Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1399/2021 06.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Cavabdeh2 və onun vəkili X2 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin cavabdehlər X4, Cavabdeh6, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh7 qarşı borc tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 24 may 2019-cu il tаrixli, 2(075)-32/2019 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş аpelyаsiyа şikayətinin mümkünlük məsələsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Şəki Rayon Məhkəməsinin (hakim C.İmanov) 24 may 2019-cu il tarixli qətnaməsi ilə iddiа qismən təmin edilmiş, cavabdehlər X4, Cavabdeh6, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh7 müştərək qaydada 11565,44 ABŞ dolları məbləğində əsas borc, 6263,94 ABŞ dolları məbləğində faiz borcu və 150 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 17979,38 ABŞ dolları borcun məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə tutularaq ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi, X4, Cavabdeh6, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh7 müştərək qaydada 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, 145 manat ekspertiza xərcinin cavabdehlərdən alınaraq dövlət büdcəsinə - Az. MEM, VÖEN**********, X7 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı “xxxx” ASC ərizə ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, X4, Cavabdeh6, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh7 müştərək qaydada “xxxx” ASC-nin xeyrinə 11565,44 ABŞ dolları əsas, 6263,94 ABŞ dolları faiz, 1833,62 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 19663 (on doqquz min altı yüz altmış üç) ABŞ dolları borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq «xxxx” ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Şəki Rayon Məhkəməsinin 24 may 2019-cu il tаrixli, 2(075)-32/2019 nömrəli qətnaməsi qəbul edilmişdir. Cavabdeh3 Şəki Rayon Məhkəməsinin 24 may 2019-cu il tarixli 2(075)-32/2019 nömrəli qətnaməsindən verdiyi apelyasiya şikayəti 27 iyun 2019-cu ildə Şəki Rayon Məhkəməsinə daxil olmuş, 28 iyun 2019-cu ildə apelyasiya şikayəti baxılması üçün iş materialları ilə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bundan sonra digər cavabdeh X1 Şəki Rayon Məhkəməsinin 24 may 2019-cu il tarixli 2(075)-32/2019 nömrəli qətnaməsindən verdiyi apelyasiya şikayəti 01 iyul 2019-cu ildə Şəki Rayon Məhkəməsinə daxil olmuş, apelyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə iş materialları Şəki Apelyasiya Məhkəməsindən geri istənilmiş və mülki işin materialları Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Şəki Rayon Məhkəməsinin 28 avqust 2019-cu il tarixli 2(075)-32/2019 nömrəli qərardadı ilə iddiaçı “xxxx” ASC-nin cavabdehlər X4, Cavabdeh6, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh7 qarşı borc tələbinə dair iddiası üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin 24 may 2019-cu il tarixli 2(075)-32/2019 nömrəli qətnaməsindən iş üzrə cavabdeh X1 apelyasiya şikayəti Azərbaycan Respublikası MPMin 361-ci maddəsinin tələblərinə uyğun hesab edilmiş və apelyasiya şikayəti baxılması üçün işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsinin 21 may 2020-ci il tarixli qətnaməsi ilə cavabdeh X1 apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Şəki Rayon Məhkəməsinin 24 may 2019-cu il tarixli 2(075)-32/2019 nömrəli qətnaməsi X3 münasibətdə dəyişdirilmədən saxlanılmış, Cavabdeh3 apelyasiya şikayəti isə təmin edilərək, iş üzrə Şəki Rayon Məhkəməsinin 24 may 2019-cu il tarixli 2(075)-32/2019 nömrəli qətnaməsi qismən yəni, Cavabdeh3 11565,44 ABŞ dolları məbləğində əsas borc, 6263,94 ABŞ dolları məbləğində faiz borcu və 150 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 17979,38 ABŞ dolları borcun məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnədə tutularaq ləğv prosesində olan "xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi, 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan "xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına ödənilməsi, 145 manat ekspertiza xərcinin isə dövlət büdcəsinə - Az. MEM, VÖEN**********, X7 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesabına ödənilməsi hissəsində ləğv edilməsi, həmin hissə üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbinin həmin hissədə rədd edilməsi, qətnamənin qalan hissədə yəni, cavabdehlər X4, Cavabdeh6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh7 müştərək qaydada 11565,44 ABŞ dolları məbləğində əsas borc, 6263,94 ABŞ dolları məbləğində faiz borcu və 150 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 17979,38 ABŞ dolları borc məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnədə tutularaq ləğv prosesində olan "xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə, 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan "xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, 145 manat ekspertiza xərcinin dövlət büdcəsinə - Az. MEM, VÖEN**********, X7 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesabına ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılması, iş üzrə keçirilmiş 28 mart 2020-ci il tarixli ekspertiza tədqiqatının dəyərini təşkil edən 124 (yüz iyirmi dörd) manatın "xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq dövlət büdcəsinə-AZ.MEM. VÖEN **********, X5, KOD 210005 VÖEN **********, müxbir hesab AZ 41, NABZ ********************, SFİFT BİK CTREAZ 22 hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı "xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və iş üzrə cavabdehlər X4, Cavabdeh6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh7 tərəfindən kassasiya şikayətləri verilmişdir. Bundan sonra mülki iş üzrə digər Cavabdeh7 Şəki Rayon Məhkəməsinin 24 may 2019-cu il tarixli 2(075)-32/2019 nömrəli qətnaməsindən apelyasiya şikayəti vermiş, həmin şikayət 22 iyul 2020-ci ildə Şəki Rayon Məhkəməsinə daxil olmuş, apelyasiya şikayətinin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə iş materialları Şəki Apelyasiya Məhkəməsindən geri istənilmiş və həmin materiallar Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Şəki Rayon Məhkəməsinin 04 avqust 2020-ci il tarixli qərardadı ilə iddiaçı “xxxx” ASCnin cavabdehlər X4, Cavabdeh6, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh7 qarşı borc tələbinə dair iddiası üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin 24 may 2019-cu il tarixli 2(075)-32/2019 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh7 apelyasiya şikayəti Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğun hesab edilmiş və apelyasiya şikayəti baxılması üçün işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 avqust 2020-ci il tarixli qərardadı ilə Cavabdeh7 apelyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Bundan sonra mülki iş kassasiya şikayətlərinə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 mart 2021-ci il tarixli qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş və Şəki Apelyasiya Məhkəməsinin 21 may 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra Şəki Rayon Məhkəməsinin 24 may 2019-cu il tаrixli qətnaməsindən Cavabdeh2 tərəfindən аpelyаsiyа şikayəti verilmişdir. Şəki Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli qərardadı ilə Cavabdeh2 apelyasiya şikayəti Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğun hesab edilmiş və apelyasiya şikayəti baxılması üçün işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 və onun vəkili X6 apellyasiya şikayətinə baxılmasının mümkün hesab edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-in 376.2-ci mаddəsinə əsаsən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Аzərbаycаn Respublikаsı MPM-in 366.1-ci mаddəsinə əsаsən, apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. İş materiallarından müəyyən оlunmuşdur ki, Şəki Rayon Məhkəməsinin 24 may 2019-cu il tarixli qətnaməsi həmin tarixli məktubla Cavabdeh2 göndərilmişdir. İş materillarında olan kassasiya şikayətindən (i. v 253-262) görünür ki, kassasiya şikayəti 16 iyul 2020-ci ildə Şəki Apelyasiya Məhkəməsinə daxil olmuş, Cavabdeh2, digər cavabdehlər və onların vəkili X8 tərəfindən imzalanmışdır. Deməli, həmin vaxt Cavabdeh2 sözügedən məhkəmə qətnaməsindən məlumatı olmuşdur. Bundan əlavə, Cavabdeh2 və digər cavabdehlərin kassasiya şikayətləri əsasında həmin mülki işə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasında baxılaraq 04 mart 2021-ci il tarixli qərar ilə kassasiya şikayətləri təmin edilməmiş və Şəki Apelyasiya Məhkəməsinin 21 may 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda məhkəmə kollegiya hesab edir ki, bu iş üzrə Cavabdeh2 apelyasiya şikayəti mümkün hesаb edilə bilməz. Аzərbаycаn Respublikаsı MPM-in 366.2-ci mаddəsində deyilir ki, əgər аpelyаsiyаnın mümkünlüyü üçün əsаslаr yоxdursа, о, qəbul оlunmаmış hesаb edilə bilər. Аzərbаycаn Respublikаsı MPM-in 366.4-cü mаddəsində deyilir ki, apelyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə görə, apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, məhkəmə kоllegiyаsı hesаb edir ki, Şəki Rayon Məhkəməsinin 24 may 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti üzrə аpelyаsiyаnın mümkünlüyü üçün əsаslаr оlmаdığınа görə аpelyаsiyа qeyri-mümkün hesаb edilməlidir. Qeyd olunanlara əsasən və Аzərbаycаn Respublikаsı MPM-in 263-264, 366 və 400-cü mаddələrini rəhbər tutаrаq məhkəmə kоllegiyаsı QƏRАRА АLDİ: Şəki Rayon Məhkəməsinin 24 may 2019-cu il tаrixli, 2(075)-32/2019 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə аpellyаsiyа qeyrimümkün hesаb edilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyаsiyа Məhkəməsinin Mülki kollegiyаsı vаsitəsi ilə Azərbаycаn Respublikаsı Ali Məhkəməsinin Mülki kollegiyаsınа kаssаsiyа şikаyəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(107)-1399/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1399/2021
06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver