Məhkəmə qərarları › İş №2(107)-1400/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1400/2021

29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1400/2021 29.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, maraqlarına toxunan şəxs Qəhrəmanova (Əliyeva) Ülkər Çingiz qızının iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2(075)- 1270/2020 nömrəli qətnaməsindən iş üzrə maraqlarına toxunan şəxs Qəhrəmanova (Əliyeva) Ülkər Çingiz qızı tərəfindən verilmiş apellyasiya şikayətinin mümükünlüyü məsələsinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 35040 manat, 24000 ABŞ dolları, 267537.84 rubl və məhkəməyə müraciətlə bağlı ödədiyi 30 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2(075)- 1270/2020 nömrəli (hakim P.Hacıyev) qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 35040 manat, 24000 ABŞ dolları (qətnamə icra olunan günə manata məzənnəsi üzrə) və 267537.84 rubl (qətnamə icra olunan günə manata məzənnəsi üzrə) tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh 30 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Şəki Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2(075)- 1270/2020 nömrəli qətnaməsindən iş üzrə maraqlarına toxunan şəxs Qəhrəmanova (Əliyeva) Ülkər Çingiz qızı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasını iclasında iştirak edən Qəhrəmanova (Əliyeva) Ülkər Çingiz qızı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, qeyd olunan qətnamə qəbul edilən zaman onun xəbəri olmamış, cavabdeh qərəzli şəkildə iddianı etiraf etrmişdir. Həmin qətnamə hazırda onun maraqlarına toxunur.. Ona görə də şikayətin təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini apellyatorun izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi üçün Şəki Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, mülki işin materialları araşdırılarkən müəyyən edilmişdir ki, Qəhrəmanova (Əliyeva) X2 Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2(075)- 1270/2020 nömrəli qətnaməsindən apellyasiya şikayəti versə də, işə baxmış birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 357-ci maddəsinin tələbi baxımımdan qəbul edilmiş qətnamənin sonuncunun hüquq və mənafelərinə toxunmasını araşdırmamış, səlahiyyəti olub-olmamsına hüquqi qiymət vermədən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Ona görə də kollegiya belə qənaətə gəlir ki, yuxarıda qeyd olunan halların aradan qaldırılması və Mülki Prosessual Məcəlləsinin 357- 363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi üçün mülki iş Şəki Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 364-cü maddəsinə əsasən apellyasiya şikayətini aldıqdan sonra birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Beləliklə yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-368-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2(075)- 1270/2020 nömrəli qətnaməsindən iş üzrə maraqlarına toxunan şəxs Qəhrəmanova (Əliyeva) Ülkər Çingiz qızı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi üçün Şəki Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan tərəflər onu aldıqdan sonra 10 (on) gün müddətinə Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar