Məhkəmə qərarları › İş №2(107)-1430/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1430/2022

06.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1430/2022 06.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Cаvаdovа Günаy İsmаyıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundаn ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “Cavabdeh1 torpaq sahəsinin alınması üçün verdiyi ******* manatın bu günə olan ekvivalenti ilə 15111 manatın, hər biri 200 manat olmaqla 520 ədəd fındıq ağacına görə 104000 manat cəmi 119111 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi tələbinə dair” mülki iş üzrə Qax Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2(024)-84/2022 saylı “apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə” qərardadından cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 torpaq sahəsinin alınması üçün verdiyi ******* (bir milyon beş yüz on bir min) manatın bu günə olan ekvivalenti ilə 15111 (on beş min bir yüz on bir) manatın, hər biri 200 (iki yüz) manat olmaqla 520 (beş yüz iyirmi) ədəd fındıq ağacına görə 104000 (bir yüz dörd min) manat cəmi 119111 (bir yüz on doqquz min bir yüz on bir) manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə işə baxılıb qətnamə çıxarılana qədər iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh1 torpaq sahəsinin alınması üçün verdiyi ******* (bir milyon beş yüz on bir min) manatın bu günə olan ekvivalenti ilə 15111 (on beş min bir yüz on bir) manatın, hər biri 200 (iki yüz) manat olmaqla 520 (beş yüz iyirmi) ədəd fındıq ağacına görə 104000 (bir yüz dörd min) manat cəmi 119111 (bir yüz on doqquz min bir yüz on bir) manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 2(024)-84/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 torpqa sahəsinin alınması üçün verilmiş ******* (bir milyon beş yüz on bir min) manatın bu günə olan ekvivalenti ilə 932.37 (doqquz yüz otuz iki manat otuz yeddi qəpik) manat, hər biri 200 manat olan 192 ədədinə 15-16 illik hər biri orta hesabla 10-11 kq məhsul verən fındıq koluna görə ) 38400 manat və hər biri 170 manat olan 140 ədəd (8-10 illik hər biri orta hesabla 5-6 kq məhsul verən fındıq koluna görə) 23800 manat olmaqla cəmi 62132 manat 37 qəpik pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi, iş üzrə 100 (bir yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 birdə qaydada alınaraq Büdcə təsnifatının kod-142319, büdcə səviyyəsinin kodu-3, SAP(XİİS) hesabı, adı-X1, kodu 210005, VÖEN **********, Müxbir hesab- Az41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN **********, Hesab-AZ34GCTRE******************** hesaba ödənilməsi, iş üzrə 150 (bir yüz əlli) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 birgə qaydada alınaraq Büdcə təsnifatının kod- 142595, büdcə səviyyəsinin kodu-3, SAP(XİİS) hesabı. adı-X1, kodu 210005, VÖEN **********, Müxbir hesab- Az41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN **********, Hesab-AZ34GCTRE******************** hesaba ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdehlər tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 iyul 2022-ci il tarixli, 2(107)- 976/2022 saylı qərardadı ilə Qax Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 2(024)- 84/2022 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə аpellyаsiyа qeyrimümkün hesаb edilmişdir. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı əlavəyə uyğun tərtib edilməli olduğu halda, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti həmin forma tələblərinə cavab vermir. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı əlavəyə uyğun tərtib olunmasını yoxlamadan apellellyasiya şikayətini baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Bundan sonra, Qax Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli 2(024)- 84/2022 saylı qərardadı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 Qax Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 2(024)-84/2022 saylı qətnaməsindən verdikləri apellyasiya şıkayəti ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 geri qaytarılmış və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə ümumi qaydada apellyas şikayəti ilə müraciət etmək hüququ olduğu izah edilmişdir. Qax Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2(024)-84/2022 saylı qərardadı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 Qax Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 2(024)-84/2022 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehlər məhkəmənin 19 avqust 2022-ci il tarixli 2(024)-84/2022 saylı qərardadında qeyd olunan pozuntuları aradan qaldırdıqdan sonra yenidən Qax Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 2(024)- 84/2022 saylı qətnaməsindən apellyasiya şikayəti versələr də, qətnaməni aldıqdan sonra 1 aydan çox müddət keçdikdən sonra 07 sentyabr 2022-ci il tarixdə apellyasiya şikayəti verməklə qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddəti geçirmiş və apellyasiya şikayəti verilmə müddətinin bərpa edilməsini xahiş etməmişlər. Cavabddehlər Qax Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2(024)- 84/2022 saylı qərardadından şikayət verərək qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehlər apellyasiya şikayəti ilə birlikdə buraxılmış müddətin bərpa edilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmişlər. buraxılmış müddətin bərpası barədə vəsatətə 15 sentyabr 2022-ci il tarixdə baxılmış və Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək vəsatətin baxılmamış saxlanılmasını xahiş etmişdir. Lakin, vəsatət tək Cavabdeh1 adından deyil, cavabdehlərin hər biri adından imzalanmış və məhkəməyə təqdim edilmişdir. Məhkəmə Cavabdeh1 buraxılmış müddətin bərpasından imtina barədə ərizəni nəzərə almaqda haqlı olmamış və nəticədə hazırkı qərardadı qəbul etmişdir. Bu səbəbdən də hesab edirlər ki, qərardad qanuni və əsaslı deyildir. Qax Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2(024)-84/2022 saylı qərardadı ilə cavabdehlər tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, iş üzrə Qax Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2(024)-84/2022 saylı qərardadı ləğv edilməlidir. Belə ki, iş materiallarından görünür ki, cavabdehlər 07 sentyabr 2022-ci il tarixdə apellyasiya şikayəti ilə birlikdə buraxılmış müddətin bərpa edilməsinə dair ərizə təqdim edərək ötürülmüş müddətin bərpa edilməsini və apellyasiya şikayətinin qəbul edilərək baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişlər. (iş vərəqi 152) Sonradan 15 sentyabr 2022-ci il tarixdə Cavabdeh1 birinci instansiya məhkəməsinə ərizə təqdim edərək qətnamədən apellyasiya şikayəti verilməsi müddətini buraxmadığına görə, müddətin bərpasına dair ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir. (iş vərəqi 154) Birinci instansiya məhkəməsi həmin tarixdə apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad qəbul etmişdir. Məhkəmə həmin qərardadda göstərmişdir ki, cavabdehlər apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddəti geçirdirmiş və apellyasiya şikayəti verilmə müddətinin bərpa edilməsini xahiş etməmişlər. Halbuki, yuxarıda da qeyd edildiyi kimi, cavabdehlər apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə ərizə təqdim etmişlər. Lakin birinci instasiya məhkəməsi cavabdehlərin buraxılmış müddətin bərpasına dair vəsatətini müzakirə etməmiş, apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin üzrlü səbəblərdən ötürülüb –ötürülməməsinə qiymət verməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi 15 sentyabr 2022-ci il tarixli, 2(024)- 84/2022 saylı qərardaddan verilmiş şikayətin təmin edilməməsinə dair 19 oktyabr 2022-ci il tarixli, 2(024)-84/2022 saylı qərardadda göstərmişdir ki, cavabdehlər qətnaməni rəsmi qaydada aldıqdan 1 aydan çox müddət keçdikdən sonra apellyasiya şikayəti verməklə şikayətin verilməsinin qanunla müəyyən edilmiş müddətini gecikdirdikləri üçün müddətin bərpasını xahiş etsələr də, həmin müddətin üzrlü səbəbdən ötürülməsinə dair sübut təqdim etməmişlər. Ona görə də cavabdehlər tərəfindən qətnamədən apellyasiya şikayətinin verilməsi üçün müddətin ötürülməsinin səbəbləri üzrsüzdür. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qərardadları bir-biri ilə ziddiyyət təşkil edir və həmin qəradadlarda iki fərqli mövqe mövcud olmaqla bir-birini tamamlamır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin apellyasiya şikayətinin geri qaytarılması haqqında 15 sentyabr 2022-ci il tarixli, 2(024)-84/2022 saylı qərardadı tam, şikayətin təmin edilməməsi haqqında 19 oktyabr 2022-ci il tarixli, 2(024)-84/2022 saylı qərardadı isə şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, mülki iş materialları həmin məhkəməyə qaytarılmalıdır. Qətnamədən apellyasiya şikayətinin verilməsi müddəti ötürüldüyündən və cavabdehlər həmin müddətin bərpa edilməsinə dair vəsatət verdiklərindən birinci instansiya məhkəməsi tərəfindən həmin vəsatət müzakirə edilməlidir. Bu zaman Cavabdeh1 sonradan müddətin ötürmədiyinə dair ərizəsi də müzakirə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci mаddəsinə əsаsən, аpellyаsiyа məhkəməsinin şikayətə baxarkən qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsində apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının kassasiya şikayəti verilə bilən qərardadları göstərilmişdir. Həmin maddədə sadalanan qərardadlar siyahısında apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264, 398-401-ci mаddələrinin tələblərini rəhbər tutаrаq məhkəmə kollegiyası qərara aldı: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. İş üzrə Qax Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2(024)-84/2022 saylı qərardadı tam, 19 oktyabr 2022-ci il tarixli, 2(024)-84/2022 saylı qərardadı isə şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Qax Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar