Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1426/2021 15.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İsmayılova İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- alimentin artırılması tələbi) Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, Cavabdeh iştirakı ilə, Zaqatala Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tаrixli, 2(033)-474/2021 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı İsmayılova İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə 22 may 2015-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş aliment miqdarının artırılaraq hər ay 175 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Zaqatala rayon məhkəməsinin 2(033)- 1694/2017 saylı 06 oktyabr 2017-ci il tarixli qətnaməsinə əsasən, 22 may 2015-ci il tarixdə anadan olmuş X1 üçün hər ay 136 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq onun xeyrinə tutulması qət edilmişdir. Lakin təyin olunmuş aliment miqdarı hazırki tələblərə cavab vermir. Təkbaşına uşağın ehtiyaclarını ödəyə bilmir. Odur ki, göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Zaqatala Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tаrixli, 2(033)-474/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, tərəflərin birgə nikahından 22 may 2015-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh iddiaçı İsmayılova İddiaçı xeyrinə tutulan Zaqatala rayon məhkəməsinin 06 oktyabr 2017-ci il tarixli 2(033)- 1694/2017 saylı qətnaməsi ilə təyin edilmiş hər ay 136 manat sabit pul məbləğində alimentin məbləğinin artırılaraq, hər ay üçün 150 manat sabit pul məbləğində müəyyən edilməsi, həmin məbləğin hər ay Cavabdeh tutularaq İsmayılova İddiaçı xeyrinə verilməsi, alimentin hazırki məbləğinin hesablanmasının əvvəlinin hazırki qətnamənin qanuni qüvvəsini aldığı vaxtdan hesablanması qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 22 may 2015-ci il tarixdə anadan olmuş X2 valideynləri İsmayılova İddiaçı və Cavabdehdur. Zaqatala rayon məhkəməsinin 06 oktyabr 2017-ci il tarixli 2(033)-1694/2017 saylı qətnaməsi ilə 22 may 2015-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 136 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İsmayılova İddiaçı xeyrinə verilməsi müəyyən edilmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Cavabdehin qazancında baş verə biləcək mümkün və real dəyişkənliyi, yetkinlik yaşına çatmayan 22 may 2015-ci il tarixdə anadan olmuş X2 minimal tələbatlarının getdikcə artması kimi diqqətəlayiq halı, həmçinin onların əvvəlki təminatlarının səviyyəsinin mümkün qədər maksimal saxlanması gərəkliyini nəzərə alıb, cavabdehin verəcəyi alimentin miqdarının hər ay 150 manat məbləğində müəyyən edilməsi Ailə Məcəlləsinin 78-ci maddəsinin tələblərinə uyğundur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV hissəsi, Uşaq hüquqları haqqında Azərbaycan Respublikası qanununun 19-cu maddəsi, Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1, 78.2-ci 100.2-ci -ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, apelyator onkoloji xəstədir, buna dair məhkəməyə Milli Onkologiya Mərkəzi tərəfindən təqdim edilmiş epikriz də vermişdir. Bundan başqa onun başqa bir nikahından olan oğlu vardır ki, həmin oğluna da hər ay 60 manat məbləğində aliment verir. Onun həmçinin hazırki evliliyindən də bir oğlu vardır. Apelyator hər iki uşağa aliment ödəməyinə və hazırki övladına dair sübutları təqdim etsə də, birinci instansiya məhkəməsi bunları diqqətə almamış, alimentin məbləğini artıraraq 150 manat sabit pul məbləğində aliment müəyyənləşdirmişdir. Məhkəmə işə baxarkən onun təqdim etdiyi sübutları diqqətə almamış, təqdim etdiyi sənədlərə istinad etməmişdir. Belə ki, o işləyə bilmir və başqa gəlir yeri də yoxdur. Odur ki, Zaqatala Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tаrixli, 2(033)-474/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi ilə bağlı yeni qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tаrixli, 2(033)-474/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi ilə bağlı yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iddiaçı İsmayılova İddiaçı heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla zaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Uşaq hüquqları haqqında” Qanun «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli, 8- 2/2016 saylı qərarı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kolegiyası birinci instansiya məhkəməsinin qərarını tam yoxlamağı məqsədəmüvafiq hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş Zaqatala Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tаrixli, 2(033)-474/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iclasında cavabdehin izahatı, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın olmuşdur ki, 22 may 2015-ci il tarixdə anadan olmuş X2 valideynləri İsmayılova İddiaçı və Cavabdehdur. Zaqatala rayon məhkəməsinin 06 oktyabr 2017-ci il tarixli 2(033)-1694/2017 saylı qətnaməsi ilə 22 may 2015-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 136 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İsmayılova İddiaçı xeyrinə verilməsi müəyyən edilmişdir. Məhkəmə kollegiyası işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, mübahisəni həll edərkən birinci instansiya məhkəməsi hər ay uşağın saxlanması üçün 150 manat aliment məbləğini müəyyən etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi dəlilləri ilə razılaşmır. Belə ki, cavabdeh apellyasiya şikayətində işsiz və onkoloji xəstə olduğunu, onun başqa bir nikahından olan oğlu olduğunu, həmin oğluna da hər ay 60 manat məbləğində aliment ödədiyini, həmçinin hazırki evliliyindən də bir oğlu olduğunu bildirsə də, bu hallar onu uşaqları saxlamaq və ya aliment ödəmək öhdəliyindən azad etmir. Bundan əlavə 2021-ci il üçün uşaqlar üçün müəyyən edilmiş 175 manat aliment məbləğini nəzərdən keçiridikdə müəyyən etmək olur ki, birinci instansiya məhkəməsi alimentin məbləğini uşaq üçün 150 manat qət etməklə əslində cavabdehin də mənafeyini nəzərə almışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən aliment məbləği müəyyən edilərkən uşağın layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşağın mənafeyi nəzərə alınaraq uşağın saxlanması üçün 150 manat alimentin cavabdehdən alınaraq iddiaçıya verilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri, apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş Zaqatala Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tаrixli, 2(033)-474/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tаrixli, 2(033)-474/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verə bilməz. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1426/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1426/2021
15.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver