Məhkəmə qərarları › İş №2(107)-1414/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1414/2020

12.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1414/2020 12.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Əliyev Fərid Mehdi oğlunun katibliyi və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-508/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-508/2020 nömrəli qətnaməsi ilə (hakim Hüseyn Mirzəliyev) iddia tələbi təmin edilmiş, Mingəçevir şəhəri Vaqif Abdullayev küçəsi ev 8, mənzil 40 ünvanında yaşayan Cavabdeh oğlundan tutulan alimentin məbləğinin artırılaraq, xx.xx.2003-cü il təvəllüdlü X3, xx.xx.2005-ci il təvəllüdlü X5 və xx xxxx 2015-ci il təvəllüdlü X7 oğlu adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 80 (səksən) manat, cəmi 240 (iki yüz qırx) manat müəyyən edilməsi və hər ay tutularaq, Mingəçevir şəhəri Nigar Rəfibəyli küçəsi 11, mənzil 32 ünvanında yaşayan Nuriyeva Günel Rüstəm qızına verilməsi, Cavabdeh oğlundan 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınıb dövlət hesabına ödənilməsi, artırılan məbləğdə alimentin tutulmasına qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlanmasıqət edilmişdir. İşin halları İ̇ddiaçı Nuriyeva Günel Rüstəm qızı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh oğlundan xx.xx.2003-cüil təvəllüdlüX3, xx.xx.2005-ci il təvəllüdlüX5 və xx xxxx 2015-ci il təvəllüdlüX7 oğlu adlı uşaqlara ödənilən alimentin miqdarının artırılıb hər ay hər uşağa 164 manat, cəmi 492 manat miqdarında aliment tutulması müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İ̇ddiaçı xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası MPM-nin 53-cümaddəsinə əsasən iddia tələbinin azaldılması ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2003-cüil təvəllüdlüX3, xx.xx.2005-ci il təvəllüdlüX5 və xx xxxx 2015-ci il təvəllüdlüX7 oğlu adlı uşaqlara ödənilən alimentin miqdarının artırılıb hər ay hər uşağa 80 manat, cəmi 240 manat miqdarında aliment tutulması müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında ı̇ddiaçı verdiyi izahatında göstərmişdir ki, cavabdehlə rəsmi nikah qeyd etdirmədən ailə qurmuş, birgə ailə münasibətlərindən xx.xx.2003-cü il təvəllüdlü Sədiqə və xx.xx.2005-ci il təvəllüdlü Aysu adlı uşaqları doğulmuşdur. Münasibətləri pozulduğu üçün ayrılmışlar. Ayrıldıqdan sonra uşaqlar onun yanında qalmış və Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2014-cüil tarixli qətnaməsinə əsasən iki uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay hər uşağa 30 manat, cəmi 60 manat aliment tutularaq ona verilməsi qət edilmişdir. Sonradan cavabdehlə barıışmış və bir yerdə yaşamağa başlamışlar. Birgə yaşadıqları vaxtda sonradan xx xxxx 2015-ci il təvəllüdlüRamal adlı uşaqları doğulmuşdur. Lakin bir müddət sonra cavabdehlə yenidən ayrılmışlar. Ayrıldıqdan sonra Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsinə əsasən xx xxxx 2015-ci il təvəllüdlü Ramal adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 40 manat aliment tutularaq ona verilməsi qət edilmişdir. Təyin olunmuş alimentlə uşaqları saxlamaq çətindir, uşaqlar böyüdükcə onların tələbatları da artır. Cavabdeh aliment ödənişindən əlavə ona heç bir köməklik göstərmir. Ona görə də, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnaməçıxarılmasını xahiş etmişdir. Cavabdehə birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, iddiaya öz münasibətlərini bildirməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh apelyasiya şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Birinci instansiya məhkəməsi olan Mingəçevir Şəhər Məhkəməsi onun iştirakını təmin etmədən və onun haqlı və qanuni dəlil-sübutlarını qəbul etmədən və onun hüquqlarını nəzərə almadan, düzgün hüqüqi qiymət verməyərək, heç bir araşdırma aparmayaraq, yalnız İddiaçı tərəfin verdiyi qeyri-mötəbər birtərəfli qanunsuz arayışlara əsaslanmaqla, kobud maddi və prosessual pozuntulara yol verməklə ona qarşı haqsız qətnamə qət etmişdir. O, iş üzrə cavabdeh-Cavabdeh faktiki İİİ cü qrupp əlildir və hazırda qara ciyərində “HEPATİT”, mədəsində “xora var” və sahətində bir sıra problemləri var. Məlum etməlidir ki, İİİ-qrup əlil olaraq cəmi 110 (bir yüz on manat) məbləğində təqaüd alır. Bu barədə faktiki Dövlət X1 şəhər şöbəsi tərəfindən verilmiş xx.xx.2020 ci il tarixli **********12 nömrəli əlilliyi barədə arayış və onun sahətiylə bağlı bir sıra əsasları “epikrizləri və çıxarışları" mövcuddur. Bu obyektiv həqiqəti iddiaçı məhkəmədən gizlədərək, bilə-bilə ona qarşı haqsız iddia qaldıraraq uşaqlara alimentin miqdarının artırılmasını məhkəmədən xahiş etmişdir. Mingəçevir şəhər Məhkəməsi onun iştirakını təmin etmədiyi üçün, onun əlində qanunu əsasları olan halda hüquqlarını pozmuşdur. O, cəmi 110 (bir yüz on manat) məbləğində təqaüd alır, işsizdir və Mingəçevir Məhkəməsi bu əsas faktı araşdırmadan və onun iştirakını təmin etmədən hüquqlarını pozmuş və iddiaçının uydurma ilə dolu iddiasını təmin edərək, alimenti artıraraq hər uşağa 80 AZN, 3 uşağa 240 AZN məbləğində qətnamə qət etmişdir. O, uşaqlarına aliment verməkdən heç bir zaman imtina etməmişdir. Əvvəllər işləmiş və ailəsinə yaxşı baxmışdır. Məlum etmişdir ki, illərdir onun təqaüd plastik kartı iddiaçıda olub və hazırda da iddiaçıdadır. O, neçə illər əvvəl İİ-ci qrup olmuş və o zamanda da onun plastik kartı iddiaçıda olmuş. Hazırda iddiaçı onunla prinsip apararaq bu iddianı qaldırmışdır. Səhhətiylə bağlı o, faktiki heç bir əmək fəaliyyəti ilə məşğul deyildir, hazırda işsizdir, bu barədə faktiki Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Mingəçevir şəhər Məşğulluq Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli **********8 nömrəli arayış mövcuddur. Onun bir sıra xəstəliyi ilə bağlı dərmanları var, ala bilmir və təkrar müalicələri var. O, bir sıra səhhətində olan problemlərlə bağlı müalicədə olmuşdur və məhkəmə proseslərindən ona heç bir xəbərdarlıq olmayıb. Onun da hüqqları var və Mingəçevir Şəhər Məhkəməsində nəzərə alınmalı idi. Obyektiv həqiqət budur ki, o, cəmi əlinə aldığı 110 (bir yüz on manat) məbləğində təqaüd ilə və bu xəstə canıyla məhkəmə tərəfindən qət edilmiş 240 (iki yüz qırx) manat alimenti necə ödəyə bilər? İddiaçı “prinsip” apararaq ondan “haqsız olaraq”aliment miqdarının artırılması tələbi qoyur (bu absurtdur). Çünki iddiaçı özü hərbiçidir N-saylı hərbi hissədə xidmət edir və yüksək əmək haqqı alır. Onun alimentinə iddiaçının ehtiyacı yoxdur. Onun, daimi plastik kartı iddiaçıda olub. Onun səhhətiylə bağlı hazırda ögey anası və qohumları maddi köməklik göstərir. O, bir vicdanlı Azərbaycan vətəndaşı kimi obyektiv həqiqəti və əsaslarını məhkəməyə çatdırmağı özünə borc bilir. Onun hazırda səhhətində problemləri var, iddiaçı bunu yaxşı bilir, lakin, məhkəmədən bu obyektiv həqiqəti gizlədib. İddiaçının fikri ayrıdır onun qulağına bəzi söhbətlər çatır ki, iddiaçı özündən də 10 yaş balaca bir şəxslə münasibəti var. İddiaçı ona qarşı qərəzli hərəkətlər edir, uşaqları neçə dəfə görmək istəmişdir. İddiaçı ondan öz uşaqlarını bilərəkdən uzaqlaşdırıb. Çünki iddiaçının ona qarşı həmin şəxslə planları var. Ən böyük hakim allahdır. Allah da bıınları götürməyəcək. Birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan hallara hüquqi qiymət vermədən, öz şəxsi mülahizələrinə və qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlara əsaslanaraq qətnamə çıxartmışdır. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)- 508/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və yenidən baxılması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsə də məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-508/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan doğum haqqında şəhadətnamələrin notariat qaydada təsdiq olunmuş surətlərindən görünür ki, xx.xx.2003-cüil təvəllüdlü X3, xx.xx.2005-ci il təvəllüdlü X5 və xx xxxx 2015-ci il təvəllüdlü X7 oğlu adlı uşaqların valideynləri Cavabdeh oğlu və Nuriyeva Günel Rüstəm qızıdır. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2014-cüil tarixli, 2(051)-358/2014 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh oğlundan xx.xx.2003-cü il təvəllüdlü X3 və xx.xx.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 30 manat, cəmi 60 manat sabit pul məbləğində aliment hər ay tutularaq Nuriyeva Günel Rüstəm qızına verilməsi qət edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(051)-4506/2015 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh oğlundan xx xxxx 2015-ci il təvəllüdlü X7 oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 40 manat sabit pul məbləğində aliment hər ay tutularaq Nuriyeva Günel Rüstəm qızına verilməsi qət edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1. 78.2 və 112.1-ci maddələrinə, «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə, Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 3, 5, 8 və 13-cü maddələrinə, Azərbaycan Respublikası MPM-nin 112.1.3 və 119.1-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində də göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, alimentin müəyyən olunduğu dövrdən sonra tərəflərin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşdur. Həmin dövrdən sonra qanunla nəzərdə tutulmuş yaşayış minimumu artırılmış Sədiqə, Aysu və Ramal adlı uşaqlar böyüyərək maddi tələbləri artmışdır. Buna görə də alimentin məbləğinin artırılmasıüçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş qanuni əsaslar vardır. Artırılan alimentin məbləği müəyyən edilərkən nəzərə alınmalıdır ki, iddiaçının maddi vəziyyəti aşağı səviyədədir və o uşaqlarını saxlamaqda çətinlik çəkir. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir. Məhkəmə tərəflərin yuxarıda müəyyən olunan maddi və ailə vəziyyətini, habelə hazırda uşaq üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün iddiaçının himayəsində olan uşaqların alimentinin artırılaraq hər ay, hər uşağa 80 manat, cəmi 240 manat miqdarında tutulmasını məqsədəuyğun sayır. Azərbaycan Respublikası MPM-nin 112.1.3 və 119.1-ci maddələrinə əsasən cavabdehdən 30 manat dövlət rüsumu alınıb dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin dəyişdirilməsinə və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. “Uşaq hüquqları haqqında” 1989-cu il Konvensiyasının 18-ci maddəsinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birlikdə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipinin taninmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın ən yaxşı maraqları valideynlərin əsas qayğı obyektidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Ali Məhkəmənin yuxarıda göstərilən qərarında sərgilədiyi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli qərarında da öz əksini tapmışdır. Həmin qərara görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə kollegiyası həmçinin cavabdehin apelyasiya şikayətində birinci instansiya məhkəməsinin onun iştirakını təmin etməməsi ilə bağlı göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, cavabdehin şəxsiyyət vəsiqəsində və apelyasiya şikayətini məhkəməyə göndərdiyi zərfin üzərində onun ünvanı kimi ünvan 1 mənzil 40 göstərilmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 146-cı maddəsində göstərilmişdir ki, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə bildirişlərini cavabdehin məhkəməyə məlum olan ünvanına-ünvan 1 mənzil 40-a göndərməkdə haqlı olmuşdur. Həmçinin məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə kollegiya tərəfindən də məhkəmə bildirişləri ünvan 1 mənzil 40 ünvanına göndərilmiş, cavabdeh həmin ünvanda məktubu qəbul edərək məhkəmə kollegiyasının iclasında iştirak etmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin apelyasiya qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-508/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apelyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apelyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-508/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Cavabdeh tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Rövşən Rəfiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar