Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1403/2020 02.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Əliyev Fərid Mehdi oğlunun katibliyi, iddiaçı MKT “xxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı MKT “xxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı pultələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(035)- 244/2020 nömrəli qətnaməsindən iddiaçı MKT “xxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin İdarə Heyətinin sədri R.H.Həsənov tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Zərdab Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(035)-244/2020 nömrəli qətnaməsi ilə (hakim Tahir Qubadov) İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası təmin edilməmiş, iddia ərizəsinə məhkəmədə baxılması üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir. İşin halları İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən əsas borca görə 1473.8 manat, cərimə borcuna görə 659.4 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 2163.2 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnaməçıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı MMC, “MKT-Zərdab” filialı və Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli ********* saylı müqaviləyə əsasən cavabdeh 4.0 hektar sahədə pambıq əkməyi və hər hektardan 20 sentner məhsul əldə etməklə 8.0 ton xam-pambıq məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Cavabdeh müqavilənin icrasına görə iddiaçıdan 2563,97 manat məbləğində avans götürmüş, müqavilə şərtlərinə görə götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və həmin vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xampambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin, cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda 8.0 ton xam-pambıq istehsal edib verməli olduğu halda, cəmi 683,66 manat məbləğində 1405,81 kq pambıq təhvil vermişdir. Cavabdeh ümumi borcdan 406,5 manat vəsaiti nəğd şəkildə ödəmişdir. Müqavilənin 4.2-ci bəndinəəsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1-ci növ qiyməti ilə (1-ci növ xampambığın 1 tonunun qiyməti 500 manatdır) 20 faiz həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 659,4 manat təşkil edir. Bununla da cavabdehin iddiaçıya 1473,8 manat əsas borcu, cəriməyə görə 659,4 manat, cəmi 2133,2 manat borcu yaranmışdır. Tələb olunmasına baxmayaraq borcun ödənilməsi cavabdeh tərtəfindən təmin edilməmişdir. Ona görə də hazırki iddia ilə məhkəməyə müracit edilmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, 2017-ci il mövsümü üçün pambıq əkilməsi və tədarükü ilə bağlı əvvəlcə onunla “xxxxxxxxxxxxx” ATSC arasında xx.xx.2016-cı il tarixdə, daha sonra həmin münasibətin davamı olaraq İddiaçı MMC, “MKT-Zərdab” filialıilə aralarında xx.xx.2017-ci il tarixli ********* saylı müqavilə bağlanmış və həmin müqavilələrəəsasən 4.0 hektar sahədə pambıq əkməyi və hər hektardan 20 sentner məhsul əldə etməklə8.0 ton xam-pambıq məhsulu istehsal edib iddiaçıya satmağıöhdəsinə götürmüşdür.Öhdəliyinə uyğun olaraq, o, Zərdab rayonunun Gödəkqobu kəndində 4.0 ha pambıq əkmiş və yaxşı çıxış almışdır. Lakin, xx.xx.2017-ci il tarixdə yağan güclü dolu nəticəsində pambıq sahəsi tamamilə məhv olmuşdur. Baş verən təbii fəlakət nəticəsində,o, özündən aslı olmayan səbəbdən, yəni qarşısı alınmaz qüvvənin təsirindən öhdəliyini yerinə yetirə bilməmişdir. Buna baxmayaraq öhdəliyi yerinə yetirməyə səy göstərmiş, bu məqsədlə gec olsa da xx.xx.2017-ci ildə yenidən həmin yerəçiyid səpmişdir. Bitkinin vegetasiya müddəti 150-180 gün olduğu üçün qozaların açılması soyuq hava şəraitinə düşdüyü üçün lazımi məhsuldarlıq alınmamışdır. Yuxarıda qeyd etdiyi fors-major səbəbindən iddiaçı qaşısında öhdəliyini yerinə yetirə bilmədiyi üçün hesab edir ki, iddiaçı qaşısında məsuliyyətdən azad olunmalıdır. Aralarında bağlanmış müqavilənin 5.1-ci bəndində də fors-major şəraitində, yəni təbii fəlakət nəticəsində öhdəliyin qeyri-mümkünlüyü nəzərdə tutulmuşdur. Ona görə də yuxarıda qeyd edilənlərin nəzərə alınmasını və iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn iddiaçı MKT “xxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin İdarə Heyətinin sədri R.H.Həsənov apelyasiya şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı MKT “xxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin İdarə Heyətinin sədri R.H.Həsənov apelyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş və birinci instanasiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlməmişdir. Birinci instansiya məhkəməsi cavabdehə məxsus pambıq sahəsinə yağan güclü dolu hadisəsini fors-major şəraitinə aid edərkən səhv nəticəyə gəlmişdir. Ona görə də, Zərdab Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(035)-244/2020 nömrəli qətnaməsini ləğv edərək, iddia ərizəsinin təmin olunması barədə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı MKT “xxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X4 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Zərdab Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(035)-244/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası Məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçı MKT “xxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin İdarə Heyətinin sədri R.H.Həsənov tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Zərdab Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(035)-244/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan “xxxxxxxxxxxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 54 saylı, xx.xx.2016-cı il tarixli müqavilədən görünür ki, Cavabdeh 4.0 ha sahədə pambıq əkməyi və hər hektardan minimum 20 sentner pambıq təhvil verməyi öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı MMC, “MKT-Zərdab Ucar” filialı ilə Cavabdeh arasında bağlanmış ********* saylı, xx.xx.2017-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh istehsal etdiyi xam-pambığı tədarükçüyə satmağı öhdəsinə götürmüşdür. İşdə olan RİHBA-nın hüquq şöbəsinin müdiri X.Babayevin, RİHBA-nın baş məsləhətçisi S.Xəlilovun, RİHBA-nın baş məsləhətçisi N.Həşimzadənin, X2 rəisi H.Hüseynovun, “xxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi Ə.Rəhimovun, Zərdab RİHBA-nın Gödəkqobu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İ.Müzəffərovun, Gödəkqobu kənd bələdiyyəsinin sədri K.Müzəffərovun və sahibkar Cavabdeh iştirakı ilə tərtib edilmiş xx.xx.2017-ci il tarixli Aktdan müəyyən olunur ki, Cavabdeh “xxxxxxxxxxxxx” ASC ilə müqavilə bağlayaraq əkdiyi 4 ha pambıq sahəsi xx.xx.2017-ci il tarixdə yağan güclü dolu nəticəsində tamamilə məhv olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini qət edərkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2, 386.1, 389.1, 390.1, 399.1 və 556.1-ci maddələrinə və Azərbaycan Respublikası MPM-nin 119.1ci maddəsinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər qanunvericilikdə mülki hquqların və vəzifələrin əmələ gəlməsinin əsaslarından biri kimi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 556.1-ci maddəsinə görə icra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, hazırkı Cavabdeh “xxxxxxxxxxxxx” ASC və İddiaçı MMC, “MKT-Ucar” filialı ilə aralarında bağlanmış müqaviləyə əsasən 4.0 ha sahədə pambıq əkməyi və hər hektardan minimum 20 sentner pambıq əldə edib tədarükçüyə - iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Tərəflər ilk vaxtlar müqavilə şərtlərinə uyğun hərəkət etmiş, yəni iddiaçı cavabdehə çiyid, gübrə və s. şəkildə avans vermiş, cavabdehdə müqavilə şərtərinə uyğun pambıq əkmiş və lazımı çıxışı almışdır. Lakin, sonradan pambıq sahəsi təbii fəlakət, yəni xx.xx.2017-ci il tarixdə yağan güclü dolu nəticəsində tamamilə məhv olmuşdur. Həmin səbəbdən, yəni qarşısı alınmaz qüvvənin təsirindən cavabdeh müqavilə üzrə öhdəliyinə tam əməl edə bilməmişdir. Tərəflər aralarında bağlanmış 54 saylı, xx.xx.2016-cı il tarixli müqavilənin 6.2-ci bəndinə əsasən bu müqavilə ilə tənzimlənməyən bütün münasibətlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada tənzimlənəcəyini, xampambığın alqı-satqısına dair bağlanmış ********* saylı, xx.xx.2017-ci il tarixli müqavilənin 5.1-ci bəndinə əsasən isə Fors-major şəraitində (hərbi vəziyyət, blokada şəraiti, tərəflərdən aslı olmayan ümumi tətil, sel, daşqın, zəlzələ və s. təbii fəlakətlər) müqaviləyə əsasən götürülən öhdəliklərin yerinə yetirilməsinin qeyri-mümkünlüyünü şərtləndirmişlər. Buradan aydın olur ki, tərəflər gələcəkdə Fors-major şəraitində müqavilə öhdəliklərinin yerinə yetirilə bilməmə münkünlüyünü qabaqcadan gözönünə gətirərək öz riskləri ilə hərəkət etmişlər. Birinci instansiya məhkəməsi işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda adıçəkilən qanunvericilik normalarının müddəalarına əsasən belə nəticəyə gəlmişdir ki, cavabdeh Fors-major - xx.xx.2017-ci il tarixdə yağan güclü dolu nəticəsində pambıq sahəsinin tamamilə məhv olması səbəbdən, yəni qarşısı alınmaz qüvvənin təsirindən müqavilə üzrə öhdəliyini yerinə yetirə bilmədiyi üçün iddiaçı qarşısında məsuliyyət daşımamalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, müqavilənin cavabdeh tərəfindən icrası mümkün olmadığından və icra edilməmə cavabdehin cavabdeh olmadığı haldan irəli gəldiyindən iddiaçı aralarında bağlanmış müqavilənin formal olaraq mövcud olmasına istinad edərək cavabdehdən öhdəliyin icrasını tələb edə bilməz. Ona görə də iddia qanunsuzdur və təmin edilməməlidir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət büdcəsinə 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçının nümayəndəsi də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları yuxarıda şərh olunan maddi və prosessual hüquq normaları ilə əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnamə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə isə düzgün olduğundan, işdə qətnamənin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından iddiaçı MKT “xxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin İdarə Heyətinin sədri R.H.Həsənov tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Zərdab Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(035)-244/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apelyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apelyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(035)-244/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. İddiaçı MKT “xxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin İdarə Heyətinin sədri R.H.Həsənov tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1403/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1403/2020
02.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver