Məhkəmə qərarları › İş №2(107)-1401/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1401/2020

06.10.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1401/2020 06.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə və X1 iclas katibliyi ilə İddiaçı Cavabdeh qarşı “ümumi istifadədə olan yoldan istifadəyə yaradılan maneənin aradan qaldırılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(035)-207/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zərdab rayonunun Çallı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 11 saylı alqı-satqı müqaviləsinə əsasən mülkiyyətinə verilmiş 0.12 ha həyətyanı torpaq sahəsinə gedən ümumi istifadədə olan yoldan istifadəsinə cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(035)-207/2020 nömrəli qətnaməsi ilə (hakim T.Qubadov) iddia təmin edilmiş, Zərdab rayonu Çallı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 11 saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.12 ha həyətyanı torpaq sahəsinə gedən ümumi istifadədə olan yoldan iddiaçının istifadəsinə Cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması, iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar köçrülmüş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək Zərdab Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(035)-207/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə Cavabdeh məhkəməyə teleqram göndərərək İddiaçı ilə barışdığını və apelyasiya şikayətindən imtina etdiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəfələr məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə görə, işdə iştirak edən şəxsin apelyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə görə, apelyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3. maddəsinə görə, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4. maddəsinə görə, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verilir. Sadalanan mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, apelyasiya şikayəti verən şəxs həm də apelyasiya şikayətindən imtina etmək hüququna malikdir və bu şikayət vermiş şəxsin birtərəfli iradə ifadəsidir. Yəni apelyasiya şikayəti vermiş şəxs işdə iştirak edən digər şəxslərin buna münasibətindən asılı olmayaraq apelyasiya şikayətindən imtina edə bilər. Lakin apelyasiya şikayətindən imtina qanuna zidd olmamalı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmamalıdır. Həm də apelyasiya şikayətindən imtina apelyasiya şikayəti verən şəxsin yazılı ərizəsi ilə yetərli hesab olunmur, bunun üçün şikayətdən imtinanın məhkəmə tərəfindən qəbul edilməsi tələb olunur. Belə ki, apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Mülki Prosessual Məcəllənin 191-ci maddəsi iddiaçının iddiadan imtinasının, cavabdehin iddianı etirafının qəbul olunmasının və barışıq sazişinin təsdiq edilməsinin qaydalarını və nəticələrini nəzərdə tutur. Deməli apelyasiya şikayətindən imtina qanuna zidd olmadıqda, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadıqda məhkəmə imtinanı qəbul etməli və apelyasiya icraatına xitam verməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apelyasiya şikayətindən imtinası onun sərbəst iradə ifadəsini əks etdirir, imtina qanuna zidd deyil, eləcə də digər şəxslərin qanunla qorunan hüquq və mənafelərini pozmur. Ona görə də apelyasiya şikayətindən imtina qəbul edilməli və apelyasiya icraatına xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 369-370, 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh apelyasiya şikayətindən imtinası qəbul edilsin. Cavabdeh Zərdab Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(035)-207/2020 nömrəli qətnaməsindənvermiş olduğu apelyasiya şikayəti üzrə apelyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar