Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1415/2020 07.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi x2 iclas katibliyi ilə İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit borcunun tutulması» tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 2(046)-318/2020 nömrəli qərardadından iddiaçı ləğv prosesində olan "İddiaçı" x3 x1 Fondu tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: LPO İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 7956.21 manat, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan məbləğ üzrə 1166.61 manat, 1468.38 manat məbləğində kredit borcunun müqavilə müddəti bitən tarixə faiz, 1468.38 manat cərimə borcu olmaqla, cəmi 10705.46 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq LPO İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit borcunun tutulması» tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 2(046)-318/2020 nömrəli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Qərardaddan narazı qalan İddiaçı ləğv prosesində olan "İddiaçı" x3 x1 Fondu məhkəməyə şikayətlə müraciət edərək, Göyçay Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 2(046)- 318/2020 nömrəli qərardadının ləğv edilməsi və iddia ərizəsinin icraata qəbul edilməsi barədə məhkəmə qərardadı qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayətini belə əsaslandırmışdır ki, Cavabdeh ilə məlum Fərmana əsasən yeni müqavilə bağlanmamış, onunla əlaqə saxlamaq mümkün olmamış, cavabdeh Fonda müraciət etməmişdir. Göyçay Rayon Məhkəməsinin 18 may 2020-ci il tarixli, 2(046)-318/2020 nömrəli qərаrdаdı ilə şikayət təmin edilməmiş və şikayət mülki işin materialları ilə birlikdə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 2(046)-318/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçı ləğv prosesində olan "İddiaçı" x4 ilə Cavabdeh arasında bağlanmış 28 dekabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə borc məbləği vaxtı keçmiş kredit borclarına aid olduğundan, lakin iddiaçı tərəfindən həmin kredit borcunun restrukturizasiya olunması, kreditə hesablanmış faizlərin silinməsi və məhkəmədə olan işin geri çağırılmasını təmin edən tədbirlər görülməsi barədə məhkəməyə hər hansı sənəd təqdim edilmədiyindən iddia ərizəsinin baxılmamış saxlanılması haqqında qərardad çıxarılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə ərizə baxılmamış saxlanılır. Eyni zamanda məhkəmə kollegiyası tərəfindən əlavə olaraq iddiaçıya izah olunur ki, fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qalarsa, hazırkı qərardad yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. Analoji müqavilələr üzrə mübahisənin hazırkı məhkəmədənkənar həlli qaydası qeyd olunan fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki həmin fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Yəni fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına istifadə oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ləğv prosesində olan "İddiaçı" x3 x1 Fondu tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 2(046)-318/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1415/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1415/2020
07.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver