Məhkəmə qərarları › İş №2(107)-1443/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1443/2021

31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1443/2021 31.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Eyvazov Akif Məhərləm oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, iddiaçı «Bаnk Rеspublikа» АSC-nin nümayəndəsi X3 iştirakı ilə Göyçay Rayon Məhkəməsinin 23 avqust 2016-cı il tarixli 2(046)-1570/2016 nömrəli qətnaməsindən iş üzrə cavabdeh X2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin (hakim Elxan Babayev) 23 avqust 2016-cı il tarixli 2(046)-1570/2016 nömrəli qətnaməsi ilə iddiа qismən təmin еdilmiş, Cavabdeh1 ilə «Bаnk Rеspublikа» АSC arasında bağlanmış 01 avqust 2008-ci il tarixli 2008-8/125028-157 saylı kredit müqaviləsinə xitam verilməsi, 19643.01 АBŞ dоllаrı əsаs, 1222.97 АBŞ dоllаrı fаiz, 245.28 АBŞ dоllаrı penya (cərimə), cəmi 21111.26 АBŞ dоllаrı məbləğində bоrcun ödəniş günü üçün Mərkəzi Bаnkın müəyyən еtdiyi rəsmi məzənnə üzrə mаnаt hеsаbı ilə, həmçinin ödənilmiş 30 mаnаt məbləğində dövlət rüsumunun Cavabdeh1 alınıb iddiaçı «Bаnk Rеspublikа» АSC-nin хеyrinə verilməsi, tələb üzrə tutmаnın ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 81.6 m2 , yaşayış sahəsi 54.4 m2 , yardımçı sahəsi 27.2 m2 olan 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin аçıq hərrаcdаn sаtılması, ilkin sаtış qiymətinin 40000 (qırx min) manat müəyyən еdilməsi, fərdi yaşayış evinin sаtışındаn əldə оlunmuş pul vəsаiti hеsаbınа Cavabdeh1 İddiaçı-yə оlаn bоrcunun ödənilməsi, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 81.6 m2 , yaşayış sahəsi 54.4 m2 , yardımçı sahəsi 27.2 m2 olan 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi аçıq hərrаcdаn sаtıldıqdаn sоnrа ən gеci 1 аy müddətində fərdi yaşayış evinin bоşаldılması, iddianın qalan hissəsinin əsassız hesab edilərək təmin edilməməsi qət edilmişdir. İşin halları İddiаçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra cavabdeh və ya Cavabdeh1 və Cavabdeh2) qаrşı «kredit müqaviləsinin ləğv edilməsi, ipoteka predmetinə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün, vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddiа ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə mürаciət еdərək, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 01 avqust 2008-ci il tarixli 2008-8/125028-157 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı-nin xeyrinə 19643.01 ABŞ dolları kredit borcu, 1222.97 ABŞ dolları kreditdən istifadəyə görə faiz borcu, 245.28 ABŞ dolları penya olmaqla, cəmi 21111.26 ABŞ dolları borcun, həmçinin 30 manat dövlət rüsumunun ödənilməsi, Cavabdeh1 məxsus olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 81.6 m2 , yaşayış sahəsi 54.4 m2 , yardımçı sahəsi 27.2 m2 olan 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə tutma yönəldilməsi, onların açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına Cavabdeh1 İddiaçı-yə olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, penyanın və dövlət rüsumunun ödənilməsi, Cavabdeh1 məxsus olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 81.6 m2 , yaşayış sahəsi 54.4 m2 , yardımçı sahəsi 27.2 m2 olan 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə tutma yönəldildikdən və satıldıqdan sonra, onun ən geci bir ay ərzində boşaldılması, ipoteka predmetinin satışından əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə, qətnamənin qalan hissədə Cavabdeh1 digər əmlakları hesabına ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Göyçay Rayon Məhkəməsinin 23 avqust 2016-cı il tarixli 2(046)-1570/2016 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin əsassız olduğu üçün təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 mart 2017-ci il tarixli 2(107)- 402/2017 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Göyçay Rayon Məhkəməsinin 23 avqust 2016-cı il tarixli, 2(046)- 1570/2016 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən apellyasiya şikayəti verilmədiyindən 20 iyun 2017-ci il tarixdə mülki iş Göyçay Rayon Məhkəməsinə qaytarılmışdır. Bundan sonra Abdullayeva (İmanova) X5 Rayon Məhkəməsinin 23 avqust 2016-cı il tarixli 2(046)-1570/2016 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, İddiaçı-nin qeyd olunan iddia tələbinin (ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın açıq hərracda satıldıqdan sonra 1 ay müddətinə boşaldılması) hissəsi üzrə Mülki Prosessual Məcəlləsinin 261, 261.0.1-ci maddələrinə əsasən işin icraatma xitam verilməsini, Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2019-cu il tarixli qərarına əsasən Bank Respublika ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin 90000 manat müəyyən edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 fevral 2020-ci il tarixli 2(107)- 672/2020 nömrəli qərardadı ilə Göyçay Rayon Məhkəməsinin 23 avqust 2016-cı il tarixli, 2(046)-1570/2016 nömrəli qətnaməsindən cavabdeh Abdullayeva (İmanova) Gülnar Zenit qızının verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və ona izah edilmişdir ki, iş üzrə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 mart 2017-ci il tarixli, 2(107)-402/2017 saylı qətnaməsindən təqdimat vermək üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə şikayət verə bilər. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 fevral 2020-ci il tarixli 2(107)-672/2020 nömrəli qərardadından Abdullayeva (İmanova) Gülnar Zenit qızı tərəfindən verilmiş kassasiya şikayəti əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 avqust 2020-ci il tarixli 2(102)-3194/2020 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilimiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 fevral 2020-ci il tarixli 2(107)-672/2020 nömrəli qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 oktyabr 2020-ci il tarixli, 2(107)- 1846/2020 nömrəli qətnaməsi ilə cavabdeh X2 tərəfindən verilmiş аpelyаsiyа şikayəti təmin edilməmiş, Göyçay Rayon Məhkəməsinin 23 avqust 2016-cı il tarixli (046)- 1570/2016 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 oktyabr 2020-ci il tarixli, 2(107)- 1846/2020 nömrəli qətnaməsindən cavabdeh Abdullayeva (İmanova) Gülnar Zenit qızı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03 may 2021-ci il tarixli 2(102)-1825/2021 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilimiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 oktyabr 2020-ci il tarixli, 2(107)- 1846/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, iş materiallarından göründüyü kimi faiz borcu İddiaçı tərəfindən düzgün hesablanmamış, cavabdeh tərəfindən edilmiş ödənişlər əsas borcdan deyil, faiz və cərimədən silinmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən mühasibatlıq ekspertizası təyin edilməmişdir. Məhkəmə ekspertizası təyin edilməli olduğu halda məhkəmə mühasibatlıq ekspertizası təyin etməmişdir. Bundan başqa ipoteka predmeti olan Cavabdeh1 ilə onun birgə nigah dövründə əldə edilmiş, 1/2 hissəsi Cavabdeh1, 1/2 hissəsi isə onun ümumi birgə mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 81.6 kv.m, yaşayış sahəsi 54.4 kv.m, yardımçı sahəsi 27.2 kv.m olan 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin ilkin satışı qiyməti 40000 manat müəyyən edilmişdir. Halbu ki, həmin fərdi yaşayış evinin real bazar qiyməti 90.000 (doxsan min) manatdır. Mülki işə baxılarkən fərdi yaşayış evi mütəxəssis rəyi ilə qiymətləndirilmiş, lakin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi qiymətləndirilməmişdir. Qeyd edir ki, Göyçay şəhərində torpaq sahəsinin 1 (bir) sotunun qiyməti 8000-10000 (səkki min-on min) manatdır. 0.376 sot torpaq sahəsinin qiyməti 37600 manat edir. (0.376 x10000 = 37600). Belə olan halda hesab edir ki, ipoteka predmeti olan fərdi yaşayış evi digər müstəqil qiymətləndiriciyə həvalə edilməklə yenidən qiymətləndirilməli və fərdi yaşayış evinin ilkin satış qiyməti 90.000 manat müəyyən edilməlidir. Bundan başqa ipoteka predmeti olan fərdi yaşayış evi Cavabdeh1 ilə onun birgə nikah dövründə əldə edilmiş, həmin fərdi yaşayış evinin 1/2 hissəsi Cavabdeh1, ½ hissəsi onun ümumi birgə mülkiyyətindədir. Cavabdeh1lə kredit restruktruzasiya olunarkən onun razılığı alınmalı idi. Lakin Cavabdeh1lə kredit restruktruzasiya olunarkən onun razılığı alınmamışdır. Göründüyü kimi, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı almmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış kredit xətti müqaviləsinin təminatı kimi Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı «Bаnk Rеspublikа» АSC-nin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh X2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsini rəhbər tutaraq işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüququ məsələlər: İşdən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03 may 2021-ci il tarixli 2(102)-1825/2021 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilimiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 oktyabr 2020-ci il tarixli, 2(107)-1846/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03 may 2021-ci il tarixli 2(102)-1825/2021 saylı qərarında göstərilmişdir ki, cavabdeh Abdullayeva (İmanova) X5 Rayon Məhkəməsinin 23 avqust 2016-cı il tarixli, 2(046)-1570/2016 nömrəli qətnaməsindən apellyasiya şikayəti deyil, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 mart 2017-ci il tarixli, 2(107)-402/2017 nömrəli qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən edilmiş müddətdə və qaydada kassasiya şikayəti verməli idi. Abdullayeva (İmanova) Gülnar Zenit qızının cavabdeh olduğu iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilmiş və qanuni qüvvəsini almışdır. Kasasiya yoxlaması zamanı müəyyən edilmişdir ki, apellyasiya kollegiyası apellyasiya şikayətini qeyri-mümkün hesab edərkən prosessual hüquq normasının pozuntusuna yol vermişdir. Belə ki, apellyasiya kollegiyası apellyasiya şikayəti verilən məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsinə istinad edərək, cavabdehin təqdimat verməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə şikayət verməli olduğunu göstərmişdir. Halbuki, MPM-in 403.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin müraciətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadından təqdimat verə bilər. İş materiallarından da göründüyü kimi, Abdullayeva (İmanova) Gülnar Zenit qızı iş üzrə cavabdeh şəxsdir və onun MPM-in 403.2-ci maddəsi ilə müəyyən edilmiş qaydada müraciət etmək hüququ yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən məhkəmə aktının apellyasiya qaydasında yoxlanıldığı halda, digər tərəfin şikayəti üzrə təkrarən yoxlanılmasının mümkünlüyü ilə bağlı prosessual hüquq normaları pozulmuşdur. Bu səbəbdən kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qətnaməsi ləğv olunmalı və iş materialları apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qeyd olunan mövqedən çıxış edərək, cavabdeh Abdullayeva (İmanova) Gülnar Zenit qızının apellyasiya şikayətini 04 fevral 2020-ci il tarixli qərardadla qeyri-mümkün hesab etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi isə 04 avqust 2020-ci il tarixli qərarı ilə apellyasiya məhkəməsinin qeyd olunan qərardadını ləğv edərkən faktiki olaraq qeyd olunanlarıni əksinə mövqe bildirməmiş, ləğvetmənin əsası kimi apellyasiya instansiyası məhkəməsinin cavabdehə MPM-in 403.2-ci maddəsinə uyğun təqdimat verilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət etməli olmasının izah etməsi olmuşdur. Halbuki, Abdullayeva (İmanova) Gülnar Zenit qızı işdə cavabdeh olmaqla, MPM-in 403.2-ci maddəsinə uyğun Ali Məhkəmənin sədrinə müraciət etmək hüququna deyil, apellyasiya instansiyası məhkəməsinin birinci qətnaməsindən kassasiya şikayəti vermək (qanunla müəyyən olunan prosessual tələblərə riayət etməklə) hüququna malikdir. Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyaları yuxarıda qeyd olunan Qərardadın 44-cü bəndində göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi qeyri-mümkünlük haqqında qərardadı qəbul etməklə yanaşı, şikayət verən tərəfə mübahisələndirmək istədiyi həmin hissənin kassasiya qaydasında yoxlanılmadığı halda kassasiya şikayəti vermək hüququnu izah etməlidir. Belə ki, hər bir halda apellyasiya instansiyası məhkəməsi özünün qanuni qüvvədə olan və mübahisələndirilməyən qətnaməsi mövcud olduğu halda işə eyni hissədə digər tərəfin şikayəti əsasında yenidən baxmaqla həmin qətnamə ilə müəyyən edilmiş halları təkzib edə biləcək yeni qətnamə çıxarmaq imkanına malik olmadığından, həmin iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız kassasiya instansiyası məhkəməsində mübahisələndirilə bilər. Çünki, məhkəmənin qəbul etdiyi qərarın hüquqa zidd olduğunu və onun qanuni qüvvəsini itirməsini yalnız qanunla müəyyən edilmiş qaydada müvafiq yuxarı instansiya məhkəməsi müəyyən edə bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.İbrahimovanın şikayəti üzrə 2017-ci il 08 iyun tarixli Qərarı). Lakin, apellyasiya instansiyası məhkəməsi kassasiya məhkəməsinin qərarının əsaslandırılmasını nəzərə almadan cavabdeh Abdullayeva (İmanova) Gülnar Zenit qızının apellyasiya şikayətinin mümkünlüyünü təkrarən yoxlamadan, bilavasitə məhkəmə baxışına təyin etmiş və şikayətə mahiyyəti üzrə baxaraq mübahisələndirilən qətnaməni qəbul etmişdir. Odur ki, məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən qətnaməni qəbul edərkən prosessual qanunvericiliyinin qeyd olunan normalarını pozduğundan həmin qətnamə ləğv edilməli və iş materialları yeni apellyasiya baxışına qaytarılmalı, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin mümkünlüyü məsələsi yenidən araşdırılmaqla, sonrakı prosessual hərəkətlər görülməlidir. Məhkəmə kollegiyası iş materialını araşdıraraq və Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qərarında qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Göyçay Rayon Məhkəməsinin 23 avqust 2016-cı il tarixli 2(046)-1570/2016 nömrəli qətnaməsindən iş üzrə cavabdeh X2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, cavabdehlərdən Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş və iddiaçının, habelə iş üzrə digər cavabdeh İmanova (Abdullayeva) Gülnar Zenit qızının birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirmədikləri halda, apellyasiya məhkəməsi tərəfindən birinci icraatda Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında irəli sürülmüş mövqeyə zidd olaraq apellyasiya baxışının hədlərini müəyyən edilməmiş, rayon məhkəməsinin qətnaməsi tam yoxlanılaraq, onun dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bununla da, apellyasiya icraatı qaydasında birinci instansiya məhkəməsinin qətnaməsinə tamlıqla, apellyasiya şikayəti verməmiş tərəflərə aid hissədə də hüquqi qiymət verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 mart 2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir. “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli Qərardadının 41-ci bəndində qeyd olunmuşdur ki, ... məhkəmələrin eyni iş üzrə bir tərəfin şikayəti əsasında tam, yaxud müəyyən hissədə yoxlanılaraq qanuni qüvvəsini almış məhkəmə qərarının mübahisənin digər tərəfinin şikayəti əsasında təkrarən yoxlanılması hüquqi müəyyənlik prinsipinə zidd olduğundan, bu şikayətlərə baxılması yolverilməz hesab edilməklə geri qaytarılmalıdır. MPM-in 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. MPM-in 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Mülki işin materialları nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, X2 iş üzrə cavabdehlərdən biridir və məhkəmə iclaslarında iştirak etmişdir, eləcədə onun MPM-in 403.1-ci maddəsinə görə apellyasiya məhkəməsinin qətnaməsindən qanunla müəyyən edilmiş müddətdə və qaydada kassasiya şikayəti vermək hüququ vardır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh X2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və ona Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən edilmiş müddətdə və qaydada kassasiya şikayəti vermək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 360, 363, 366, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyаsı qərara aldı: Göyçay Rayon Məhkəməsinin 23 avqust 2016-cı il tarixli 2(046)-1570/2016 nömrəli qətnaməsindən iş üzrə cavabdeh X2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. X1 Göyçay Rayon Məhkəməsinin 23 avqust 2016-cı il tarixli 2(046)-1570/2016 nömrəli qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən edilmiş müddətdə və qaydada kassasiya şikayəti vermək hüququnun olması izah edilsin. Qərаrdаddаn tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda qərardadın surəti onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qərаrdаd ondan kassasiya şikayəti verilmədikdə surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar