Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-139/2024 16.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh oğluna qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, X8 qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı “alimentin artırılması” tələbinə dair mülki işi üzrə Mingəçevir Şəhər Məhkəməsinin 11 sentyabr 2023-cü il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı və cavabdehin faktiki nikah münasibətlərindən xx.xx.2011-ci il təvəllüdlü X5 adlı uşaqları doğulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-470/2012 nömrəli, 15 mart 2012-ci il tarixli qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay uşaq üçün 75 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1012/2016 nömrəli, 14 mart 2016-cı il tarixli qətnaməsi ilə Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-470/2012 nömrəli, 15 mart 2012-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq 117 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən tutulan alimentin miqdarının artırılaraq 220 manat müəyyən edilməsi və ödənilmiş 50 manat ilkin mediasiya xərcinin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun cavabdeh ilə birgə nikahlarından 08 may 2011-ci ildə Ömər adlı uşaqları doğulmuşdur. Uşaqları Ömər onun yanında yaşayır. Mingəçevir Şəhər Məhkəməsinin 15 mart 2012-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh Ömər adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 117 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdr. Keçən müddət ərzində cavabdeh 117 manat alimentdən başqa uşağın saxlanılmasına maddi cəhətdən heç bir köməklik etməmişdir. O, valideynlərinin yanında yaşamaqla maddi cəhətdən çətinlik çəkir. Cavabdeh “Azneftmaş”da qaynaqçı işləyirdi. Hal-hazırda Polşada yüksək maaşla qaynaqçı işləyir. Uşaq böyüdükçə onun tələbatları artır. Buna baxmayaraq cavabdeh uşağa lazımi qaydada heç bir köməklik göstərmir. Mingəçevir Şəhər Məhkəməsinin (bundan sonra – Şəhər Məhkəməsi) 2(051)- 1941/2023 nömrəli iş üzrə qəbul etdiyi 11 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ə.Hüseynov) iddia tələbinin qismən təmin edilməsi, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(051)-470/2012 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 08 may 2011-ci il təvəllüdlü X5 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 185 (bir yüz səksən beş) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi, iddianın qalan hissəsinin əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(051)-470/2012 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh Ömər adlı uşağın yetkinlik yaşına çatanadən saxlanılması üçün hər ay 117 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdr. Hal-hazırda iddiaçının ailə və maddi vəziyyətində dəyişiklik olmuşdur və iddiaçının maddi cəhətdən çətinlikləri yaranmışdır. Ona görə də iddiaçı alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsini məhkəmədən xahiş edir. Lakin məhkəmədə iddiaçı cavabdehin qazancının və digər gəlirlərinin 220 manat məbləğində tutulacağı həcmdə olmasını tam sübuta yetirə bilmədi. Odur ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Rayon Məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78.2, 112, “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddələlərinə istinad etməklə əsaslandırmışdır. Cavabdehin nümayəndəsi və vəkili X7 apellyasiya şikayəti verərək həmin qətnamənin tamamilə ləğv edilərək, iddiaçıya ödənilməli olan alimentin cavabdehin yalnız 1407(min dörd yüz yeddi) manat məbləğində əmək haqqısının 1/2 hissəsi miqdarında müəyyən edilməsi və həmin məbləğin tutularaq iddiaçı X1 ödənilməsi, cavabdehin başqa gəlirlərindən alimentin müəyyən edilməsi və tutulmasına dair hissədə isə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasın xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı tərəf özünün maddi vəziyyətinin ağır olması, uşağın saxlanmasında çətinlik çəkməsini, yüksək məbləğdə alimentin təyin edilməsini xahiş etsə də, cavabdehin yüksək gəlirlər əldə etməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Buna baxmayaraq məhkəmə 185 manat aliment təyin edərək yaşayış səviyyəsi ağır olan bir ailəni daha da çətin vəziyyətə salmışdır. Bundan əlavə məhkəmə qətnaməsinə nəzər saldıqda hakim tərəfindən qətnamə tərtib edilərkən yanlışlıqlara yol verildiyi məlum olur. Belə ki, uşağın adı Ömər olduğu halda Gmər kimi, cavabdehin adı Cavabdeh olduğu halda X2 qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəllənin 220.1-ci maddəsinə görə qətnamə anlaşılan ifadələrdən istifadə edilməklə tərtib olunmalıdır. Qeyd edilən maddənin əksinə olaraq qətnamədə kifayət qədər yanlış ifadələr var. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh kimi mənə vaxtında və lazimi qaydada məhkəmə bildirişi göndərilməmiş və yalnız, yaşlı, telefon işlətməyi belə bacarmayan valideynimin telefonuna mesaj göndərildiyindən məhkəmə iclasının vaxtını bilməmiş və bu səbəbdən də, məhkəmə iclasında iştirak edə bilməmişəm. İştirak etməli olduğum halda iddiaçının yalanları ortaya çıxmış olardı və məhkəmə də nəticədə səhv nəticəyə gəlməmiş olardı. Cavabdeh kimi məhkəmə iclasında iştirak etmək və iddiaçının iddiasına qarşı etirazımı, sübutlarımı təqdim etmək hüququm olduğu halda bu hüququmdan istifadə edə bilməmişəm. Məhkəmə tərəflərin ailə və maddi vəziyyətini araşdırmadan və bunu sübut etmədən iddiaçı tərəfin tələbi ilə alimentin məbləğini həddən artıq yüksək məbləğdə təyin etmişdir. Halbuki, hər iki valideyn uşağın saxlanmasında iştirak etməlidir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. İddiaçı apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, lakin iddiaçı qətnaməni apellyasiya qaydasında mübahisələndirməmişdir. Cavabdehin apellyasiya şikayətində Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin tamamilə ləğv edilməsi xahiş olunsa da, apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh qətnamənin iddia tələbinin təmin edilən hissəsini mübahisələndirir. Ona görə də Məhkəmə birinci instansiyası məhkəməsinin aktını yalnız mübahisələndirilən hissədə yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 34. 4. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları” Bəyannaməsi Uşaq, qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi və sosial baxımdan sağlam və normal yolla, azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında Konvensiyası” Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 18. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu. 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, alimentin miqdarının dəyişdirilməsi tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunan maddədən görünür ki, məhkəmə tərəfindən aliment miqdarı müəyyən olunduqdan sonra həmin miqdarın dəyişdirilməsi əsaslarını tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliklərin baş verməsi təşkil edir. İşin faktiki hallarını nəzərə alaraq Məhkəmə hesab edir ki, hazırkı işdə Ailə Məcəlləsinin 112.1-ci maddəsinin dispozitiv şərtləri mövcuddur. Belə ki, Mingəçevir Şəhər Məhkəməsinin 14 mart 2016-cı il tarixli qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra, yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. Göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaiti, yəni alimentin məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Hazırki yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, həmçinin uşağın mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq Məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi və alimentin miqdarının müəyyən edilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Lakin Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən, artırılmış alimentin miqdarını müəyyən edərkən Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-470/2012 nömrəli, 15 mart 2012-ci il tarixli qətnaməsinə istinad etmişdir. Halbuki iş materialları ilə müəyyən olunur ki, sözügedən qətnamə qəbul edildikdən sonra, yəni 2016cı il tarixdə Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1012/2016 nömrəli, 14 mart 2016-cı il tarixli qətnaməsi ilə Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-470/2012 nömrəli, 15 mart 2012-ci il tarixli qətnaməsi ilə təyin edilmiş 75 manat məbləğində alimentin miqdarı artırılaraq 117 manat müəyyən edilmişdir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlsə də, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 470/2012 nömrəli, 15 mart 2012-ci il tarixli qətnaməsinə istinad etməklə səhvə yol vermişdir. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilməli və Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1012/2016 nömrəli, 14 mart 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq 08 may 2011-ci il təvəllüdlü X5 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 185 (bir yüz səksən beş) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməlidir. Şərh olunanları, MPM-nin 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-nin 384cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi yuxarıda qeyd edilən qaydada dəyişdirilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Mingəçevir Şəhər Məhkəməsi tərəfindən qəbul edilmiş 11 sentyabr 2023-cü il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilsin. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1012/2016 nömrəli, 14 mart 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq 08 may 2011-ci il təvəllüdlü X5 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 185 (bir yüz səksən beş) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-139/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-139/2024
16.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver