Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1386/2021 16.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, İddiaçı (sonuncu prosesdə iştirak etmir), 3-cü şəxs X2 və onun nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdeh Əhmədiyyə qızına qarşı “borc, vurulmuş maddi zərər və tələbin əmlaka yönəldilməsi” tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(014)-648/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh Əhmədiyyə qızına qarşı «borc, vurulmuş maddi zərər və tələbin əmlaka yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Əhmədiyyə qızından 45500 (qırx beş min beş yüz) manat pulun, vurduğu maddi zərərə görə 5000 manatın və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi, tələbin cavabdehin mülkiyyətində olan ƏMDK DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MA seriyalı ******* nömrəli çıxarışa əsasən Ağdaş şəhəri, S.Səlimoğlu küçəsi 81-də 0.06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı ümumi sahəsi 88.47 kv.m olan mənzilə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Ağdaş Rayon Məhkəməsinin (hakim N.Əliyev) 10 fevral 2021-ci il tarixli, 2(014)- 648/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Əhmədiyyə qızının oğlu Rəhim ilə tanışlığı və etibarı olduğundan 2018-ci ilin dekabr ayında ona ev almaq istədiyni bildirən cavabdeh, ona Ağdaşda şəxsi evi olduğunu və alacağı evin pulundan 46000 manat çatmadığını ona bildirdi. Elə bu niyəti ilə ondan 2018-ci ilin dekabr ayının ortalarında 46000 (qırx altı min) manat məbləğində borc pul istəmiş, ona 45500 manat məbləğində borc pul verimişdir. Həmin vaxt ona öz əlyazması ilə 45500 manat almağına və həmin pulu 2020-ci ilin mart ayında ödəməyəcəyi təqdirdə Ağdaş şəhərində yerləşən mənzili onun mülkiyyətinə keçirməyə dair qəbz yazaraq mənzilin çıxarışı, vəsiqəsinin surətini və qəbzi ona verərək borcu qaytaracağını, qaytara biməyəcəyi təqdirdə mənzili adına keçirəcəyini öhdəsinə götürmüşdür. Lakin Cavabdeh söz verdiyi vədə əməl etməyərək nə borcu qaytarmır nə də evi onun adına keçirmir. Dəfələrlə ondan pulu ödəməyi və ya mənzili adına keçirməyi istədikdə bir bəhanə ilə imtina etməyə başladı. Cavabdehin oğluna bu barədə müraciət etdikdə hazırda onun verdiyi pulla ev aldıqlarından və Ağdaşdakı evi hələdə sata bilmədiklərindən pulunu qaytara bilmədiklərini bu səbəbdən anasında mülki etibarnamə alaraq evi adına keçirəcəyinə söz vermişdir. Lakin artıq 3 aydır ki, müxtəlif bəhanələrlə cavabdeh nə borcu qaytarmır, nə də mənzili mülkiyyətinə keçirmir. Bütün bunları isə o könüllü etmək istəmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. X2 22 avqust 2020-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 25 avqust 2020-ci il tarixli qərardadı ilə X2 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-648/2021 saylı, 10.02.2021-ci il tarixli qətnaməsi ilə onun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsindən irəli gələn maddi və prosessual hüquqlarını pozmuşdur. İlk öncə onu qeyd edir ki, MPM-nin 52.2-ci maddəsinə əsasən “cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmçinin həmin maddənin 3-cü bəndinə əsasən “tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 4-cü bənddə isə “məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi üçün təkliflər verməyə haqlı olduğu qeyd edilmişdir. Lakin buna baxmayaraq cavabdehin barışıq təklifini qəbul etsə də və bu barədə notarial razılaşma bağlasa da məhkəmə həmin barışıq sazişinin təsdiq edilməsindən imtina etmiş, həmin əsaslandırma da hələ də qeyri müəyyən olaraq qalmışdır. Bundan əlavə məhkəmənin həmin barışıq sazişinin təsdiq edilməsindən imtina etməsi hər hansı səbəbdən mümkün olsa belə işə mahiyyəti üzrə baxıb iddianı rədd etməsi isə tam qanunsuz, əsassız və ədalətsizdir. Belə ki, iş materiallarında olan qəbzdə də cavabdehin borca götürdüyü pulu etiraf etməsini öz imzası ilə təsdiq və onun nümayəndəsinin də iddianı etiraf etdiyi halda iddianın rədd edilməsi tamamilə qanunsuz, əsassız və qərəzdən başqa bir şey deyil. Ağdaş Rayon Məhkəməsinin 2(014)-648/2021 saylı, 10.02.2021-ci il tarixli qətnaməsinin qanunsuz və əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, Ağdaş Rayon Məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir. Bu səbəbdən qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş cavabdeh tərəfindən imzalanmış yazılı qəbzdən də göründüyü kimi cavabdehə verilən borc məbləği tam sübuta yetirildiyi, məhkəmə iclasında cavabdehin nümayəndəsinin də iddianı etiraf etdiyi halda məhkəmə heç bir əsas olmadan iddianı rədd etmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Ağdaş Rayon Məhkəməsinin 2(014)-648/2021 saylı, 10.02.2021 -ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddiasının təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının 27.07.2021-ci il tarixli iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, Ağdaş Rayon Məhkəməsi hazırki qətnaməni qəbul edərkən qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, o cavabdehin barışıq təklifini qəbul etsə də və bu barədə notarial razılaşma bağlasa da məhkəmə həmin barışıq sazişinin təsdiq edilməsindən imtina etmiş, həmin əsaslandırma da hələ də qeyri müəyyən olaraq qalmışdır. Bundan əlavə məhkəmənin həmin barışıq sazişinin təsdiq edilməsindən imtina etməsi hər hansı səbəbdən mümkün olsa belə işə mahiyyəti üzrə baxıb iddianı rədd etməsi isə tam qanunsuz, əsassız və ədalətsizdir. Belə ki, iş materiallarında olan qəbzdən də göründüyü kimi cavabdehin borca götürdüyü pulu etiraf etməsi öz imzası ilə təsdiq olunur. Cavabdehin iddianı etiraf etdiyi halda iddianın rədd edilməsi tamamilə qanunsuz, əsassız və qərəzdən başqa bir şey deyil. Məhkəmə barışıq sazişini təsdiq etməkdən imtina etsə də, bununla bağlı əsaslandırılmış qərardadı ona verməmişdir. Ən azından həmin qərardad ona verilməli və şikayət müddəti gözlənildikdən sonra qətnamə qəbul edilməli idi. Hazırda vermiş olduğu pulu tələb edir. Belə ki, cavabdehlər məhkəmə gedişatında da onu aldatmışdır. Bütün bunlar cavabdehin oğlu Rəhimə olan etibarından irəli gəlmişdir. 2018-ci ilin dekabr ayında cavabdeh tərəf ev almaq istədiyni bildirmiş və ondan 46000 manat borc istəmişdir. O da inanaraq 45500 manat məbləğində borc pul verimişdir. Həmin vaxt cavabdeh 45500 manat almağına və həmin pulu təxminən 15 aya qaytaracağına dair öz əlyazması ilə qəbz də vermişdir. Lakin cavabdeh söz verdiyi vədə əməl etməyərək, nə borcu qaytarır, nə də evi onun adına keçirrir. İddiaçı sonda apellyasiya şikayətinin təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və idda tələbinin təmin olunmasını məhkəmə kollgiyasından xahiş etmişdir. İddiaçı məhkəmənin 16.08.2021-ci il tarixli iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq Ağdaş Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini, cavabdehdən borcun tutularaq ona verilməsi hissəsində təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının 27.07.2021-ci il tarixli iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 izahat verərək bildirmişdir ki, məhkəmə qətnaməsinə əsasən onun mübahisəli yaşayış evindən istifadə hüquqları tanınmışdır. Lakin iş üzrə cavabdehlər müxtəlif vasitələrlə onun həmin evdə yaşamağına maneəçilik törətməyə çalışırlar. İddiaçı cavabdehlərlə əlbirdir. Belə ki, iddiaçı ondan polis orqanına da şikayət etmiş, hətta həmin vaxt cavabdehlərin nümayəndəsi (vəkili) olmuşdur. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, bu iddiaçı ilə cavabdehin əlbir olaraq növbəti oyunudur. Belə ki, cavabdeh tərəf onun qızı Pərvanəyə mübahisəli evdə yaşamağa imkan vermir, hər cür cəhdlə evdən çıxarmaq istəyirlər. Hazırki iddia da cavabdehlərin və onlarla əlbir olmuş İddiaçı uydurmasından, yalanından başqa bir şey deyildir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq Cavabdeh Əhmədiyyə qızı məhkəmə icalsına gəlməmiş, gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Cavabdehlər rəsmi poçt vasitəsilə yanaşı, müvafiq olaraq 055 416 50 16, 050 395-81-84 mobil telefon nömrələrinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) (Cavabdeh tərəf həmçinin məhkəmə iclas katibi vasitəsilə də məlumatlandrılmış, özü və oğlu Rəhim Rəhimov iddiaçıdan pul aldıqlarını, qaytara bilmədiklərini, evə yönəldilməsinə etirazlarının olmadığını bildirmişdir). Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir Hüquqi məsələlər : Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işdə iştirak etmiş şəxslərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(014)-648/2021 nömrəli qətnaməsi qismən ləğv edilərək, ləğv edilmiş hissə üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; İş materialların 6-cı səhifəsində (həmçinin 31 və 50–ci səhifələr) olan əlyazma qəbzin məzmunundan görünür ki, Cavabdeh Əhmədiyyə qızı həqiqətən də İddiaçı 45.500 manat məbləğində borc pul aldığını, həmin məbləği 15 aya qaytaracağını öz öhdəsinə götürmüşdür. Həmin məbləği 2020-ci ilin mart ayına qədər qaytarmayacağı təqdirdə mülkiyyətində olan mənzilin İddiaçı mülkiyyətinə keçirməyi söz vermişdir. Qəbz Cavabdeh, R.Rəhimov və Ü.Rəhimova tərəfindən imzalanmışdır. Ağdaş Rayon Məhkəməsi tərəfindən verilmiş 06 yanvar 2011-ci il tarixli 2(014)10C/2011 saylı qətnaməsinin surətindən məlum olur ki, iddia təmin edilmiş, iddiaçı X1 mübahisəli yaşayış evindən istifadə hüquqıarı tanınmaqla cavabdeh X8 ilə birgə nikahlarından 20 fevral 2003-cü il tarixdə anadan olmuş Elmira adlı, 05 noyabr 2004-cü il tarixdə anadan olmuş Nərgiz adlı uşaqları ilə birlikdə həmin evə köçürülməsi, ünvan 2 ünvanda yerləşən yaşayış evi, köməkçi və kommunal sahələri ümumi istifadədə olmaqla iddiaçı X1 mübahisəli yaşayış evindən cavabdehlərlə bərabər hüquqda istifadə edilməsinin müəyyən edilməsi qət edilmişdir. Cavabdeh tərəfindən verilmiş 10.02.2021-ci il tarixli ərizədən məlum olur ki, İddiaçı ona qarşı 2(014)-648/2021 saylı mülki iş üzrə iddiaçı ilə barışığa gəlmiş və bu barədə 09.10.2020-ci ildə barışıq sazişi bağlamışlar. Həmin barışıq sazişini təsdiq olunmasını məhkəmədən xahiş etmişdir. Barışıq sazişinin təsdiq olunmasını hüquqi nəticələrini bilir, bu səbəbdən barışıq sazişini təsdiq olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən verilmiş 10.02.2021-ci il tarixli ərizədən məlum olur ki, o Cavabdeh Əhmədiyyə qızına qarşı 2(014)-648/2021 saylı mülki iş üzrə cavabdehlə barışığa gəlmiş və bu barədə 09.10.2020-ci ildə barışıq sazişi bağlamışlar. Həmin barışıq sazişinin təsdiq olunmasını məhkəmədən xahiş etmişdir. 28 iyun 2019-cu il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan məlum olur ki, ünvan 3 ünvanında pasport qeydiyyatında olan Bakı şəhəri Nərimanov rayon P/Yua 38/10, mən 108c-də yaşayan Cavabdeh Əhmədiyyə qızının Ağdaş RPŞ-nə etdiyi müraciəti əsasında toplanmış 18.06.2019-cu il tarixli HK-1/572 nörəli materialda cinayət hadisəsi olmadığından cinayət işinin başılanmasının rədd edilməsi qərara alınmışdır. X2 tərəfindən verilmiş 24 avqust 2020-ci il tarixli 3-cü şəxs qismində cəlb olunma barədə ərizədən məlum olur ki, Ağdaş rayon Məhkəməsinin 06.01.2011-ci il tarixli qətnaməsinə əsasən onun mübahisəli yaşayış evindən istifadə hüquqları tanınmaqla cavabdeh X8 ilə birgə nikahlarından anadan olmuş 20.02.2003- cü il tarixdə anadan olmuş Elmira, 05.11.2004-cü il tarixdə anadan olmuş Nərgiz adlı uşalqarı ilə birlikdə Ağdaş şəhəri, S.Səlimoğlu küçəsi, 79 saylı evə(hazırda 81 saylı) köçürülməyi, həmin evdən, evin köməkçi və kommunal sahələri ümumi istifadədə olmaqla cavabadehlər X8 və Cavabdeh Əhmədiyyə qızı ilə bərabər hüquqda istifadə etməyi müəyyən edilmişdir.Qətnamə qanuni qüvvəyə minib icra olunduqdan sonra həmin evdə yaşayır. Lakin cavabdehlər müxtəlif vasitələrlə onun həmin evdə yaşamağına maneəçilik törətməyə çalışırlar. Hazırki iddia da cavabdehlərin və onlarla əlbir olmuş İddiaçı uydurmasından, yalanından başqa bir şey deyildir. 21.10.2020-ci il tarixli Cavabdeh Əhmədiyyə qızı tərəfindən verilmiş ərizədən məlum olur ki, onlar iddiaçı ilə aralarında razılığa gələrək ondan daha bir ay möhlət almışdır və bir ay müddətində borcu qaytarmayacağı təqdirdə mülkiyyətində olan mənzili onun adına sənədləşdirməyə söz vermişdir. Belə ki, hazırda həmin vəsait hesabına aldığı mənzili sənədləşdirmək və girov qoyaraq götürmək üçün 15-20 gün vaxt lazımdır. İddiaçı isə pulunu tələb edərək mənzilinin 45500 manata satıla bilməyəcəyini və pulunun ona ödənməsini istədiyindən 1 ay möhlət verəcəyinə söz verərək aşağıdakı şərtlərlə notarial təsdiqli saziş bağlanmışdır.1. O, Cavabdeh Əhmədiyyə qızı İddiaçı olan borcundan imtina etdiyi təqdirdə mülkiyyətində olan ƏMDK DƏDRX hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MA seriyalı 0271354-nömrəli çıxarışa əsasən Ağdaş şəhəri, S.Səlimoğlu küçəsi 81-dıə 0.06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı mumi sahəsi 88.47 kv.m olan mənzili onun adına sənədləşdirməyi vfə mənzili boşaldaraq ona təhvil verməyi və qeydiyyatdan çıxarmağı öz öhdəsinə götürmüşdür. 2. Pənahov X4 Elmira Əhmədiyyə qızının borclu olduğu məbləği mülkiyyətində olan ƏMDK DƏDRX hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MA seriyalı ******* nömrəli çıxarışa əsasən Ağdaş şəhəri, S.Səlimoğlu küçəsi 81-də 0.06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı ümumi sahəsi 88.47 kv.m olan mənzili adıma sənədləşdirməyi və mənzili boşaldaraq ona təhvil vermək və qeydiyyatdan çıxmaq öhdəliyi ötürəcəyi təqdirdə həmin borcdan və vurulmuş zərər tələbindən imtina etməyi öz öhdəsinə götürmüşdür.3. İddiaçı sazişin 1-ci bəndində Cavabdeh Əhmədiyyə qızının öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirdiyi təqdirdə ona qarşı hər hansı iddia tələbi irəli sürməyəcəkdir.4. Cavabdeh Əhmədiyyə qızı sazişin 2-ci bəndində İddiaçı öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirdiyi təqdirdə ona qarşı hər hansı iddia tələbi irəli sürməyəcəkdir. Bütün bunları və 09.10.2020-ci il tarixli sazişin müddəalarına nəzərə alaraq yuxarıdakı məzmunda barışıq sazişinin təsdiqlənməsini xahiş etmişdir Birinci instansiya məhkəməsinin icraatı zamanı izahat vermiş cavabdehin nümayəndəsi (oğlu) X8 bildirmişdir ki, “2018-ci ilin dekabr ayında ev almaq üçün anası iddiaçıdan 46000 manat pul istəmişdir. İddiaçı anasına 45000 manat məbləğində borc pul vermişdir. Həmin vaxt anası borcu 2020-ci ilin mart ayında ödəməyəcəyi təqdirdə Ağdaş şəhərində yerləşən evi iddiaçının mülkiyyətinə keçirməyə dair qəbz yazaraq mənzilin çıxarışını, vəsiqəsinin surətini və qəbzi iddiaçıya vermişdir. Lakin maddi imkanları olmadığından anası söz verdiyi vədə əməl edə bilməmiş, nə də evi iddiaçının adına keçirə bilməmişdir. Hal-hazırda borcu ödəməyə maddi imkanları yoxdur. Ona görə də barışıq sazişini təsdiq etməyi xahiş etmişdir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. - 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 739.1.-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (MM-in 740-cı maddəsi). Mülki Məcəllənin 882.1-ci və 882.2-ci maddələrinə görə, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh Əhmədiyyə qızının hərəkətləri iddiaçı qarşısında öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh üzərinə öhdəlik götürsə də, buna əməl etməmiş və belə olan halda öhdəliyin icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 442-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsaslı olmaqla birinci instansiya məhkəməsinin ləğv edilməsi və iddianın qismən təmin edilməısi üçün əsaslıdır. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakı qaydada hüquqi dəyərləndirmə aparır.
1. Belə ki, mülki işin 6-cı səhifəsində (həmçinin 31 və 50–ci səhifələrində olan) olan “qəbzlərin” məzmunundan görünür ki, Cavabdeh Əhmədiyyə qızı həqiqətən də İddiaçı 45.500 manat məbləğində borc pul aldığını, həmin məbləği 15 aya qaytaracağını, həmin məbləği 2020-ci ilin mart ayına qədər qaytarmayacağı təqdirdə mülkiyyətində olan mənzilin İddiaçı mülkiyyətinə keçirməyi söz vermişdir. Qəbz Cavabdeh, R.Rəhimov və Ü.Rəhimova tərəfindən imzalanmışdır
2. Bundan əlavə işdə olan və notarial qaydada təsdiq olunmuş “Barışıq sazişinin“ məzmunundan görünür ki, Cavabdeh İddiaçı ona qarşı tələbi ilə bağlı barışığa gəlmiş və sazişlə də borcunun olduğunu etiraf etmişdir. Göründüyü kimi cavabdeh həm “qəbzdəki”, həm də notarial qaydada rəsmiləşdirilmiş sazişdəki şərtlərlə razılaşaraq bu sənədləri imzalamış və sonradan da mübahisələndirməmişdir. Əksinə məhkəmə araşdırmaları zamanı borcunun olduğunu etiraf etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı məhkəmədə izahat vermiş cavabdehin nümayəndəsi Rəhim Rəhimov da eynilə əlyazma qəbzlərin məzmununa uyğun izahat vermişdir.
3. Kollegiya qeyd edir ki, bu münasibətlər üzrə kimin haqlı yaxud haqsız olmasını araşdırmaq hazırki iddianın predmeti deyildir. Predmet yalnız tərəflərin iradə ifadələrinə uyğun aralarında razılaşdırılmış şərtlərlə imzalanmış qəbz və sazişdəki pulun qaytarılması tələbidir.
4. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə tərəflər, həmçinin digər şəxslər öz aralarında müxtəlif xarakterli mülki hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri rəsmiləşdirmək üçün ya müqavilə, ya da sadə formalı qəbzə imza etməklə iradə ifadələrini təsdiq edirlər. Bu kimi müqavilələri və ya qəbzləri imzalayan zaman isə könülülü olaraq müqavilənin (qəbzin) şərtləri ilə tanış olduqdan sonra imza edirlər. Lakin, sonradan aralarında yenə də hər hansı bir səbəbdən, məsələn uğursuz biznes və ticarət əməliyyatları nəticəsində maliyyə vəziyyətlərinin pisləşməsi ilə əlaqədar bir-birinə qarşı iddia ilə məhkəməyə müraciət edirlər. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə də məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də tərəflərin əvvəlki münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir.
5. Məhkəmə kollegiyası iddia tələbinin, həmçinin apellyasiya şikayətinin digər dəlili, yəni tələbin cavabdehin mülkiyyətində olan Ağdaş şəhəri, S.Səlimbəyli küçəsi 81-də yerləşən torpaq sahəsinə və fərdi yaşayış evinə yönəldilməsi hissəsi ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir. Belə ki, işin faktiki halından müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış borc məbləğinin təminatı kimi sözügedən əmlak ipotekaya qoyulmamış, bununla bağlı tərəflər arasında əvvəlcədən notarial qaydada razılaşma (ipoteka müqaviləsi) olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 307.7. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. İpoteka haqqında AR Qanunun 10.2-ci maddəsinin tələbinə görə ipoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir.
6. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya iş üzrə tərəflər arasında rəsmiləşdirilmiş barışıq sazişinin şərtlərinə də tənqidi yanaşaraq bildirir ki, düzdür, Mülki Prosessual Məcəlləsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Lakin qanunvericiliyin tələbinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır (AR MPM 52.3; 52.4 ;52.5). Məhz bu kontekstdən yanaşdıqda, kollegiya qeyd edir ki, barışıq sazişi qanuna zidd olmaqla yanaşı, üçüncü şəxsin hüquqlarına da toxunur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında borcun etirafı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz öhdəlik hüququ çərçivəsində dəyərləndirilməlidir. Çünki, cavabdeh 45500 manat məbləğində borclandığını etiraf etmiş, həmin pulu 2020-ci ilin mart ayınadək qaytarmağı öhdəsinə götürmüş, lakin göstərilən tarixədək bu öhdəliyini yerinə yetirməmişdir. Göründüyü kimi, həm qəbzdə, həm də sazişdə mövcud borcunu etiraf etməsi, iddiaçını cavabdehlə aralarında etibarlı hüquq münasibətinin və sonuncudan qeyd edilən məbləğdə alacağının olmasını sübut etmək yükündən azad edir. Kollegiya bu qənaətə gələrkən onu da nəzərə alır ki, qanunvericilikdə dəlillərin qiymətləndirilməsi prosesində ayrı-ayrı sübutların həqiqiliyinə inamı artıran qaydalar nəzərdə tutmuşdur. Bu qaydalardan biri də notariat orqanında təsdiq olunmuş sənədlərin mötəbər sübut kimi qəbul edilməsidir. Sübut növü olan hər hansı sənədin, o cümlədən müqavilənin yazılı şəkildə notariat qaydada təsdiq olunması müqavilənin dərk edilmədən, yaxud iradə xaricində bağlanmasının qarşısını almaqla, əqdin etibarlılığına təminatı daha da artırır. Bu səbəbdən də, əksi sübut edilmədikcə, notarial qaydada təsdiq edilmiş sənədin (o cümlədən müqavilənin) həqiqiliyi prezumpsiyası qəbul edilməlidir. Məhkəmə kollegiyası, cavabdehin borcun etirafına həm də bu aspektdən yanaşaraq nəzərə alır ki, tərəflər həmin əqdi (sazişi) notariusun yanında imzalamaqla öz iradələrini ifadə etmişlər. Bu zaman cavabdehin iradəsinin qanunsuz hərəkətlərlə (aldatma, hədəqorxu gəlmə və s.) zədələnməsi halına dair hər hansı sübut isə təqdim edilməmişdir. Kollegiya bu qənaətə gələrkən həmçinin nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu 18 mart 2019-cu il tarixində “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” qərar qəbul etmişdir. Qərarda məhkəmənin işə hansı çərçivədə baxması, ələxüsus işə baxılarkən məhkəmə tərəfindən obyektiv, yoxsa formal həqiqətin müəyyən edilməli olduğu məsələsinə aydınlıq gətirilmişdir. Konstitusiya Məhkəməsi öz qərarında göstərmişdir ki, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən, ədalət mühakiməsi zamanı, çəkişmə prinsipi ilə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsində göstərilən məhkəmə tərəfindən həqiqətin müəyyən edilməsi prinsipi qarşılıqlı tətbiq edilməlidir. Qərara əsasən, hakimlər məhkəmə mübahisələrinə baxarkən çəkişmə prinsipini təmin etməli, yalnız tərəflərin topladığı sübutlar və faktiki hallar çərçivəsində işə baxmalı və həmin sübutlara müvafiq olaraq nəticəyə gəlməlidir. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi qismən, yəni həmin cavabdehin 45500 manat məbləğində borcu olması hissəsində təmin edilməlidir. Hazırki mübahisənin həlli ilə əlaqədar məhkəmə kollegiyası iddia tələbinin cavabdeh tərəfindən hansı səviyyədə mübahisələndirilməsinə də xüsusi diqqət yetirmişdir. Araşdırma zamanı müəyyən edildi ki, cavabdeh tərəf ümumiyyətlə tələbi mübhisələndirməmiş, məhkəmə icraatı zamanı, o cümlədən məhkəmədən kənar qaydada iddianl etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 384.0.2-ci maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarıldığından, məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmədiyindən apellyasiya şikayəti qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(014)-648/2021 nömrəli qətnaməsi qismən, “iddianın təmin olunmayan 45500 manat pulun Cavabdeh Əhmədiyyə qızından alınaraq İddiaçı verilməsi” hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia bu hissədə təmin edilməlidir. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(014)-648/2021 nömrəli qətnaməsi qismən- “iddianın təmin olunmayan 45500 manat hissəsində” ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. Cavabdeh Əhmədiyyə qızından 45500 (qırx beş min beş yüz) manat pul alınaraq İddiaçı verilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ayaz Mahmudov