Məhkəmə qərarları › İş №2(107)-145/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-145/2022

10.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-145/2022 10.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh və cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: borc tələbi, nisyə alğı-satqı müqaviləsi, sübutetmə yükü, ekspertiza məsələləri) Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İsayev Mikayıl Qərib oğlunun katibliyi, Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh və cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 qarşı “borcun tutulması” tələbinə dair Qəbələ Rayon Məhkəməsinin 2(025)-694/2021 saylı, 03 sentyabr 2021-ci il tаrixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı MMC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ********* saylı 14.02.2019-cu il tarixli müddəti (Kredit) alğı-satqı müqaviləsi üzrə 26.08.2020-ci il tarixinə borcu 699 manat əsas, 209 manat cərimə, cəmi 908 manat, ********* sayİı 29.05.2019-cu il tarixi müddəti (kredit) alğısatqı müqaviləsinə əsasən, borcu 1027 manat əsas, 308 manat cərimə, cəmi 1335, ümumilikdə 2243 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə X6 arasında bağlanmış 14.02.2019-cu il tarixli müddətli (kredit) alqı-satı müqaviləsinə əsasən, sonuncu, aldığı “SAMSUNG A750 BLACK A750 Black” markalı telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 39 manat olmaqla cəmi 699 manat 29.05.2019-cu il tarixli müddətli (kredit) alqısatqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Lenovo İP 330-115İGM” markalı kompüter, “Motorola LS2208-SR20007R” markalı telefon, “Xprinter XP-Q200E” markalı avadanlıqlara görə 12 ay ödəniş cədvəli üzrə hər ay 86 manat olmaqla cərri 1027 manat ümumilikdə 1726 manat ödəməyi öhdəsinə götürmüşdür. X2 müqavilələrin şərtlərini pozaraq, sonuncu dəfə ödəniş etməmiş və hər iki müqavilə üzrə qalıq qalmış 1726 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Kredit müqaviləsinin 3.1-ci bəndinə əsasən “Əşyanın dəyərinin vaxtında ödənilməməsi ilə əlaqədar “Alıcı” tərəfindən “Satıcı” firmaya bütün xərclər, eləcə də hər gün üçün 1 (bir) faiz cərimə ödənilməlidir. Cərimə faizləri əşyanın dəyərini qaytarılmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. Bununla da, 10.11.2019-cu il tarixdən 26.08.2020-ci il tarixədək 30 təqvim günü üçün qatiq qalmış borc məbləğinə gündəlik 1 (bir) faizlə hesablanmış hər bir müqavilə üzrə cərimə məbləği 517 manat təşkil edir. Beləliklə, Cavabdeh 26.08.2020-ci il tarixə "xxxx" MMC-yə 14.02.2019-cu il tarixli müddətli (kredit) alğı-satqı müqaviləsinə əsasən, borcu 699 manat əsas, 209 manat cərimə, cəmi 908 manat, 29.05.2019-cu il tarixli müddətli (kredit) alğısatqı müqaviləsinə əsasən, borcu 1027 manat əsas, 308 manat cərimə, cəmi 1335 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsində icraat Qəbələ Rayon Məhkəməsinin 2(025)-694/2021 saylı, 03 sentyabr 2021-ci il tаrixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 14 fevral 2019-cu il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 699 manat əsas borc və 30 manat cərimə borcu, 29 may 2019-cu il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 1027 manat əsas borc və 50 manat cərimə borcu olmaqla cəmi 1806 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 132 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 14.02.2019-cu il tarixli ********* №-li Müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən Cavabdeh "xxxx" MMC-dən "Samsung A750 Black" markalı mobil telefonu 18 ay müddətinə almışdır. 14.02.2019-cu il tarixli ********* №-li Müddətli (nisyə) alğı-satqı müqaviləsinə 1 saylı Əlavədən görünür ki, Cavabdeh 699 manat borc məbləğini 18 ay müddətinə, aylıq 39 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 29.05.2019-cu il tarixli ********* №-li Müddətli (nisyə) alğısatqı müqaviləsinə əsasən Cavabdeh "xxxx" MMC-dən "Lenovo İP 330 – 115İGM" markalı kompüter, “Motorola LS2208-SR20007R” markalı telefonu, “Xprinter XPQ200E” markalı avadanlığı 12 ay müddətinə almışdır. 29.05.2019-cu il tarixli ********* №-li Müddətli (nisyə) alğı-satqı müqaviləsinə 1 saylı Əlavədən görünür ki, Cavabdeh 1027 manat borc məbləğini 12 ay müddətinə, aylıq 86 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. 26 avqust 2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 14.02.2019-cu il tarixli ********* №-li Müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən əsas borc üzrə 699 manat, cərimə borcu üzrə 209 manat olmaqla, cəmi 908 manat borcu vardır. İddia üzrə iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; İddia tələbi hər iki müqavilə üzrə əsas borcun tutulması hissəsində tam əsaslıdır. Ona görə də, Cavabdeh "xxxx" MMC ilə bağlanmış 14.02.2019-cu il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcu 699 manat, 29.05.2019-cu il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcu 1027 manat tutulmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421, 442, 443.1, 448.2, 458.1, 421.2, 423.2, 458.1, 467-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1, 80, 81, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, iddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, borcun tutulması barədədir. İddiaçı tələbin faktiki əsası kimi cavabdehlə bağlanmış ********* saylı 14.02.2019-cu il tarixli müddətli (Kredit) alqı-satqı və ********* sayİı 29.05.2019-cu il tarixi müddəti (kredit) alqı-satqı müqaviləsinə istinad etmişdir. Yəni, iddia tələbi müqavilədən doğan öhdəliyin icrası barədədir. Belə iddiaların da təmin olunmasının əsas və yeganə şərti müqavilənin olmasıdır. Cavabdeh ********* saylı 14.02.2019-cu il tarixli müddəti (Kredit) alğı-satqı müqaviləsində olan imzaların ona məxsus olmasını etiraf edərək həmin hissədə iddianı qəbul etsə də, ********* sayİı 29.05.2019-cu il tarixli müddətli (kredit) alğı-satqı müqaviləsindən məlumatsız olduğunu bildirərək, həmin müqavilədə olan imzaların onun tərəfindən icra olunmadığını bildirmişdir. Bu maddənin tələbi baxımından məhkəmə iddiaçının nümayəsindən tələblərini əsaslandıran sübutları tələb etməli, mötəbər sübutlar təqdim edildiyi halda tələbi təmin etməlidir. İş materiallarında iddiaçının nümayəndəsi tərəfindən ********* sayİı, 29 may 2019-cu il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı iddia olunan “Lenovo İP 330-115İGM” markalı kompüter, “Motorola LS2208-SR20007R” markalı telefon, “Xprinter XP-Q200E” markalı avadanlıqların cavabdehə təhvil verilməsi barədə heç bir sübut yoxdur. Məhkəmənin qətnaməsi qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Qətnamə mövcud situasiyaya hüquqi qiymət verməklə bərabər ədalətin bərpa edilməsinə yönəlməlidir. Ədalətli məhkəmə araşdırması hüququ əsas insan hüquq və azadlıqları arasında olmaqla bərabər, digər hüquqların qarantı rolunda çıxış edir. Ədalətli məhkəmə araşdırması hüququ işin məhkəmədə baxılması və qərar əldə edilməsi hüququnu deyil, məhz işin ədalətli baxılması və ədalətli məhkəmə qərarlarının əldə edilməsi hüququnu ehtiva edir. Əks halda, bu hüququn xəyali və nəzəri hala gəlməsi, digər hüquqları da qeyri-praktiki və illuziya halına gətirər. Sözü gedən maddənin tələbləri də məhkəmənin üzərinə kifayət qədər vəzifələr qoyur ki, hazırki işdə bu tələblərə də əməl olunmamışdır. Belə ki, Mülki prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək, qətnamədə işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Bununla yanaşı, məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, qəbul etdiyi hər bir sübutun məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir. Məhkəmənin gəldiyi nətiə üçün mühüm əhəmiyyəti olan hallardan biri və ən əsası iddiaçının irəli sürdüyü tələbi əsaslandıran halların araşdırılması idi. Belə ki, cavabdeh ********* saylı 14.02.2019-cu il tarixli müddəti (Kredit) alğı-satqı müqaviləsində olan imzaların ona məxsus olmasını etiraf edərək həmin hissədə iddianı qəbul etsə də, ********* sayİı 29.05.2019-cu il tarixi müddəti (kredit) alğı-satqı müqaviləsindən məlumatsız olduğunu bildirərək, həmin müqavilədə olan imzaların onun tərəfindən icra olunmadığını bildirmişdir. Bu halı düzgün müəyyən etmək üçün isə mütləq qaydada ekspertiza təyin edilməli və müvafiq rəy alındıqdan sonra qərar qəbul etməli idi. Məhkəmənin 06.05.2021-ci il tarixli 2(025)-28/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilsə də, ekspertiza qarşısında aşağıdakı natamam suallar qoyulmuşdur: Qoyulmuş natamam suallara verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10.08.2021-ci il tarixli 4/891 saylı ekspert rəyindən görünür ki, 1. Ekspertizaya təqdim edilmiş, mülki işin 42-43cü vərəqlərində olan 29.05.2019-cu il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsinin 1-ci vərəqinin aşağı sol küncündə olan imzanın və 2-ci vərəqində “Alıcı” qrafasında olan imzanın, mülki işin 44-cü vərəqində olan 29.05.2019-cu il tarixli 01040214 saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə 1 nömrəli əlavədə “Alıcı” qrafasında olan imzanın - Cavabdeh tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub olunmamasını tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərdən müəyyən etmək mümkün olmadı. Qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və X1 tərəfindən müəyyən olunmuş Məhkəmə Ekspertizası Qarşısında qoyulan suallarla bağlı metodik vəsaitdə əlyazma mətinlərin, rəqəmli yazıların və imzaların tədqiqatı zamanı adından sual qoyulmuş şəxsin xətt nümunələri 5-6 vərəqdən az olmayan müxtəlif xarakterli sənədlərdə sərbəst imza nümunələri isə 10-dan az olmayan sənədlərdə təqdim olunmalıdır. Eksperimental xətt və rəqəmli yazı nümunələri 12 vərəqdən az olmayaraq, eksperimental imza nümunələri isə 30-40-dan az olmayaraq vərəqlərin hər birində 5-6 imza götürülməlidir. Qeyd etdiyi metodiki vəsaitdə göstərilən tələbə məhkəmə tərəfindən əməl olunmaması səbəbli imzanın - Cavabdeh tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub olunmamasını müəyyən etmək mümkün olmamış, məhkəmə tərəfindən isə buna münasibət bildirilməmişdir. Eyni zamanda qeyd edir ki,ekspertiza qarşısında aşağıdakı suallar qoyulması daha məqsədli olardı. 1) 29 may 2019-cu il tarixdə tərtib edilmiş ********* saylı Müddətli (nisyə) alğı-satqı müqaviləsinin 1-ci səhifəsində olan və 2-ci səhifəsində Alıcıya məxsus rekvizitlər olan hissədə “imza” sözündən sonra olan imza Cavabdeh tərəfindən, yoxsa başqa şəxs tərəfindən icra olunmuşdur? 2) 29 may 2019-cu il tarixdə tərtib edilmiş ********* saylı Müddətli (nisyə) alğı-satqı müqaviləsinə 1 №- li Əlavədə Alıcıya məxsus rekvizitlər olan hissədə “imza” sözündən sonra olan imza Cavabdeh tərəfindən, yoxsa başqa şəxs tərəfindən icra olunmuşdur? 3) 29 may 2019-cu il tarixdə tərtib edilmiş ********* saylı Müddətli (nisyə) alğı-satqı müqaviləsinin 1-ci səhifəsində olan və 2-ci səhifəsində Alıcıya məxsus rekvizitlər olan hissədə “imza” sözündən sonra olan imza bir şəxs tərəfindən, yoxsa müxtəlif şəxslər tərəfindən icra olunmuşdur? 4) 29 may 2019-cu il tarixdə tərtib edilmiş ********* saylı Müddətli (nisyə) alğı-satqı müqaviləsinə 1 №-li Əlavədə Alıcıya məxsus rekvizitlər olan hissədə “imza” sözündən sonra olan imza bir şəxs tərəfindən, yoxsa müxtəlif şəxslər tərəfindən icra olunmuşdur? 5) 29 may 2019-cu il tarixdə tərtib edilmiş ********* saylı Müddətli (nisyə) alğı-satqı müqaviləsi və ona 1 №-li əlavədə Alıcıya məxsus rekvizitlər olan hissədə “imza” qəsdən dəyişdirilmiş xətlə icra olunmuşdurmu? Qətnamədə qeyd olunanlara əsasən məhkəmə hesab edib ki, 14.02.2019-cu il tarixli ********* saylı müqavilə üzrə 209 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 30 manata endirilməlidir. Həmçinin 29.05.2019-cu il tarixli ********* saylı müqavilə üzrə 308 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 50 manata endirilməlidir. Lakin müəyyən edilən bu halın nə ilə, hansı mötəbər sübutla öz təsdiqini tapması sübuta yetirilməmişdir. Məhkəmə isə sadəcə iddiaçının nümayəndəsinin göstərdikləri və cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 göstərdikləri ilə kifayətlənmiş, təhvil-təslim üzrə aparılmış sənədləri belə tələb etməmiş və müvafiq araşdırma aparmamışdı. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsində göstərilir ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Qeyd edir ki, hər iki müqavilə bağlanılarkən, məsul şəxs kimi, X3 da müqavilələri öz imzası ilə təsdiq etdiyini deməsinə baxmayaraq 29 may 2019-cu il tarixdə tərtib edilmiş ********* saylı Müddətli (nisyə) alğı-satqı müqaviləsi və ona 1 №-li əlavədə Alıcıya məxsus rekvizitlər olan hissədə “imza” sözündən sonra olan imza Cavabdeh tərəfindən, yoxsa başqa şəxs, yəni X5 tərəfindən qəsdən dəyişdirilmiş xətlə icra olunmuşdur? Sualı belə qoyulmamışdır. Şikayətin əvvəlində geniş şəkildə mövqeyini əsaslandırmışdır. Cavabdehin "xxxx" MMCnin qarşısında öhdəliyinin təsdiqi kimi iddiaçının istinad etdiyi 29 may 2019-cu il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsi mübahisələndirilir və bu mübahisə ilə bağlı məhkəmə tərəfindən qəbul edilmiş qərardada qəti cavab alınmadığı üçün cavabdehin "xxxx"MMC qarşısında öhdəliyi müəyyən edilməyib. Bununla da prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, formal əsaslandırmadan ibarət qətnamə qəbul edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Qəbələ Rayon Məhkəməsinin 2(025)-694/2021 saylı, 03.09.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin 29 may 2019-cu il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 1027 manat əsas borc və 50 manat cərimə borcuna, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi hissəsində, habelə ekspertiza tədqiqatının dəyəri olan 132 manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməsi hissəsində əsassız olduğu üçün təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı və üçüncü şəxs məhkəmə kollegiyası iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat təqdim etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının və üçüncü şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası MM-nin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MM-nin 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsində göstərilir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən yəni, 29 may 2019-cu il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 1027 manat əsas borc və 50 manat cərimə borcu olmaqla cəmi 1806 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 132 manat pulun Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməsi hissəsində mübahisələndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi, yəni 29 may 2019-cu il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 1027 manat əsas borc və 50 manat cərimə borcu olmaqla cəmi 1806 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 132 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməsinə münasibətdə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 2(025)-694/2021 saylı, 03 sentyabr 2021-ci il tаrixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 14.02.2019-cu il tarixli müddətli (kredit) alqı-satı müqaviləsinə əsasən, sonuncu, aldığı “SAMSUNG A750 BLACK A750 Black” markalı telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 39 manat olmaqla cəmi 699 manat, 29.05.2019-cu il tarixli müddətli (kredit) alğı-satqı müqaviləsinə əsasən, cavabdeh, aldığı “Lenovo İP 330-115İGM” markalı kompüter, “Motorola LS2208-SR20007R” markalı telefon, “Xprinter XP-Q200E” markalı avadanlıqlara görə 12 ay ödəniş cədvəli üzrə hər ay 86 manat olmaqla cəmi 1027 manat ümumilikdə 1726 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam olaraq yerinə yetirməmişdir. İş materiallarında olan 26.08.2020-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh 29.05.2019-cu il tarixli ********* №-li Nisyə satış müqaviləsinə əsasən əsas borc üzrə 1027 manat, cərimə borcu üzrə 308 manat olmaqla, cəmi 1335 manat borcu vardır. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək, Cavabdeh 14 fevral 2019-cu il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 699 manat əsas borc və 30 manat cərimə borcu, 29 may 2019-cu il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 1027 manat əsas borc və 50 manat cərimə borcu olmaqla cəmi 1806 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 132 manat pulun Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməsini qət etmişdir. Apellyator apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, o, ********* saylı 14.02.2019-cu il tarixli müddətli (Kredit) alğı-satqı müqaviləsində olan imzaların ona məxsus olmasını etiraf edərək həmin hissədə iddianı qəbul etsə də, ********* sayİı 29.05.2019-cu il tarixli müddətli (kredit) alğı-satqı müqaviləsindən məlumatsız olduğunu bildirərək, həmin müqavilədə olan imzaların onun tərəfindən icra olunmadığını bildirmişdir. Bu maddənin tələbi baxımından məhkəmə iddiaçının nümayəsindən tələblərini əsaslandıran sübutları tələb etməli, mötəbər sübutlar təqdim edildiyi halda tələbi təmin etməlidir. İş materiallarında iddiaçının nümayəndəsi tərəfindən ********* sayİı, 29 may 2019-cu il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı iddia olunan “Lenovo İP 330-115İGM” markalı kompyuter, “Motorola LS2208-SR20007R” markalı telefon, “Xprinter XP-Q200E” markalı avadanlıqların cavabdehə təhvil verilməsi barədə heç bir sübut yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərini əsaslı hesab etmir və qeyd edir ki, cavabdeh apellyasiya şikayətinin dəlillərində 29.05.2019-cu il tarixli müqavilədə olan imzanın ona məxsus olmadığını bildirsə də, məhkəmə kollegiyası bunu qəbul etmir. Belə ki, ********* saylı 29.05.2019-cu il tarixli alğı-satqı müqaviləsində olan imzaların Cavabdeh tərəfindən icra edilib-edilmədiyini müəyyənləşdirmək məqsədilə məhkəmə kollegiyası tərəfindən ekpertiza təyin edilmişdir. İş materiallarında olan 4/44 saylı 03.02.2022-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 42-43-cü vərəqlərində İddiaçı MMC ilə Cavabdeh adından olan 29 may 2019-cu il tarixli Müddətli (nisyə) alğı-satqı müqaviləsinin 1-ci vərəqinin aşağı sol tərəfindəki və 2-ci vərəqində “Alıcı: Cavabdeh” qrafasındakı imzalar, 44-cü vərəqində 29 may 2019-cu il tarixli, ********* nömrəli Müddətli (nisyə) alğı-satqı müqaviləsinə 1 nömrəli Əlavədə “Alıcı: Cavabdeh” qrafasındakı imza - eyni bir şəxs, Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 42-43-cü vərəqlərində İddiaçı MMC ilə Cavabdeh adından olan 29 may 2019-cu il tarixli Müddətli (nisyə) alğı-satqı müqaviləsinin 1-ci vərəqinin aşağı sol tərəfindəki və 2-ci vərəqində “Alıcı: Cavabdeh” qrafasındakı imzalarda, 44-cü vərəqində 29 may 2019-cu il tarixli, ********* nömrəli Müddətli (nisyə) alğı-satqı müqaviləsinə 1 nömrəli Əlavədə ”Alıcı Cavabdeh” qrafasındakı imzada imzaların qəsdən dəyişdirilmiş xətlə icra olunmasını xarakterizə edən əlamətlər müşahidə olunmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilmişdir. Belə ki, cavabdeh tərəf müqavilədəki imzanın ona məxsus olmamasını iddia etsə də o, məhkəmə kollegiyasına buna dair mötəbər sübut təqdim edə bilməmişdir. İş materiallarında olan ekspert rəyindən görünür ki, 29.05.2019-cu il tarixli müqavilədə çəkilmiş imzalar cavabdeh tərəfindən icra edilmişdir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Apellyator həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və X1 tərəfindən müəyyən olunmuş Məhkəmə Ekspertizası Qarşısında qoyulan suallarla bağlı metodik vəsaitdə əlyazma mətinlərin, rəqəmli yazıların və imzaların tədqiqatı zamanı adından sual qoyulmuş şəxsin xətt nümunələri 5-6 vərəqdən az olmayan müxtəlif xarakterli sənədlərdə sərbəst imza nümunələri isə 10-dan az olmayan sənədlərdə təqdim olunmalıdır. Eksperimental xətt və rəqəmli yazı nümunələri 12 vərəqdən az olmayaraq, eksperimental imza nümunələri isə 30-40-dan az olmayaraq vərəqlərin hər birində 5-6 imza götürülməlidir. Qeyd etdiyi metodiki vəsaitdə göstərilən tələbə məhkəmə tərəfindən əməl olunmaması səbəbli imzanın - Cavabdeh tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub olunmamasını müəyyən etmək mümkün olmamış, məhkəmə tərəfindən isə buna münasibət bildirilməmişdir. Eyni zamanda qeyd edir ki, ekspertiza qarşısında aşağıdakı suallar qoyulması daha məqsədli olardı. 1) 29 may 2019-cu il tarixdə tərtib edilmiş ********* saylı Müddətli (nisyə) alğı-satqı müqaviləsinin 1-ci səhifəsində olan və 2-ci səhifəsində Alıcıya məxsus rekvizitlər olan hissədə “imza” sözündən sonra olan imza Cavabdeh tərəfindən, yoxsa başqa şəxs tərəfindən icra olunmuşdur? 2) 29 may 2019-cu il tarixdə tərtib edilmiş ********* saylı Müddətli (nisyə) alğı-satqı müqaviləsinə 1 №- li Əlavədə Alıcıya məxsus rekvizitlər olan hissədə “imza” sözündən sonra olan imza Cavabdeh tərəfindən, yoxsa başqa şəxs tərəfindən icra olunmuşdur? 3) 29 may 2019-cu il tarixdə tərtib edilmiş ********* saylı Müddətli (nisyə) alğı-satqı müqaviləsinin 1-ci səhifəsində olan və 2-ci səhifəsində Alıcıya məxsus rekvizitlər olan hissədə “imza” sözündən sonra olan imza bir şəxs tərəfindən, yoxsa müxtəlif şəxslər tərəfindən icra olunmuşdur? 4) 29 may 2019-cu il tarixdə tərtib edilmiş ********* saylı Müddətli (nisyə) alğı-satqı müqaviləsinə 1 №-li Əlavədə Alıcıya məxsus rekvizitlər olan hissədə “imza” sözündən sonra olan imza bir şəxs tərəfindən, yoxsa müxtəlif şəxslər tərəfindən icra olunmuşdur? 5) 29 may 2019-cu il tarixdə tərtib edilmiş ********* saylı Müddətli (nisyə) alğı-satqı müqaviləsi və ona 1 №-li əlavədə Alıcıya məxsus rekvizitlər olan hissədə “imza” qəsdən dəyişdirilmiş xətlə icra olunmuşdurmu? Məhkəmə kollegiyası apellyasiya şikayətinin yuxarıda qeyd edilmiş dəlilini əsassız hesab edərək bildirir ki, cavabdehə məhkəmə kollegiyasının 16.12.2021-ci il tarixli iclasının keçirilməsi vaxtı barədə məlumat verilmiş, bildiriş onun tərəfindən 22.11.2021-ci il tarixdə alınmışdır. Apellyasiya şikayətində qeyd etdiyi sulları cavabdeh məhkəmə iclasında iştirak edərək, məhkəməyə şifahi və ya yazılı vəsatət şəklində təqdim etməli idi. Lakin o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası həmin iclasda ekspertiza təyin edilməsi barədə qərardad qəbul edilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ekspert qarşısında sualların qoyulması məhkəmənin səlahiyyətlərinə aiddir. Həmçinin apellyator apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, qətnamədə qeyd olunanlara əsasən məhkəmə hesab edib ki, 14.02.2019-cu il tarixli ********* saylı müqavilə üzrə 209 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 30 manata endirilməlidir. Həmçinin 29.05.2019-cu il tarixli ********* saylı müqavilə üzrə 308 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 50 manata endirilməlidir. Lakin müəyyən edilən bu halın nə ilə, hansı mötəbər sübutla öz təsdiqini tapması sübuta yetirilməmişdir. Məhkəmə isə sadəcə iddiaçının nümayəndəsinin göstərdikləri və cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 göstərdikləri ilə kifayətlənmiş, təhvil-təslim üzrə aparılmış sənədləri belə tələb etməmiş və müvafiq araşdırma aparmamışdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində 29.05.2019-cu il tarixli müqaviləni mübahisələndiridiyini nəzərə alaraq yuxarıda qeyd edilmiş dəlili ilə razılaşmayaraq bildirir ki, cavabdehin yuxarıda qeyd edilmiş dəlilləri formal mülahizələrə əsaslanır, heç bir hüquqi əsası yoxdur. Lakin birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş materiallarında olan müqaviləyə, maliyyə arayışına əsasən həmin məbləğləri müəyyən etmişdir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467). Birinci instansiya məhkəməsi tərəfindən tənasübsüz surətdə yüksək olan dəbbə pulu azaldılmışdır. Apellyator həmçinin ekspertiza tədqiqatının dəyəri olan 132 manat pulun Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməsi hissəsini də mübahisələndirir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilini də əsassız hesab edir. Belə ki, iş materiallarında olan ekspertiza xərclərinə dair bildiridən görünür ki, məhkəməxətşünaslıq ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri 132 manat təşkil edir. İddia tələbi qismən edilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, məhkəmə-xətşünaslıq ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri olan 132 manatın cavabdehdən tutulması hissəsində də qətnamə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas deyil. Belə ki, apellyator şikayətində dəlillərini sübut edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, apellyasiya şikayətində qeyd olunmuş dəlillər birinci instansiya məhkəməsinin mülki iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Qəbələ Rayon Məhkəməsinin 2(025)-694/2021 saylı, 03 sentyabr 2021-ci il tаrixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 2(025)-694/2021 saylı, 03 sentyabr 2021-ci il tаrixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar