Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1398/2021 14.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı Azəriqaz İstehsalat Birliyinin Cavabdeh qarşı “debitor borcun və dəymiş ziyanın ödənilməsi tələbinə dair” ilk iddiası, Cavabdeh İddiaçı Ağsu X6 İdarəsinə və İddiaçınə qarşı “borcun silinməsi tələbinə dair” qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli 2(063)-77/2021 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi X8 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Ucar Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli 2(063)-77/2021 nömrəli qətnaməsi ilə (hakim Hilal Xəlilov) İddiaçı Cavabdeh qarşı debitor borcun və dəymiş ziyanın ödənilməsi barədə ilk iddiası təmin edilməmiş, iddiaçı Cavabdehlər İddiaçı Ağsu X6 İdarəsinə və İddiaçınə qarşı borcun silinməsi barədə iddiası təmin edilmiş, İddiaçı Ağsu X6 İdarəsinin 20 may 2019-cu il tarixli, ******* saylı aktına əsasən Cavabdeh hesablanmış 493 (dörd yüz doxsan üç) manat 20 (iyirmi) qəpik məbləğində borcun onun hesabından silinməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı debitor borcun və dəymiş ziyanın ödənilməsi barədə iddia ərizəsi və tələbin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh mənzilində istifadə edilmiş təbii qaza görə yaranmış 48.70 manat borc məbləğinin, qaz sayğacına edlmiş müdaxiləyə görə hesablanmış 493.20 manat itirilmiş qazın dəyərinin, iddia ərizəsi üçün ödənilmiş 30.40 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh mənzilində istifadə edilmiş təbii qaza görə İddiaçı Ağsu X6 İdarəsinin Ucar Xidmət Sahəsinə 48.70 manat debitor borcu yaranmışdır. Qaz paylayıcı ilə istehlakçı arasında bağlanmış qazın alqı-satqısı barədəki müqavilənin 2.3.1, 2.3.2 və 3.4-cü bəndlərinin tələblərinə əsasən istehlakçı bu müqavilənin və X4nın tələblərinə əməl etməklə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini 1 (bir) ay müddətində bank və ya poçt şöbələri vasitəsilə tam ödəməlidir. Bundan başqa, 15 aprel 2019-cu il tarixində İddiaçı Ağsu X6 İdarəsinin Ucar Xidmət Sahəsinin əməkdaşları Ucar rayonu, Rəstəcə kəndində yaşayan Cavabdeh məxsus yaşayış evinə quraşdırılmış məişət qaz sayğacını növbədənkənar dövlət yoxlmasına göndərmək məqsədi ilə açaraq götürmüşlər. Bununla bağlı 15 aprel 2019-cu il tarixli, ******* nömrəli akt tərtib edilmiş, həmin akta abonentin özü imza etmişdir. Mənzildən açılmış G4 markalı, ******* nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş, tərtib edilmiş 01 may 2019-cu il tarixli, MSK-29/1710- 01252-1 nömrəli akta əsasən sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar edilmiş, sayğac istismara yararsız hesab edilmişdir. Həmin akta əsasən Cavabdeh mənzilində istifadə etdiyi qaz işlədici avadanlıqlar və onların parametrlərinə dair 20 may 2019-cu il tarixli, ******* nömrəli “təbii X4nın pozulması haqqında” akt tərtib edlərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə İddiaçı Ağsu X6 İdarəsinə göndərilmişdir. Həmin akta əsasən Ağsu X6 İdarəsinin istehlakçılara satılan qaza nəzarət şöbəsində 25 aprel 2019-cu il tarixində itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək iddiaçının Ucar Xidmət Sahəsinin abonent bazasındakı **********0000 nömrəli abonent koduna 4932 kub/metr-493.20 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Abonent Cavabdeh abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Cavabdeh bağlanmış təbii qazın alqı-satqısına dair müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən yaranmış mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda tərəflər məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, Cavabdeh onunla bağlanılmış müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh Ağsu X6 İdarəsinin Ucar Xidmət Sahəsinin işçiləri tərəfindən debitor borcun və dəymiş ziyanın ödənlməsi üçün bir neçə dəfə şifahi və yazılı xəbərdarlıq edilmişdir. Cavabdeh hər ay bildiriş almış, sonuncu dəfə 2020-ci ilin sentyabr ayında cəmi 20 manat pul ödəmişdir. Təqdim olunan bildirişdə göstərilən borcla razı olmuş, mübahisələndirməmiş, lakin yaranmış borcu yenə də tam ödəməmişdir. Cavabdeh borclu olduğu məbləğin yaranması **********0000 kodlu abonent saldosunda əks olunaraq təsdiqini tapmışdır. Bu kimi hallar İddiaçı əhalini təbii qaz təminatının yaxşılaşdırılması istiqamətində apardığı işlərə mənfi təsir göstərir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında” 356 saylı, 29 iyun 2000-ci il tarixli Fərmanında deyilir ki, işlədilən hər kub metr qazın dəyəri ödənməlidir. İddiaçı Cavabdehlər İddiaçı Ağsu X6 İdarəsinə və İddiaçınə qarşı borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı Ağsu X6 İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş 20 may 2019-cu il tarixli, ******* saylı aktla tətbiq edilmiş 493.20 manat borc məbləğinin hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli 2(063)-77/2021 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı debitor borcun və dəymiş ziyanın ödənilməsi barədə iddia ərizəsinə dair 2(063)-77/2021 nömrəli və iddiaçı Cavabdehlər İddiaçı Ağsu X6 İdarəsinə və İddiaçınə qarşı borcun silinməsi barədə iddia ərizəsinə dair 2(063)-146/2021 nömrəli mülki işlərin bir icraatda birləşdirilməsi və mülki işlərə birlikdə baxılması qərara alınmışdır. İddiaçı Cavabdeh iddia ərizəsi üzrə cavabdeh İddiaçı Ağsu X6 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq nümayəndəsi birinci instansiya məhkəməsinin iclasına gəlməmişdir. İddiaçı nümayəndəsi R.Ömərov məhkəməyə ərizə ilə müraciət edərək istehsalat zərurəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iclasın onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini göstərmiş, həmçini iddiaçı Cavabdeh iddia ərizəsinə etiraz göndərmiş və etirazda göstərmişdir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, 15 aprel 2019-cu il tarixində İddiaçı Ağsu X6 İdarəsinin Ucar xidmət sahəsinin əməkdaşları Ucar rayonu, Rəstəcə kəndində yaşayan Cavabdeh yaşayış evinə quraşdırılmış məişət qaz sayğacını növbədənkənar dövlət yoxlamasına göndərmək məqsədi ilə açaraq götürmüşlər. Bununla bağlı 15 aprel 2019-cu il tarixli, ******* nömrəli akt tərtib edilmiş, həmin akta abonentin özü imza etmişdir. Mənzildən açılmış G4 markalı, ******* nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş, tərtib edilmiş 01 may 2019-cu il tarixli, 29/1710-01252-1 nömrəli akta əsasən sayğacın hesablama mexaniziminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar edilmiş, sayğac istismara yararsız hesab edilmişdir. Həmin akta əsasən Cavabdeh mənzilində istifadə etdiyi qaz işlədici avadanlıqlar və onların parametrlərinə dair 20 may 2019-cu il tarixli, ******* nömrəli təbii X4nın pozulması haqqında akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə İddiaçı Ağsu X6 İdarəsinə göndərilmişdir. Həmin akta əsasən Ağsu X6 İdarəsinin istehlakçılara satılan qaza nəzarət şöbəsində 29 may 2019-cu il tarixdə itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək Cavabdeh Ucar xidmət sahəsinin abonent bazasındakı **********00000 nömrəli abonent koduna 4932 kub/metr493.20 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Abonent Cavabdeh koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Cavabdeh ilə bağlanmış təbii qazın alqı-satqısına dair müqavilənin 2.3.4- cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq İddiaçı və İddiaçı Ağsu X6 İdarəsinin nümayəndələrinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh nümayəndəsi X1 birinci instansiya məhkəməsinin iclasında təmsil etdiyi şəxsin iddiasını müdafiə edərək təmin olunması, İddiaçı Cavabdeh qarşı iddiasını qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmiş və izahatında göstərmişdir ki, nümayəndəsi olduğu Cavabdeh Ucar rayonu, Rəstəcə kəndində özünə məxsus evdə ailəsi ilə birlikdə yaşayır, ailəsinin məişət qayğılarının həll edilməsi üçün təbii qaz xətti, elektrik xətti çəkdirmiş, abonent kodu almış və cavabdehlərlə bu barədə müqavilə bağlamışdır. Vaxtlı-vaxtında cavabdeh İddiaçı Ağsu X6 İdarəsinin əməkdaşının sayğaca baxış keçirdikdən sonra Cavabdeh təqdim etdiyi bildirişə uyğun olaraq qazdan istifadəyə görə ödənişlər etmişdir. Cavabdeh İddiaçı Ağsu X6 İdarəsinin əməkdaşları 20 may 2019-cu il tarixdə Cavabdeh barəsində akt tərtib etmişlər. Lakin Cavabdeh barəsində tərtib edilmiş aktın harada tərtib olunmasından xəbəri yoxdur. Dəfələrlə müraciət etdikdən sonra aktın surətini almışdır. Cavabdeh İddiaçı Ağsu X6 İdarəsinin əməkdaşları tərəfindən Cavabdeh barəsində tərtib edilmiş 20 may 2019-cu il tarixli, ******* saylı akt qanunauyğun tərtib edilməmişdir, həmin aktla tətbiq edilmiş 493.20 manat borc silinməli və hesablanmış pulun ödənilməsi öhdəliyindən azad edilməlidir. Belə ki, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş aktda sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plombun aşkar edildiyi və sayğacın istismara yararsız hesab edildiyi qeyd olunmuşdur. Cavabdeh məxsus fərdi yaşayış evinə keçən qazı qeyd edən sayğaca Cavabdeh heç bir müdaxilə etməmişdir. Bununla əlaqəli nöqsan və çatışmazlıqlardan ötrü istehlakçı məsuliyyət daşıya bilməz. Bundan başqa, cavabdeh təşkilatın əməkdaşları tərəfindən sayğacdan kənar hər hansı formada təbii qazdan istifadə faktı müəyyən edilməmiş, hər hansı qanunsuz xəttin mövcud olduğu yer, qoşulma sxemi, sayğaca qədər və ya sayğacdan sonrakı məsafədə, həmin xəttin uzunluğu, birləşmə sxemi, ümumiyyətlə həmin xəttin mövcud olub-olmaması barədə heç bir fakt aşkar edilməmiş, akt formal mülahizələr əsasında tərtib edilmişdir. Evə qaz verilişinin dayandırılması ilə bağlı cavabdeh təşkilatın hərəkətləri də mövcud qanunvericiliyin tələblərinə cavab verməmişdir. Əlavə olaraq bildirdi ki, nümayəndəsi olduğu şəxsin yaşadığı evə dair qaz sayğacı küçədə quraşdırılmışdır, idarənin əməkdaşları ayda iki dəfə olmaqla sayğaca baxış keçirib ödəniş sənədi təqdim edirlər, sayğacda hər hansı qüsurun olmamasını bildirməmişlər. Həmçinin, işə məhkəmədə baxılarkən təmsil etdiyi şəxs yaranmış debitor borcu da ödəmişdir və qazdan istifadəyə görə borcu yoxdur, yalnız aktla tətbiq edilmiş borc onun hesabında göstərilmişdir ki, həmin aktı da məhkəmə qaydasında mübahisələndirmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı İB-nin nümayəndəsi X8 apellyasiya şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı İB-nin nümayəndəsi X8 apellyasiya şikayətini ilk iddia ərizəsinin dəlilləri ilə və birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatının dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, hakim işə baxarkən və qətnamə çıxararkən bütün faktları ətraflı araşdırmamış Azərbaycan Respublikasının MPM-nin 385-390-cı maddələrində təsbit olunmuş maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız qətnamə çıxarılmasına səbəb olmuşdur. 15.04.2019-cu il tarixində "Azəriqaz” X3 RQİİ-nin Ucar Xidmət sahəsinin əməkdaşları Ucar rayonu, Rəstəcə kəndində yaşayan Cavabdeh məxsus yaşayış evinə quraşdırılmış məişət qaz sayğacını növbədənkənar dövlət yoxlamasına göndərmək məqsədi ilə açaraq götürmüşlər. Bununla bağlı 15.04.2019-cu il tarixli, ******* nömrəli akt tərtib edilmiş, həmin akta abonentin özü imza etmişdir. Mənzildən açılmış G4 markalı, ******* nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş, tərtib edilmiş 01.05.2019-cu il tarixli, MSK-29/1710-01252-1 nömrəli akta əsasən sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar edilmiş, sayğac istismara yararsız hesab edilmişdir. Həmin Akta əsasən Cavabdeh mənzilində istifadə etdiyi qaz işlədici avadanlıqlar və onların parametrlərinə dair 20.05.2019-cu il tarixli, ******* nömrəli “Təbii X4nın pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə İddiaçı İBnin Ağsu RQİİ-nə göndərilmişdir. Həmin akta əsasən Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində 25 aprel 2019-cu il tarixində itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək X2 Ucar XS-nin abonent bazasındakı **********0000 nömrəli abonent koduna 4932 m3 - 493.20 (dörd yüz əlli üç manat altmış qəpik) məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Abonent Cavabdeh abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Ona görə də, İddiaçı nümayəndəsi X8 qətnaməsinin ləğv edilməsinə, ilkin iddianın təmin edilməsinə və qarşılıqlı iddianın isə təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları İddiaçı nümayəndəsi və Cavabdeh lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsə də, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı İB-nin nümayəndəsi X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ucar Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli 2(063)-77/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, X11 İstismar İdarəsi ilə Cavabdeh arasında 16 iyul 2018-ci ildə qazın alqı-satqısı barədə 3426 nömrəli müqavilə bağlanmışdır. İş materiallarında olan 20 may 2019-cu il tarixli, ******* nömrəli təbii X4nın pozulması haqqında aktın surətindən görünür ki, 29 may 2019-cu ildə İddiaçı İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus yaşayış sahəsində təbii qazın uçotu və TQİQ-ə riayət olunması yoxlanılmışdır, baxış keçirilən zaman sayğacın hesablama mexanziminin qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olunmuşdur. İş materiallarında olan İddiaçı Ağsu X6 İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş 29 may 2019-cu il tarixli qərarda qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 kub/m/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 kub/m/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 90 gün, radiator sobasının maksimal saatlıq qaz sərfi 0,8 kub/m/saat, orta günlük iş rejimi 18 saat, hesabat müddəti 90 gün, həcmli su qısdırıcının maksimal saatlıq qaz sərfi 0.8 kub/m/saat, orta günlük iş rejimi 10 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi, cəmi 4932 kub/metr olduğu göstərilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, 2019-cu ilin may ayı üçün abonentə-iddiaçıya akt üzrə 493.20 manat hesablanmışdır. İş materiallarında olan MAPS şöbəsinin 10 sentyabr 2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh, Ucar rayonu, Rəstəcə kəndində qeydiyyatdadır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddianı qismən təmin, qarşılıqlı iddianı isə tam təmin edərkən “X4”nın 4.2, 4.5, 4.7, 4.8, 5.5, 6.1 və 6.7-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1, 560.2 və 560.3-cü maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X4”nın 4.2-ci maddəsinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır, istehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların; -6.1.1-ci bəndinə əsasən istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 6.1.2-ci bəndinə görə təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.1.6-cı bəndinə əsasən məhkəmənin qərarı ilə qaz paylayıcısı qazın verilməsini dayandıra bilər. Həmin Qaydaların 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, onun təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilməmişdir, ona görə də ona əlavə pul hesablanması yuxarıda qeyd olunan qaydaların tələbinə uyğun deyildir. Birinci instansiya məhkəməsi Cavabdeh müdaxilə etdiyi qeyd edilən sayğacın işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, bu səbəbdən Cavabdeh sayğacı kənar müdaxilələrdən qorunmasının qeyri-mümkün olmasını nəzərə alaraq, müdaxilənin məhz Cavabdeh tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilmədiyindən, həmin akta əsasən əlavə borc pul hesablandığından, bu nəticəyə gəlmişdir ki, iddiaçı Cavabdeh iddiası əsaslı olduğundan təmin olunmalı, qeyd olunanlara görə İddiaçı dəymiş ziyanı ödənilməsi barədə iddiası isə təmin edilməməlidir. Eyni zamanda, işə məhkəmədə baxılarkən Cavabdeh debitor borca görə yaranmış borcunu ödəmişdir, odur ki, İddiaçı bu barədə, yəni debitor borcun ödənilməsi hissəsində də iddiası təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərar qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi ilk iddianı təmin, qarşılıqlı iddianı rədd etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin mübahisələndirilən hissəsində ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçının nümayəndəsi də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin apellyasiya qаydаsındа ləğvi üçün əsаslаr olmаdığındаn İddiaçı İB-nin nümayəndəsi X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ucar Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli 2(063)-77/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apellyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apellyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Ucar Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli 2(063)-77/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. İddiaçı “Azərqaz” İstehsalat Birliyinin nümayəndəsi X8 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1398/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1398/2021
14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver