Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-14/2023 08.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 cavabdeh İddiaçı2 qarşı “mülkiyyətində olan torpaq sahəsindən istifadəyə maneə olan hallara son qoyulması” tələbinə dair ilk və iddiaçılar İddiaçı2 və qeyrilərinin cavabdehlər İddiaçı1, Cavabdeh2, Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsinə və qeyrilərinə qarşı “cavabdehlər tərəfindən zəbt olunmuş torpaq sahəsinin boşaldılması və s.” tələblərinə dair birləşdirilmiş iddia ərizələri üzrə (Açar sözlər: mülkiyyətin müdafiəsi, torpaq mübahisəsi, torpaq sahəsinin zəbt edilməsi, torpaq sahəsinə gedən yolun bağlanması, torpaqdan istifadəyə olan maneənin aradan qaldırılması, sübutların qiymətləndirilməsi və ekspertiza məsələləri) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X3 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, Cavabdeh2 vəkili Vəkil4 iştirakı ilə, Qəbələ Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 2(025)-52/2020 saylı qətnaməsindən İddiaçı1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı1 cavabdeh İddiaçı2 qarşı “mülkiyyətində olan torpaq sahəsindən istifadəyə maneə olan hallara son qoyulması” tələbinə dair məhkəmədə iddia qaldıraraq cavabdeh İddiaçı2 tərəfindən mülkiyyətində olan torpaqdan istifadəyə maneə olan hallara son qoyulması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 19 fevral 2010-cu ildə X2 paylı mülkiyyət hüququ əsasında aqrar islahatı zamanı onlara verilmiş 0,334317 ha torpaq sahəsi almışdır. Paylı mülkiyyətin mülkiyyətçiləri X4, X1 Fatma Ramiz qızı, X7, X11 və X8 olmuşlar. Alqı-satqı müqaviləsi 19 fevral 2010-cu ildə Qəbələ Rayon Notariat Kontorunda aparılmış və mülkiyyətçilərin hamısı buna razılıq vermişlər. Alqı-satqı müqaviləsi əsasında adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsində 18 oktyabr 2016-cı il tarixdə A № 106268 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş və DƏDRX 9 saylı Qəbələ Ərazi İdarəsindən həmin tarixdə Seriya RX № ******* saylı adına “Çıxarış” almışdır. Torpağın təyinatı kənd təsərrüfatı məhsullarının istehsalı üçün müəyyən edilmişdir. O, alqı-satqı yolu ilə əldə etdiyi torpaq sahəsindən istifadə edə bilməmişdir. Çünki cavabdeh və onun ailə üzvləri onu həmin torpaq sahəsinə keçməyə imkan verməmişlər. Belə ki, hər dəfə hansısa işi görmək üçün torpaq sahəsinə getmək istəyəndə cavabdeh ünvanına çox nalayiq söyüşlər söymüş, onu hədələmiş və bildirmişdir ki, həmin torpaqdan onu istifadə etməyə qoymayacaqdır. Bu səbəbdən də torpaqdan istifadə edə bilməmişdir. Bununla əlaqədar olaraq o, kənd icra nümayəndəsinə və bələdiyyəyə müraciət etmişdir. Lakin nəticəsi olmamışdır. Bütün bunları nəzərə alaraq hüquqların məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişdir. İddiaçı (cavabdeh) İddiaçı1 iddia ərizəsində göstərilənlərə uyğun 01 noyabr 2019-cu il il tarixdə keçirilən məhkəmə iclasında izahat vermiş, iddiaçıların (cavabdehlərin) ərizəsinə münasibət bildirərək göstərmişdir ki, heç kimin torpaq sahəsini zəbt etməmişdir. Torpaq sahəsini 2010-cu ildə alqı-satqı müqaviləsi əsasında almışdır. Torpaq sahəsi ona verilərkən bələdiyyənin nümayəndələri ona bildirmişlər ki, ola bilsin ki, həmin torpaq sahəsində bələdiyyəyə məxsus torpaq sahəsi də vardır. Bu da gələcəkdə elektronlaşdırma zamanı məlum olacaqdır. Torpaq sahəsinin istifadəçisi onun özü olduğuna görə torpaq sahəsini ala biləcəyini bildirmişlər. Torpaq sahəsini alqı-satqı yolu ilə necə qəbul etmişsə, elə də qalır. Həmin torpaq sahəsindəki hasar isə 80-ci illərdə çəkilmişdir. Hasarın onun vəsaiti hesabına sökülməsini tələb etsələr də, hasar onun tərəfindən çəkilməmişdir. İddiaçılar İddiaçı2, İddiaçı4, Osmanova (Babayeva) Türanə Oqtay qızı, İddiaçı6 və İddiaçı3 cavabdehlər İddiaçı1, Cavabdeh2 və Qəbələ Rayonu Mirzəbəyli Bələdiyyəsinə, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-172A Kod 40613018 olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* nömrəli, reyestr nömrəsi **********44, qeydiyyat nömrəsi ********** olan Çıxarış əsasında iddiaçıların xüsusi mülkiyyətlərinə verilmiş 1,14 ha həyətyanı torpaq sahəsinin zəbt olunmuş hissəsindən cavabdehlərin çıxarılması, hörülmüş dəmir tor hasarın onların hesabına sökülməsi və cavabdeh İddiaçı1 tərəfindən qanunsuz bağlanılmış gediş-gəliş yolunun açılaraq maneələrin aradan qaldırılması, ödədikləri 10 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçılara verilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişlər. Həmin iddia onunla əsaslandırılmışdır ki, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı6 və Babayeva (Osmanova) Türanə Oqtay qızına Qəbələ rayonu, Mirzəbəyli kəndi ərazisindən Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 15 may 1998-ci il tarixli, 09 saylı qərarı fərdi yaşayış evi tikmək məqsədilə 1,14 ha həyətyanı torpaq sahəsi verilmişdir. JN-172A Kod 40613018 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında 05 mart 2015 ci il tarixdə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış almışlar. Mülkiyyətlərinə həyətyanı torpaq sahəsi verilərkən iddiaçılara sərhəd nöqtələri dəqiqliklə tanıdılmamış, ona görə də İddiaçı2 cavabdeh DTXK-nın Qəbələ Rayon Şöbəsinə qarşı məhkəmədə iddia qaldırmış və Qəbələ Rayon Məhkəməsinin 16 avqust 2010-cu il tarixli qətnaməsi ilə iddiası təmin edilmiş, Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 15 may 1998-ci il tarixli, 09 saylı qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair JN-172A Kod 40613018 olan şəhadətnamə üzrə İddiaçı2 və dörd nəfər ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,14 hektar torpaq sahəsi naturada tanıdılmaqla İddiaçı2 verilməsi və qeyd olunan 1,14 ha torpaq sahəsinin naturada ölçülməklə İddiaçı2 verilməsi DTXK-nın Qəbələ Rayon Şöbəsinə həvalə olunması qət edilmişdir. Lakin qətnamə əsasında verilmiş icra vərəqəsi bir neçə il icra olunmamışdır. Nəhayət, icra tədbirləri çərçivəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin və Şəki Layihə-Tədqiqat İdarəsinin mütəxəssislərinin iştirakı ilə 28 iyun 2019-cu il tarixdə İddiaçı2 və dörd nəfər ailə üzvlərinin istifadəsində olan ümumilikdə torpaq sahəsinin faktiki vəziyyətinə baxış keçirilmiş və müvafiq akt tərtib edilmişdir. DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin Qəbələ Rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 02 sentyabr 2019-cu il tarixli məktubunda göstərilmişdir ki, Ərazi İdarəsində mövcud olan DWJ baza məlumatına görə torpaq sahəsinin naturada müəyyən olunmuş koordinatlara əsasən aparılan araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, Şəki LTİ-nin 09 iyul 2019-cu il tarixdə tərtib etdiyi torpaq sahəsinin yerquruluşu sxemində torpaq sahəsinin cənub sərhədi boyunca göstərilən torpaq sahəsinin 18 nömrəli döngə nöqtəsindən 26 nömrəli döngə nöqtəsinə qədər və torpaq sahəsinin qərb sərhədi boyunca 26 nömrəli döngə nöqtəsindən 30 nömrəli döngə nöqtəsinə qədər olan və həmin istiqamətdə X14 istifadəsində olmayan sxemdə qırmızı xətlə işarələnən sahə bələdiyyə mülkiyyətinə aiddir. Qəbələ Rayonu Mirzəbəyli Bələdiyyəsinin Qəbələ Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış 27 avqust 2019-cu il tarixli 46 saylı məktubunda qeyd edilmişdir ki, təqdim edilmiş sxemə əsasən 30-cu nöqtədən qərbə doğru 10,51 metr, torpaq sahəsinin cənubundakı 26-cı nöqtədən qərbə doğru 9,54 metr torpaq sahəsi İddiaçı1 istifadəsindədir. 26-cı nöqtədən qərbə doğru 9,54 metr, 26-cı nöqtədən cənuba doğru 20.66 metrdən sonra qoyulmuş nöqtə düz xətlə 18-ci nöqtəyə qədər hissə (sxemdə rənglənmiş hissə) Cavabdeh2 tərəfindən istifadə olunur. Həmçinin 20 ilə yaxındır ki, həyətyanı torpaq sahələrinin zəbt olunmuş hissəsi tərəfdə gediş-gəliş yolu da mövcud olmuşdur ki, həmin ümumi gediş-gəliş yolu da İddiaçı1 tərəfindən qanunsuz bağlanıldığından, hazırda istifadə etmələri mümkün deyildir. Qəbələ Rayon Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli qərardadı ilə mülki işlər bir icraatda birləşdirilmişdir. Birinci instansiya məhkəməsində icraat Qəbələ Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 2(025)-52/2020 saylı qətnaməsi ilə (hakim A.B.Əliyev) İddiaçı1 cavabdeh İddiaçı2 qarşı “mülkiyyətində olan torpaq sahəsindən istifadəyə maneə olan hallara son qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi, iddiaçılar İddiaçı2, İddiaçı4, Osmanova (Babayeva) Türanə Oqtay qızı, İddiaçı6 və İddiaçı3 cavabdehlər İddiaçı1, Cavabdeh2, Qəbələ Rayonu Mirzəbəyli Bələdiyyəsinə və müstəqil tələb irəli sürməyən şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddiasının təmin edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin 05 mart 2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ına əsasən İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı6 və İddiaçı5 birgə mülkiyyətinə verilmiş Qəbələ rayonu, Mirzəbəyli kəndində 1,14 ha həyətyanı torpaq sahəsinin 0,0588 ha hissəsindən cavabdeh İddiaçı1, 0,20 ha hissəsindən Cavabdeh2 çıxarılması və hörülmüş dəmir tor hasarın onların hesabına sökülməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ına əsasən İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı6 və İddiaçı5 birgə mülkiyyətinə verilmiş Qəbələ rayonu, Mirzəbəyli kəndində 1,14 ha həyətyanı torpaq sahəsinə Qəbələ Rayonu Mirzəbəyli Bələdiyyəsinin mülkiyyətində olan, İddiaçı1 tərəfindən bağlanmış gediş-gəliş yolunun açılması və İddiaçı1 tərəfindən maneələrin aradan qaldırılması qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Qəbələ rayonu, Mirzəbəyli kəndində yerləşən 0,334317 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1 tam paylı mülkiyyətinə verilsə də, hazırda onun istifadəsində 1 hektardan artıq torpaq sahəsi vardır. Onun iddia tələbi üzrə cavabdeh İddiaçı2 tərəfindən həmin torpaq sahəsi tutulmamış və İddiaçı1 mülkiyyətindəki torpaq sahəsindən istifadə olunmasında ona sonuncu tərəfindən heç bir maneələr törədilmir. İddia tələbinin əsaslandığı hallara dair sübutların məhkəməyə təqdim olunması ilə sübutetmə vəzifəsi və yükü iddiaçının üzərinə düşdüyü halda, İddiaçı1 mülkiyyətindəki 0,33 ha torpaq sahəsindən istifadə olunmasında cavabdeh Oqtay Babayev tərəfindən ona maneələrin törədilməsinə dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. İkinci iddia ilə bağlı birinci instansiya məhkəməsi iş üzə keçirilmiş ekspert rəyinə və Mülki Məcəllənin 170.1, 170.2, 175.1-ci maddələrinə istinad edərək İddiaçı2 və ailə üzvlərinin birgə mülkiyyətində olan torpaq sahəsinin 0,0588 ha hissəsi İddiaçı1, 0,20 ha hissəsi Cavabdeh2 qanunsuz istifadəsində olduğundan, sonuncular həmin torpaq sahələrindən çıxarılmalı, hörülmüş dəmir tor hasar isə cavabdehlərin hesablarına sökülməlidir. Həmçinin İddiaçı2 və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş Qəbələ rayonu, Mirzəbəyli kəndində yerləşən 1.14 ha torpaq sahəsinə gedən yol yeri Mirzəbəyli bələdiyyəsinin mülkiyyətində olsa da, həmin yol yeri cavabdeh İddiaçı1 tərəfindən bağlandığından, bələdiyyənin sədri isə məhkəmədə verdiyi izahatında həmin ərazidən (qərbdən şimala doğru, əsas yol istiqamətində 6 metr enində, uzunluğu həmin yola qədər) İddiaçı2 yol verilməsinə etiraz etmədiyindən İddiaçı1 tərəfindən bağlanmış gediş-gəliş yolu açılmaqla, sonuncu tərəfindən törədilən maneələrin aradan qaldırılmasına dair iddia tələbləri də təmin edilməlidir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 0,334317 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1 tam paylı mülkiyyətinə verilsə də, hazırda onun istifadəsində 1 hektardan artıq torpaq sahəsi vardır. Onun iddia tələbi üzrə cavabdeh İddiaçı2 tərəfindən həmin torpaq sahəsi tutulmamış və İddiaçı1 mülkiyyətindəki torpaq sahəsindən istifadə olunmasında ona sonuncu tərəfindən heç bir maneələr törədilmir. İddia tələbinin əsaslandığı hallara dair sübutların məhkəməyə təqdim olunması ilə sübutetmə vəzifəsi və yükü iddiaçının üzərinə düşdüyü halda, İddiaçı1 mülkiyyətindəki 0,33 ha torpaq sahəsindən istifadə olunmasında cavabdeh Oqtay Babayev tərəfindən ona maneələrin törədilməsinə dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. İkinci iddia ilə bağlı birinci instansiya məhkəməsi iş üzə keçirilmiş ekspert rəyinə və Mülki Məcəllənin 170.1, 170.2, 175.1-ci maddələrinə istinad edərək İddiaçı2 və ailə üzvlərinin birgə mülkiyyətində olan torpaq sahəsinin 0,0588 ha hissəsi İddiaçı1, 0,20 ha hissəsi Cavabdeh2 qanunsuz istifadəsində olduğundan, sonuncular həmin torpaq sahələrindən çıxarılmalı, hörülmüş dəmir tor hasar isə cavabdehlərin hesablarına sökülməlidir. Həmçinin İddiaçı2 və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 1.14 ha torpaq sahəsinə gedən yol yeri Mirzəbəyli bələdiyyəsinin mülkiyyətində olsa da, həmin yol yeri cavabdeh İddiaçı1 tərəfindən bağlandığından, bələdiyyənin sədri isə məhkəmədə verdiyi izahatında həmin ərazidən (qərbdən şimala doğru, əsas yol istiqamətində 6 metr enində, uzunluğu həmin yola qədər) İddiaçı2 yol verilməsinə etiraz etmədiyindən İddiaçı1 tərəfindən bağlanmış gediş-gəliş yolu açılmaqla, sonuncu tərəfindən törədilən maneələrin aradan qaldırılmasına dair iddia tələbləri də təmin edilməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4, 170.1, 170.2, 175.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Şəki Apellyasiya Məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 noyabr 2020-ci il tarixli, 2(107)-2051/2020 saylı qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmamışdır. Qəbələ Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 2(025)-52/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiаçı İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 оğlu və Cavabdeh2 kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 noyabr 2020-ci il tarixli, 2(107)-2051/2020 saylı qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24 may 2021-ci il tarixli, 2(102)-2414/2021 saylı qərarı ilə, iddiаçı İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 оğlu və Cavabdeh2 kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 5 noyabr 2020-ci il tarixli, 2(107)-2051/2020 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxılarkən iş tam və hərtərəfli araşdırılmamış, Azərbaycan Respublikası MPM-nin 9, 14, 77, 88, 217, 218-ci və s. maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə qeyd etmişlər: “Mülki işin materialları ilə müəyyən edilmişdir ki, onun tərəfindən çəkilmiş tor hasar iddiaçının torpaq sahəsinin 0.20 ha azalmasına səbəb olmuşdur. Mühəndis-texniki ekspertizanın rəyi ilə Qəbələ rayonu, Mirzəbəyli kəndində iddiaçıya məxsus torpaq sahəsinin əksik olması ilə bağlı heç bir fakt müəyyən olunmur.” İstifadəsində 1.50 ha torpaq sahəsi vardır. Torpaq sahəsini vaxtilə Rafık Vartanovdan almışdır. Azərbaycan Respublikası İqtisadvvat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmakın Kadastr və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mütəxəssis rəyində JN- 173 A nömrəli (kod ********) şəhadətnamə əsasında DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* (reyestr nömrəsi - **********44; qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi - xx.xx.2015) nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın dövlət reyestindən” Çıxarışa əsasən İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı6 Oktay oğlunun və İddiaçı5 Oktay qızının birgə mülkiyyətinə verilmiş Qəbələ rayonu, Mirzəbəyli kəndində yerləşən 1.14 ha torpaq sahəsinin 0,20 ha hissəsinin onun istifadəsində olduğu göstərilmişdir. Ona etiraz etmiş, çünki heç kimə məxsus torpaq sahəsini zəbt etməmişdir. 1992-ci ilin iyun ayının 18-də həmin həyətə köçmüşdür. Həyətin divarları (hasarı) və qapısı həmin müddətdən bu yana necə vardırsa elə də qalmışdır. Göründüyü kimi, sözügedən torpaq sahəsi qonşu sahələrlə əhatə olunmuş, başqa sözlə, qonşu sahələri də dəmir torlarla mövcuddur. Lakin ekspert o məsələyə heç bir münasibət bildirməmişdir. Hesab etmişdir ki, mübahisəni doğru-düzgün araşdırmaq üçün ekspert qarşısında iddiaçının iddia etdiyi kimi yolun onun istifadəsində olan dəmir torun mane olub-olmadığı və digər mühüm suallar qoyulmalı idi. Yalnız bundan sonra həqiqət üzə çıxa bilərdi. Bundan başqa, DƏDRX-nin mütəxəssisləri tərəfindən iddiaçının torpaq sahəsinin hüdudları müəyyən olunsa da, ona aid torpaq sahəsinin hüdudları və kordinantları müəyyən olunmamışdır. Ümumiyyətlə isə işin gedişində mübahisəli dəmir torun mövcud olub-olmadığı və iddiaçıya aid torpaq sahəsinin onun istifadəsində olan torpaq sahəsinin hansı kordinanlardan hesablandığı elə müəyyən olunmamışdır. Odur ki, Qəbələ Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 2(025)- 52/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddianın ona aid hissədə rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işə birtərəfli yanaşmış, yalnız qarşı tərəfin qeyri-səmimi ifadəsinə "hüquqi” qiymət vermişdir. Bununla da məhkəmə qanun və məhkəmə qarşısında bərabərlik və çəkişmə prinsipinin tələblərini pozmuşdur. Qanun və məhkəmə qarşısında bərabərlik prinsipi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci və 127-ci maddələrində, "Məhkəmələr və hakimlər” haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində də təsbit olunmuşdur. Şəxslərin qanun və məhkəmə qarşısında bərabərliyi cəmiyyətdə fiziki və hüquqi şəxslərin hüquqi statusunun elementidir. Ona görə də bu prinsip təkcə prosessual hüquq normalarında deyil, həm də maddi hüquq normalarında təsbit edilmişdir. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Ədalət mühakiməsinin faktlar əsasında həyata keçirilməsi prinsipi məhkəmədən tələb edir ki, işdə iştirak edən şəxslərə istinad etdikləri halları və faktları mötəbər sübutlarla əsaslandırmalı olduqlarını izah etsin, qəbul etdiyi hər bir məhkəmə aktında (o cümlədən məhkəmə qətnaməsində) yalnız öz təsdiqini tapmış faktlara istinad etsin və həmin faktlardan məntiqi olaraq doğan nəticəyə gəlsin. Sübutlar məhkəmə tərəfindən məcmu halda qiymətləndirilməlidir. Bu zaman məhkəmə baxılan iş üzrə aydınlaşdırılmalı olan hər hansı hala və ya fakta aid olan müxtəlif sübutlardan həmin hal və ya faktla bağlı irəli gələn məlumatları müqayisəli təhlil etməlidir. Eyni hala və ya fakta dair müxtəlif sübutların doğurduğu məlumatlar fərqli olduqda məhkəmə öz aktında bu fərqi izah etməli, nəyə görə məhz konkret sübuta üstünlük verdiyini obyektiv və inandırıcı surətdə əsaslandırmalıdır. Qeyd etmişlər ki, mövcud qətnamədə elə olmamış, nəticədə qeyri-obyektiv qətnamə qəbul edilmişdir. Həmçinin qeyd etmişlər ki, məhkəmə qətnaməsi tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsində deyilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. “Məhkəmə qətnaməsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.Hesab etmişlər ki, məhkəmənin sözü gedən qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş və bu səbəbdən ləğv edilməli, onun iddiasının təmin edilməsinə və İddiaçı2 ona qarşı olan hissəsinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 vəkili Vəkil4 apellyasiya şikayətin təmin edilməsini və Qəbələ Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 2(025)-52/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddianın Cavabdeh2 aid hissədə rədd edilməsi xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, ilk iddia üzrə iddiaçı, habelə birləşdirilmiş iddia üzrə digər iddiaçılar, həmin tələb üzrə cavabdeh Qəbələ rayonunun Mirzəbəyli bələdiyyəsinin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmiş, vəkillərinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli qərarının Həmin Qərarın 3-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməlidir. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını (kənd təsərrüfatı təyinatla, su fondu, ehtiyat fondu və s.), torpaq sahəsi üzərində hüququn formasını (mülkiyyət, istifadə, icarə), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:
1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
Apellyasiya baxışının hədləri
Apellyasiya şikayətindən görünür ki, Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməsini və Qəbələ Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 2(025)-52/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddianın ona aid hissədə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 apellyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 2(025)-52/2020 saylı qətnaməsini ləğv edib onun iddiasının təmin edilməsinə və İddiaçı2 ona qarşı olan hissədə təmin edilməməsinə dair yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Qəbələ Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 2(025)-52/2020 saylı saylı qətnaməsinin mübahisələndirilən hissəsi üzrə apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətlərinin dəlilləri həcmində yoxlamağı məqsədəmüvafiq hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də İddiaçı1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 2(025)-52/2020 saylı qətnaməsi qismən ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası ilk növbədə İddiaçı1 iddiası üzrə dəyərlindirmə aparılmasını zəruri hesab edir. İddiaçı1 cavabdeh İddiaçı2 qarşı “mülkiyyətində olan torpaq sahəsindən istifadəyə maneə olan hallara son qoyulması” tələbinə dair məhkəmədə iddia qaldıraraq cavabdeh İddiaçı2 tərəfindən mülkiyyətində olan torpaqdan istifadəyə maneə olan hallara son qoyulması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24 may 2021-ci il tarixli, 2(102)-2414/2021 saylı yuxarıda qeyd edilən qərarında hüquqi mövqe ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi ikinci tələb üzrə qismən araşdırma aparsa da, İddiaçı1 iddiası üzrə hər hansı araşdırma aparmamış, yalnız qətnamədə onun tələbini əsaslandıran sübutları məhkəməyə təqdim etməməsinə istinad edərək, iddianı rədd etmişdir. Halbuki, həmin iddianın məzmunundan müəyyən olunmuşdur ki, İddiaçı1 İddiaçı2 və ailə üzvlərinin onun torpaq sahəsinə keçməsinə imkan vermədiklərini bildirərək, mülkiyyətində olan torpaq sahəsindən istifadəyə olan maneələrin aradan qaldırılmasını xahiş etmişdir. Həmin tərəflər arasında torpaq sahəsindən istifadə ilə bağlı mübahisənin olması isə işin mübahisəsiz halıdır. Lakin birinci instansiya məhkəməsi iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edərkən, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə sərbəst gediş-gəliş yolunun olub olmaması, həmin yolda tələb üzrə cavabdehlərin maneələrin yaradılmasını mümkünlüyünə dair suallar qoyulmamış və həmin istiqamətdə araşdırma aparılmamışdır. Yüksək İnstansiya Məhkəməsinin Hüquqi mövqeyini və qanuni göstərişlərini nəzərə alan Məhkəmə kollegiyası İddiaçı1 iddia tələbini əsassız, apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən İddiaçı1 cavabdeh İddiaçı2 qarşı “mülkiyyətində olan torpaq sahəsindən istifadəyə maneə olan hallara son qoyulması” tələbinə dair iddia tələbinə düzgün hüquqi qiymət verilmişdir. Belə ki, iddiaçı iddia tələbində qeyd etdiyi halları təsdiq edəcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyasının 07 iyul 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən ekspertiza tədqiqatı aparılaraq, məhkəməyə 14 oktyabr 2022-ci il tarixli, 10/5064 nömrəli rəy verilmişdir. Rəydə göstərilmişdir ki, 1-ci sual üzrə Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2022-ci il tarixdə təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən, İddiaçı1 istifadəsində olan torpaq sahəsinin koordinatları müəyyən edilmişdir (yerquruluşu planı mütəxəssis rəyinə əlavə edilmişdir). 2-ci saul üzrə Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2022-ci il tarixdə təqdim edilmiş Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən, koordinatları müəyyən edildikdən sonra müəyyən edilmişdir ki, İddiaçı1 istifadəsində olan torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmuşdur. 3-cü saul üzrə Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2022-ci il tarixdə təqdim edilmiş Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən, İddiaçı1 istifadəsində olan torpaq sahəsinə gediş-gəliş yolu cavabdehlər tərəfindən bağlanmamışdır. 4-cü saul üzrə Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2022-ci il tarixdə təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən, cavabdehlər tərəfindən İddiaçı1 istifadəsində olan torpaq sahəsinə gediş-gəliş yolunda maneə yoxdur. 5-ci sual üzrə Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2022-ci il tarixdə təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən, Cavabdeh2 icazə vermədiyinə görə istifadəsində olan torpaq sahəsi ölçülməmişdir. 6-cı sual üzrə Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2022-ci il tarixdə təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən, İddiaçı2, İddiaçı4, Osmanova (Babayeva) Türanə Oqtay qızı, İddiaçı6 və İddiaçı3 mülkiyyətində olan torpaq sahəsinin koordinatları müəyyən edilmişdir (yerquruluşu planı mütəxəssis rəyinə əlavə edilmişdir). 7-ci sual üzrə Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2022-ci il tarixdə təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən, İddiaçı2, İddiaçı4, Osmanova (Babayeva) Türanə Oqtay qızı, İddiaçı6 və İddiaçı3 mülkiyyətində olan torpaq sahəsinə sözügedən ərazidən gediş-gəliş yolu nəzərdə tutulmamışdır. 8-ci sual üzrə Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2022-ci il tarixdə təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən, İddiaçı4, Osmanova (Babayeva) Türanə Oqtay qızı, İddiaçı6 və İddiaçı3 tərəfindən gediş-gəliş yolu kimi iddia olunan ərazi yaşayış məntəqəsi ilə kənd təsərrüfatı təyinatlı torpaqlar arasında Mirzəbəyli bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsidir (yerquruluşu planı mütəxəssis rəyinə əlavə edilmişdir). 9-cu sual üzrə Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2022-ci il tarixdə təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən, həmin torpaq sahəsi İddiaçı1 istifadəsindədir. Göründüyü kimi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 oktyabr 2022-ci il tarixli 10/5064 nömrəli rəyi ilə müəyyən edilir ki, İddiaçı1 istifadəsində olan torpaq sahəsinə gediş-gəliş yolu cavabdehlər tərəfindən bağlanmamış, cavabdehlər tərəfindən İddiaçı1 istifadəsində olan torpaq sahəsinə gedişgəliş yoluna maneə yoxdur. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən hissədə qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, mübahisələndirilən hissədə, yəni İddiaçı1 cavabdeh İddiaçı2 qarşı “mülkiyyətində olan torpaq sahəsindən istifadəyə maneə olan hallara son qoyulması” barədə iddiasını təmin etməməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi, hörülmüş dəmir tor hasarın İddiaçı1 hesabına sökülməsi, İddiaçı1 tərəfindən bağlanmış gediş-gəliş yolunun açılması hissəsində səhv nəticəyə gəlmişdir. Belə ki, yuxarıda qeyd edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 oktyabr 2022-ci il tarixli 10/5064 nömrəli rəyinin 7-ci və 8-ci suallarında aşağıdakılar müəyyən edilir; 7-ci sual üzrə Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2022-ci il tarixdə təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən, İddiaçı2, İddiaçı4, Osmanova (Babayeva) Türanə Oqtay qızı, İddiaçı6 və İddiaçı3 mülkiyyətində olan torpaq sahəsinə sözügedən ərazidən gediş-gəliş yolu nəzərdə tutulmamışdır. 8-ci sual üzrə Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2022-ci il tarixdə təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən İddiaçı4, Osmanova (Babayeva) Türanə Oqtay qızı, İddiaçı6 və İddiaçı3 tərəfindən gediş-gəliş yolu kimi iddia olunan ərazi yaşayış məntəqəsi ilə kənd təsərrüfatı təyinatlı torpaqlar arasında Mirzəbəyli bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsidir (yerquruluşu planı mütəxəssis rəyinə əlavə edilmişdir). Göründüyü kimi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 oktyabr 2022-ci il tarixli 10/5064 nömrəli rəyi ilə müəyyən edilir ki, İddiaçı2, İddiaçı4, Osmanova (Babayeva) Türanə Oqtay qızı, İddiaçı6 və İddiaçı3 mülkiyyətində olan torpaq sahəsinə sözügedən ərazidən gediş-gəliş yolu nəzərdə tutulmamışdır, eyni zamanda iddiaçılar tərəfindən gediş-gəliş yolu kimi iddia olunan ərazi yaşayış məntəqəsi ilə kənd təsərrüfatı təyinatlı torpaqlar arasında Mirzəbəyli bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsidir (yerquruluşu planı mütəxəssis rəyinə əlavə edilmişdir). Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi hörülmüş dəmir tor hasarın İddiaçı1 hesabına sökülməsi, İddiaçı1 tərəfindən bağlanmış gediş-gəliş yolunun açılması hissəsində səhv nəticəyə gəlmişdir. Ona görə də qətnamə həmin hissədə ləğv edilməli, iddia həmin hissədə rədd edilməlidir. Bundan başqa, kollegiya iddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı6 və İddiaçı5 birgə mülkiyyətinə verilmiş Qəbələ rayonu Mirzəbəyli kəndində 1,14 ha həyətyanı torpaq sahəsinin 0,0588 ha hissəsindən cavabdeh İddiaçı1 çıxarılması hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24 may 2021-ci il tarixli, 2(102)-2414/2021 saylı yuxarıda qeyd edilən qərarında həmin hissə ilə bağlı hüquqi dəyərləndirmə aparılmadığından kollegiya iddianın təmin edilmiş həmin hissəsinə münasibət bildirilməsinə lüzum görmür. Daha sonra, məhkəmə kollegiyası Cavabdeh2 apellyasiya şikayəti üzrə dəyərləndirmə aparılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24 may 2021-ci il tarixli, 2(102)-2414/2021 saylı yuxarıda qeyd edilən qərarında Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə hüquqi mövqe ondan ibarət olmuşdur ki, Cavabdeh2 istifadə etdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, işin mübahisəsiz halı ondan ibarətdir ki, o, həmin torpağı notariat qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. Belə olan halda, onun torpaq sahəsinə sərəncam vermək hüququ istisna olmaqla, mülkiyyət hüququnun digər elementləri olan sahiblik və istifadə hüquqları yaranmışdır. Lakin birinci instansiya məhkəməsi işin tam və obyektiv həlli üçün Cavabdeh2 istifadəsində olan həmin torpaq sahəsinin hüquqi statusunu, həmin ərazinin kimin adına qeydə alınmasını, koordinatlarını müəyyən edilməsi üçün müvafiq orqanlara sorğu verməmişdir. Yüksək İnstansiya Məhkəməsinin Hüquqi mövqeyini və qanuni göstərişlərini nəzərə alan Məhkəmə kollegiyası Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı6 və İddiaçı5 birgə mülkiyyətinə verilmiş Qəbələ rayonu Mirzəbəyli kəndində 1,14 ha həyətyanı torpaq sahəsinin 0,20 ha hissəsindən Cavabdeh2 çıxarılması barədə gəldiyi nəticə qanuni və əsaslıdır. İlk olaraq, məhkəmə kollegiyası işdə olan 29 yanvar 1993-cü il tarixdə Qəbələ Rayon Dövlət Notariat Kontorunda qeydə alınmış müqaviləyə nəzər yetirilməsini vacib hesab edir. İşdə olan 29 yanvar 1993-cü il tarixdə Qəbələ Rayon Dövlət Notariat Kontorunda qeydə alınmış müqavilənin surətindən müəyyən edilir ki, Qəbələ rayonu Mirzəbəyli kəndində X15 1200 kv.metr torpaq sahəsində yerləşən fərdi yaşayış evini Cavabdeh2 satmışdır. Göründüyü kimi, Cavabdeh2 X5 aldığı torpaq sahəsi kənd təsərrüfatı təyinatlı deyil, fərdi yaşayış evi üçün nəzərdə tutulmuşdur. Yüksək İnstansiya Məhkəməsinin qanuni göstərişlərini nəzərə alan Məhkəmə kollegiyası 21 sentyabr 2021-ci ildə Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRXnin 9 saylı Qəbələ Ərazi İdarəsinə göndərilmiş sorğu ilə İddiaçı1 cavabdeh İddiaçı2 müllkiyyətində olan torpaq sahəsindən istifadəyə maneə olan hallara son qoyulması tələbinə dair, İddiaçı2 iddiaçılar İddiaçı4 və qeyrilərinin cavabdehlər İddiaçı1 və qeyrilərinə qarşı cavabdehlərin zəbt olunmuş torpaq sahəsinin boşaldılması və onlar tərəfindən hörülmüş dəmir tor hasarın onların hesabına sökülməsi və cavabdeh tərəfindən bağlanmış gediş-gəliş yolunun açılaraq maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə verilmiş apellyasiya şikayətinə baxılması ilə əlaqədar 29 yanvar 1993-cü il tarixdə Qəbələ Rayon Dövlət Notariat Kontorunda Cavabdeh2 ilə Vartanov Rafik Yaranus oğlu arasında aparılmış alqı-satqı müqaviləsi üzrə torpaq sahəsinin qeydə alınmaması, alınmışdırsa həmin çıxarışın və ya şəhadətnamənin təsdiq olunmuş surətini məhkəməyə göndərilməsini xahiş etmişdir. Lakin hazırki sorğuya Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən cavab verilməmişdir. Bundan başqa, məhkəmə kollegiyasının 17 noyabr 2022-ci il tarixli, 2(107)-89/2022 saylı qərardadı ilə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən ekspertiza tədqiqatı aparılaraq, məhkəməyə 7 aprel 2023-cü il tarixli, 10/1825 nömrəli rəy verilmişdir. Rəydə göstərilmişdir ki, 1-ci sual üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 20 fevral 2023-cü il tarixli, 3-21-3-42/2- 795/2023 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunmuşdur ki, 29 yanvar 1993-cü il tarixdə Qəbələ Rayon Dövlət Notariat Konturunda qeydə alınmış müqavilə ilə Cavabdeh2 məxsus torpaq sahəsinə dair məkan göstəriciləri qeyd edilmiş sənədlər olmadığına görə sərhədlərinin koordinatlarını təyin etmək mümkün olmamışdır. 2-ci sual üzrə mütəxəssis rəyinə əsasən, Cavabdeh2 tərəfindən göstərilmiş faktiki naturada ölçülmüş torpaq sahəsinin sərhədlərinin döngə nöqtələrinin koordinatları GPS aləti vasitəsilə təyin edilmişdir. 3-cü sual üzrə mütəxəssis rəyinə əsasən, Cavabdeh2 istifadəsində olan faktiki naturada ölçülmüş 1,88 hektar torpaq sahəsinin JN-172A nömrəli şəhadətnamə ilə İddiaçı2 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. 4-cü sual üzrə mütəxəssis rəyinə əsasən, Cavabdeh2 istifadəsində olan faktiki naturada ölçülmüş 1,88 hektar torpaq sahəsinin 0,2095 hektar hissədə JN-172A nömrəli şəhadətnamə ilə İddiaçı2 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Göründüyü kimi, Cavabdeh2 zəbt etmiş olduğu 1,88 hektar torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir ki, onun da 0,2095 hektar hissədə JN-172A nömrəli şəhadətnamə ilə İddiaçı2 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Kollegiyanın qənaətinə görə iddiaçılar Cavabdeh2 zəbt etmiş olduğu 1,88 hektar torpaq sahəsinin 0,2095 hektar hissəsindən çıxarılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, mübahisəli torpaq sahəsi iddiaçıların mülkiyyətindədir. Cavabdeh2 zəbt etmiş olduğu 1,88 hektar torpaq sahəsinin onun mülkiyyətində, icarəsində və ya istifadəsində olmasına dair məhkəmələrə hər hansı bir sübut növü təqdim edilməmişdir. Cavabdeh2 X5 aldığı torpaq sahəsi kənd təsərrüfatı təyinatlı deyil, 1200 kv.metr torpaq sahəsi olmaqla fərdi yaşayış evi üçün nəzərdə tutulmuşdur. Ona görə də kollegiya hesab edir ki, apallyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı6 və Osmanova (Babayeva) Türanə Oqtay qızının birgə mülkiyyətinə verilmiş Qəbələ rayonu Mirzəbəyli kəndində 1,14 ha həyətyanı torpaq sahəsinin 0,20 ha hissəsindən Cavabdeh2 çıxarılması barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Bununla belə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi, hörülmüş dəmir tor hasarın Cavabdeh2 hesabına sökülməsi hissəsində səhv nəticəyə gəlmişdir. Belə ki, yuxarıda qeyd edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 oktyabr 2022-ci il tarixli, 10/5064 nömrəli rəyinin 7-ci və 8-ci suallarında aşağıdakılar müəyyən edilir; 7-ci sual üzrə Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2022-ci il tarixdə təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən İddiaçı2, İddiaçı4, Osmanova (Babayeva) Türanə Oqtay qızı, İddiaçı6 və İddiaçı3 mülkiyyətində olan torpaq sahəsinə sözügedən ərazidən gediş-gəliş yolu nəzərdə tutulmamışdır. 8-ci sual üzrə Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2022-ci il tarixdə təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən, İddiaçı4, Osmanova (Babayeva) Türanə Oqtay qızı, İddiaçı6 və İddiaçı3 tərəfindən gediş-gəliş yolu kimi iddia olunan ərazi yaşayış məntəqəsi ilə kənd təsərrüfatı təyinatlı torpaqlar arasında Mirzəbəyli bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsidir (yerquruluşu planı mütəxəssis rəyinə əlavə edilmişdir). Göründüyü kimi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 oktyabr 2022-ci il tarixli, 10/5064 nömrəli rəyi ilə müəyyən edilir ki, İddiaçı2, İddiaçı4, Osmanova (Babayeva) Türanə Oqtay qızı, İddiaçı6 və İddiaçı3 mülkiyyətində olan torpaq sahəsinə sözügedən ərazidən gediş-gəliş yolu nəzərdə tutulmamışdır, eyni zamanda iddiaçılar tərəfindən gediş-gəliş yolu kimi iddia olunan ərazi yaşayış məntəqəsi ilə kənd təsərrüfatı təyinatlı torpaqlar arasında Mirzəbəyli bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsidir (yerquruluşu planı mütəxəssis rəyinə əlavə edilmişdir). Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi hörülmüş dəmir tor hasarın Cavabdeh2 hesabına sökülməsi hissəsində səhv nəticəyə gəlmişdir. Ona görə də qətnamə həmin hissədə ləğv edilməli, iddia həmin hissədə rədd edilməlidir. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə almamışdır. Ona görə də İddiaçı1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 2(025)-52/2020 saylı qətnaməsi qismən ləğv edilməli və həmin hissələr üzrə yeni qətnamə qəbul edilməli, qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 2(025)-52/2020 saylı qətnaməsi qismən, yəni hörülmüş dəmir tor hasarın İddiaçı1 və Cavabdeh2 hesabına sökülməsi, İddiaçı1 tərəfindən bağlanmış gediş-gəliş yolunun açılması hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi “Hörülmüş dəmir tor hasarın İddiaçı1 və Cavabdeh2 hesabına sökülməsi, İddiaçı1 tərəfindən bağlanmış gediş-gəliş yolunun açılması” na dair hissədə rədd edilsin. Qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərcini təşkil edən 100 (yüz) manat pulun 33 (otuz üç) manatı İddiaçı1, 33 (otuz üç) manatı Cavabdeh2ından və 34 (otuz dörd) manatı isə İddiaçı2 tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X6, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası AliMəhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.