Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-144/2021 09.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X10, İddiaçı və cavabdeh X7 iştirakı ilə İddiaçı cavabdeh X11 və 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X12rşı “torpaq sahəsi və fərdi yaşayış evindən istifadə və müayinəsinə yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(014)-705/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh X11 və 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X12rşı torpaq sahəsi və fərdi yaşayış evindən istifadə və müayinəsinə yaradılmış maneələrin aradan qaldırılması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun mərhum atasıX8ndan miras qalmış Ağdaş şəhəri, C.Hacıyev (hazırki C.Məmmədquluzadə) küçəsində 0,012 ha torpaq sahəsi və onun üzərində yerləşən tikililərdən istifadə ilə bağlı cavabdeh X11 tərəfindən yaradılmış maneələrin aradan qaldırılmasıvə həmin ünvanda müayinə işlərinin aparılmasına cavabdeh tərəfindən edilən müdaxilələrə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(014)-705/2020 nömrəli (hakim F.Nəsibov) qətnaməsi ilə İddiaçı cavabdeh X11 və 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X12rşı torpaq sahəsi və fərdi yaşayış evindən istifadə və müayinəsinə yaradılmış maneələrin aradan qaldırılması tələbi haqqında iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(014)-705/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Ağdaş şəhəri, C.Hacıyev küçəsində 0,012 ha torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 2 otaqlı sahəsi 39,6 kv.m yaşayış və 28,3 kv.m olan köməkçi sahələri olan 32 saylı fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları onun X1nun adına qeydə alınmış və xx xxxx 2007-ci il tarixdə onun adına Seriya MH ******* nömrəli çıxarış verilmişdir. Onun atası xx xxxxxxxx 1989-cu ildə anası X3 isə xx xxx 2003-cü ildə vəfat etmişdir. O, mərhum atası Qənbər İbrahimovun qanun üzrə birinci növbə vərəsəsidir. Qeyd edilən və atasının mülkiyyətində olan torpaq sahəsində mərhum atası tərəfindən əlavə tikili də inşa edilmişdir. Lakin həmin tikililər çıxarışa daxil edilməmişdir. O, müvafiq orqana müraciət edərək həmin tikilinin də çıxarışa daxil edilməsini, hüquqların dövlət qeydiyyatına alınmasını xahiş etmiş onun müraciəti əsasında xx xxxxxx 2019-cu ildə invertarlaşdırma işinin aparılması ilə əlaqədar idarənin əməkdaşları həmin ünvana baxış keçirmiş, lakin bu torpaq sahəsində və onun üzərində inşa edilmiş tikilidə müayinə işlərinin aparılmasına cavabdeh imkan verməmiş və bu səbəbdən sənədlərin hazırlanması baş tutmamış və onun müraciətinin həlli mümkünsüz olmuşdur. Müayinə işinin aparılmaması onun bir vərəsə kimi qeyd edilən torpaq sahəsi və fərdi yaşayış evi üzrəndə mülkiyyət hüquqlarının rəsmiləşdirilməsinə imkan verməmişdir, nəticədə onun mülkiyyət hüquqları pozulmuşdur. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işi tam, hər tərəfli və obyektiv araşdırmadan qanunsuz və əsassız qətnamə çıxarmışdır. Belə ki, Ağdaş şəhəri, C.Hacıyev küçəsində 0.012 ha torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli. 2 otaqlı sahəsi 39.6 kv.m yaşayış və 28,3 kv.m olan köməkçi sahələri olan 32 saylı fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları onun X1nun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmışdır. X1 vəfat etdikdən sonra o, onun qanun üzrə birinci növbə vərəsəsidir. Sözü gedən torpaq sahəsinin üzərində 1987-ci il tarixdə atası tərəfindən inşa edilmiş əlavə tikilidə var. Həmin tikiliyə çıxarış almaq üçün o, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X17 müraciət etmişdir. Müraciətinə əsasən həmin orqanın əməkdaşları yaşayış sahəsinə qələrək baxış keçirmək istəmişlər, lakin iddia ərizəsi üzrə cavabdeh olan X11 onlara yaşayış sahəsinə baxış keçirmək üçün qanunsuz olaraq imkan verməmişdir. Bununlada cavabdeh X11 onun mülkiyyət hüquqlarının tanınmasına maneəçilik yaratmışdır. Bundan başqa məhkəmə tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X16 məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə iclasında o, məhkəməyə fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun surətini təqdim etmək istəmişdir. Lakin məhkəmə ona bunu etməyə imkan yaratmamış və bununlada çəkişmə, tərəflərin bərabərlik prinsipində pozmuşdur. Ona görə də, Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(014)-705/2020 nömrəli qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, mübahisəsi gedən torpaq sahəsi onun atasına məxsusdur. Cavabdehin həmin torpaq sahəsi üzərində heç bir hüququ yoxdur. O, bu mübahisənin həllini məhkəmədən kənar qaydada həllinə cəhd etsə də, sonda cavabdeh tərəf onunla razılaşmamışdır. Ona görə də birinci instnasiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X11 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, əri uzun müddət polis orqanlarında xidmət etmiş, mübahisəli torpaq sahəsinin üzərindəki evi də mərhum əri inşa etdirmişdir. Mübahisəli torpaq sahəsinin iddiaçıya heç bir aidiyyəti yoxdur. Həmin torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir. O ki, qaldı qarşılıqlı razılığa, iddiaçı ondan 25000 manat məbləğində pul tələb edir. Hesab edir ki, apellyasiya şikayəti tam əsassızdır, ona görə də Ağdaş Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Hüquq məsələləri: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(014)-705/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən sənədlər; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X16 xx xxxxxx 2019-cu il tarixli ərizəçi İddiaçı göndərdiyi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, xx xxxxxx 2019-cu il tarixində Ağdaş şəhəri C.Məmmədquluzadə küçəsi ev 32-də yerləşən fərdi yaşayış evini inventarlaşdırmaq məqsədi ilə özəl mərzçəkən M.Mehdizadə qeyd olunan ünvana getmiş, lakin fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi üzərində mübahisə olduğu üçün cavabdeh X11 tərəfindən müayinə işlərinin aparılmasına imkan verilməmişdir və inventarlaşma işlərinin aparılması mümkün olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* saylı çıxarışdan görünür ki, Ağdaş şəhəri, C.Hacıyev küçəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 39,6 kv.m yaşayış, 28,3 kv.m köməkçi sahədən ibarət 32 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 125 nömrəli vərəqində qeydiyyata alınmışdır. Torpaq sahəsinin plan və ölçüsündən görünür ki, Ağdaş şəhərində yerləşən 1200 kv.m torpaq sahəsi Ağdaş rayon X6 xx xxxxxx 2006-cı il tarixli qərarı ilə fərdi yaşayış evi tikmək üçün X4 verilmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx xxx 2003-cü ildə vəfat etmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx xxxxxxxx 1989-cu ildə vəfat etmişdir. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X5 xx xxxxxx 1971-ci ildə rəsmi nikah qeydindən keçməklə evlənib ailə qurmuşlar, evləndikdən sonra qadın ərinin Abıyeva soyadını qəbul etmişdir. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X11 xx xxxxxx 1982-ci ildə rəsmi nikah qeydindən keçməklə evlənib ailə qurmuşlar, evləndikdən sonra qadın ərinin İbrahimova soyadını qəbul etmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx xxxxxx 2004-cü ildə vəfat etmişdir. Ağdaş Bələdiyyəsinin xx xxxx 2020-ci il tarixli arayışından görünür ki, Ağdaş şəhəri, C.Məmmədquluzadə 32 saylı ünvanda yerləşən 0,12 ha torpaq sahəsi Ağdaş bələdiyyəsinin şəxsi təsərrüfat kitabı üzrə Ağdaş Bələdiyyəsinin torpaq fonduna aiddir. Həmin torpağın və üzərində yerləşən təcrid olunmuş iki yaşayış evinə görə vergilər X11 tərəfindən ödənilir. Ağdaş Bələdiyyəsinin xx xxxx 2020-ci il tarixli Ağdaş Rayon Məhkəməsinin sorğusuna cavab məktubundan görünür ki, Ağdaş şəhəri, C.Məmmədquluzadə 32 saylı ünvanda yerləşən 0,12 ha torpaq sahəsi Ağdaş bələdiyyəsinin şəxsi təsərrüfat kitabı üzrə Ağdaş Bələdiyyəsinin torpaq fonduna aiddir. 0,12 ha torpaq sahəsindən 0,00988 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 39,6 kv.m yaşayış, 28,3 kv.m köməkçi sahədən ibarət 32 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 125 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin həyətdə X7 1990-cı ildə inşa etdirdikləri təxminə yaşayış sahəsi 99,4 kv.m olan 1 mərtəbəli kürsülü fərdi yaşayış evi var. 0,11 ha torpaq sahəsi Bələdiyyəyə məxsus zəbt edilmiş heç bir hüquqi sənədi olmayan torpaq sahəsidir. Həmin 0,012 ha torpaq sahəsinin üzərində tikilmiş iki yaşayış evinə görə vergi və ödənişləri həmin ünvanda qeydiyyatda olan və yaşayan X11 tərəfindən ödənilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Bu Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır Məhkəmə kollegiyasının araşdırması zamanı da müəyyən edildi ki, mübahisəli fərdi yaşayış evinin üzərində yerləşdiyi torpaq sahəsi Ağdaş Bələdiyyəsinin fonduna aid torpaq sahəsidir. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Birincisi ona görə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İkincisi, apellyasiya şikayətinə nəzər saldıqda iddiaçı öz mənafeyindən çıxış etmiş, apellyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sənədi məhkəməyə təqdim etməmişdir. Çünki yuxarıda qeyd olunduğu kimi apellyasiya şikayətində qeyd olunanlar iş materialları ilə tam təkzib olunur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(014)-705/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-144/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-144/2021
09.02.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver