Məhkəmə qərarları › İş №2(107)-1391/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1391/2021

14.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1391/2021 14.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı Rafiq qızının və Cavabdeh iştirakları ilə, İddiaçı Rafiq qızının Cavabdeh qarşı “sabit pul məbləğində alimentin artırılması tələbinə dair” mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(063)- 276/2021 nömrəli qətnaməsindən İddiaçı Rafiq qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Ucar Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(063)-276/2021 nömrəli qətnaməsi ilə (hakim Hilal Xəlilov) iddia qismən təmin olunmuş, 09 sentyabr 2007-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh Ucar Rayon Məhkəməsinin 30 iyun 2016-cı il tarixli, 2(063)-653/2016 nömrəli qətnaməsinə əsasən sabit pul məbləğində tutulan 117 (bir yüz on yeddi) manat alimentin miqdarının artırılaraq hər ay üçün 155 (bir yüz əlli beş) manat müəyyən edilməsi və həmin miqdarda alimentin qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh tutulub 09 sentyabr 2007-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı verilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdehə qarşı sabit pul məbləğində alimentin artırılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ucar Rayon Məhkəməsinin 30 iyun 2016-cı il tarixli, 2(063)-653/2016 saylı qətnaməsi ilə Cavabdeh X1 üçün tutulan alimentin miqdarının artırılmaqla sabit pul məbləğinin 200 manat müəyyən edilməsi və 09 sentyabr 2007-ci ildə anadan olmuş azyaşlı Elsevərin yetkinlik yaşına çatana kimi saxlanılması üçün xeyrinə verilməsinin təmin edilməsini xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsinin iclasında tələbini müdafiə edərək təmin edilməsini xahiş etmiş və izahatında göstərmişdir ki, o, 17 iyul 2006-cı ildə cavabdeh ilə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Birgə nikah dövründə 09 sentyabr 2007-ci ildə Elsevər adlı uşaqları olmuşdur. Cavabdehlə bir yerdə yaşamaqları baş tutmamış və münasibətləri pozulmuşdur. Ucar Rayon Məhkəməsinin 14 oktyabr 2008-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah ləğv edilmiş və azyaşlı Elsevər onun himayəsinə verilmişdir. Uşağın saxlanılması üçün Ucar Rayon Məhkəməsinin qətnaməsi ilə hər ay cavabdehin aylıq qazancının dörddə bir hissəsi miqdarında aliment təyin edilmişdir. Həmin məbləğ 54 manat təşkil etmiş, bundan sonra alimentin miqdarının artırılması ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Ucar Rayon Məhkəməsinin 11 sentyabr 2013-cü il tarixli qətnaməsi ilə Cavabdeh X1 üçün tutulan alimentin miqdarı dəyişdirilməklə hər ay sabit pul məbləğində 80 manat, sonradan Ucar Rayon Məhkəməsinin 30 iyun 2016cı il tarixli, 2(063)-653/2016 saylı qətnaməsi ilə 117 manat müəyyən edilmişdir. Hal-hazırda Elsevərin 14 yaşı vardır, məktəblidir, 8-ci sinifdə oxuyur, dərs əlaçısıdır, maddi vəziyyətləri olduqca ağırdır, dərs ləvazimatlarını, iş dəftərlərini, test toplularını ala bilmir. Dövlət hər bir uşağa fərdi yanaşaraq onların gözəl və firavan yaşaması, əla təhsil alması üçün, xalqın savadlı, layiqli insan yetişdirilməsi üçün uşaqlara qayğı göstərilməsini ön planda tutmuşdur. Hər bir uşağın azad və suveren dövlətdə rahat yaşamağa hüququ vardır. Lakin cavabdeh uşaqla maraqlanmır və mənəvi qayğı göstərmir. O, uşaqla atasının himayəsində yaşayırlar, atası isə xəstə və 2-ci qrup əlildir. Yaşayış minimumu haqqında qanuna görə bir uşağın saxlanması üçün 175-200 manat pul tələb olunur. Əlavə olaraq bildirdi ki, cavabdehin qazancı və gəliri barədə sübutu yoxdur, amma bildiyinə görə cavabdeh həm Ucar şəhəri 2 nömrəli orta məktəbdə müəllim işləyir, həm də ailə üzvləri ilə Ucar şəhərində yerləşən aptekdən gəlir əldə edirlər. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddianı qəbul etmədiyini bildirmiş və izahatında göstərmişdir ki, o, müəllim işləyir, ayda 117 manat aliment tutulduqdan sonra, orta hesabla 275 manat 98 qəpik əmək haqqı alır. Başqa hər hansı gəliri yoxdur, iddiaçı bu barədə hər hansı sübut təqdim edə bilməmişdir. Hal-hazırda evlidir, 2016-cı il təvəllüdlü X4 və 2019-cu il təvəllüdlü X5 adlı övladları var. Həyat yoldaşı heç bir yerdə işləmir və Ucar Rayon Mərkəzi Xəstəxanasında hamiləlik qeydiyyatındadır. İddiaçı hal-hazırda Ucar şəhəri 1 nömrəli körpələr evi-uşaq bağçasında tərbiyəçi işləyir. İddiaçı tərəfin ittihamları tamamilə əsassızdır. Ötən ilin sentyabr ayına qədər övladı Elsevərlə normal münasibəti olmuşdur. Alimentdən əlavə hər ay övladma maddi yardım göstərmiş, sadalanan dərs vəsaitlərini almaqda köməklik göstərmişdir. Lakin adı çəkilən tarixdən sonra iddiaçı, oğlu Elsevərə psixi təsir göstərərək övladını ona qarşı nifrət ruhunda tərbiyə edir. Belə ki, uşağı küçədə görüb uşağa yaxınlaşdıqda uşaq ondan qaçır və heç bir münasibət göstərmir. Əlavə olaraq bildirdi ki, 2016-cı ildə qəbul edilmiş qətnamədən apellyasiya şikayəti versə də qətnamə dəyişdirilmədən saxlanılmışdır. Alimentdən əlavə uşağa məktəb ləvazimatı da almışdır. Lakin əvvəlki ildən fərqli olaraq hazırkı əmək haqqı kifayət qədər deyildir. Atası pensiyaçı olaraq özünə məxsus baytarlıq aptekində sahibkarlıqla məğul olur, o isə atasından ayrı təsərrüfatda yaşayır, məktəbdə işləməyə görə aldığı əmək haqqından əlavə başqa gəliri yoxdur. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı Rafiq qızı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı Rafiq qızı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Ucar Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli 2(063)-276/2021 saylı qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. Məhkəmə alimentin məbləğini artırarkən işin bir sıra faktiki hallarını düzgün qiymətləndirməmişdir, məhkəmə cavabdehin təyin edilmiş alimenti ödəməyə maddi imkanının olmasını nəzərə almamışdır, Cavabdeh X1 üçün tutulan alimentin miqdarını artırmaqla hər ay sabit pul məbləğində 200 (iki yüz) manat müəyyən edilməsi və 09 sentyabr 2007-ci ildə anadan olmuş azyaşlı Elsevərin yetkinlik yaşına çatana kimi saxlanılması üçün xeyrinə verilməsinin təmin edilməsini xahiş etmişdir, lakin məhkəmə iddianı qismən təmin edərək X2 qanunla qorunan hüquqlarını pozmuşdur. Ona görə də qətnamə dəyişdirilərək alimentin miqdarı artırılaraq 200 manat müəyyən edilməlidir. Ona görə də, Ucar Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(063)-276/2021 nömrəli nömrəli qətnaməsinin dəyişdirilərək iddianın tam təmin edilməsi, Ucar Rayon Məhkəməsinin 30 iyun 2016-cı il tarixli 2(063)-653/2016 saylı qətnaməsi ilə Cavabdeh X1 üçün tutulan alimentin miqdarını artırmaqla hər ay sabit pul məbləğində 200 (iki yüz) manat müəyyən edilməsi və 09 sentyabr 2007-ci ildə anadan olmuş azyaşlı Elsevərin yetkinlik yaşına çatana kimi saxlanılması üçün xeyrinə verilməsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı Rafiq qızı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ucar Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(063)-276/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı Rafiq qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ucar Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(063)-276/2021 nömrəli qətnaməsi mübahisələndirilən – iddianın təmin olunmamış 45 manata aid olan hissəsində dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, ata Cavabdeh və ana X6 olan X3 09 sentyabr 2007-ci ildə doğulmuşdur. İşdə olan Ucar Rayon Məhkəməsinin 30 iyun 2016-cı il tarixli, 2(063)- 653/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh tutulan alimentin miqdarının artırılması tələbi barədə iddiası qismən təmin edilmiş, Cavabdeh X1 üçün tutulan alimentin miqdarı artırılmaqla hər ay sabit pul məbləğində 117 manat müəyyən edilməsi və həmin məbləğin qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 09 sentyabr 2007-ci ildə anadan olmuş Elsevərin yetkinlik yaşına çatana kimi saxlanılması üçün Ucar şəhər, H.Əliyev küçəsi, bina 119-B, mənzil 2-də yaşayan İddiaçı verilməsi qət edilmişdir. İşdə olan AA******* nömrəli şəxsiyyət vəsiqəsində olan məlumatdan görünür ki, İddiaçı Ucar şəhəri, Heydər Əliyev prospekti, ev 119-B, mənzil 2-də qeydiyyatdadır. İşdə olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Ucar şəhəri, Vidadi küçəsi, ev 12-də qeydiyyatdadır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.2 və112.1-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13 və 19cu maddəsinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə müvafiq olaraq valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin məcəllənin 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin məcəllənin 100.1-ci maddəsinə əsasən aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Həmin məcəllənin 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Ucar Rayon Məhkəməsinin 30 iyun 2016-cı il tarixli, 2(063)- 653/2016 nömrəli qətnaməsi ilə İddiaçı Rafiq qızının Cavabdeh qarşı tutulan alimentin miqdarının artırılması barədə iddiası qismən təmin edilmiş, cavabdehdən uşağın saxlanılması üçün tutulan alimentin miqdarı artırılmaqla hər ay sabit pul məbləğində 117 manat müəyyən edilmiş və həmin məbləğin qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 09 sentyabr 2007-ci ildə anadan olmuş Elsevərin yetkinlik yaşma çatana kimi saxlanılması üçün iddiaçıya verilməsi qət edilmişdir. Hazırda iddiaçı alimentin miqdarının artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir, iddiaçı iddia ərizəsində uşağın saxlanılmasına görə alimentin miqdarının artırılaraq cavabdehdən sabit pul məbləğində 200 manat alimentin tutulmasını tələb etsə də cavabdehin həmin məbləği ödəməyə imkan verən gəlirlərinin olduğunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, uşağın mənafeyi, ölkə üzrə uşaqlar üçün yaşayış minimumu (2016-cı ildə 117 manat, 2021-ci ildə isə 175 manat olması) nəzərə alınaraq, onun sağlam şəraitdə böyüməsi və tərbiyəsi, maddi və mənəvi tələbatlarının təmin edilməsi üçün iddia qismən təmin edilməli və məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay üçün 155 manat müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi cavabdehin izahatı ilə bağlı qeyd etmişdir ki, aliment ödəyən valideynin kifayət qədər qazanca malik olmaması onun uşağını saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minumumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimumun dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasınına əsas ola bilər. Hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. İddiaçı Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələbinə əsaslanaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia qismən təmin olunan zaman artırılmış alimentin məbləğinin məhkəmənin hazırkı iş üzrə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan tutulması qeyd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərək təyin edilmiş sabit məbləğdə alimentin məbləğini artırıb 155 manat müəyyən edərkən həmin hissədə düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа dəyişdirilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı Rafiq qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ucar Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(063)-276/2021 nömrəli qətnaməsi mübahisələndirilən – iddianın təmin olunmamış 45 manata aid olan hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Rafiq qızı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ucar Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(063)-276/2021 nömrəli qətnaməsi mübahisələndirilən – iddianın təmin olunmamış 45 manata aid olan hissəsində dəyişdirilmədən sаxlаnılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar