Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1409/2022 13.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı pul tələbinə dair mülki işi üzrə Şəki Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları xx.xx.2011-ci il tarixdə hazırki iş üzrə cavabdeh "xxxx" ASC ilə bağladığı 119 nömrəli kredit müqaviləsinə əsasən illik 28 faizlə, 12 ay müddətinə 2.980 ABŞ dolları məbləğində pulu ASC-dən borc almışdır. Müqavilənin şərtlərinə əsasən borcalan üzərinə öhdəlik götürmüşdür ki, ASC-dən aldığı kredit borcunu və kredit məbləğinə hesablanacaq faizləri 12 ay müddətində, aybaay, hissə-hissə ASC-yə tam olaraq ödəyəcək. "xxxx" üzrə borcalanın ASC qarşısında üzərinə götürdüyü öhdəliyin icrasına, hazırki iş üzrə iddiaçı zəmanət vermiş və bununla bağlı olaraq zamin, borcalan və ASC arasında xx.xx.2011-ci il tarixli, Z-119 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Şəki Rayon Məhkəməsinin 2(075)-1498/2012 nömrəli, xx.xx.2012-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin Cavabdeh və İddiaçı qarşı borc tələbinə dair iddiası təmin edilmiş, cəmi 1.286,99 ABŞ dolları pul məbləğinin qətnamənin icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsi ilə N.Hüseynbəli və İddiaçı müştərək qaydada ASC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra 23 noyabr 2012-ci il tarixdə icraya yönəldilmişdir. Şəki rayon icra və probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Şəki Rayon Məhkəməsinin 2(075)-1498/2012 nömrəli, xx.xx.2012-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Qərarda icraata xitam verilməsinin səbəbi kimi borc məbləğinin borclu V.X2 Ekspertiza İdarəsindən aldığı əmək haqqı məbləğindən tutularaq tam ödənildiyi göstərilmişdir. X3 İdarəsinin xx.xx.2022-ci il tarixli arayışında göstərilir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək İddiaçı əmək haqqından cəmi 1.109,93 manat kredit borcu ləğv prosesində olan "xxxx" ASC-nin hesabına köçürülmüşdür. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1.109,93 manat pulun, ödənilmiş 32,50 manat dövlət rüsumunun və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilən 100 manat xərcin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" ASC-nin Şəki Filialından xx.xx.2011-ci il tarixdə illik 28 faiz olmaqla 12 ay müddətinə ödənilmək şərti ilə 2.980 ABŞ dolları kredit götürmüşdür. Eyni zamanda həmin kredit müqaviləsinin təminatı olaraq onunla bank arasında xx.xx.2011-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kreditor qarşısında öhdəliklərini icra etmədiyi üçün "xxxx" ASC cavabdehə və ona qarşı 1.286,99 ABŞ dolları kredit borcunun və 20 manat dövlət rüsumunun tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(075)-1498/2012 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Məhkəmənin sözügedən qətnaməsi icraya yönəlmiş və tələbin könüllü icrası tələb olunmuşdur. Tələb könüllü icra olunmadığı üçün icra məmuru məcburi icra tədbirlərini həyata keçirmişdir. xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixlərdə icra sənədləri üzrə 641,14 ABŞ dolları borcun və 20 manat icra ödənişinin onun əmək haqqısına yönəldilməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsin X3sı İdarəsinə təklif məktubu göndərilmişdir. Həmin təkliflər əsasında onun aylıq əmək haqqından tutulma başlanmış ümumilikdə 1.109,93 manat vəsait tutularaq borcalan Cavabdeh ləğv prosesində olan "xxxx" ASC-yə olan kredit borcuna silinmişdir. Onun vəzifə maaşı 510 manat təşkil edir və tutulan həmin vəsait onun maddi çətinliklərlə üzləşməyinə səbəb olmuşdur. Himayəsində azyaşlı 2 övladı var və ailənin maddi ehtiyaclarını (ərzaq, kommunnal xərclər və s.) o, qarşılayır. Ona vurulan zərərin ödəməsini borcalan Cavabdeh dəfələrlə xahiş etsə də, sonuncu ona vurulan zərərin ödəməkdən imtina etmişdir. Bu səbəbdən də o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddiaya qarşı etiraz ərizəsində bildirmişdir ki, iddia əsassızdır. Belə ki, o, heç vaxt bankdan nağd kredit götürməmişdir. Lakin 2011-ci ildə onun və iddiaçının atası X1 ümumi tanışı, Şəki rayonu, Baş Zəyzid kənd sakini Tariyel Məmmədov ondan xahiş etmişdir ki, N.Xasməmmədova pul lazımdır və onun heç bir banka borcu olmadığına, heç vaxt heç bir bankdan kredit götürmədiyinə görə onun adına kredit götürərək N.Xasməmmədova verilməsinə köməklik etsin. Bir-neçə günlük danışıqlardan sonra, o, qarant tələb etdikdə N.Xasməmmədov T.Məmmədov vasitəsi ilə ona söz vermişdi ki, övladı İddiaçı (hazırki iş üzrə iddiaçı) zamin duracaq və ondan heç kim pul tələb etməyəcək. Amma kreditin bankdan N.Xasməmmədov və övladı İddiaçı müəssisələrinə köçürülməsi, bunun əvəzinə guya ona mebel verilməsi və qanunsuz olaraq həmin pulun nağdlaşdırılmasından onun xəbəri olmamışdır. O, bankdan nağd şəkildə pul və onların sexindən mebel götürməmişdir. Göründüyü kimi, N.Xasməmmədov, oğlu İddiaçıla birlikdə onun kredit hesabından bank vasitəsi ilə pulun öz müəssisələrinin hesabına köçürülməsini təmin etmiş, dediklərinə görə mebeli ona yox, T.Məmmədova vermişlər. Beləliklə, onların hesabına bankdan köçürülən pul ona mebel verilməsi üçün yox, T.Məmmədovun N.Xasməmmədovun borcununun ödənilməsi üçün istifadə edilmişdir. Elə İddiaçı da zamin qismində bu əməliyyatda iştirakı pulun banka geri ödənilməsi üçün bir çıxış yolu kimi nəzərdə tutulmuşdur. Lakin sonradan N.Xasməmmədovla T.Məmmədov arasında baş verənlərdən onun heç bir xəbəri yoxdur. Pulun T.Məmmədov ödəmədiyi təqdirdə zamin olaraq göstərilən İddiaçı tərəfindən ödənilməsi yarımçıq dayandırılmışdır. Birlikdə görüşməkdən imtina etdikləri üçün, o, istər N.Xasməmmədovla, istərsə də T.Məmmədovla görüşdən belə qənaətə gəlmişdir ki, ortada heç bir şəffaflıq yoxdur, onlar günahı heç bir sübut göstərmədən bir-birinin üzərinə atırlar. İddiaçı isə sözsüz ki, öz atasının dediklərinin də yalan olduğunu bilir. N.Xasməmmədov və T.Məmmədov onun etibarından süi-istifadə edərək öz ehtiyacları üçün istifadə etmiş, onun pul qarşılığında heç bir borc müqaviləsi və ya hər-hansı mebel almadığına görə pulu məcburiyyət qarşısında İddiaçı ödəməli olmuşdur. Danışdıqlarını N.Xasməmmədov və İddiaçı da dolayısı ilə təsdiq edirlər, kreditin onun adına olduğundan istifadə edərək pulun onun ödəməli olduğuna məhkəməni inandırmağa çalışırlar. Onun adına bankdan ayrılmış kredit ona yox, N.Xasməmmədova məxsus mebel sexinə köçürülmüşdür. Ancaq onun N.Xasməmmədovla, İddiaçıla və onlara məxsus mebel sexi ilə heç bir borc müqaviləsi və ya onlardan heç bir mebel götürmədiyinə görə deməli onlar ona ya mebel verməli idilər, ya da hər-hansı yolla banka ödəmək üçün pulu ona, ya da banka geri ödəməli idilər. O, heç vaxt banka getməmiş və bankın dediyinə görə T.Məmmədov pulu hissə-hissə banka ödəmişdir. Bu barədə ödəniş qəbzləri də vardır. Lakin aralarındakı razılaşmanın kim tərəfindən pozulduğunu bilmir, ancaq pulun müəyyən hissəsini onlar ödəməkdən imtina edirlər. Qətnamənin icrası zamanı pulun ödənilməsi İddiaçı tərəfindən təmin edilmişdir. Ona görə də hesab edir ki, iddia ərizəsində göstərilənlər olanları saxtalaşdıraraq İddiaçı pulun onun tərəfindən ödənilməsini tələb edir. Bu hadisələrin fonunda isə İddiaçı saxtakarlıq edərək məhkəməyə yalan məlumat verməsi, nəyi isə gizlətməsi açıq-aşkar görünür. Əgər belə deyilsə bəs onda heç adı çəkilməyən T.Məmmədov niyə onun adından pulun 70%-ni banka ödəmişdir? Bank tərəfindən onun adından ödənilmiş pul qəbzlərinin T.Məmmədovda olması da bunu təsdiq edir ki, məhz niyə “onun borcunu” T.Məmmədov ödəmişdir? Bütün bunlar da əsas verir ki, onun N.Xasməmmədovun, bank nümayəndəsinin və T.Məmmədovun məhkəmə prosesinə dəvət olunması vacibdir. Bu faktlar N.Xasməmmədov, İddiaçı və T.Məmmədov tərəfindən ondan xəbərsiz hansısa gizlin bir işindən xəbər verir. O, İddiaçı qaldırdığı iddia barədə əvvəllər tamamilə xəbərsiz olduğunu, iddia ərizəsində göstərilənlərin qismən doğru olduğunu, böyük bir hissəsinin isə şər-böhtan, başqasının etibarından süi-istifadə edərək köçürülən pulun qarşılığının verilməməsi üçün bəhanələr aramasını, heç onun xəbəri olmadan olanları atası N.Xasməmmədov tərəfindən T.Məmmədovla birlikdə düşünülmüş şəkildə təşkil olunmasını, lakin bu barədə bir çox vacib hadisələrin düzgün göstərilmədiyinə görə iddiaya qəti etirazını bildirərək yuxarıda göstərdiklərini, onun bankdan pulu İddiaçı və atası N.Xasməmmədovun müəssisəsinə hansı məqsədlə və hansı qaydada köçürülməsinin, bu nəqdsiz köçürmənin nə məqsədlə həyata keçirilməsinin, köçürülən pulun qarşılığının heç bir formada ona ödənilməməsinin, elə bu gün də N.Xasməmmədova və oğlu İddiaçı məxsus mebel sexinin faktiki olaraq bankdan onun kredit hesabından köçürülən pulun qarşılığında verilməli olan mebelin bu günə qədər ona verilməməsinin, müəssisənin isə həmin miqdarda ona borclu olduğunu, bütün bunlar barədə İddiaçı tərəfindən məhkəməyə heç bir məlumat verilməməsini nəzərə alaraq, İddiaçı ondan qanunsuz tələb etdiyi məbləğin onun atası N.Xasməmmədovun iştirakı ilə onun bankdan götürülməsi üçün xahiş edən T.Məmmədov adlı şəxsi və N..Xasməmmədovun məhkəməyə dəvət edilməsinin, bank və ya İddiaçı tərəfindən pulun onun kredit hesabından İddiaçı və atası N.Xasməmmədova məxsus müəssisəyə nağdsız qaydada köçürülməsini təsdiq edən sənədlərin təqdim edilməsinin, pulun nağdsız yolla hansı məqsədlə köçürülməsinin, bu günə qədər köçürülən pulun qarşılığının ona verilməməsinin araşdırılmasının təmin edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) e-2(075)- 1303/2022 nömrəli iş üzrə qəbul etdiyi 29 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim P.Hacıyev) iddia təmin edilmiş, 1.109,93 manat borcun, hüquqi yardım göstərilməsi üçün vəkilə odənilmiş 100 manat və 32,50 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1.242,43 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə sübutlara istinadən belə qənaətə gəlmişdir ki, cavabdehin "xxxx" ASC-yə ödəməli olduğu borc məbləğindən 1.109,93 manat idiaçının əmək haqqından tutulmaqla icra edilmişdir. Cavabdeh həmin puldan iddiaçıya heç bir ödəniş etməmişdir. Beləliklə də, "xxxx" ASC-nin öhdəlik üzrə hüquqları kreditorun tələbini ödədiyi həcmdə cavabdehin öhdəliyi icra etmiş zamin olan iddiaçıya keçmişdir. Buna görə də iddiaçı cavabdehdən 1.109,93 manat borcun tutulmasını tələb etməkdə haqlıdır. Cavabdehin etiraz ərizəsində bankdan pulun müəssisəyə köçürülməsini, köçürülən pulun qarşılığının heç bir formada ona ödənilməməsini, bankdan onun kredit hesabından köçürülən pulun qarşılığında verilməli olan mebelin bu günə qədər ona verilməməsini, müəssisənin həmin miqdarda ona borclu olduğunu və s. bildirdiklərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, 1.286,99 ABŞ dolları pul qətnamənin icra olunduğu günə Azərbaycan manatına məzənnəsi ilə Cavabdeh və İddiaçı müştərək qaydada tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi Şəki Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 22 oktyabr 2012-ci il tarixli, 2(075)-1498/2012 saylı qətnaməsi ilə müəyyən olunmuşdur. Rayon Məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 389.1, 470.1, 471, 472.1, 475.1, 475.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Apelyasiya şikayətinin dəlilləri cavabdehin Rayon Məhkəməsinə təqdim etdiyi iddiaya qarşı etirazın əsasları ilə eynilik təşkil edir. Bu səbəbdən Məhkəmə həmin dəlilləri bir daha açıqlamağa lüzüm görmür. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra - Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və birinci instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 474.1. Əgər zaminlik müqaviləsindən ayrı qayda irəli gəlmirsə, zamin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürə bilər. Zamin bu cür etirazlar irəli sürmək hüququnu hətta borclunun onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da itirmir. Maddə 474.2. Zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. Maddə 474.3. Zamin bu Məcəllənin 474.2-ci maddəsində göstərilən vəzifələri yerinə yetirmədikdə borclu zaminin reqres tələbinə qarşı kreditora qarşı olan etirazlarını irəli sürə bilər. Maddə 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür. Belə ki, işin hallarından müəyyən edilir ki, cavabdeh ilə "xxxx" ASC arasında xx.xx.2011-ci il tarixdə bağlanmış 119 №-li kredit müqaviləsi üzrə cavabdehin Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün iddiaçı zamin kimi cavabdehin Banka olan 1.109,93 manat məbləğində borcunu ödəmişdir. Apellyasiya şikayəti vermiş cavabdeh, bildirir ki, onunla "xxxx" ASC arasında kredit müqaviləsi bağlansa da, həmin müqavilə üzrə kredit ona verilməmiş, pul iddiaçının atası Natiq Xasməmmədova aid müəssisəyə köçürülmüşdür. Kredit müqaviləsini imzalamaq üçün iddiaçının atası ilə razılaşdırılmış mebelin verilməsi barədə şərt isə sonuncu tərəfindən yerinə yetirilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin həmin dəlili əsassızdır. Çünki, yuxarıda qeyd olunduğu kimi, qanuni qüvvəsini almış xx.xx.2012-ci il tarixli məhkəmə qətnaməsinə əsasən xx.xx.2011-ci tarixli kredit müqaviləsi üzrə 1.286,99 ABŞ dolları məbləğində borcun hazırki iş üzrə cavabdeh olan borcalandan və sonuncunun öhdəliklərinin icrasına zamin durmuş hazırki iş üzrə iddiaçıdan tutulması qət edilmişdir. Cavabdeh sözügedən qətnamədən məlumatlı olsa da, həmin qətnaməni yuxarı instansiya məhkəmələrində mübahisələndirməmiş, qətnamə ilə razılaşmışdır. Cavabdeh həmçinin xx.xx.2011-ci tarixli kredit müqaviləsinin etibarlılığını da mübahisələndirməmişdir. Bu baxımdan hesab edilməlidir ki, cavabdehin "xxxx" ASC qarşısında xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə 1.109,93 manatdan ibarət icra edilməmiş öhdəlikləri mövcud olmuşdur. Şəki Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2012-ci il tarixli qətnaməsinin icrası mərhələsində tələb iddiaçının əmək haqqısına yönəldilmiş, borc tam ödənilmişdir. Belə olan halda, Məhkəmə hesab edir ki, iddiaçı (zamin) ödəmiş olduğu pul vəsaitini cavabdehdən (borclu) geri tələb etməkdə haqlıdır. İddiaçının iddiası əsaslıdır və təmin edilməlidir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı təmin etməklə iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Şəki Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1409/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1409/2022
13.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver