Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1390/2021 09.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiаçı Bank VTB (Azərbaycan) ASC-nin Cavabdeh qarşı «avtomobil krediti müqaviləsi üzrə borc və borcun ipoteka predmetinə yönəldilməsi» tələbinə dаir mülki iş üzrə (Açar sözlər: - kredit müqaviləsi, ipoteka predmeti, dəbbə pulu, likvid dəyər) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiаçı Bank VTB (Azərbaycan) ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Ağdaş Rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tаrixli, 2(014)-2096/2018 saylı qətnaməsindən iddiаçı Bank VTB (Azərbaycan) ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiаçı Bank VTB (Azərbaycan) ASC cаvаbdeh Cavabdeh qаrşı «avtomobil krediti müqaviləsi üzrə borc və borcun ipoteka predmetinə yönəldilməsi» tələbinə dаir iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış 22 oktyabr 2013-cü il tarixli, 118423-1-9418 saylı kredit müqaviləsinə əsasən 12 iyul 2018-ci il tarixə banka borclu olduğu 10919.40 ABŞ dolları məbləğində əsas borc, 867.74 ABŞ dolları məbləğində faiz borcu, 159.04 ABŞ dolları məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 11946.18 ABŞ dolları məbləğində pulun (qətnamə icra olunduğu günə olan manat məzənnəsi ilə) və 30 manat məhkəmə üçün ödənilmiş dövlət rüsumunun Cavabdeh Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə tutulması; tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş Kia Cerato minik markalı, 2013-cü il buraxılışlı, sedan tipli, qara rəngli, mühərrik G4FGDH669694, ban KNAFX411BE514214 olan ** FT *** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin Bank VTB (Azərbaycan) ASC-yə ödənilməsi barədə qətnamə çıxаrılmаsını xаhiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə Bank VTB (Azərbaycan) ASC arasında bağlanmış 22 oktyabr 2013-cü il tarixli 118423-1-9418 saylı, avtomobil krediti müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə illik 17 faiz hesablanmaqla 19400 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh ilə Bank VTB (Azərbaycan) ASC arasında bağlanmış 22 oktyabr 2013-cü il tarixli 118423-1-9418 saylı, krediti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı 23 fevral 2016-cı il tarixli razılaşmaya əsasən cavabdehin 12196 ABŞ dolları məbləğində olan borcu 19 ay 29 gün müddətinə 22 oktyabr 2017-ci il tarixədək illik 17 faiz hesablanmaqla kapitallaşdırılmışdır. Bundan başqa Cavabdeh ilə Bank VTB (Azərbaycan) ASC arasında bağlanmış 22 oktyabr 2013-cü il tarixli 118423-1-9418 saylı, krediti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 02 saylı 02 may 2017-ci il tarixli razılaşmaya əsasən cavabdehin 12258 ABŞ dolları məbləğində olan borcu illik 13 faiz hesablanması şərti ilə 60 ay müddətinə 02 may 2022-ci il tarixədək uzadılmışdır. Kredit müqaviləsinin təmini kimi Cavabdeh mülkiyyətində olan Kia Cerato minik markalı, 2013cü il buraxılışlı, sedan tipli, qara rəngli, mühərrik G4FGDH669694, ban KNAFX411BE514214 olan ** FT *** dövlət nömrə nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. Lakin Cavabdeh tərəfindən 22 oktyabr 2013-cü il tarixli 118423-1-9418 saylı, krediti müqaviləsinin müddəaları pozularaq, müqavilədə göstərilən öhdəlikləri lazımınca icra etmir. Belə ki, Cavabdeh Bank VTB (Azərbaycan) ASC-yə 10919.40 ABŞ dolları məbləğində əsas borcu, 867.74 ABŞ dolları məbləğində faiz borcu, 159.04 ABŞ dolları məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 11946.18 ABŞ dolları məbləğundə borcu qalmışdır. Birinci instansiya məhkəməsində icraat Ağdaş Rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tаrixli, 2(014)-2096/2018 saylı qətnaməsi ilə (hakim R.Əlizadə) iddia qismən təmin edilmiş, Cavabdeh 10919.40 ABŞ dolları məbləğində əsas, 867.74 ABŞ dolları məbləğində faiz və 10 ABŞ dolları məbləğində cərimə, cəmi 11797.14 ABŞ dolları borc ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 30 manat dövlət rüsumu Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə tutulması, tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş Kia Cerato minik markalı, 2013-cü il buraxılışlı, sedan tipli, qara rəngli, mühərrik G4FGDH669694, ban KNAFX411BE514214 olan ** FT *** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılsın və satışdan əldə edilən vəsaitin Bank VTB (Azərbaycan) ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 21556 ABŞ dolları məbləğində Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə müəyyən edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış 22 oktyabr 2013-cü il tarixli 118423-1-9418 saylı krediti müqaviləsi əsasında, Cavabdeh bankdan 19400 ABŞ dolları məbləğində kredit alaraq üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmağı öhdəliyinə götürmüşdür. Kreditin təminatı olaraq cavabdeh özünə məxsus olan Kia Cerato minik markalı, 2013-cü il buraxılışlı, sedan tipli, qara rəngli, mühərrik G4FGDH669694, ban KNAFX411BE514214 olan ** FT *** dövlət nömrə nişanlı avtomobil ipotekaya qoymuşdur. Bundan sonra Bank VTB (Azərbaycan) ASC Cavabdeh 19400 ABŞ dolları məbləğində kredit verməklə üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Lakin iş üzrə Cavabdeh bu müqavilələr üzrə öhdəlikləri lazımınca icra etməməklə müqavilələrin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Bununla da, Cavabdeh banka 10919.40 ABŞ dolları məbləğində əsas, 867.74 ABŞ dolları məbləğində faiz və 159.04 ABŞ dolları cərimə, cəmi 11946.18 ABŞ dolları məbləğində borcu yaranmışdır. Borc barədə borclu Cavabdeh Bank tərəfindən xəbərdar olunsa da, öhdəliyin icrası üçün heç bir tədbir görməmişdir. Bundan başqa məhkəmə müəyyən etmişdir ki, Bank VTB (Azərbaycan) ASC tərəfindən Cavabdeh 48 ay müddətinə, illik 17 faiz ödəmək şərti ilə, 19400 ABŞ dolları məbləğində kredit verilmişdir. Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin təmin edilməsi üçün, Kia Cerato minik markalı, 2013-cü il buraxılışlı, sedan tipli, qara rəngli, mühərrik G4FGDH669694, ban KNAFX411BE514214 olan ** FT *** dövlət nömrə nişanlı avtomobil ipotekaya qoyulmuşdur. İpoteka predmeti olan Kia Cerato minik markalı, 2013-cü il buraxılışlı, sedan tipli, qara rəngli, mühərrik G4FGDH669694, ban KNAFX411BE514214 olan ** FT *** dövlət nömrə nişanlı avtomobil 21556 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. Cavabdeh 12196 ABŞ dolları məbləğində olan borcu 19 ay 29 gün müddətinə 22 oktyabr 2017-ci il tarixədək illik 17 faiz hesablanmaqla kapitallaşdırılmışdır. Cavabdeh 12258 ABŞ dolları məbləğində olan borcu illik 13 faiz hesablanması şərti ilə 60 ay müddətinə 02 may 2022-ci il tarixədək uzadılmışdır. Cavabdeh xx xxxx 1979-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Ağdaş şəhəri, S.Salehov küçəsi 9-da qeydiyyatdadır. Kia Cerato minik markalı, 2013-cü il buraxılışlı, sedan tipli, qara rəngli, mühərrik G4FGDH669694, ban KNAFX411BE514214 olan ** FT *** dövlət nömrə nişanlı avtomobilin sahibi Cavabdehdur. Bank VTB (Azərbaycan) ASC Cavabdeh borcun ödənilməsi barədə xəbərdar etmişdir. Məhkəmə 159.04 ABŞ dolları dəbbə pulunu yüksək hesab etdiyindən onu azaltmağı məqsədə müvafiq hesab etmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Qeyd olunanlara və göstərilən qanunların tələblərinə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, Cavabdeh 10919.40 ABŞ dolları məbləğində əsas, 867.74 ABŞ dolları məbləğində faiz və 10 ABŞ dolları məbləğində cərimə, cəmi 11797.14 ABŞ dolları borc ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 30 manat dövlət rüsumu Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə tutulmalı, tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş Kia Cerato minik markalı, 2013-cü il buraxılışlı, sedan tipli, qara rəngli, mühərrik G4FGDH669694, ban KNAFX411BE514214 olan ** FT *** dövlət nömrə nişanlı avtomobilə yönəldilməli, avtomobilin açıq hərracdan satılmalı və satışdan əldə edilən vəsaitin Bank VTB (Azərbaycan) ASC-yə ödənilməlidir. İpoteka predmetinin ilkin satış qiyməti 21556 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci, 33-cü, 34.1-ci, 41.1-ci, maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.1-ci, 423.2-ci, 424.2-ci, 433.1-ci, 442-ci, 442.2.1-ci, 445-ci, 448.1-ci, 465.2-ci, 467-ci, 739-cu, 741-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 53-cü, 77.1-ci, 88-ci, 107-ci, 119.1-ci, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tаrixli, 2(014)-2096/2018 nömrəli qətnaməsi qəbul edilərkən məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmədiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından məhkəmə qətnaməsi dəbbə puluna aid hissədə və ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə ləğv edilməli, iddianın həmin hissədə tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiаçı Bank VTB (Azərbaycan) ASC-in nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, Ağdaş Rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tаrixli, 2(014)-2096/2018 saylı qətnaməsinin ipoteka predmeti olan avtomobilin ilkin satış qiymətinin 21556 (iyirmi bir min beş yüz əlli altı) ABŞ dolları müəyyən edilməsi hissəsində ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cаvаbdeh Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən cərimə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, cərimə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Cərimə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsində qeyd edilir ki, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə tutma ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutuma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən yəni, dəbbə puluna aid hissədə və ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə mübahisələndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin dəbbə puluna və ipoteka predmetinin ilkin satış qiymətinə aid hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi ipoteka predmetinə münasibətdə ipoteka predmetinin ilkin satış qiymətinin 21556 ABŞ dolları olmaqla açıq hərracdan satılması hissəsində səhvə yol vermişdir. Belə ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin likvid dəyərini müəyyən etməli olduğu halda bunu etməmişdir. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış 22 oktyabr 2013-cü il tarixli 118423-1-9418 saylı krediti müqaviləsi əsasında, Cavabdeh bankdan 19400 ABŞ dolları məbləğində kredit alaraq üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmağı öhdəliyinə götürmüşdür. Kreditin təminatı olaraq cavabdeh özünə məxsus olan Kia Cerato minik markalı, 2013-cü il buraxılışlı, sedan tipli, qara rəngli, mühərrik G4FGDH669694, ban KNAFX411BE514214 olan ** FT *** dövlət nömrə nişanlı avtomobil ipotekaya qoymuşdur. Bundan sonra Bank VTB (Azərbaycan) ASC Cavabdeh 19400 ABŞ dolları məbləğində kredit verməklə üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Lakin iş üzrə Cavabdeh bu müqavilələr üzrə öhdəlikləri lazımınca icra etməməklə müqavilələrin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Bununla da, Cavabdeh banka 10919.40 ABŞ dolları məbləğində əsas, 867.74 ABŞ dolları məbləğində faiz və 159.04 ABŞ dolları cərimə, cəmi 11946.18 ABŞ dolları məbləğində borcu yaranmışdır. Borc barədə borclu Cavabdeh Bank tərəfindən xəbərdar olunsa da, öhdəliyin icrası üçün heç bir tədbir görməmişdir. Eyni zamanda məhkəmə kollegiyasının qərardadı ilə qiymətləndirici dəvət edilmiş, “X3” MMC-nin 29 oktyabr 2021-ci il tarixli qiymətləndirmə rəyinə əsasən, Kia Cerato minik markalı, 2013-cü il buraxılışlı, sedan tipli, qara rəngli, mühərrik G4FGDH669694, ban KNAFX411BE514214 olan ** FT *** dövlət nömrə nişanlı avtomobilin likvid qiyməti 1500 AZN təşkil etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi lazım bilir ki, cavabdehlər qəbul edilmiş qətnamə ilə razılaşmış və onu mübahisələndirməmişlər. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki apellyasiya şikayəti dəbbə puluna münasibətdə əsassızdır. Belə ki, apelyator şikayətinin ilk dəlilində bildirmişdir ki, məhkəmə qanunsuz olaraq dəbbə pulunu azaltmışdır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin dəbbə pulu məbləğinə dair gəldiyi nəticə işin hallarına uyğundur. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467). Hazırda tələb olunan cərimə məbləği əsas məbləğə münasibətdə tənasübsüz yüksək olmaqla tərəflər arasında bağlanmış müqaviləyə əsasən coxdur. Yəni iddiaçının tələb etdiyi dəbbə pulunun miqdarı yüksəkdir. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən tənasübsüz surətdə yüksək olan dəbbə pulu azaldılmışdır. Beləliklə, apellyasiya şikayətində qeyd olunmuş həmin dəlil birinci instansiya məhkəməsinin mülki iş üzrə qətnaməsi mübahisələndirilən dəbbə puluna aid hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Apelyator digər dəlilində ipoteka predmetinin ilkin satış qiymətinin 21556 ABŞ dolları manat olması ilə razılaşmamış, hazırda həmin əmlakın bazar qiymətinin aşağı olmasını bildirmişdir. Kollegiya şikayətin həmin dəlili ilə də razılaşır. Məhkəmə kollegiyasının qərardadı ilə qiymətləndirici dəvət edilmiş, “X3” MMCnin 01 noyabr 2021-ci il tarixli qiymətləndirmə rəyinə əsasən, ipoteka ilə yüklü edilmiş Kia Cerato minik markalı, 2013-cü il buraxılışlı, sedan tipli, qara rəngli, mühərrik G4FGDH669694, ban KNAFX411BE514214 olan ** FT *** dövlət nömrə nişanlı avtomobilin hazırki dövrə olan likvid qiyməti 1500 AZN təşkil etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə İpoteka Predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli qərardadına əsasən, kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması barədə tələblər üzrə işlərə baxılarkən “İpoteka haqqında” Qanunun tələblərinə riayət etmək üçün ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aparılan məhkəmə araşdırmasında qanunla müəyyən edilmiş ardıcıllığa riayət edilməlidir. Belə ki, ilk növbədə ipotekaqoyanla ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində, Qanunun 10.5-ci maddəsinin tələbinə uyğun olaraq qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibəti öyrənilməlidir. Bununla bağlı razılıq olmadıqda isə, Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı istinad edilən tərəflərin razılaşmasının olub-olmaması aydınlaşdırmalıdır. Məhkəməyə təqdim olunan razılaşma Mülki Prosessual Məcəllənin 106.3 və 191.1-ci maddələrinin tələbləri baxımından yazılı şəkildə tərtib edilməli, ya məhkəmə iclas protokoluna imza edilməklə təsdiq olunmalı, ya da tərəflərin razılığı bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Bu halda məhkəmə tərəflərin razılaşması ilə müəyyən edilmiş qiymətlə, onun əmlakın likvid və ya real bazar qiymətini təşkil edibetməməsindən asılı olmayaraq bağlıdır. Buna baxmayaraq, məhkəmə Mülki Prosessual Məcəllənin 52.5 və 106.4-cü maddələrində sadalanan halların mövcudluğunu aşkar etdikdə həmin razılaşmanı nəzərə almaya bilər. Belə razılaşmanın əldə edilmədiyi, yaxud məhkəmə tərəfindən nəzərə alınmadığı hallarda isə ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi (mütəxəssis rəyi) əsasında müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, mütəxəssis rəyinin mübahisə tərəflərinin təqdim etməsindən, yaxud məhkəmə qərardadı ilə təyin edilmiş əmlakın qiymətləndirilməsi ilə bağlı qərardadla alınmasından asılı olmayaraq, rəydə ipoteka predmetinin yalnız likvid qiyməti deyil, həmçinin likvid qiymətin ağlabatanlığının dəyərləndirməsi baxımından əhəmiyyətli olan real bazar qiyməti də əks olunmalıdır. Bu yanaşma “İpoteka haqqında” Qanunun 54-cü maddəsinin torpaq sahəsinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı tələbindən də irəli gəlir. Kollegiya belə nəticəyə gəlir ki, ipotekaqoyanla ipotekasaxlayan ipoteka predmetinin ilkin satış qiymətində razılaşma əldə etmədiklərindən məhkəmə kollegiyasının qərardadı ilə müəyyən edilmiş likvid dəyər əsas götürülməlidir. X6 minik markalı, 2013-cü il buraxılışlı, sedan tipli, qara rəngli, mühərrik G4FGDH669694, ban KNAFX411BE514214 olan ** FT *** dövlət nömrə nişanlı avtomobilin hazırki dövrə olan likvid qiyməti 1500 AZN kimi götürülməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, qiymətləndirmə rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, mütəxəssis rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş qiymətləndirmə rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Beləliklə kollegiya hesab edir ki, apellyasiya şikayəti qətnamənin mübahisələndirilən hissəsinə münasibətdə qismən təmin edilməli, ipoteka predmetinin likvid dəyəri dəyişdirilməli, qətnamə mübahisələndirilən dəbbə puluna aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı Bank VTB (Azərbaycan) ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tаrixli, 2(014)-2096/2018 saylı qətnaməsi ipoteka predmetinin likvid dəyərinə münasibətdə dəyişdirilsin. İpoteka predmeti olan Kia Cerato minik markalı, 2013-cü il buraxılışlı, sedan tipli, qara rəngli, mühərrik G4FGDH669694, ban KNAFX411BE514214 olan ** FT *** dövlət nömrə nişanlı avtomobilin hazırki dövrə olan likvid qiyməti 1500 AZN müəyyən edilsin. Qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən dəbbə puluna aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1390/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1390/2021
09.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver