Məhkəmə qərarları › İş №2(107)-1440/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1440/2020

12.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1440/2020 12.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi Muradova Könül Qurban qızı və Cavabdeh iştirakı ilə, Qax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tаrixli, 2(024)-177/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ona məxsus **-MT-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21099” markalı omobilə qarşı xx.xx.2020-ci il tarixdə Qax rayonu Güllük kənd sakini Cavabdeh idarə etdiyi **-BC-*** dövlət qeydiyyat nişanlı “VAZ 2106” markalı omobillə yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində iddiaçının maşınına vurulmuş anla əlaqədar iddiaçıya dəymiş 1520 (bir min beş yüz iyirmi) manat məbləğində maddi ziyan və dövlət rüsumu olaraq ödədiyi 30 (otuz) manat pul Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tаrixli, 2(024)-177/2020 saylı qətnaməsi ilə iddiа təmin edilmiş, İddiaçı məxsus **-MT-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21099” markalı avtomobilə qarşı xx.xx.2020-ci il tarixdə Qax rayonu Güllük kənd sakini Cavabdeh idarə etdiyi **-BC-*** dövlət qeydiyyat nişanlı “VAZ 2106” markalı avtomobillə yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində iddiaçının maşınına vurulmuş ziyanla əlaqədar iddiaçıya dəymiş 1520 (bir min beş yüz iyirmi) manat məbləğində maddi ziyan və dövlət rüsumu olaraq ödədiyi 30 (otuz) manat pul Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, dəymiş ziyan şişirdilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə ekspertiza təyin etmədən məbləğlər müəyyən etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməli, Qax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tаrixli, 2(024)-177/2020 saylı qətnaməsi ləğv edilərək ədalətli qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi Muradova Könül Qurban qızı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Qax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tаrixli, 2(024)-177/2020 saylı dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan vəəlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi dəymiş maddi zərərin əvəzi olaraq 1520 (bir min beş yüz iyirmi) manat tələbi üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh idarə etdiyi özünə məxsus “VAZ 2106 minik” markalı, 34- BC-906 qeydiyyat nişanlı avtomobillə manevr qaydalarını pozmuş, nəticədə İddiaçı idarə etdiyi “VAZ 21099 minik” markalı, **-MT-*** qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi baş vermiş, Cavabdeh barəsində TP ******* saylı X1 Elaqqmda Qərar qəbul edilərək o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327 və 339-1.1 -ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün İXMnin 339-1.1-ci maddəsi ilə təqsirli bilərək 50 (əlli) manat miqdarında cərimə olunmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. İddiaçıya dəymiş maddi ziyan cavabdehin təqsiri ucbatından olmuşdur. Belə ki, cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar İlişinin və Yol haqqında Qanunun tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu ( delikt ) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu ( delikt ) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1110-cu maddəsinə əsasən, heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti qismən əsaslıdır. Belə ki, iş üzrə keçirilmiş Müstəqil Məhkəmə Ekspertizası MMC-nin xx xxxxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, həmin avtoqəza nəticəsində İddiaçı idarə etdiyi “VAZ 21099 minik” markalı, **-MT-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpa xərci təxminən 1150 (dəyişməli hissələrin dəyəri 380 manat, təmir xərci 770 manat) manat təşkil edir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Qax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tаrixli, 2(024)-177/2020 saylı qətnaməsi dəyişdirilməli, İddiaçı məxsus **-MT-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21099” markalı avtomobilə qarşı xx.xx.2020-ci il tarixdə Qax rayonu Güllük kənd sakini Cavabdeh idarə etdiyi **-BC-*** dövlət qeydiyyat nişanlı “VAZ 2106” markalı avtomobillə yolnəqliyyat hadisəsi törətməsi nəticəsində iddiaçının maşınına vurulmuş ziyanla əlaqədar iddiaçıya dəymiş 1150 (bir min yüz əlli) manat məbləğində maddi ziyan və dövlət rüsumu olaraq ödədiyi 30 (otuz) manat pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Beləlikə kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tаrixli, 2(024)-177/2020 saylı qətnaməsi dəyişdirilməli, İddiaçı məxsus **-MT-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21099” markalı avtomobilə qarşı xx.xx.2020-ci il tarixdə Qax rayonu Güllük kənd sakini Cavabdeh idarə etdiyi **-BC-*** dövlət qeydiyyat nişanlı “VAZ 2106” markalı avtomobillə yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində iddiaçının maşınına vurulmuş ziyanla əlaqədar iddiaçıya dəymiş 1150 (bir min yüz əlli) manat məbləğində maddi ziyan və dövlət rüsumu olaraq ödədiyi 30 (otuz) manat pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tаrixli, 2(024)-177/2020 saylı qətnaməsi dəyişdirilsin. İddiaçı məxsus **-MT-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21099” markalı avtomobilə qarşı xx.xx.2020-ci il tarixdə Qax rayonu Güllük kənd sakini Cavabdeh idarə etdiyi **-BC-*** dövlət qeydiyyat nişanlı “VAZ 2106” markalı avtomobillə yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində iddiaçının maşınına vurulmuş ziyanla əlaqədar iddiaçıya dəymiş 1150 (bir min yüz əlli) manat məbləğində maddi ziyan və dövlət rüsumu olaraq ödədiyi 30 (otuz) manat pul Cavabdeh alınaraq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 (bir yüz əlli) manat pulun 75 manatı İddiaçı 75 manatı isə Cavabdeh tutularaq Kod 201025, VÖEN **********, SWİFT KOD AllBAZ2X, M/h AZ37NABZ********************, VÖEN **********, hesab AZ53AllB******************** hesаbınа ödənilsin. Qətnamədən kassasiya şikayəti verə bilməz. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar