Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-143/2023 23.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X2 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X3 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 5 sentyabr 2022-ci il tarixli 2(039)-1518/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı ilə Cavabdeh uzaq qohumdurlar. Cavabdeh iddiaçıdan iş qurmaq üçün borc pul almışdır. İddiaçı cavabdehə qarşı 120.000 manat pul tələbi ilə məhkəməyə müraciət etmiş, daha sonra iddia tələbinin həcmini azaldaraq 60.000 manat tələb etmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 120000 manat məbləğində borcun və 410 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia tələbi hər hansı mötəbər sübutlara əsaslanmır, yalnız söz yığınından ibarət cəfəngiyatdır. Məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
4. Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə etiraza əlavə ilə məhkəməyə müraciət edərək, iddia tələbi əsassız olduğu üçün iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
5. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 60000 manat pulun və ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, cavabdehlə uzaqdan qohumluqları var. Daima münasibətləri yaxşı olmuşdur. Bir neçə dəfə ondan pul alaraq, sonradan geri qaytarmışdır. Hətta ona verdiyi pulu qaytararkən üstündə pul da vermişdir. O pulun artıq olduğunu bildirərkən, cavabdeh ona borc aldığı puldan gəlir götürdüyü üçün ona əl tutduğu üçün hörmət etdiyini bildirmişdir. Bir müddət sonra cavabdeh ondan yenə pul istəmişdir. Pulun nə üçün lazım olduğunu soruşarkən, işlədiyi şirkətdə gəlirli proyektə yatırım edərək gəlir əldə etmək üçün lazım olduğunu bildirdi. Bu barədə cavabdehin atası ilə əlaqə saxlayarkən atası da onu əmin etdi ki, proyekt gəlirlidir narahat olmasın. Həmçinin cavabdeh həmin proyektdən əldə edəcəyi qazancdan ona də pul verəcəyini bildirmişdir. Cavabdehə inanaraq ona bir neçə dəfəyə 130000 (bir yüz otuz min) manat pul vermişdir. Lakin bir müddət keçəndən sonra aldandığını başa düşüb cavabdehin atasının yanına getdi. Cavabdehin atası ona Salman məni də, səni də aldadıb deyərək cavab verdi. Çətinliklə də olsa cavabdehdən 10000 (on min) aldı. Lakin qalan 120000 (bir yüz iyirmi min) manat qaytarılmadı. Cavabdehin atası intihar etdi və bu səbəbdən Yevlax rayon prokurorluğunda araşdırma aparılarkən cavabdeh ona 120000 (bir yüz iyirmi min) manat borclu olduğunu etiraf etmişdir. Lakin pulunu qaytarmır. Cavabdeh onu aldatma yolu ilə ondan aldığı pulu qaytarmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda razılaşmışlar və cavabdehdən 60000 manat tələb edir.
7. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
8. İddiaçı vəkili X5 izah etdi ki, tərəflərin yaxın münasibətləri olmuşdur. Hətta qohumluqları da vardır. Cavabdeh iddiaçını iş qurmaq adı ilə aldadaraq, yəni gəlir əldə etmək məqsədi ilə ondan pul almışdır. Cavabdeh tək iddiaçını yox başqa şəxslərə qarşı da bu hərəkətləri etmişdir. Bu səbəbdən də atası intihar etmişdir. Bununla bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılmışdır. Araşdırma zamanı cavabdeh iddiaçıdan pulların alınmasını etiraf edir. Həmin izahatı da özü imzalamışdır.
9. Cavabdeh izah etdi ki, şirkətdə işləyərkən İddiaçı pul alaraq gübrə alqı-satqısi ilə məşğul olmuşdur. Hazırda onun Sənana 120000 manat borcu yoxdur. Sənandan 50000 manat borc almışdır. Onunda müqabilində mərhum atası Fəxrəddindən 100000 manat pul alaraq ona vermişdir. O da həmin pulu Sənana vermişdir. Onlar daima Sənanla birgə gəzirdilər. Vüsal Sənana onun yanında borc pul vermişdir. Lakin Sənan həmin pulu ona verməmişdir. Sənan ona zəng etdi ki, Vüsal pulunu istəyir. O da Vüsala zəng edərək Sənana borcun ödənilməsi ilə bağlı vaxt verməsini xahiş etmişdir.
10. Cavabdeh məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, onun İddiaçı 60000 manat borcu var. Həmin borcdan 15000 manat hissəsini yaxın vaxtda nağd şəkildə ödəyəcək. İki ədəd atasına məxsus torpaq sahəsini 20000 manat əvəzinə İddiaçı verəcək. Qalan 25000 manatı da 5 il ərzində hissə-hissə ödəyəcək.
11. Cavabdeh nümayəndəsi və vəkili Vəkil izah etdi ki, tərəflər arasında hər hansı bir yazılı borc müqavilə mövcud deyil. Lakin hazırda tərəflər razılığa gəlmişlər. Cavabdeh iddiaçıya ona 60000 manat borcunu hissə-hissə ödəyəcək.
12. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadə verərək göstərdi ki, Cavabdeh onun oğludur. Oğlunun Sənana borcu olmuşdur. Mərhum əli Fəxrəddindən 70000 manat pul alaraq Sənana vermişdir. Sənan və qohumları onlara gəmişdirlər ki, Salmanın Sənana 130000 manat borcu var. Lakin Salmanın borcu yoxdur. 30 dekabr 2021-ci il tarixdə də, Sənana 10000 manat pul verdilər. Ondan da bir neçə gün sonra həyat yoldaşı Müşfiq intihar etdi.
13. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadə verərək göstərdi ki, Mingəçevir şəhərində yaşayır və ticarətlə məşğul olur. Sənanı 6-7 ildir ki, tanıyır. Daima aralarında pul alış-verişi olub. Sənan ondan bir neçə dəfə borc pul almışdır. İyul ayında 28000 manat borc vermişdir. Həmin pulu ona avqust ayında qaytarmışdır. Bundan sonra 13 noyabr 2021-ci il tarixdə Sənan Salmanla gələrək ondan 30000 manat borc aldı. Pulu Sənana verdi. Sənan da pulu sanayıb onun yanında Salmana verdi. 20 noyabr 2021-ci il tarixdə Sənan yenə ondan borc pul istədi. O da həmin gün Sənana 15000 manat borc verdi. Sənan həmin gün də Salmanla birgə gəlmişdir. Daha sonra Sənan ona Salman onu aldatdığını və ona 130000 manat borclu olduğunu bildirmişdir. O pulu Sənana verdiyindən və əvvəllər Salmanı tanımadığından pulunu Sənandan tələb etdi. Həmin ərəfədə Salman ona zəng edərək, pul onda olduğunu və pulu yaxın vaxtda qaytaracağını demişdir. O da Salmana cavab olaraq, pulu Sənana verdiyini və Sənandan da tələb etdiyini bildirmişdir. Bu barədə Salman ona 4 dəfə zəng etmişdir. Pulu verərkən pul nə üçün lazım olduğunu soruşmamışdır. Belə ki, Sənana etibar edərək pulları vermişdir. Salmanın gübrə işi ilə məşğul olduğu ona bildirilmişdir.
14. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadə verərək göstərdi ki, Sənan onun qardaşıdır. Məsələdən 2021-ci ilin dekabr ayının əvvəli xəbəri olmuşdur. Belə ki, Sənan dedi ki Salman ondan iş qurmaq üçün pul almış və 130000 manat pulu mənimsəyərək qaytarmır. Yəni Salman işlədiyi şirkətdə proyekt olmasını və buna pul yatırıb gəlir götürməli idilər. Sənan ona bunları danışdıqdan sonra Salmanın anası Səyalıya zəng etmişdir. Daha sonra da qohumları ilə birlikdə onlara məsələni müzakirə etmək üçün yığışmışlar. Orada Salman, Səyalı, o və digər qohumları var idi. Salman 130000 manat borcu almasını etiraf etdi. Söhbət zamanı razılığa gəlmişlər ki, Salman 10000 manat verir və qalan pulu hissə-hissə qaytarır. Həmin vaxt olan danışıqları yazmışdır. 30 dekabr 2021-ci il tarixdə 10000 manat verildi. Sənan da qalan 120000 manatın hissə-hissə ödənilməsinə razı oldu. Lakin 2-3 sonra Salmanın atası Müşfiq intihar etdi. Onlara puldan keçməsələr Prokurorluqda Sənanın da adını verəcəklər ki, Müşfiqin intihar etməsində onun da günahı var. Bu qayda da bir neçə nəfər pulundan keçmişdir. Bununla bağlı Sənanı da Yevlax rayon prokurorluğuna çağırmışlar. Hətta Sənan 48 saat müddətinə saxlanılmışdır. Lakin günahı olmadığından onun barəsində olan işə xitam verilmişdir.
15. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh qohumdurlar. Cavabdeh iddiaçıdan iş qurmaq üçün pul almışdır. Yevlax rayon prokurorluğunda X1 özünü öldürmə həddinə çatdırılması faktı ilə bağlı aparılan araşdırma zamanı cavabdeh iddiaçıdan iş qurmaq adı ilə pul aldığını və həmin pulları qaytardığı barədə izahat vermişdir. İddiaçı 120000 manat pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddia tələbini azaldaraq 60000 manat tələb etmişdir. Cavabdeh iddianı qəbul edərək, 60000 manat pulu iddiaçıya hissə-hissə qaytaracağını bildirmişdir.
16. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 60000 manat borc və 270 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı 410 manat dövlət rüsumu tələb etsə də, 60000 manat üçün 270 manat dövlət rüsumu müəyyən edilmişdir.
17. Yevlax Rayon Məhkəməsinin 5 sentyabr 2022-ci il tarixli 2(039)-1518/2022 saylı qətnaməsi ilə (hakim Ruslan Əlizadə) iddia təmin olunmuş, Cavabdeh 60000 manat borc və 210 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.
18. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6 və 739-cu maddələrinə istinad etmiş, 1091-1093-cü maddələrinin isə məzmununu qeyd etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
19. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ödəniş qəbzindən görünür ki, İddiaçı 410 manat dövlət rüsumu ödəmişdir.
20. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 10 may 2022-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın surətindən görünür ki, X1 özünü öldürmə həddinə çatdırılması faktı təsdiq olunmadığından Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə icraata xitam verilmişdir. Araşdırma zamanı Cavabdeh izahat verərkən, İddiaçı iş qurmaq üçün pul aldığını bildirmişdir. Həmçinin, məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, onun İddiaçı 60000 manat borcu var. Həmin borcdan 15000 manat hissəsini yaxın vaxtda nağd şəkildə ödəyəcək. İki ədəd atasına məxsus torpaq sahəsini 20000 manat əvəzinə İddiaçı verəcək. Qalan 25000 manatı da 5 il ərzində hissə-hissə ödəyəcəkdir.
21. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
22. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddiaçı ilə onun arasında 120.000 (bir yüz iyirmi min) manat məbləğdə borcun olması ilə bağlı heç bir razılaşma, müqavilə olmayıb. Belə ki, iddiaçı müxtəlif vaxtlarda ona faizə pul vermiş və həmin məbləğlərin üzərində faizlərini götürmüşdür. İddiaçı ona ümumilikdə 50.000 (əlli min) manat məbləğdə faizə pul vermişdir. O, həmin 50.000 (əlli min) manatı və onun faizlərini tam olaraq ödəmişdir. O, 100.000 (bir yüz min) manat məbləğdən artıq iddiaçıya ödəniş etmişdir. Bu halı iddiaçı özü də Yevlax rayon Polis Şöbəsində izahat verərkən də etiraf etmişdir. Belə ki, İddiaçı onun ona 40.000 (qırx min), 20.000 (iyirmi min) və 26.000 (iyirmi altı min) manat olmaqla, 86.000 (səksən altı min) manat məbləğdə pul verdiyini etiraf etmişdir. İddiaçı izahatında onun ona 40.000 (qırx min) manat qaytardığını bildirsə də, əslində o, ona 42.124.63 (qırx iki min bir yüz iyirmi dörd manat altmış üç qəpik) manat ödəniş etmişdir. Belə ki, Yevlax rayon Polis Şöbəsinin təhqiqat bölməsində araşdırılmış təhqiqat materiallarında olan ödəniş kartı üzrə çıxarışdan görünür ki, İddiaçı kart hesabına 42.124.63 (qırx iki min bir yüz iyirmi dörd manat altmış üç qəpik) manat məbləğdə pulu mədaxil etmişdir. Belə olan halda iddiaçının yenidən ondan 120.000 (bir yüz iyirmi min) manat məbləğdə pul tələb etməsi real və qanuna uyğun deyildir. O iddiaçıdan faizə aldığı pulu tam olaraq ona qaytarmışdır. Digər tərəfdən isə onun iddiaçıya 120.000 (bir yüz iyirmi min) manat məbləğdə borcunun ölması sübutlarla öz təsdiqini tapmamışdır. Yevlax Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 2(039)-1518/2022 saylı qətnaməsində onun iddiaçıya 60000 manat məbləğdə borcunun olması qənaətinə gəlsə də, iş materiallarında onun iddiaçıya borcumun olmasını təsdiqləyən heç bir sübut yoxdur. Bununla da Yevlax Rayon Məhkəməsi iş üçün əhəmiyyətli olan halları dəqiqləşdirməmiş, işi tam və hər tərəfli araşdırmamışdır.
23. Ona görə də, Yevlax Rayon Məhkəməsinin 5 sentyabr 2022-ci il tarixli 2(039)- 1518/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
25. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
26. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili X5 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin 5 sentyabr 2022-ci il tarixli 2(039)-1518/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 882.1-ci maddəsinə əsasən Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2. maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.2-ci mаddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 220.4-cü mаddəsinə əsаsən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 273-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər və nümayəndələr, həmçinin vəkillər protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
29. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
30. Cavabdeh Yevlax Rayon Məhkəməsinin 5 sentyabr 2022-ci il tarixli 2(039)- 1518/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. İşin halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh qohumdurlar. Cavabdeh iddiaçıdan iş qurmaq üçün borc pul almışdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 22-ci bəndində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri əsassız olduğundan həmin qeyd edilmiş dəlillər ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı; ...çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (MPM-in 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (MPM-in 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. ...Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Göründüyü kimi qanunverici sübutların təqdim edilməsini bilavasitə tərəflərin üzərinə qoymuşdur. Ona görə də şikayətin bu dəlilləri əsassızdır. Məhkəmə kollegiyası həmçinin, qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Eyni zamanda, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir və heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Hazırki iş üzrə tərəflər arasında heç bir yazılı müqavilə mövcud olmamışdır. Lakin cavabdeh birinci instansiya məhkəməsinin yekun məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, onun İddiaçı 60000 manat borcu var. Həmin borcdan 15000 manat hissəsini yaxın vaxtda nağd şəkildə ödəyəcək. İki ədəd atasına məxsus torpaq sahəsini 20000 manat əvəzinə İddiaçı verəcək. Qalan 25000 manatı da 5 il ərzində hissəhissə ödəyəcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.5. maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Cavabdehin iddiaçıdan borc pullar almasını və həmin borcları qaytarmasını qeyd etdiyini özündə əks etdirən 10 may 2022-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi barədə və 23 may 2022-ci il tarixli cianyət işinin başlanmasının rədd edilməsi haqqında olan qərarlar mövcuddur. Həmin qərarlarda və iş materialında olan Yevlax Rayon Prokurorluğuna verilmiş izahatlarda iddiaçı da cavabdehin ona olan borcunun ayrı-ayrı vaxtlarda bir hissəsini qaytarmasını etiraf etsə də, borcun bir hissəsinin qaldığını göstərmişdir. Həmin qərarların qəbul edilməsindən hazırki iş üzrə cavabdehin Yevlax Rayon Məhkəməsinə borcun etirafı barədə xx.xx.2022-ci il tarixli ərizənin verilməsi arasında xeyli müddət keçmişdir. Birinci instansiya məhkəməsi həmin qərarlarda göstərilənləri də nəzərə alaraq tərəflərin məhkəməyə təqdim etdikləri xx.xx.2022-ci il tarixli ərizələri əsas götürməklə iddianı təmin etmişdir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 52.2-ci mаddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
32. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin digər dəlillərinə münasibət bildirərək qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddiaçıya 60.000 manat borcunun olduğunu etiraf etmiş və həmin pulu iddiaçıya hissəhissə qaytaracağını bildirmişdir. Cavabdeh bunula bağlı məhkəməyə yazılı ərizə vermişdir. Cavabdeh apellyasiya şikayətində borcunu ödədiyi və borcunun qalmadığı barədə arqumentlər gətirsə də, məhkəmə kollegiyası qeyd edir ki, apellyatorun MPM-nin 273-cü maddəsində nəzərdə tutulmuş qaydada borcu etiraf etdiyi göstərilən məhkəmə iclas protokoluna qeyd vermək imkanı olmasına baxmayaraq, o bunu etməmişdir. Həmin maddəyə görə, işdə iştirak edən şəxslər və nümayəndələr, həmçinin vəkillər protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. Həmin Məcəllənin 106.3-cü maddəsinin tələbinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
33. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin 5 sentyabr 2022-ci il tarixli 2(039)-1518/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdehtərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 5 sentyabr 2022-ci il tarixli 2(039)-1518/2022 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Elçin Mehdiyev