Məhkəmə qərarları › İş №2(107)-1388/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1388/2021

05.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1388/2021 05.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiаçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cаvаbdеhlər Cavabdeh5, X6, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qаrşı «borc» tələbinə dair iddia üzrə mülki iş üzrə (Açar sözlər: iddia- kredit borcunun qaytarılması, ödənilməmiş borcun ödənilməsi, zaminliyə xitam) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 iştirakları ilə, Ağdaş Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2(014)-29/2020 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiаçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cаvаbdеhlər Cavabdeh5, X6, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qаrşı «borc» tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 12.06.2015-ci il tarixli 111. LN.2102.120615.00005 saylı kredit müqaviləsi üzrə 2808.45 manat əsas, 74.24 manat faiz olmaqla, cəmi 2882.69 manat borcun Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 16 may 2014-cü il tarixli 111.LN.2102.160514.00002 saylı kredit müqaviləsi üzrə 5278.02 manat əsas, 441.27 mannat faiz və 984.96 manat cərimə olmaqla, cəmi 6704.25 manat borcun və ödənilmiş 30.40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahis etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 12.06.2015-ci il tarixli 111.LN.2102.120615.00005 saylı kredit müqaviləsi əsasən İddiaçı ASC tərəfindən Cavabdeh5 illik 28 faizlə 24 ay müddətinə 3000 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, X6 və Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdeh müqavilə şərtlərinə əməl etməmişlər, müqavilənin şərtlərini pozmuş, borc öhdəliyini vaxtında və lazımınca icra etməmişdir. 16 may 2014-cü il tarixli 111.LN.2102.116054.00002 saylı kredit müqaviləsinə əsasən Cavabdeh5 İddiaçı ASC tərəfindən illik 24 faizlə 24 ay müddətinə 11000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh3 və Cavabdeh4 ilə zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini vaxtında və lazımınca icra etməmişdir. 02 avqust 2016-cı il tarixə Cavabdeh5 banka 12 iiyuun 2015-ci il tarixli 111.LN.2102.120615.00005 saylı kredit müqaviləsi üzrə 2808.45 manat əsas, 74.24 manat faiz olmaqla, cəmi 2882.69 manat, 12 iyul 2016-cı il tarixə Cavabdeh5 banka 16 may 2014-cü il tarixli 111.LN.2102.160514.000002 saylı kredit müqaviləsi üzrə 5278.02 manat əsas, 441.27 manat faiz və 984.96 manat cərimə olmaqla, cəmi 6704.25 manat borcu vardır. İddia ərizəsinə əlavə edilmiş 29 sentyabr 2015-ci il tarixli ölüm haqqında şəhadətnamədən göründüyü kimi Cavabdeh5 14 sentyabr 2015-ci il tarixində ölmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin vərəsəlik işlərinin açılıb-açılmaması barədə məlumatın verilməsinə dair elektron xidmətinin məlumatına əsasən Cavabdeh5 varisi aşkar edilməmişdir. Ona görədə 12 iyun 2015-ci il tarixli 111.LN.2102.120615.00005 saylı kredit müqaviləsi üzrə borc zamin X7 oğlundan Cavabdeh2, 16 may 2014-cü il tarixli 111.LN.2102.160514.00002 saylı kredit müqaviləsi üzrə borc zamin Cavabdeh3 Ağahüseyin oğlundan və Cavabdeh4 tutulmalıdır. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, X6, Cavabdeh2 Sabir oğlu, Cavabdeh3 və Cavabdeh4 ödənişlər üzrə gecikdirmələri aradan qaldırmamış və borcu ödəməkdən boyun qaçırmışdır. Birinci instansiya məhkəməsində icraat Ağdaş Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2(014)-29/2020 saylı qətnaməsi ilə (hakim N. Əliyev) iddia qismən təmin edilmiş, 12.06.2015-ci il tarixli 111.LN.2102.120615.00005 saylı kredit müqaviləsi üzrə 2808.45 manat əsas, 74.24 manat faiz olmaqla, cəmi 2882.69 manat məbləğində borcun, xx.xx.1966-cı il tarixdə Ağdaş rayon Qəsil kəndində anadan olmuş, Ağdaş rayon, Aşağı Qəsil kəndində yaşayan X4 və xx.xx.1976-cı il tarixdə Qəbələ rayon, Kürd kəndində anadan olmuş, Ağdaş rayon, Aşağı Qəsil kəndində yaşayan Cavabdeh2, 16 may 2014-cü il tarixli 111.LN.2102.160514.00002 saylı kredit müqaviləsi üzrə 5278.02 manat əsas, 441.27 mannat faiz və 50 manat cərimə olmaqla, cəmi 5769.29 manat məbləğində borc və ödənilmiş 30.40 mаnаt məbləğində dövlət rüsumu xx.xx.1961-ci il tarixdə Ağdaş rayon Aşağı Qəsil kəndində anadan olmuş, Ağdaş rayon, Aşağı Qəsil kəndində yaşayan Cavabdeh3 və xx.xx.1968-ci il tarixdə Ağdaş rayon, Aşağı Qəsil kəndində anadan olmuş, Ağdaş rayon, Aşağı Qəsil kəndində yaşayan Cavabdeh4 müştərək qaydada alınaraq Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ASC tərəfindən verilmiş 16 may 2014-cü il tarixli 111.LN.2102.160514.00002 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh5 ilə İddiaçı ASC arasında kredit müqaviləsi bağlanmışdır. İddiaçı ASC tərəfindən verilmiş 16 may 2014-cü il tarixli 111.LN.2102.160514.00002 saylı kredit müqaviləsinə 1 saylı əlavənin ödəniş qrafikindən məlum olur ki, Cavabdeh5 hər ay 646.63 manat olmaqla 24 faizlə 24 ay müddətinə 11000 manat məbləğində kredit verilmişdir. Cavabdeh5 14.09.2015-ci il tarixdə vəfat etmişdir. İddiaçı ASC tərəfindən verilmiş 16.05.2014-cü il tarixli 111.LN.2102.160514.00002/b saylı və 111.LN.2102.160514.00002/c, zaminlik müqavilələrindən məlum olur ki, Cavabdeh3 və Cavabdeh4 ilə İddiaçı ASC arasında zaminlik müqaviləsi bağlanmışdır İddiaçı ASC tərəfindən 02.08.2016-cı il tarixli 19/7427 saylı və 19/7428 saylı xəbərdarlıq məktublarından məlum olur ki, kredit borcunu 5 gün müddətində ödənmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İddiaçı ASC Ağdaş filialı tərəfindən verilmiş 02.08.2016-cı il tarixli 111.LN.2102.160514.00005 saylı Maliyyə arayışından məlum olur ki, Kredit müqaviləsinə əsasən 12.06.2015-ci il tarixdən 02.08.2016-cı il tarixədək Banka əsas məbləğ üzrə borc 2808.45 manat əsas, 74.24 manat faiz olmaqla, cəmi 2882.69 manat müəyyən olunur. İddiaçı ASC tərəfindən verilmiş 12 iyun 2015-ci il tarixli 111.LN.2102.120615.00005 saylı kredit müqaviləsinə əsasən Cavabdeh5 ilə İddiaçı ASC arasında kredit müqaviləsi bağlanmışdır. İddiaçı ASC tərəfindən verilmiş 12 iyun 2015-ci il tarixli 111.LN.2102.120615.00005 saylı kredit müqaviləsinə 1 saylı əlavənin ödəniş qrafikindən məlum olur ki, Cavabdeh5 hər ay 164.67 manat olmaqla 28 faizlə 24 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC Ağdaş filialı tərəfindən verilmiş 16.05.2014- cü il tarixli 111.LN.2102.160514.00002 saylı Maliyyə arayışından məlum olur ki, Kredit müqaviləsinə əsasən 16.05.2014-cü il tarixdən 12.07.2016-cı il tarixədək Banka əsas məbləğ üzrə borc 5278.02 manat əsas, 441.27 manat faiz və 984.96 manat cərimə olmaqla, cəmi 6704.25 manat müəyyən olunur. İddiaçı ASC tərəfindən verilmiş 12 iyun 2015-ci il tarixli 111.CL. 120615.00005/c saylı və 111.LN.120615.00005/b, zaminlik müqavilələrindən məlum olur ki, Cavabdeh2 və Cavabdeh1 ilə İddiaçı ASC arasında zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı ASC tərəfindən 16.08.2017-ci il tarixli 19/9536 saylı xəbərdarlıq məktublarından məlum olur ki, kredit borcunu 5 gün müddətində ödənmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; 12.06.2015-ci il tarixli 111.LN.2102.120615.00005 saylı kredit müqaviləsi əsasən İddiaçı ASC tərəfindən Cavabdeh5 illik 28 faizlə 24 ay müddətinə 3000 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, X6 və Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdeh müqavilə şərtlərinə əməl etməmişlər, müqavilənin şərtlərini pozmuş, borc öhdəliyini vaxtında və lazımınca icra etməmişdir. 16 may 2014-cü il tarixli 111.LN.2102.116054.00002 saylı kredit müqaviləsinə əsasən Cavabdeh5 İddiaçı ASC tərəfindən illik 24 faizlə 24 ay müddətinə 11000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh3 və Cavabdeh4 ilə zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini vaxtında və lazımınca icra etməmişdir. 02 avqust 2016-cı il tarixə Cavabdeh5 banka 12 iiyuun 2015-ci il tarixli 111.LN.2102.120615.00005 saylı kredit müqaviləsi üzrə 2808.45 manat əsas, 74.24 manat faiz olmaqla, cəmi 2882.69 manat, 12 iyul 2016-cı il tarixə Cavabdeh5 banka 16 may 2014-cü il tarixli 111.LN.2102.160514.000002 saylı kredit müqaviləsi üzrə 5278.02 manat əsas, 441.27 manat faiz və 984.96 manat cərimə olmaqla, cəmi 6704.25 manat borcu vardır. Хəbərdаrlıq və bildiriş məktublаrındаn görünür ki, İddiaçı ASC prеtеnziyа qаydаsınа riаyət еdərək, cаvаbdеhlər X6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 bоrcu ödəmələrini tələb еtmiş, əks təqdirdə məhkəməyə mürаciət оlunаcаğı bаrədə оnları хəbərdаr еtmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci, 385.1-ci, 386.1-ci, 442-ci, 443-cü, 445.1-ci, 445.2.1-ci, 448.1-ci, 448.2-ci, 449.1-ci, 460.1-ci, 465.2-ci, 467-ci, 470.1-ci, 472.1-ci, 472.2-ci, 739.1-ci, 739.2-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, cavabdeh Nizami Vəli oğlu və İddiaçı ASC arasında imzalanmış ASC .LN.2102.116054.00002 saylı kredit müqaviləsinə əsasən Cavabdeh5 İddiaçı ASC qarşısındakı yaranmış borc onun ölümü ilə əlaqədar olduğundan bu halı borclu tərəfindən öhdəliyin icra edilməməsi kimi qiymətləndirmək müqavilə şərtlərinə uyğun deyil. Apelyatorla İddiaçı ASC arasında imzalanmış 111.LN. 2105.160514.0002/b saylı Zaminlik müqaviləsi şərtlə bağlanmış olduğundan öz-özlüyündə öhdəlik yaratmır. Bu Müqavilə üzrə öhdəliyin yaranması üçün borclunun öz öhdəliyini icra etməməsi və ya lazımi qaydada icra etməməsi şərti baş verməli idi. Ancaq borcalan ölənə kimi kredit dövrünə münasibətdə öhdəliyi lazımi qaydada icra etmişdir. Bunun sübutu kimi Cavabdeh5 və İddiaçı ASC arasında imzalanmış 12 iyun 2015-ci il tarixli 111.LN.2102.120615.00005 saylı 2-ci Kredit müqaviləsini göstərmək olar. Əgər borclu əvvəlki müqavilə ilə icra etmirdisə nə üçün ona təkrarən borc verilmişdir. Bu səbəbdən də borclunun ölümü öhdəliyi icra etməməsi və lazımi qaydada icra etməməsi kimi qiymətləndirilə və öhdəliyin icrasının zaminlik müqaviləsi əsasında, onun tərəfindən təmin edilməsinə səbəb ola bilməz. Yəni, zaminin kredit verən qarşısında məsuliyyəti yaranmamışdır. 16 may 2014-cü ildə Cavabdeh5 və arasında imzalanmış 111 .LN.2102.116054.00002 saylı Kredi müqaviləsinin təminatı olaraq tərəflər arasında 111.CL.16014.0000/2a saylı Gırov müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən borc alana məxsus 13900 (on üç mir doqquz yüz) manat dəyərində ev əşyaları, avadanlıq və dövriyyə malları İddiaçı ASC- yə girov qoyulmuşdur. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Borclu Cavabdeh5 tərəfindən İddiaçı ASCyə girov qoyulmuş əmlakı öz hesabina keçirmək üçün heç bir cəhd etmədən və girov qoyulmuş əşyalara hər hansı münasibət bildirilmədən zaminlərdən borcun tutulmasını tələbi ilə məhkəməyə müraciət etmiş və Ağdaş Rayon Məhkəməsi 2(014) - 29/2020 nömrəli mülki iş üzrə barəsində şikayət verilən 23 noyabr 2020-ci il tarixdə qəbul etdiyi qətnamədə bu halları araşdırmadan və onlara hüququ qiymət vermədən, Girov haqqında Azərbaycan Respublikasının Qanununa əsasən tələbin girov əmlaka yönəlməsi əvəzinə borcun zaminlərdən tutulması qənaətinə gəlmişdir. Odur ki, o, 12 iyun 2015-ci il tarixli 111.LN.2102.120615.00005 saylı kredit müqaviləsi üzrə 2808.45 manat əsas, 74.24 manat faiz olmaqla cəmi 2882.69 manat məbləğində borcun, xx.xx.1966-ci il tarixdə Ağdaş rayon Qəsil kəndində anadan olmuş, Ağdaş rayon, Aşağı Qəsil kəndində yaşayan X4 və xx xxxx 1976-cı il tarixdə Qəbələ rayon, Kürd kəndində anadan olmuş, Ağdaş rayon, Aşağı Qəsil kəndində yaşayan Cavabdeh2, 16 may 2014-cü il tarixli 111.LN.2102.160514.00002 saylı kredit müqaviləsi üzrə 5278.29 manat məbləğində borc və ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumu xx.xx.1961 -cı il tarixdə Ağdaş rayon Aşağı Qəsil kəndində anadan olmı Ağdaş rayon, Aşağı Qəsil kəndində yaşayan X1 xx.xx.1968-ci il tarixdə Ağdaş rayon, Aşağı Qəsil kəndində anadan olmuş, Ağdaş rayc Aşağı Qəsil kəndində yaşayan Cavabdeh4 müştərək qaydada alınaraq, Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisinə ödənilməsi barədə 2(014) 29/2020 nömrəli 23 noyabr 2020 - ci il tarixli qətnaməsinin ləğv edilməsini; 2(014) - 29/2020 nömrəli mülki iş üzrə yeni Qətnamə qəbul edilərək Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondum 12.06.2015-ci il tarixli 111 .LN.2102.120615.00005 saylı kredit müqaviləsi üzi 2808 45 manat əsas, 74.24 manat faiz olmaqla cəmi 2882.69 manat məbləğində borcuı xx.xx.1966-cı il tarixdə Ağdaş rayon Qəsil kəndində anadan olmuş, Ağdaş rayon, Aşaj Qəsil kəndində yaşayan X4 və xx.xx.1976-cı il tarixc Qəbələ rayon, Kürd kəndində anadan olmuş. Ağdaş rayon, Aşağı Qəsil kəndində yaşaya Cavabdeh2, 16 may 2014-cii il tarixli 11 l.LN.2102.160514.0000 saylı kredit müqaviləsi üzrə 5278.02 manat əsas, 441.27 mannat faiz və 50 manat cərimə olmaqla, cəmi 5769.29 manat məbləğində borc və ödənilmiş 30.40 manat məbləğind dövlət rüsumu xx.xx.1961 -ci il tarixdə Ağdaş rayon Aşağı Qəsil kəndində anadan olmuş Ağdaş rayon, Aşağı Qəsil kəndində yaşayan X1 və xx.xx.1968- ci il tarixdə Ağdaş rayon, Aşağı Qəsil kəndində anadan olmuş, Ağdaş rayon Aşağı Qəsil kəndində yaşayan Cavabdeh4 müştərək qaydada tutulmas barədə iddia tələbinin rədd edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəmə kollegiyasına apellyasiya şikayəti ilə bağlı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin təmin edilməsini, Ağdaş Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2(014)-29/2020 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiаçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi və cavabdeh X6 məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdirlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası MM-nin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditorun qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 367.2-ci maddəsinə görə əqdlə müəyyənləşdirilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir, Ağdaş Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2(014)-29/2020 saylı qətnaməsinin tamamilə ləğv edilməsini xahiş edir. Kollegiya bununla bağlı qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin cavabdehlərdən yalnız X2 apelyasiya şikayəti üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi zamin X3 münasibətdə iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2(014)-29/2020 saylı qətnaməsi cavabdeh X3 münasibətdə ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia ərizəsi cavabdeh X3 münasibətdə rədd edilməlidir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı ASC tərəfindən verilmiş 16 may 2014-cü il tarixli 111.LN.2102.160514.00002 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh5 ilə İddiaçı ASC arasında kredit müqaviləsi bağlanmışdır. İddiaçı ASC tərəfindən verilmiş 16 may 2014-cü il tarixli 111.LN.2102.160514.00002 saylı kredit müqaviləsinə 1 saylı əlavənin ödəniş qrafikindən məlum olur ki, Cavabdeh5 hər ay 646.63 manat olmaqla 24 faizlə 24 ay müddətinə 11000 manat məbləğində kredit verilmişdir. Cavabdeh5 14.09.2015-ci il tarixdə vəfat etmişdir. İddiaçı ASC tərəfindən verilmiş 16.05.2014-cü il tarixli 111.LN.2102.160514.00002/b saylı və 111.LN.2102.160514.00002/c, zaminlik müqavilələrindən məlum olur ki, Cavabdeh3 və Cavabdeh4 ilə İddiaçı ASC arasında zaminlik müqaviləsi bağlanmışdır İddiaçı ASC tərəfindən 02.08.2016-cı il tarixli 19/7427 saylı və 19/7428 saylı xəbərdarlıq məktublarından məlum olur ki, kredit borcunu 5 gün müddətində ödənmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İddiaçı ASC Ağdaş filialı tərəfindən verilmiş 02.08.2016-cı il tarixli 111.LN.2102.160514.00005 saylı Maliyyə arayışından məlum olur ki, Kredit müqaviləsinə əsasən 12.06.2015-ci il tarixdən 02.08.2016-cı il tarixədək Banka əsas məbləğ üzrə borc 2808.45 manat əsas, 74.24 manat faiz olmaqla, cəmi 2882.69 manat müəyyən olunur. İddiaçı ASC tərəfindən verilmiş 12 iyun 2015-ci il tarixli 111.LN.2102.120615.00005 saylı kredit müqaviləsinə əsasən Cavabdeh5 ilə İddiaçı ASC arasında kredit müqaviləsi bağlanmışdır. İddiaçı ASC tərəfindən verilmiş 12 iyun 2015-ci il tarixli 111.LN.2102.120615.00005 saylı kredit müqaviləsinə 1 saylı əlavənin ödəniş qrafikindən məlum olur ki, Cavabdeh5 hər ay 164.67 manat olmaqla 28 faizlə 24 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC Ağdaş filialı tərəfindən verilmiş 16.05.2014- cü il tarixli 111.LN.2102.160514.00002 saylı Maliyyə arayışından məlum olur ki, Kredit müqaviləsinə əsasən 16.05.2014-cü il tarixdən 12.07.2016-cı il tarixədək Banka əsas məbləğ üzrə borc 5278.02 manat əsas, 441.27 manat faiz və 984.96 manat cərimə olmaqla, cəmi 6704.25 manat müəyyən olunur. İddiaçı ASC tərəfindən verilmiş 12 iyun 2015-ci il tarixli 111.CL. 120615.00005/c saylı və 111.LN.120615.00005/b, zaminlik müqavilələrindən məlum olur ki, Cavabdeh2 və Cavabdeh1 ilə İddiaçı ASC arasında zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı ASC tərəfindən 16.08.2017-ci il tarixli 19/9536 saylı xəbərdarlıq məktublarından məlum olur ki, kredit borcunu 5 gün müddətində ödənmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, 16 may 2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtı 16 may 2016-cı il tarixdə başa çatmış, lakin bu tarixdən sonra bir il ərzində, yəni 16 may 2017-ci ilədək kreditor zaminə qarşı iddia irəli sürməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti qismən əsaslıdır. Məhkəmə kollegiyası mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və borclu ilə bank arasında bağlanmış 16 may 2014-cü il tarixli 111.LN.2102.160514.00002 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh5 ilə İddiaçı ASC arasında kredit müqaviləsi bağlanmışdır. Müqavilə üzrə sonuncu ödəniş 16 may 2016-cı il kimi qeyd edilmişdir. 16.05.2014-cü il tarixli 111.LN.2102.160514.00002/b saylı və 111.LN.2102.160514.00002/c, zaminlik müqavilələrindən məlum olur ki, Cavabdeh3 İddiaçı ASC arasında zaminlik müqaviləsi bağlanmışdır. Mülki Məcəllənin 367.2-ci maddəsinə görə əqdlə müəyyənləşdirilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. 16 may 2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtı 16 may 2016-cı il tarixdə başa çatmış, lakin bu tarixdən sonra bir il ərzində yəni, 16 may 2017-ci ilədək kreditor zaminə qarşı iddia irəli sürməmişdir . Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Göstərilənlərə əsasən kollegiya belə qənaətə gəlir ki, zaminliyə xitam verildiyindən iddia tələbi Cavabdeh3 münasibətdə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2(014)- 29/2020 saylı qətnaməsi Cavabdeh3 münasibətdə ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia ərizəsi Cavabdeh3 münasibətdə rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, 402-403 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2(014)-29/2020 saylı qətnaməsi Cavabdeh3 münasibətdə ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi Cavabdeh3 münasibətdə rədd edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar