Məhkəmə qərarları › İş №2(107)-143/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-143/2022

16.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-143/2022 16.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı1 ASC-nin cavabdehlər "xxxx" MMC-nə və Cavabdeh2 qarşı kredit məbləğinin geri qaytarılması, ipoteka və girov predmetlərinə tutmanın yönəldilməsi, daşınmaz əmlakların boşaldılması tələbinə dаir mülki iş üzrə (Açar sözlər: ipoteka predmetlərinin ilkin satış qiyməti) Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Şükürov İmanverdi Həşimxan oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, Cavabdeh2 hüquqi varisi X2 və onun nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı LPO İddiaçı1 ASC-nin cavabdehlər "xxxx" MMC-nə və Cavabdeh2 qarşı kredit məbləğinin geri qaytarılması, ipoteka və girov predmetlərinə tutmanın yönəldilməsi, daşınmaz əmlakların boşaldılması tələbinə dаir mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 17 may 2018-ci il tarixli, 2(039)-1379/2018 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı1 ASC ilə "xxxx" MMC arasında bağlanılmış 19 may 2016-cı il tarixli, 038NZA N:li “Kredit müqaviləsi”nə əsasən, sonuncuya cari kredit qalığının yenidən rəsmiləşdirilməsi məqsədi üçun 84 (səksən dörd) ay müddətinə, illik 14 (on dörd) faiz hesablanmaqla 328500 (üç yüz iyirmi səkkiz min beş yüz dollar) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdehlə bank arasında bağlanmış 19 may 2016-cı il tarixli, 038NZA N:li “Kredit müqaviləsi”nin təminatı qismində, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə rayon Ərazi İdarəsinin MH seriyalı, ******* nömrəli, **********14-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən "xxxx" MMC-nə tam mülkiyyət hüququ əsasında məxsus olan Tərtər rayonu, Yevlax-Bərdə yolunun sağ tərəfində mülkiyyətində olan 0.07 ha torpaq sahəsində yerləşən 1 girişli, 22 kv.m ümumi sahəsi, 13.2 kv.m əsas, 8.8kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binası 0.07 ha torpaq sahəsi ilə birlikdə banka ipotekaya qoyulmuş, bu barədə cavabdehlə xx.xx.2016-cı il tarixli “Sonrakı ipoteka müqaviləsi” bağlanılmış və buna əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “İpotekanın əlavə qeydiyyatı haqqında” razılaşma qeydiyyata alınmış, qeyd olunan orqan tərəfindən xx.xx.2016-cı il tarixli, RX seriyalı ipoteka yüklülüyünə dair çıxarış verilmişdir, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MH seriyalı, ******* nömrəli, **********19- 05101- 093038 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz, əmlakın dövlət reyestrindən çıxarışına əsasən Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Sumqayıt şəhəri, 17-ci mikrorayonda istifadədə olan 0.252 ha torpaq sahəsində yerləşən 62 nömrəli, 9 mərtəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində yerləşən 53.35 kv.m ümumi, 31.35 kv.m yaşayış , sahəsindən ibarət 2 otaqlı 21 nömrəli mənzil banka ipotekaya qoyulmuş, bu barədə xx.xx.2016-cı il tarixli “Sonrakı ipoteka müqaviləs” bağlanılmış və buna əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən "Sonrakı ipoteka müqaviləsi" qeydiyyata alınmış, qeyd olunan orqan tərəfindən xx.xx.2016-cı il tarixli, RX seriyalı, ******* №-li ipoteka yüklülüyünə dair çıxarış verilmişdir. 19 may 2016-cı il tarixli 038 NZA girov müqaviləsinə əsasən "xxxx" MMC-yə məxsus Yevlax şəhəri, Yevlax-Bərdə yolunun sağ tərəfində yerləşən qeyriyaşayış sahəsinin ərazisində, Bakı şəhəri, Suraxanı Rayonu Hövsan qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ərazisində və Ağdaş rayonu, Qolqəti kəndində yerləşən ərazidə maye qaz çənləri 19 may 2016-cı il tarixli, 038NZA kredit müqaviləsinin təminatı qismində banka girov qoyulmuşdur. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, girov predmetinə qanunla müəyyən edilmiş qaydada tutmanın yönəldilməsinə dair mülkiyyətçiyə borcun ödənilməsi tələbilə bildiriş verilmişdir. "xxxx" ASC kreditor kimi müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra etmişdir. Lakin cavabdeh kredit müqaviləsinin şərtlərini yerinə yetirməyərək kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini təmin etməmişdir. Hazırda cavabdehin 273568.19 (iki yüz yetmiş üç min beş yüz altmış səkkiz dollar on doqquz sent) ABŞ dolları məbləğində əsas borc, 1595.81 (bir min beş yüz doxsan beş dollar səksən bir sent) ABŞ dolları məbləğində faiz borcu, 32206.76 (otuz iki min iki yüz altı dollar yetmiş altı sent) ABŞ dolları gecikdirilmiş əsas borc, 66839.68 (altmış altı min səkkiz yüz otuz doqquz dollar altmış səkkiz sent) ABŞ dolları məbləğində gecikdirilmiş faiz borcu ümumilikdə 374210.44 (üç yüz yetmiş dörd min iki yüz on dollar 44 sent) ABŞ dolları məbləğində kredit borcu yaranmışdır. Ona görə bank tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyi yenə icra etməmişdir. Odur ki, hazırda bu tələblə məhkəməyə müraciət etməli olmuşlar.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Cavabdeh1"-dən və Cavabdeh2 273568.19 (iki yüz yetmiş üç min beş yüz altmış səkkiz dollar on doqquz sent) ABŞ dolları məbləğində əsas borc, 1595.81 (bir min beş yüz doxsan beş dollar səksən bir sent) ABŞ dolları məbləğində faiz borcu, 32206.76 (otuz iki min iki yüz altı dollar yetmiş altı sent) ABŞ dolları gecikdirilmiş əsas borc, 66839.68 (altmış altı min səkkiz yüz otuz doqquz dollar altmış səkkiz sent) ABŞ dolları məbləğində gecikdirilmiş faiz borcu ümumilikdə 374210.44 (üç yüz yetmiş dörd min iki yüz on dollar 44 sent) ABŞ dolları kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 20 (iyirmi) manat rüsum məbləğinin və sənədlərin surətlərinin notarial qaydada təsdiq edilməsi üçün ödənilmiş 64 (altmış dörd) manat rüsum məbləğinin tutulub İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, ödəmənin "Cavabdeh1" ilə bank arasında bağlanmış 19 may 2016-cı il tarixli, 038NZA N:İi, “Kredit miiqaviləsi”nin təminatı qismində banka ipotekaya və girova qoyulmuş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə rayon Ərazi İdarəsinin MH seriyalı, ******* nömrəli, **********1406301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən "xxxx" MMC-nə tam mülkiyyət hüququ əsasında məxsus olan Tərtər rayonu, Yevlax-Bərdə yolunun sağ tərəfində mülkiyyətində olan 0.07 ha torpaq sahəsində yerləşən 1 girişli, 22 kv.m ümumi sahəsi, 13.2 kv.m əsas, 8.8 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binasına 0.07 ha torpaq sahəsi ilə birlikdə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MH seriyalı, ******* nömrəli, **********19-05101- 093038 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Sumqayıt şəhəri, 17-ci mikrorayonda istifadədə olan 0.252 ha torpaq sahəsində yerləşən 62 nömrəli, 9 mərtəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində yerləşən 53.35 kv.m ümumi, 31.35 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 21 nömrəli mənzilə və 19 may 2016-cı il tarixli 038NZA girov müqaviləsinə əsasən "xxxx" MMC-nə məxsus Yevlax şəhəri, Yevlax-Bərdə yolunun sağ tərəfində yerləşən qeyriyaşayış sahəsinin ərazisində, Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ərazisində və Ağdaş rayonu, Qolqəti kəndində yerləşən ərazidə maye qaz çənlərinə yönəldilərək, həmin ipoteka predmetlərinin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı1 ASC-yə ödənilməsi, ipoteka predmetinin satıldıqdan sonra 1 ay müddətinə boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi bu qətnamənin 1-ci bəndində göstərilənlərə əsaslandırılmışdır.

4. Yevlax Rayon Məhkəməsinin 17 may 2018-ci il tarixli, 2(039)-1379/2018 nömrəli (hakim V.Məlikov) qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər 273568.19 (iki yüz yetmiş üç min beş yüz altmış səkkiz dollar on doqquz sent) ABŞ dolları məbləğində əsas borc, 1595.81 (bir min beş yüz doxsan beş dollar səksən bir sent) ABŞ dolları məbləğində faiz borcu, 32206.76 (otuz iki min iki yüz altı dollar yetmiş altı sent) ABŞ dolları gecikdirilmiş əsas borc, 66839.68 (altmış altı min səkkiz yüz otuz doqquz dollar altmış səkkiz sent) ABŞ dolları məbləğində gecikdirilmiş faiz borcu, ümumilikdə 374210.44 (üç yüz yetmiş dörd min iki yüz on dollar 44 sent) ABŞ dolları kredit borcu milli manat ekvivalentində, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 20 (iyirmi) manat rüsum məbləğinin və sənədlərin surətlərinin notarial qaydada təsdiq edilməsi üçün ödənilmiş 64 (altmış dörd) manat rüsum məbləği tutulub İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, ödəmə "Cavabdeh1" ilə bank arasında bağlanmış 19 may 2016-cı il tarixli, 038NZA N:li, “Kredit müqaviləsi”nin təminatı qismində banka ipotekaya və girova qoyulmuş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə rayon Ərazi İdarəsinin MH seriyalı, ******* nömrəli, **********14-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən "xxxx" MMC-nə tam mülkiyyət hüququ əsasında məxsus olan Tərtər rayonu, Yevlax-Bərdə yolunun sağ tərəfində mülkiyyətində olan 0.07 ha torpaq sahəsində yerləşən 1 girişli, 22 kv.m ümumi sahəsi, 13.2 kv.m əsas, 8.8 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binasına 0.07 ha torpaq sahəsi ilə birlikdə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MH seriyalı, ******* nömrəli, **********19-05101- 093038 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Sumqayıt şəhəri, 17-ci mikrorayonda istifadədə olan 0.252 ha torpaq sahəsində yerləşən 62 nömrəli, 9 mərtəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində yerləşən 53.35 kv.m ümumi, 31.35 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 21 nömrəli mənzilə və 19 may 2016-cı il tarixli 038NZA girov müqaviləsinə əsasən "xxxx" MMC-nə məxsus Yevlax şəhəri, Yevlax-Bərdə yolunun sağ tərəfində yerləşən qeyriyaşayış sahəsinin ərazisində, Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ərazisində və Ağdaş rayonu, Qolqəti kəndində yerləşən ərazidə maye qaz çənlərinə yönəldilərək, həmin ipoteka predmetlərinin açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı1 ASC-yə ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra 1 ay müddətinə boşaldılması qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295, 297, 385, 427, 442, 445 və 448-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

6. İşdə olan İddiaçı1 ASC-nin "xxxx" MMC arasında bağlanılmış 19 may 2016-cı il tarixli, 038NZA N:li “Kredit müqaviləsi”nə əsasən, sonuncuya cari kredit qalığının yenidən rəsmiləşdirilməsi məqsədi üçun 84 (səksən dörd) ay müddətinə, illik 14 (on dörd) faiz hesablanmaqla 328.500 (üç yüz iyirmi səkkiz min beş yüz) ABŞ dolları məbləğində kredit verilməsinə dair razılaşma əldə olunmuşdur.

7. İşdə olan 20 may 2016-cı il tarixli, sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, tərəflər arasında girov müqaviləsinin predmeti-olan cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə rayon Ərazi İdarəsinin MH seriyalı, ******* nömrəli, **********14-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən "xxxx" MMC-nə tam mülkiyyət hüququ əsasında məxsus olan Tərtər rayonu, Yevlax-Bərdə yolunun sağ tərəfində mülkiyyətində olan 0.07 ha torpaq sahəsində yerləşən 1 girişli, 22 kv.m ümumi sahəsi, 13.2 kv.m əsas, 8.8kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binası 0.07 ha torpaq sahəsi ilə birlikdə banka ipotekaya qoyulmuşdur

8. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə rayon Ərazi İdarəsinin MH seriyalı, ******* çıxarışın surətindən görünür ki, Tərtər rayonu, Yevlax-Bərdə yolunun sağ tərəfində mülkiyyətində olan 0.07 ha torpaq sahəsində yerləşən 1 girişli, 22 kv.m ümumi sahəsi, 13.2 kv.m əsas, 8.8kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binası 0.07 ha torpaq sahəsi ilə birlikdə Cavabdeh2 mülkiyyətindədir.

9. İşdə olan 19 may 2016-cı il tarixli, sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, tərəflər arasında girov müqaviləsinin predmeti-olan cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Sumqayıt şəhəri, 17-ci mikrorayonda istifadədə olan 0.252 ha torpaq sahəsində yerləşən 62 nömrəli, 9 mərtəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində yerləşən 53.35 kv.m ümumi, 31.35 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 21 nömrəli mənzil banka ipotekaya qoyulmuşdur.

10. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MH seriyalı, ******* nömrəli, **********19- 05101- 093038 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının surətindən görünür ki, Sumqayıt şəhəri, 17-ci mikrorayonda istifadədə olan 0.252 ha torpaq sahəsində yerləşən 62 nömrəli, 9 mərtəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində yerləşən 53.35 kv.m ümumi, 31.35 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 21 nömrəli mənzil Cavabdeh2 mülkiyyətindədir.

11. İşdə olan 06 mart 2018-ci il tarixli, AB № NZF-18-00055 saylı bildirişdən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri, 17- ci mikrorayonda istifadədə olan 0.252 ha torpaq sahəsində yerləşən 62 nömrəli, 9 mərtəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində yerləşən 53.35 kv.m ümumi, 31.35 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 21 nömrəli mənzilin hərracda satılması barədə xəbərdar edilmişdir.

12. İşdə olan 05 aprel 2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəf 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir.

13. İş üzrə qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti vermişdir.

14. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (A.Mahmudov (sədrlik edən və məruzəçi), hakimlər R.Rəfiyev və M.Əsədli) 08 fevral 2021-ci il tarixli, 2(107)-70/2021 nömrəli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Yevlax Rayon Məhkəməsinin 17 may 2018-ci il tarixli, 2(039)-1379/2018 nömrəli qətnaməsinin “ipoteka predmeti olan əmlakların məbləğinə münasibətdə” dəyişdirilməsi, ipoteka predmetləri - "xxxx" MMC-yə məxsus olan Tərtər rayonu, YevlaxBərdə yolunun sağ tərəfində mülkiyyətində olan 0.07 ha torpaq sahəsində yerləşən 1 girişli, 22 kv.m ümumi sahəsi, 13.2 kv.m əsas, 8.8 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binasına 0.07 ha torpaq sahəsi ilə birlikdə likvid dəyəri 440 000(dörd yüz qırx min) manat; Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, 17-ci mikrorayonda istifadədə olan 0.252 ha torpaq sahəsində yerləşən 62 nömrəli, 9 mərtəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində yerləşən 53.35 kv.m ümumi, 31.35 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 21 nömrəli mənzilinin hazırkı likvid dəyəri 68000 (altmış səkkiz min) manat; 19 may 2016cı il tarixli 038NZA girov müqaviləsinə əsasən "xxxx" MMC-yə məxsus Yevlax şəhəri, Yevlax-Bərdə yolunun sağ tərəfində yerləşən qeyri-yaşayış sahəsinin ərazisində, Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən qeyriyaşayış sahəsinin ərazisində və Ağdaş rayonu, Qolqəti kəndində yerləşən ərazidə maye qaz çənlərinin hazırkı likvid dəyəri isə 247000 (iki yüz qırx yeddi min) manat müəyyən edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

15. İddiaçı Ləğv Prosessində olan İddiaçı1 ASC-nin ləğvedicisi ƏSF apelyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermişdir.

16. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 09 sentyabr 2021ci il tarixli 2(102)-3464/2021 nömrəli qərarı ilə iddiaçı Ləğv Prosessində olan İddiaçı1 ASCnin ləğvedicisi ƏSF-nın kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-70/2021 nömrəli iş üzrə 08 fevral 2021-ci il tarixli qətnaməsi "xxxx" MMC-yə məxsus olan Tərtər rayonu, Yevlax-Bərdə yolunun sağ tərəfində mülkiyyətində olan 0.07 ha torpaq sahəsində yerləşən 1 girişli, 22 kv.m ümumi sahəsi, 13.2 kv.m əsas, 8.8 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binasının 0.07 ha torpaq sahəsi ilə birlikdə likvid dəyərinin 440 000(dörd yüz qırx min) manat, Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, 17-ci mikrorayonda istifadədə olan 0.252 ha torpaq sahəsində yerləşən 62 nömrəli, 9 mərtəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində yerləşən 53.35 kv.m ümumi, 31.35 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 21 nömrəli mənzilinin hazırkı likvid dəyərinin 68000 (altmış səkkiz min) manat, 19 may 2016-cı il tarixli 038NZA girov müqaviləsinə əsasən "xxxx" MMC-yə məxsus Yevlax şəhəri, Yevlax-Bərdə yolunun sağ tərəfində yerləşən qeyri-yaşayış sahəsinin ərazisində, Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ərazisində və Ağdaş rayonu, Qolqəti kəndində yerləşən ərazidə maye qaz çənlərinin hazırkı likvid dəyərinin 247000 (ki yüz qırx yeddi min) manat müəyyən edilməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Apellyasiya şikayətinin dəlilləri

17. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosesal hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, onun kreditordan aldığı kredit istehlak təyinatlıdır, yəni pul vəsaitləri sonrakı proseslərdə heç bir əlavə dəyər yaratmamışdır. Krediti alandan sonra iqtisadi şərait onun üçün dəyişmişdir. Ona görə də o öz işində müəyyən korreksiyalar aparsa da yaranmış çətin iqtisadi vəziyyətdən çıxa bilməmişdir. Bu barədə kreditora da vaxtında məlumat vermişdir. Lakin buna baxmayaraq kreditor bu vəziyyəti nəzərə almadan onun əsas kredit borcunun üzərinə yüksək faizlərlə borc hesablamış, bununla kifayətlənməyərək gecikdirilmiş faiz borcuna görə də 66.839,68 ABŞ dolları dəbbə pulu hesablamışdır. Onunla kreditor arasındakı kredit müqaviləsinə əsasən öhdəliyin icra müddəti konkret təyin edilmişdir. Kreditor bu müddət başa çatanadək ona möhlət verməmiş, öhdəliyin icrasını tələb etmiş, icra baş tutmadıqda isə məhkəməyə müraciət etmişdir. Onunla kreditor arasında dəbbə pulu haqqında heç bir yazılı razılaşma olmadığına baxmayaraq kreditor ona tənasübsüz surətdə yüksək dəbbə pulu hesablamışdır. O, belə hesab edir ki, işə baxan Yevlax Rayon Məhkəməsi qanunvericiliyin bu tələblərini pozmuş, işi qanunsuz olaraq icraata qəbul etməklə nəticədə ədalətsiz və qanunsuz qətnamə qəbul etmişdir. Ona görə də o, tələb edir ki, Yevlax Rayon Məhkəməsinin bu qətnaməsi qismən ləğv edilməli və kreditorun əsassız olaraq hesabladığı 66.839,68 ABŞ dolları məbləğində dəbbə pulunun silinməsi barədə yeni qətnamə qəbul edilməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 hüquqi varisi X4 və onun nümayəndəsi və vəkili X3 mərhum apellyator Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.

20. İddiaçı LPO İddiaçı1 ASC-nin nümaynədəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 279-cu maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələblini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 295-ci maddəsinə müvafiq olaraq, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1-ci maddəsinə görə, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Bu cür razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. 307.6-cı maddəsinə uyğun olaraq, ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 317.1-ci maddəsinə uyğun olaraq, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.

22. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanunu: Həmin Qanunun 26.1.3-cü maddəsinin tələbinə əsasən ipoteka qoyan öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa, ipoteka saxlayan məhkəmə qaydasında ipoteka predmetinin ona verilməsini tələb edə bilər. Həmin Qanunun 34-cü maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 39.3.3-cü maddəsində qeyd edilir ki, məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən, İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Həmin Qanunun 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir.

Qərarlar:

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli qərardadında göstərilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. İpoteka predmetinin ilkin satış qiyməti onların real bazar qiyməti nəzərə alınmaqla müəyyən edilən likvid qiymətidir.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

25. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

26. Məhkəmə kolelgiyası Yevlax Rayon Məhkəməsinin 17 may 2018-ci il tarixli, 2(039)-1379/2018 nömrəli qətnaməsinin əsaslılığını bu qətnamənin 16-cı bəndində göstərilmiş hissədə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən bu qətnamənin 16-cı bəndində göstərilmiş hissədə gəldiyi nəticə ilə qismən razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən həmin hissədə qismən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

28. Məhkəmə kollegyiası Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 09 sentyabr 2021-ci il tarixli 2(102)-3464/2021 nömrəli qərarındakı göstərişlərinə əməl etməklə ipoteka predmetlərinin qiymətləndirilməsini təyin etmiş və "xxxx" MMC tərəfindən 4 oktyabr 2022-ci il tarixli 198/ATB/22 nömrəli, 199/ATB/22 nömrəli və 200/ATB/22 nömrəli qiymətləndirmə rəyləri verilmişdir. Həmin rəylərə əsasən Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, 17-ci mikrorayonda istifadədə olan 0.252 ha torpaq sahəsində yerləşən 62 nömrəli, 9 mərtəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində yerləşən 53.35 kv.m ümumi, 31.35 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 21 nömrəli mənzilinin hazırkı likvid dəyəri 69000 (altmış doqquz min) manat, "xxxx" MMCyə məxsus Yevlax şəhəri, Yevlax-Bərdə yolunun sağ tərəfində yerləşən qeyri-yaşayış sahəsinin ərazisində, Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən qeyriyaşayış sahəsinin ərazisində və Ağdaş rayonu, Qolqəti kəndində yerləşən ərazidə maye qaz çənlərinin hazırkı likvid dəyəri 220000 (iki yüz iyirmi min) manat və "xxxx" MMC-yə məxsus olan Tərtər rayonu, Yevlax-Bərdə yolunun sağ tərəfində mülkiyyətində olan 0.07 ha torpaq sahəsində yerləşən 1 girişli, 22 kv.m ümumi sahəsi, 13.2 kv.m əsas, 8.8 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binasının 0.07 ha torpaq sahəsi ilə birlikdə likvid dəyərinin 445 000 (dörd yüz qırx beş min) manat müəyyən edilmişdir.

29. Məhkəmə kollegiyası qeyd edir ki, Yevlax Rayon Məhkəməsinin 17 may 2018-ci il tarixli, 2(039)-1379/2018 nömrəli qətnaməsi ilə ipoteka predmetlərinin ilkin satış qiyməti müəyyən edilməmişdir. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-70/2021 nömrəli iş üzrə 08 fevral 2021-ci il tarixli qətnaməsi ilə "xxxx" MMC-yə məxsus olan Tərtər rayonu, Yevlax-Bərdə yolunun sağ tərəfində mülkiyyətində olan 0.07 ha torpaq sahəsində yerləşən 1 girişli, 22 kv.m ümumi sahəsi, 13.2 kv.m əsas, 8.8 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binasının 0.07 ha torpaq sahəsi ilə birlikdə likvid dəyərinin 440 000(dörd yüz qırx min) manat, Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, 17-ci mikrorayonda istifadədə olan 0.252 ha torpaq sahəsində yerləşən 62 nömrəli, 9 mərtəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində yerləşən 53.35 kv.m ümumi, 31.35 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 21 nömrəli mənzilinin hazırkı likvid dəyərinin 68000 (altmış səkkiz min) manat, 19 may 2016-cı il tarixli 038NZA girov müqaviləsinə əsasən "xxxx" MMC-yə məxsus Yevlax şəhəri, Yevlax-Bərdə yolunun sağ tərəfində yerləşən qeyri-yaşayış sahəsinin ərazisində, Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ərazisində və Ağdaş rayonu, Qolqəti kəndində yerləşən ərazidə maye qaz çənlərinin hazırkı likvid dəyərinin 247000 (ki yüz qırx yeddi min) manat müəyyən edilmişdir. Həmin qətnaməni cavabdeh mübahisələndirməmiş, ipoteka predmetlərinin ilkin satış qiymətinin daha artıq müəyyən edilməsini tələb etməmişdir. İddiaçı bank həmin qətnamədən kassasiya şiakyəti vermiş və həmin kassasiya şikayəti təmin olunaraq, qeyd edilən qətnamə ipoteka predmetlərinin ilkin satış qiymətlərinə aid hissədə ləğv edilmişdir.

30. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmetlərindən - Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, 17-ci mikrorayonda istifadədə olan 0.252 ha torpaq sahəsində yerləşən 62 nömrəli, 9 mərtəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində yerləşən 53.35 kv.m ümumi, 31.35 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 21 nömrəli mənzilin ilkin satış qiyməti və "xxxx" MMC tərəfindən 4 oktyabr 2022-ci il tarixli 199/ATB/22 nömrəli qiymətləndirmə rəyində qeyd olunmuş 69.000 manat məbləğində deyil, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-70/2021 nömrəli iş üzrə 08 fevral 2021-ci il tarixli qətnaməsində göstərilmiş 68.000 manat məbləğində müəyyən edilməlidir.

31. Eyni zamanda, "xxxx" MMC-yə məxsus olan Tərtər rayonu, Yevlax-Bərdə yolunun sağ tərəfində mülkiyyətində olan 0.07 ha torpaq sahəsində yerləşən 1 girişli, 22 kv.m ümumi sahəsi, 13.2 kv.m əsas, 8.8 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binasının 0.07 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti "xxxx" MMC tərəfindən 4 oktyabr 2022-ci il tarixli 198/ATB/22 nömrəli qiymətləndirmə rəyində qeyd olunmuş 445.000 manat məbləğində deyil, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-70/2021 nömrəli iş üzrə 08 fevral 2021-ci il tarixli qətnaməsində göstərilmiş 440.000 manat məbləğində müəyyən edilməlidir.

32. "xxxx" MMC-yə məxsus Yevlax şəhəri, Yevlax-Bərdə yolunun sağ tərəfində yerləşən qeyri-yaşayış sahəsinin ərazisində, Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ərazisində və Ağdaş rayonu, Qolqəti kəndində yerləşən ərazidə maye qaz çənlərinin ilkin satış qiyməti isə "xxxx" MMC tərəfindən 4 oktyabr 2022-ci il tarixli 200/ATB/22 nömrəli qiymətləndirmə rəyində Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-70/2021 nömrəli iş üzrə 08 fevral 2021-ci il tarixli qətnaməsində göstərilmiş 247.000 manatdan daha az məbləğdə - 220.000 manat məbləğində qeyd olunduğundan həmin əmlakın ilkin satış qiyməti "xxxx" MMC tərəfindən 4 oktyabr 2022-ci il tarixli 200/ATB/22 nömrəli qiymətləndirmə rəyinə uyğun olaraq 220.000 manat məbləğində müəyyən edilməlidir.

33. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsini qət edərkən ipoteka predmetlərinin ilkin satış qiymətini müəyyən etməməklə maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh2 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 17 may 2018-ci il tarixli, 2(039)-1379/2018 nömrəli qətnaməsi dəyişdirilməli, İpoteka predmetləri - "xxxx" MMC-yə məxsus olan Tərtər rayonu, Yevlax- Bərdə yolunun sağ tərəfində mülkiyyətində olan 0.07 ha torpaq sahəsində yerləşən 1 girişli, 22 kv.m ümumi sahəsi, 13.2 kv.m əsas, 8.8 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binasına 0.07 ha torpaq sahəsi ilə birlikdə likvid dəyəri isə 440 000 (dörd yüz qırx min) manat; Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, 17-ci mikrorayonda istifadədə olan 0.252 ha torpaq sahəsində yerləşən 62 nömrəli, 9 mərtəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində yerləşən 53.35 kv.m ümumi, 31.35 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 21 nömrəli mənzilinin hazırkı likvid dəyəri 68000 (altmış səkkiz min) manat; 19 may 2016-cı il tarixli 038NZA girov müqaviləsinə əsasən "xxxx" MMC-yə məxsus Yevlax şəhəri, Yevlax-Bərdə yolunun sağ tərəfində yerləşən qeyri-yaşayış sahəsinin ərazisində, Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən qeyriyaşayış sahəsinin ərazisində və Ağdaş rayonu, Qolqəti kəndində yerləşən ərazidə maye qaz çənlərinin hazırkı likvid dəyəri isə 220000 (iki yüz iyirmi min) manat müəyyən edilməlidir.

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh2 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 17 may 2018-ci il tarixli, 2(039)-1379/2018 nömrəli qətnaməsi dəyişdirilsin. İpoteka predmetləri - "xxxx" MMC-yə məxsus olan Tərtər rayonu, YevlaxBərdə yolunun sağ tərəfində mülkiyyətində olan 0.07 ha torpaq sahəsində yerləşən 1 girişli, 22 kv.m ümumi sahəsi, 13.2 kv.m əsas, 8.8 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binasına 0.07 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti 440 000 (dörd yüz qırx min) manat; Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, 17-ci mikrorayonda istifadədə olan 0.252 ha torpaq sahəsində yerləşən 62 nömrəli, 9 mərtəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində yerləşən 53.35 kv.m ümumi, 31.35 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 21 nömrəli mənzilinin ilkin satış qiyməti 68000 (altmış səkkiz min) manat; 19 may 2016-cı il tarixli 038NZA girov müqaviləsinə əsasən "xxxx" MMC-yə məxsus Yevlax şəhəri, Yevlax-Bərdə yolunun sağ tərəfində yerləşən qeyri-yaşayış sahəsinin ərazisində, Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən qeyriyaşayış sahəsinin ərazisində və Ağdaş rayonu, Qolqəti kəndində yerləşən ərazidə maye qaz çənlərinin ilkin satış qiyməti 220000 (iki yüz iyirmi min) manat müəyyən edilsin. Qiymətləndirmə rəylərinin dəyəri olaraq 1000 manat iddiaçı LPO İddiaçı1 ASC-dən tutularaq "XXXX" MMC-nin hesabına keçirilsin. (AZ 52İBAZ400900 **********4201, VÖEN **********, Müxbir hesab 03 NABZ******************** SWİFT BİC İBAZAZ2X). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: İmanverdi Şükürov

Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar