Məhkəmə qərarları › İş №2(107)-1449/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1449/2021

28.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1449/2021 28.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(014)-20/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(014)-20/2021 nömrəli qətnaməsi ilə (hakim Famil Nəsibov) iddia təmin olunmuş, Cavabdeh 5500 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 5530 (beş min beş yüz otuz) manatın tutularaq İddiaçı verilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı pul tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona borclu olduğu 5500 manat pulun və dövlət rüsumu olaraq ödədiyi 30 manatın Cavabdeh alınaraq ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı birinci instansiya məhkəməsinin iclasında iddiasını müdafiə edərək bildirmişdir ki, Cavabdeh onun etibarından sui-istifadə edərək 5500 manat nağd pulunu mənimsədiyi üçün Ağdaş rayon prokurorluğuna müraciət etmiş, onun şikayəti əsasında Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmış, qeyd olunan cinayət işi üzrə o zərərçəkmiş şəxs kimi tanınmış, Ağdaş Rayon Məhkəməsinin 1(014)-75/2019 №-li 17 sentyabr 2019-cu il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək iki il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, mülki iddia vermədiyi üçün hökmdə vurulmuş ziyanın onun xeyrinə tutulması göstərilməmişdir, buna görə də hazırki iddia ilə məhkəmə müraciət etmişdir və iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddianı qəbul etməmiş və bildirmişdir ki, İddiaçı ona 5500 manat verməsi barədə sübut təqdim etməmişdir, buna görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, hesab edir ki, Agdaş Rayon Məhkəməsinin 22 aprel 2021-ci ii tarixli qətnaməsi ləgv edilməlidir. Belə ki, o, iddiaçı ilə tanış olandan sonra onun ailə üzvlərinin mülki, ailə və torpaq mübahisələrinin olmasını ona bildirmiş, o, ona bacardığı köməyi etməyə hazır olduğunu ona demişdi. Bundan sonra İddiaçı bir neçə səlahiyyətli orqanlara şəxsən özü ərizə yazaraq Ağdaş rayonundan aparıb Tovuz rayonunda ona və ya digər ailə üzvlərinə imza etdirdikdən sonra həmin orqanlara yola salmışdır. Bir neçə dəfə onlarla Bakı şəhərinə gedib-gəlmişdir. Ağdaş rayonunda onlara iddia ərizəsi, apellyasiya və kassasiva şikayətləri, eləcə də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə şikayət ərizələri tərtib etdirmişdir. Bütün bunların müqabilində iddiaçı ona 1500 manat pul vermişdir. Lakin Ağdaş rayonunda onun barəsində cinayət işi açılan zaman ibtidai istintaqı aparan istintaq qrupunun müstəntiqinin onunla ədavəti olduğuna görə şəxsən İddiaçı “dediklərimi yazmasan sənin özünə böhtançı kimi cinayət işi açaram” kimi təzyiq göstərməklə həmin məbləği qəsdən 5500 manat kimi qeydə aldırmışdır. Bu barədə Ağdaş rayon və Respublika Prokurorluğuna, Daxili İşlər Nazirliyinə şikayətlər yazaraq onun istintaqını aparan müstəntiqin onunla ədavəti olmasını, zorla iddiaçıya guya onun 5500 manat pulunu mənimsədiyini yazmağa məcbur etməsi barədə şikayətlər yazmağına baxmayaraq, müstəntiq dəyişdirilməmiş, istintaq başa çatandan sonra məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı dəfələrlə işi aparan hakimə bütün bunlar barədə şifahi və yazılı müraciətlər, vəsatətlər verməklə işin qərəzli formada aparıldığından əlavə istintaqa qaytarılmasını xahiş etsə də, müraciətlərinə məhəl qoyulmamışdır. İddiaçının ona o və ailə üzvlərinə gördüyü işlərin müqabilində cəmi 1500 manat pul xərclədiyini və bunu etiraz etdiyinə baxmayaraq, işə baxan məhkəmə işin həqiqi halları barədə məhkəməyə təqdim etdiyi sübutları qəbul etməmiş, iddiaçı tərəfin, işə əlavə etdiyi poçt vasitəsi ilə iddiaçı tərəfindən ona göndərilmiş pulların qəbzlərini, 3 ədəd diskləri araşdırmamış, şahidlərin və hal şahidlərinin iddiaçının öz yaxın qohumları olması hallarını hərtərəfli araşdırmamış, yalnız qüvvədə olan hökmə istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlməklə iş üzrə düzgün nəticəyə gəlməmişdir. İşə baxan məhkəmə iş üzrə çox səthi araşdırma aparmış, iş üçün mühüm əhəmiyyət kəsb edən yuxarıda qeyd edilən həqiqi halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquq aktları rədd etmək üçün gətirdiyi dəlilləri ətraflı göstərməmiş, yalnız iddiaçının əsassız fərziyyələrinə, heç bir hüquqi əsasları olmayan iddia ərizəsinə və hökmə əsaslanaraq iddia tələbini təmin etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Ona görə də, Ağdaş Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(014)-20/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları İddiaçı və Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağdaş Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(014)-20/2021 nömrəliqətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Ağdaş Rayon Məhkəməsinin 1(014)-75/2019 №-li 17 sentyabr 2019-cu il tarixli hökmünun surətindən görünür ki, Cavabdeh Tovuz rayonu, İbrahim Hacılı kənd sakini, xx.xx.1979-cu il təvəllüdlü İddiaçı onun həyat yoldaşına məxsus yaşadıqları kənddə yerləşən çay evinin qarşısındakı 1.5 sot torpaq sahəsinin onların mülkiyyətinə verilməsinə dair, həmçinin İddiaçı bacısı X1 həyat yoldaşı ilə aralarında məhkəmədə olan mülklə əlaqədar mübahisəli işin sonuncunun xeyrinə həll olunması ilə bağlı məhkəmədən qətnamələr çıxarılmasına köməklik göstərəcəyi adı ilə 30.08.2018-ci il tarixdə İddiaçı yaşadığı Tovuz rayonu, İbrahim Hacılı kəndindəki evində 400 manat, 03.09.2018-ci il tarixdə poçt vasitəsilə Ağdaş şəhərində 62 manat, 03.09.2018-ci il tarixdə Gəncə şəhərində 200 manat, 03.09.2018-ci il tarixdə İddiaçı yaşadığı Tovuz rayonu, İbrahim Hacılı kəndindəki evində 100 manat, 10.09.2018-ci il tarixdə poçt vasitəsilə Ağdaş şəhərində 62 manat,12.09.2018-ci il tarixdə Ağdaş şəhərində 900 manat, 13.09.2018-ci il tarixdə İddiaçı yaşadığı Tovuz rayonu, İbrahim Hacılı kəndindəki evində 250 manat, 14.09.2018-ci il tarixdə İddiaçı yaşadığı Tovuz rayonu, İbrahim Hacılı kəndindəki evində 500 manat, 18.09.2018-ci il tarixdə poçt vasitəsilə Ağdaş şəhərində 50 manat, 21.09.2018ci il tarixdə poçt vasitəsilə Ağdaş şəhərində 300 manat, 24.09.2018-ci il tarixdə İddiaçı yaşadığı Tovuz rayonu, İbrahim Hacılı kəndindəki evində 400 manat, 26.09.2018-ci il tarixdə poçt vasitəsilə Ağdaş şəhərində 100 manat, 28.09.2018-ci il tarixdə poçt vasitəsilə Ağdaş şəhərində 392 manat, 30.09.2019-cu il tarixdə İddiaçı yaşadığı Tovuz rayonu, İbrahim Hacılı kəndindəki evində 447 manat, 04.10.2018-ci il tarixdə poçt vasitəsilə Ağdaş şəhərində 320 manat,18.10.2018-ci il tarixdə Ağdaş şəhərində 882 manat,17.11.2018-ci il tarixdə poçt vasitəsilə Ağdaş şəhərində 20 manat, 07.12.2018-ci il tarixdə poçt vasitəsilə Ağdaş şəhərində 45 manat, 17.12.2018-ci il tarixdə poçt vasitəsilə Ağdaş şəhərində 20 manat, 16.01.2019-cu il tarixdə poçt vasitəsilə Ağdaş şəhərində 50 manat pulunu vahid niyyətlə sonuncunun etibarından sui-istifadə edərək aldadıb alaraq, özgənin xeyli miqdarda cəmi 5500 manat nağd pulunu ələ keçirərək dələduzluq etmiş, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək iki il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10.01.2020-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş, Ağdaş Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli tarixli hökmü baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 21 oktyabr 2020- ci il tarixli qərarının surətindən görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Cavabdeh barəsində Şəki Apellyasiya Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4 və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87.6.20-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87.6.20-ci maddəsinə əsasən zəzərçəkmiş şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətmiş şəxsdən ona məxsus əmlakı geri almaq hüquqlarını həyata keçirir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, Ağdaş Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 17 sentyabr 2019-cu il tarixli hökmü ilə Cavabdeh dələduzluq yolu ilə İddiaçı 5500 manat nağd pulunu ələ keçirməsi müəyyən olunduğu üçün hazırki iş üzrə bu faktın yenidən sübut edilməsinə zərurət yoxdur və iddia təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağdaş Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(014)-20/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(014)-20/2021 nömrəliqətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar