Məhkəmə qərarları › İş №2(107)-1429/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1429/2023

30.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1429/2023 30.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi ilə, Qəbələ Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tаrixli, e-2(025)-1412/2023 saylı qətnaməsindən iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(025)-1412/2023 saylı qətnaməsi ilə iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsi həmin apellyasiya şikayətini baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını araşdıraraq hesab edir ki, verilən şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə, apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir(maddə 361.2). Apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsinə qaytarılır (maddə 363.1.1 və 363.1.1-1). İş materiallarından görünür ki, apellyasiya şikayəti Nümayəndə1 tərəfindən imzalanmışdır. Apellyasiya şikayətinə iddiaçı Bankın səlahiyyətli şəxsi tərəfindən Nümayəndə1 müəyyən səlahiyyətlərin, o cümlədən məhkəmə aktlarından şikayət verilməsi səlahiyyətini müəyyən edən etibarnamə əlavə edilmişdir. Etibarnamədə onun verildiyi tarix 09 avqust 2022-ci il qeyd olunsa da, etibarnamənin qüvvədə olma müddəti göstərilməmişdir. Mülki Məcəllənin 363.1-ci maddəsinin tələblərinə görə, bu Məcəllənin 363.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, etibarnamə istənilən müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Bağlandığı tarix göstərilməyən etibarnamə əhəmiyyətsizdir. Göründüyü kimi iddiaçı Bank tərəfindən nümayəndə qismində Nümayəndə1 verilmiş etibarnamədə qüvvədə olma müddəti göstərilmədiyindən həmin etibarnamənin qüvvədə olma müddəti onun verildiyi tarix, yəni 09 avqust 2022-ci il əsas götürülməklə 1(bir) il müddət müəyyən olunur ki, həmin müddət 09 avqust 2023-cü il tarixdə bitmiş hesab olunur. Sözügedən apellyasiya şikayəti isə Nümayəndə1 tərəfindən 15 noyabr 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə imzalanaraq birinci instansiya məhkəməsinə daxil olmuşdur. Qeyd olunanları əsas gətirərək Məhkəmə hesab edir ki, apellyasiya şikayəti onu imzalamağa hüququ olmayan şəxs tərfindən imzalanmışdır. Bu isə işə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. MPM-nin 366-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən, Məhkəmə MPM-nin 366-cı maddəsinin tələbini rəhbər tutaraq QƏRARA ALDİ: Qəbələ Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tаrixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti mülki işlə birlikdə Qəbələ Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar