Şəki rayonu Fazıl kəndində yerləşən “Əbədi sükut dünyası” abidəsinin ətrafında mal-qara otarılması üçün yaşadığı evə gedən yolun qarşısında cavabdehlər tərəfindən qapı qoyulmasını və həmin qapının gediş-gəlişə mane olduğunu göstərmişdir. Belə ki, evə gedib-gələnlər çətinlik çəkirlər. Həmçinin, muzey ətrafında antisanitar vəziyyət yaranır. Məhkəmə kollegiyası şikayətin dəlilinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlili birinci instansiya məhkəməsinin ləğv edilməsi üçün əsas deyildir. Birinci: məhkəmə kollegiyası tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi ərazidən onun yaşadığı fərdi yaşayış evinə yol nəzərdə tutulmuşdur və həmin yol cavabdehlər tərəfindən dəmir torlu qapı ilə bağlanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, ekspertin rəyi sübut növlərindən biridir. Ekspert 5 rəyi digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Yəni hazırkı halda ekspertin rəyi iddianın təmin edilməsi üçün əsas ola bilməz. Rəy digər sübutlarla yanaşı qiymətləndirilməlidir. İkinci: Məhkəmə kollegiyası tərəfindən mübahisəli əraziyə baxış keçirilərkən müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi ərazidən onun yaşadığı fərdi yaşayış evinə yol nəzərdə tutulmuşdur və həmin yol cavabdehlər tərəfindən dəmir torlu qapı ilə bağlanmışdır. Həmin qapının mübahisəli yola qoyulmasının əsas səbəbi yolun sağ və sol tərəflərində olan cavabdehlər və digər vətəndaşlara məxsus meyvə-tərəvəzlərə, əkin sahələrinə kəndin mal-qarası tərəfindən yetirilə biləcək ziyanın qarşısını almaq məqsədi daşımışdır. Üçüncü: Eyni zamanda baxış zamanı müəyyən edilmişdir ki, iddiaçının fərdi yaşayış evinə alternativ yol mövcuddur. Həmin yolla iddiaçının iddia etdiyi yolun məsafəsi eynidir. Mübahisəli yolun uzunluğu 750 m, alternativ yolun uzunluğu isə 780 m. Bu yol kəndin ümumi istifadəsində olan yoldur. İşin bu halı iş materiallarına əlavə edilmiş sxematik planla da müəyyən edilir. Dörcüncü: Apelyator muzeyin ətrafında anti-sanitar vəziyyət olduğu qeyd edilsə də, həmin muzeyin ətrafı hasarlanmışdır. Orada hər hansı anti-sanitar vəziyyət mövcud deyildir. Bundan başqa anti-sanitar vəziyyət mövcud olmuş olsa belə həmin halın aradan qaldırılması muzey rəhbərliyinin vəzifəsinə daxildir. Beşinci: Məlum olduğu kimi, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Haqlar istənilən şəkildə deyil, yalnız onların tanınma məqsədlərinə uyğun gəldiyi hədlər daxilində istifadə oluna bilər. Altıncı: Məhkəmələr hüquqi mübahisələrə baxarkən hüquqdan sui-istifadə hallarını tərəflərin irəli sürüb-sürməməyindən asılı olmayaraq nəzərə almalıdırlar. Əks halda, yəni hüquqdan suiistifadə halını nəzərə almadan çıxarılan məhkəmə qərarları başda konstitusiya olmaqla bütün qanunvericiliyə zidd olaraq ədalətsiz nəticələrin əmələ gəlmə səbəbi olar. Belə bir nəticə “ədalət mühakiməsi” anlayışının özünə kökündən ziddir. Beləliklə kollegiya hesab edir ki, şikayətin dəlilləri əsaslı deyildir. Şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 2(075)-903/2020 saylı iş üzrə 28 avqust 2020-ci il tarixli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 2(075)-903/2020 nömrəli iş üzrə 28 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. 6 Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov 7
Məhkəmə qərarları › İş №2(107)-138/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-138/2021
26.05.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver