Məhkəmə qərarları › İş №2(107)-1411/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1411/2021

28.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1411/2021 28.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyaları və pul tələbinə dair” mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(051)-628/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(051)-628/2021 nömrəli qətnaməsi ilə (hakim Nemət Paşayev) iddia rədd olunmuş, İddiaçı Cavabdeh qarşı cavabdehdən çəkisi 97.8 qram, 583 əyyarlı, Rusiya istehsalı olan 7824 manat dəyərində Bismak sep və çəkisi 61.2 qram, 583 əyyarlı, Rusiya istehsalı olan 4896 manat dəyrində bilərzikdən ibarət qızıl-zinət əşyalarının naturada, mümkün olmadıda isə onların dəyərinin, həmçinin kredit borcu kimi cavabdehin əvəzinə ödədiyi 300 (üç yüz) manat məbləğində və dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pulun alınıb ona verilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı qızılzinət əşyaları və pul tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən çəkisi 97.8 qram, 583 əyyarlı, Rusiya istehsalı olan 7824 manat dəyərində Bismak sep və çəkisi 61.2 qram, 583 əyyarlı, Rusiya istehsalı olan 4896 manat dəyində bilərzikdən ibarət qızıl-zinət əşyalarının naturada, mümkün olmadıda isə onların dəyərinin, həmçinin kredit borcu kimi cavabdehin əvəzinə ödədiyi 300 (üç yüz) manat məbləğində və dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pulun alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsinin iclası zamanı iddianı müdafiə edərək, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, o, Cavabdeh uzun müddətdi tanımışdır. Əvvəllər münasibətləri çox yaxşı olmuşdur. Sonradan qohum olmuşlar. Belə ki, cavabdeh xalası qızı ilə ailə qurmuş, o da xalası qızı ilə ailə qurduğu üçün həm də bacanaq olmuşlar. Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olurdu. Həmçinin o da sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Təxminən 4 ildən çox olar ki, cavabdeh ona bildirmişdir ki, sahibkarlıq fəaliyyətini daha da genişləndirmək üçün pul lazımdır, ancaq banklardan götürülmüş kreditləri gecikdirdiyi üçün o, bankdan pul götürə bilmir. Ona görə də cavabdeh bildirmişdir ki, imkanı varsa girov qızıl qoyub pul götürmək mümkündür, lakin çəkisi çox olan qızıl-zinət əşyaları lazımdır. Əvvəldən də birbirilərinə hörmətləri, eyni zamanda qohum olduqları üçün evdə ehtiyat saxladığı lom kimi yüksək çəkiləri olan qızıl-zinət əşyalarını 97.8 qram, 583 əyyarlı, Rusiya istehsalı olan qiyməti 7824 manat dəyərində-Bismak sep və çəkisi 61.2 qram, 583 əyyarlı, Rusiya istehsalı olan qiyməti 4896 manat dəyərində bilərziyi cavabdehə vermişdir. Cavabdeh də ona məxsus qızıl-zinət əşyalarını lombarda girov qoyaraq təxminən 10.000 manat məbləğində pul götürmüşdür. Cavabdeh pul götürdükdən təxminən bir ay sonra ona zəng edərək bildirmişdir ki, Bakı şəhərindədir, kredit ödəməyin vaxtıdır, aylıq 300 manat ödəməlidir, xahiş etdi ki, onun əvəzinə 300 (üç yüz) manatı ödəsin. O, da lombardın sahibi olan Yalçın adlı şəxsin Lombardına 300 (üç yüz) manat pulu ödəmişdir. Xeyli müddət keçdikdən sonra o elə hesab etmişdir ki, cavabdeh müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərini ödəyir. O, Lombardla maraqlandıqda isə oradan ona bildirmişlər ki, cavabdeh kredit borcunu ödəmədiyi üçün ona məxsus və cavabdeh tərəfindən girov qoyulmuş qızılzinət əşyaları satılmışdır. O, cavabdehə zəng edərək lombarda olan kredit borcunu ödəmədiyi üçün ona məxsus qızıl-zinət əşyalarının satıldığını bildirmişdir. Cavabdeh isə Bakı şəhərində olduğunu, gəlib həll edəcəyini demişdir. Qeyd etdiyi kimi onlar qohum olmuş, lakin cavabdeh sonradan boşandığına görə qohumluq münasibətləri də pozulmuşdur. Baxmayaraq ki, qohumluq münasibətləri pozulmuş, onun cavabdehlə telefon əlaqəsi olmuşdur. Hər dəfə telefonda cavabdeh ona verdiyi qızıl-zinət əşyalarını etiraf edir, ancaq maddi imkanı olmadığı üçün qızıl-zinət əşyalarını və onun əvəzinə lombarda ödədiyi 300 manat pulun qaytarılmasına imkanı olmadığını bildirir. Onun da maddi vəziyyəti çox pisdir, evini ipoteka ilə yüklü edib, kredit götürmüş, pandemiya ilə əlaqədar işləyə bilmədəyi üçün kredit müqaviləsinin şərtlərini pozmuş, bank tərəfindən ona xəbərdarlıq məktubları gəlmişdir. Dəfələrlə cavabdehə maddi vəziyyətinin pis olmasını izah edib, borcunun qaytarmasını tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə borcunu qaytarmaqdan yayınmışdır. Hazırkı vəziyyətdə isə cavabdeh ona borclu olduğunu və yaxud ondan qızıl aldığını inkar edir. Halbuki, lombard sahibi olan Yalçın adlı şəxs cavabdeh tərəfindən girov qoyulmuş qızılların ona məxsus olduğunu cavabdehdən eşitdiyini bildirir. Lakin cavabdeh psixi təzyiqlər etdiyinə görə Yalçın məhkəmə iclasına gəlmir. Hesab edir ki, cavabdehin bildirdikləri formal mülahizədən başqa bir şey deyil, cavabdehin niyyəti onun vəsaiti hesabına əsassız varlanmaqdan ibarətdir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. İddiaçının nümayəndəsi Vəkil birinci instansiya məhkəməsinin iclası zamanı təmsil etdiyi şəxslə eyni məzmunlu izahat verərək, onun göstərdiyi halları təsdiq etdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh təqdim etdiyi etiraz ərizəsində və birinci instansiya məhkəməsinin iclası zamanı izahatında ona qarşı irəli sürülmüş iddianı qəbul etməmiş və əlavə olaraq göstərmişdir ki, iddiaçı iddia ərizəsində guya onun “ona verdiyi” qızılları lombarda qoyduğunu və onun yerinə bir dəfə lombard kreditini ödəniş etdiyini qeyd etmişdir. Lakin iddiaçı mülki prosessual qanunvericiliyinin tələblərinə riayət etməmişdir. Belə ki, istinad etdiyi hallara dair nə lombard kredit müqaviləsi, nə də onun əvəzinə ödədiyi ödəniş üzrə mədaxil qəbzini məhkəməyə təqdim etməmişdir. İddia tələbi üzrə qeyd edilmiş müddətlərdə, onunla lombard arasında olan kredit və girov müqavilələrini tələb etməklə, girov müqavilələrdə qeyd edilmiş qızılları müqayisə edərək iddia tələbinin əsassız olmasını müəyyən etmək olar. Lakin müqavilənin də surətini iddiaçı məhkəməyə təqdim etməmişdir. 2011-2015-ci illərdə o, Beynəlxalq Bankda mütəxəssis vəzifəsində işləmiş, əlavə özünün də qızıl dükanı olmuşdur. 2017-ci ilə qədər o, qızıl işi ilə məşğul olmuşdur. İşlə əlaqədar lombarda qızıl girov qoyub pul götürmüş, həmçinin Yalçın işlətdiyi lombarda qızıl girov qoyub borc pul götürmüş, ödənişlərini edib hamısını bağlamışdır. İddiaçı ilə qohumluq münasibətləri olmuş, lakin o, ondan heç bir qızıl zinət əşyaları borc almamış, nə də girov qoymamışdır. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Üçüncü şəxs X2 birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri haqda rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin 05.05.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh uzun müddətdir ki, tanıyır. Təxminən 2017-ci ildə Cavabdeh ondan 6000 manat məbləğdə pul istədi və bunun müqabilində ona 97.8 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı olan Bismak sep və 61.2 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı olan bilərziyi təklif etdi. Aralarında olan razılaşmaya əsasən Cavabdeh ondan aldığı borc pulu yaxın vaxtlarda qaytarmalı idi. Həmin vaxt Cavabdeh ondan aldığı pulu tez bir zamanda qaytaracağını və bundan sonra ona verdiyi qızıl-zinət əşyalarını geri götürəcəyini bildirdi. O da onunla bu barədə razılaşdı və ona 6000 (altı min) manat məbləğdə borc pul verdi, bunun əvəzində isə Cavabdeh ona 97.8 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı olan Bismak sep və 61.2 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı olan bilərziyi verdi. Daha sonra ona məlum oldu ki, həmin qızılzinət əşyaları İddiaçı məxsusdur. Cavabdeh ondan götürdüyü pulu qaytarmadığına görə o, bu barədə İddiaçı bildirdi və qızıla görə Cavabdeh pulu ödəmədiyini, götürülmüş borc pulun müəyyən hissəsinin ödənilməli olduğunu onun diqqətinə çatdırdı. İddiaçı də həmin vaxt Cavabdeh ona zəng edərək qızıla görə ödəniş etməsini xahiş etdiyi təqdirdə, İddiaçı də həmin məbləğin müəyyən hissəsini ödəyəcəyini bildirdi. Bundan sonra o, Cavabdeh məlumat verdi. Daha sonra isə İddiaçı 300 manat məbləğdə pulu Cavabdeh əvəzindən ona ödədi. Cavabdeh götürdüyü borc pulu ödəmədiyinə görə o, onun özünə və İddiaçı qızılzinət əşyalarını borcun əvəzi olaraq satacağımı bildirdi. İddiaçı də ona Cavabdeh əvəzinə 2-ci dəfə ödəniş etməyə imkanı olmadığını və qızıl-zinət əşyaları satılacağı təqdirdə onların foto şəklini çəkərək onun mobil telefonuna göndərməsini xahiş etdi. O da həmin qızıl-zinət əşyalarının foto şəklini çəkərək İddiaçı məxsus mobil telefon nömrəsinə göndərmikşdir. Sonradan o, Cavabdeh borc götürdüyü pulu ödəmədiyinə görə həmin qızılzinət əşyalarını 5400 manata satmışdır. Qeyd etdiklərinin nəzərə alınmasını xahiş edir. Məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin iclası zamanı iddiaçı tərəfindən şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, təxminən 2016-2017-ci illərdə iddiaçının plastik qapıpəncərə sexində 4-5 ay ərzində işləmişdir. Həmin vaxtlarda iddiaçı öz avtomobili ilə arabir onu yaşadığı evə aparırdı. Bir gün 9 saylı məktəbin yanında maşını saxlayaraq, Razimi gözlədiyini dedi. Razim gələrək maşının arxa oturacağında oturdu. Həmin vaxt İddiaçı maşının saxlanc yerindən selofan bükümünü götürdü və açdıqda qızıl-zinət əşyasının olduğunu görmüş və həmin qızılları Razimə borc olaraq vermişdir. Bu yaxınlarda Elnur bildirmişdir ki, Razim bu günə kimi həmin qızılları qaytarmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, işə baxan məhkəmə şahid və 3-cü şəxsin ifadələrini sübut kimi qəbul etməli olduğu halda, bu hallara lazımi diqqət yetirməmişdir. Məhkəmədə işə baxılan zaman, iş üzrə şahid qismində dindirilmiş X5 verdiyi ifadəsində mənim cavabdehə qızıl-zinət əşyalarını verdiyimi təsdiq etmiş, lakin məhkəmə şahid ifadəsini mötəbər sübut kimi qəbul etməmişdir. Eyni zamanda işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxs kimi cəlb olunmuş X4 məhkəməyə göndərdiyi ərizəsində göstərmişdir ki, İddiaçı iddia ərizəsi ilə tanış olmuşdur. İddia tələbi ilə bağlı bunları qeyd edir ki, Cavabdeh uzun müddətdir ki, tanıyır. Təxminən 2017- ci ildə Cavabdeh ondan 6000 (altı min) manat məbləğdə pul istəmiş və bunun müqabilində ona 97.8 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı olan Bismark sep və 61.2 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı olan bilərziyi təklif etmişdir. Aralarında olan razılaşmaya əsasən Cavabdeh ondan aldığı borc pulu yaxın vaxtlarda qaytarmalı olmuşdur. Həmin vaxt Cavabdeh ondan aldığı pulu tez bir zamanda qaytaracağını və bundan sonra ona verdiyi qızıl-zinət əşyalarını geri götürəcəyini bildirmişdir. Özü də onunla bu barədə razılaşmış və Cavabdeh 6000 (altı min) manat məbləğdə borc pul vermiş, bunun əvəzində isə Cavabdeh ona 97.8 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı olan Bismark sep və 61.2 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı olan bilərziyi vermişdir. Daha sonra ona məlum olmuşdur ki, həmin qızıl-zinət əşyaları İddiaçı məxsusdur. Cavabdeh ondan aldığı pulu qaytarmadığına görə o, bu barədə İddiaçı bildirmiş və qızıla görə Cavabdeh pulu ödəmədiyini, götürülmüş borc pulun müəyyən hissəsinin ödənilməli olduğunu İddiaçı diqqətinə çatdırmışdır. İddiaçı də həmin vaxt Cavabdeh ona zəng edərək qızıla görə ödəniş etməsini dediyi təqdirdə, o həmin məbləğin müəyyən hissəsini ödəyəcəyini bildirmişdir. Bundan sonra özü Cavabdeh məlumat vermişdir. Daha sonra isə İddiaçı 300 manat məbləğdə pulu Cavabdeh əvəzindən ona ödəmişdir. Cavabdeh götürdüyü borc pulu ödəmədiyinə görə özü Cavabdeh və İddiaçı qızıl-zinət əşyalarını borcun əvəzi olaraq satacağını bildirmişdir. İddiaçı də ona Cavabdeh əvəzinə 2-ci dəfə ödəniş etməyə imkanı olmadığını və qızılzinət əşyaları satılacağı təqdirdə onların foto şəkilini çəkərək onun mobil telefonuna göndərməsini xahiş etmişdir. Özü də həmin qızıl-zinət əşyalarının foto şəklini çəkərək İddiaçı məxsus mobil telefon nömrəsinə göndərmişdir. Sonradan Cavabdeh ondan borc götürdüyü pulu ödəmədiyinə görə özü həmin qızıl-zinət əşyalarını 5400 (beş min dörd yüz) manata satmışdır. Lakin, işə baxan məhkəmə 3-cü şəxsin ifadəsini də mötəbər sübut kimi qəbul etməmişdir. Cavabdeh ilə qohum olmuşlar. Belə ki, cavabdeh onun xalası qızı ilə ailə qurmuş, o də digər xalası qızı ilə ailə qurduğu üçün bacanaq olmuşlar. Həmin vaxt onların yaxşı münasibətləri olmuşdur. Elə bundan istifadə edən Cavabdeh pula ehtiyacı olduğu üçün ondan borc pul istəmişdir. Həmin vaxt onda pul olmadığı üçün özünə məxsus qızıl-zinət əşyalarını Cavabdeh girov qoyaraq pul götürməsi üçün verib. Cavabdeh də həmin qızılzinət əşyalarını girov qoyaraq pul götürüb. Cavabdeh həmin qızıl-zinət əşyalarını yaxın vaxtlarda ona qaytaracağını bildirib. Onlar qohum olduqlarına görə həmin vaxt ona inanıb və yazılı qaydada və ya notariat qaydasında təsdiq olunmuş qəbz almayıb. Sonradan Cavabdeh onun xalası qızı ilə nikahı pozulduqdan sonra onların münasibətləri pisləşib. O, ondan qızıl-zinət əşyalarını və ya onun dəyərini geri qaytarmasını tələb etdikdə, o, ona heç bir borcunun olmadığını və ona heç bir qızıl-zinət əşyaları vermədiyini bildirərək bunları təkzib etməyə başlayıb. Məhkəmə isə mötəbər sübutların olmadığını əsas gətirərək iddia tələbini rədd etdi. Lakin, işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxs kimi cəlb olunmuş Yalçın Nəsibov həqiqətən də ona məxsus qızıl-zinət əşyalarını Cavabdeh borc pulun əvəzi olaraq ona, yəni Yalçın Nəsibova verdiyini açıq-aydın təsdiq etmişdir. X6 Cavabdeh ona olan borcunu qaytarmadığına görə qeyd olunan qızıl-zinət əşyalarını borcun əvəzi olaraq satdığını etiraf etmişdir. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(051)- 628/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Mingəçevir Şəhər Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(051)-628/2021 nömrəli qətnaməsi qismən – İddiaçı kredit borcu kimi cavabdehin əvəzinə ödədiyi 300 (üç yüz) manat məbləğində pulun alınıb ona verilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı cavabdehdən çəkisi 97.8 qram, 583 əyyarlı, Rusiya istehsalı olan 7824 manat dəyərində Bismak sep və çəkisi 61.2 qram, 583 əyyarlı, Rusiya istehsalı olan 4896 manat dəyrində bilərzikdən ibarət qızıl-zinət əşyalarının naturada, mümkün olmadıda isə onların dəyərinin, həmçinin kredit borcu kimi cavabdehin əvəzinə ödədiyi 300 (üç yüz) manat məbləğində və dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pulun alınıb ona verilməsi tələbinə dair iddiası qismən - onun kredit borcu kimi cavabdehin əvəzinə ödədiyi 300 (üç yüz) manat məbləğində pulun alınıb ona verilməsi hissəsində təmin edilməli, 300 (üç yüz) manat və 3.9 manat dövlət rüsumu Cavabdeh alınıb İddiaçı verilməli, qətnamə mübahisələndirilən – iddianın təmin olunmamış “cavabdehdən çəkisi 97.8 qram, 583 əyyarlı, Rusiya istehsalı olan 7824 manat dəyərində Bismak sep və çəkisi 61.2 qram, 583 əyyarlı, Rusiya istehsalı olan 4896 manat dəyərində bilərzikdən ibarət qızıl-zinət əşyalarının naturada, mümkün olmadıda isə onların dəyərinin” tutulmasına aid qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli Qərarına istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1–ci maddəsinin tələbinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyinə əsasən, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh bacanaq olduqlarına görə onların arasında qohumluq (qudalıq) münasibəti yaranmışdır. Sonradan iddiaçı arvadından boşandığına görə cavabdehlə aralarında olan qohumluq (qudalıq) münasibətləri pozulmuş və onlar arasında qərəzli münasibətlər formalaşmışdır. Həmin qudalıq münasibətlərinə istinad edən İddiaçı cavabdehə 2016- 2017-ci illər ərzində 97.8 qram, 583 əyyarlı, Rusiya istehsalı olan qiyməti 7824 manat olan Bismak sepi və çəkisi 61.2 qram, 583 əyyarlı, Rusiya istehsalı olan qiyməti 4896 manat olan bilərzyi borc kimi verdiyini, həmçinin cavabdehin əvəzinə 300 (üç yüz) manat məbləğində kredit borcu ödədiyini iddia etsə də, bu barədə tərəflərin izahatları ziddiyyətli olmuşdur. Ona görə də məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. Belə ki, işin müəyyən olunmuş hallarından da görünür ki, iddiaçı iddia ərizəsində tələb etdiyi qızıl-zinət əşyalarını girov qoyub pul götürmək üçün borc kimi cavabdehə verdiyini bildirsə də, həmin halı təkzibedilməz şəkildə sübut edə bilməmişdir. Cavabdeh tərəf isə iddia tələbini qəbul etməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi tərəflərin izahatlarının və şahid ifadəsinin müqayisəli tədqiqi nəticəsində müəyyən edilmiş hallar əsasında həll edilməlidir. Belə ki, iddiaçı məhkəmə iclası zamanı tələb etdiyi qızılların mövcud olmasını göstərsə də, həmin hal öz izahatından və dəvət etdiyi şahid ifadəsindən başqa, heç bir mötəbər mənbədən əldə edilmiş sübutla təsdiq olunmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfin dəvət etdiyi və məhkəmə iclasında dindirilmiş şahidin ifadəsinə qiymət verilməsini mübahisənin düzgün həll edilməsi baxımından zəruridir. Belə ki, məhkəmə iddiaçı tərəfindən dəvət edilmiş şahid X3 ifadəsinə qiymət verərkən, nəzərə alır ki, həmin şahid keçmişdə baş vermiş hadisəni aydın və məntiqi ardıcıllıqla ziddiyyətsiz təsvir etməmiş, yalnız qızılların iddiaçıya məxsus olmasını və cavabdehə borc kimi verməsini göstərməklə kifayətlənmişdir. Şahid, həmçinin ifadəsində iddiaçının yanında cəmi 4-5 ay fəhlə işlədiyini, lakin onunla o qədər də yaxın münasibətdə olmadığını göstərmişdir. Belə olan halda iddiaçının öz bacanağına borc kimi qızıl əşyasını şahidin yanında verməsi inandırıcı görünmür. Ona görə də məhkəmə şahid ifadəsini inandırıcı saymır və sübut növü kimi qəbul etmir. Bununla belə məhkəmə iddiaçıya öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək üçün əlavə sübutlar təqdim etməsini təklif etmiş, lakin iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək üçün məhkəməyə heç bir əlavə sübut təqdim etməmidir. Yalnız üçüncü şəxs qismində cəlb edilmiş X1 məhkəməyə ünvanlandığı ərizəsinə istinad etməklə kifayətlənmişdir. Üçüncü şəxsin göstərdiyi hallar isə iş üzrə sübut edilməli olan, yəni qızıl əşyalarının iddiaçıya məxsus olmasını və iddiaçının həmin qızıl əşyalarını cavabdehə borc kimi verməsini birmənalı şəkildə təsdiq etmədiyindən, həmin hallar iş üzrə yekun və inamlı nəticəyə gəlməyə imkan vermir. Ona görə də üçüncü şəxsin bildirdikləri də iddianın təmin edilməsi üçün yetərli sayıla bilməz. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı olan borc mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini və müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları əsasında həll olunmalıdır. İddiaçının tələbinin əsaslı olması üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilən şərtlər məcmu halında mövcud olmalı, yəni iddiaçı ilə cavabdehlər arasında birbaşa şifahi və ya yazılı formada borc müqaviləsi olmalı, iddiaçı tələb etdiyi pul məbləğini və ya digər əvəz edilən əşyaları cavabdehə verməli, cavabdeh isə həmin pulu və ya digər əvəz edilən əşyaları məbləğini aldığı miqdarda iddiaçıya qaytarmağı öhdələrinə götürməlidirlər. Birinci instansiya məhkəməsi iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilən şərtlərin məcmu halında mövcud olubolmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlmişdir ki, iddia tələbində həmin şərtlər mövcud deyildir. Belə ki, mübahisəli qızıl-zinət əşyalarının mövcudluğu, yəni onların iddiaçının sahibliyində olması, həmçinin həmin qızıl əşyalarının cavabdehə borc kimi verilməsi ilə bağlı tərəflər arasında yazılı və yaxud şifahi razılaşmanın olması məhkəmə iclası zamanı təkzib olunmaz qaydada sübut olunmamışdır. Ona görə də iddiaçı ilə cavabdeh arasında öhdəlik hüquq münasibəti yaranmamışdır. Bu da onu deməyə əsas verir ki, iddiaçı hazırkı tələbi irəli sürərkən subyektiv hüquqa malik olmamışdır. Mövcud vəziyyətdə iddiaçı heç bir hüquqi əsas olmadan cavabdehlərə qarşı qızılzinət və pul tələbi ilə bağlı iddia qaldırdığı üçün subyektiv hüquqa malik olmamışdır. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçının cavabdehə qızıl əşyalarının verməsi, onun əvəzinə pul ödəməsi işin həqiqi hallarına uyğun olmadığına görə iddiaçı hazırkı tələbi irəli sürərəkən subyektiv hüquqa malik olmamışdır. Ona görə də iddia tələbi təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla apellyasiya şikayətinin qismən təmin edilməsinə, qətnamənin qismən ləğv olunmasına və iddianın qismən təmin olunmasına əsas olan hallar müəyyən edilmişdir. İddiaçı iddia ərizəsində tələb etdiyi qızıl-zinət əşyalarını girov qoyub pul götürmək üçün borc kimi cavabdehə verdiyini bildirsə də, həmin halı təkzibedilməz şəkildə sübut edə bilməmişdir. Eyni zamanda, onun cavabdehin əvəzindən sonuncunun borclu olduğu pulun bir hissəsi olaraq 300 manatı X2 verməsi iş materialları ilə tam şəkildə sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431.1-ci maddəsinə görə, borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Həmin məcəllənin 431.3-cü maddəsinə görə, əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Yuxarıda göstərilən maddələrin tələbi baxımından hazırki iş üzrə İddiaçı Cavabdeh əvəzindən ödədiyi 300 manat pulu tələb etməkdə haqlıdır. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın İddiaçı kredit borcu kimi cavabdehin əvəzinə ödədiyi 300 (üç yüz) manat məbləğində pulun alınıb ona verilməsi tələbinin rədd edilməsi hissəsində təmin edilməməsini qət etməklə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, həmin hissədə qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Mingəçevir Şəhər Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(051)-628/2021 nömrəli qətnaməsi qismən – İddiaçı kredit borcu kimi cavabdehin əvəzinə ödədiyi 300 (üç yüz) manat məbləğində pulun alınıb ona verilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı cavabdehdən çəkisi 97.8 qram, 583 əyyarlı, Rusiya istehsalı olan 7824 manat dəyərində Bismak sep və çəkisi 61.2 qram, 583 əyyarlı, Rusiya istehsalı olan 4896 manat dəyrində bilərzikdən ibarət qızıl-zinət əşyalarının naturada, mümkün olmadıda isə onların dəyərinin, həmçinin kredit borcu kimi cavabdehin əvəzinə ödədiyi 300 (üç yüz) manat məbləğində və dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pulun alınıb ona verilməsi tələbinə dair iddiası qismən - onun kredit borcu kimi cavabdehin əvəzinə ödədiyi 300 (üç yüz) manat məbləğində pulun alınıb ona verilməsi hissəsində təmin edilməli, 300 (üç yüz) manat və 3.9 manat dövlət rüsumu Cavabdeh alınıb İddiaçı verilməli, qətnamə mübahisələndirilən – iddianın təmin olunmamış “cavabdehdən çəkisi 97.8 qram, 583 əyyarlı, Rusiya istehsalı olan 7824 manat dəyərində Bismak sep və çəkisi 61.2 qram, 583 əyyarlı, Rusiya istehsalı olan 4896 manat dəyərində bilərzikdən ibarət qızıl-zinət əşyalarının naturada, mümkün olmadıda isə onların dəyərinin” tutulmasına aid qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən аpelyаsiyа instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(051)-628/2021 nömrəli qətnaməsi qismən – İddiaçı kredit borcu kimi cavabdehin əvəzinə ödədiyi 300 (üç yüz) manat məbləğində pulun alınıb ona verilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı cavabdehdən çəkisi 97.8 qram, 583 əyyarlı, Rusiya istehsalı olan 7824 manat dəyərində Bismak sep və çəkisi 61.2 qram, 583 əyyarlı, Rusiya istehsalı olan 4896 manat dəyrində bilərzikdən ibarət qızıl-zinət əşyalarının naturada, mümkün olmadıda isə onların dəyərinin, həmçinin kredit borcu kimi cavabdehin əvəzinə ödədiyi 300 (üç yüz) manat məbləğində və dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pulun alınıb ona verilməsi tələbinə dair iddiası qismən - onun kredit borcu kimi cavabdehin əvəzinə ödədiyi 300 (üç yüz) manat məbləğində pulun alınıb ona verilməsi hissəsində təmin edilsin. 300 (üç yüz) manat və 3.9 manat dövlət rüsumu Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamə mübahisələndirilən – iddianın təmin olunmamış “cavabdehdən çəkisi 97.8 qram, 583 əyyarlı, Rusiya istehsalı olan 7824 manat dəyərində Bismak sep və çəkisi 61.2 qram, 583 əyyarlı, Rusiya istehsalı olan 4896 manat dəyərində bilərzikdən ibarət qızılzinət əşyalarının naturada, mümkün olmadıda isə onların dəyərinin” tutulmasına aid qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar