Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-145/2025 05.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı BOKT "xxxx" QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: kredit borcunun tutulması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, iddiaçı BOKT "xxxx" QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı BOKT "xxxx" QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 4 oktyabr 2024-cü il tarixli 2(051)-1881/2024 nömrəli qətnaməsindən iddiaçı BOKT "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Cavabdeh ilə Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC arasında olan 2 oktyabr 2023-cü il tarixli əlaqəli kredit müqaviləsinə əsasən cavabdehə 6 ay müddətinə illik 32 % hesablanmaqla 2059 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2059 manat əsas, 510,63 manat faiz, 308,85 manat cərimə və dövlət rüsumu kimi ödənilmiş 49,18 manat olmaqla, cəmi 2927,66 manat pulun tutularaq Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC arasında olan kredit müqaviləsinə əsasən cavabdehə 6 ay müddətinə 2095 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, banka ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmamışdır. Nəticədə onun banka 2059 manat əsas, 510,63 manat faiz borcu və 308,85 manat cərimə borcu olmaqla, cəmi 2878,48 manat borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməkdən yayınmışdır. Odur ki, cavabdehdən 2059 manat əsas, 510,63 manat faiz, 308,85 manat cərimə və dövlət rüsumu kimi ödənilmiş 49,18 manat olmaqla, cəmi 2927,66 manat pulun tutularaq Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, cavabdeh dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə, cavabdehin kredit müqaviləsi üzrə banka borcu yaranmışdır.
5. Məhkəmə, işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən bank cavabdehə 2095 manat məbləğində kredit limiti ayırmışdır. Cavabdeh əldə etdiyi pul vəsaitini hissə-hissə faizləri ilə birgə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh borcu ödəməmiş və iddiaçı bank əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçı tərəf xx.xx.2023-cü il tarixdə müqavilənin birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada ləğv edilməsinə dair cavabdeh tərəfə bildiriş göndərmişdir. Həmin tarixdən tərəflər arasında bağlanmış kredit (borc) müqaviləsi ləğv edildiyindən, iddiaçı bankın cavabdehə qarşı müqavilənin ləğvindən əvvəl gecikdirilmiş əsas məbləğin və hesablanmış faizlərin, həmçinin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququ yaranmışdır.
6. Məhkəmə hesab edir ki, cavabdehdən xx.xx.2024-cü il tarixli bildirişə əsasən 1336,67 manat əsas, 219,63 manat faiz borcu alınmalı, lakin hesablanmış dəbbə pulu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən azaldılaraq, 20 manat məbləğində müəyyən edilməlidir.
7. Mingəçevir Şəhər Məhkəməsinin 4 oktyabr 2024-cü il tarixli 2(051)-1881/2024 nömrəli qətnaməsi ilə (hakim Ələkbər Hüseynov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 1336,67 manat əsas, 219,63 manat faiz və 20 manat cərimə olmaqla, cəmi 1576,3 manat məbləğində pul tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi, Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 35,77 manat məbləğində pulun alınıb iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə verilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin hüquq münasibətləri yaranan vaxt qüvvədə olan 427, 442, 448, 739, 741 və 743-cü maddələrinə istinad etmişdir.
9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli bildiriş maliyyə arayışı
10. Qətnаmədən nаrаzı qаlаn iddiaçı BOKT "xxxx" QSC аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı BOKT "xxxx" QSC apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə qət edilən məbləği BOKT "xxxx" QSC-nin Cavabdeh göndərdiyi xx.xx.2024-cü il tarixli, 0675/24 saylı xəbərdarlıq məktubunda qeyd olunan 1336,67 manat, 219,63 manat faiz borcu, 398,13 manat cərimə borcuna uyğun olaraq müəyyən etmişdir. Halbuki xəbərdarlıq məktubunda qeyd olunan məbləğ Cavabdeh xx.xx.2024-cü il tarixinə gecikmədə olan borc məbləği idi. Belə ki, tərəflər arasında bağlanmış 929-BSV0182-23 saylı, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə görə cavabdehə 6 ay müddətinə 2059 manat kredit verilmişdir. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan göründüyü kimi cavabdeh qeyd olunan kredit müqaviləsi üzrə heç bir ödəniş etməmişdir. Sözügedən xəbərdarlıq məktubu isə kredit müqaviləsi rəsmiləşdirildikdən sonra təxmini 4 ay sonra göndərilmiş, həmin xəbərnamədə cavabdehin xx.xx.2024-cü il tarixinə olan gecikmədə olan əsas borc, faiz borcu, cərimə borcu məbləğləri qeyd olunmuşdur. Xəbərnamədə tələb olunan gecikmədə olan borc məbləğləri cavabdeh tərəfindən icra olunacağı təqdirdə, tərəflər arasında bağlanmış kredit müqaviləsi öhdəlikləri kredit müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlinə uyğun tənzimlənə bilərdi. Yəni həmin xəbərnamədə cavabdehdən kredit müqaviləsi üzrə olan ümumi borc tələb edilməmişdir. Məhkəməyə təqdim olunan maliyyə arayışı isə kredit müqaviləsinin 2.1.1-ci bəndinin tələblərinə uyğun olaraq tərtib olunmuşdur. Göründüyü kimi, məhkəmə qanunsuz və əsassız olaraq kredit müqaviləsi üzrə cavabdehə verilən 2059 manatın belə cavabdehdən tutulub iddiaçıya ödənilməsini təmin etməmiş, iddiaçının qanunla qorunan mənafelərinə zidd olaraq 1576,30 manat ümumi borc məbləğinin cavabdehdən tutulmalı olduğu qənaətinə gəlmişdir.
12. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 4 oktyabr 2024-cü il tarixli 2(051)- 1881/2024 nömrəli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
Hazırki sadələşdirilmiş icraat qaydasında baxılmış iş apellyasiya icraatında olarkən iddiaçı BOKT "xxxx" QSC tərəfindən məhkəməyə elektron məhkəmə informasiya sistemi vasitəsilə ərizə verilmiş, işə şifahi məhkəmə icraatı qaydasında - məhkəmə iclası təyin etməklə baxılmasına dair qərardad qəbul edilməsini xahiş edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 6 yanvar 2025-ci il tarixli qərardadı ilə iş iddia icraatına keçirilmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iddiaçı BOKT "xxxx" QSC-nin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
15. Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri
18. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
19. İddiaçı Mingəçevir Şəhər Məhkəməsinin 4 oktyabr 2024-cü il tarixli 2(051)- 1881/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, iddianın təmin edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını göstərmədiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın rədd edilmiş hissəsində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cərimə borcunun məbləği ilə bağlı hissə istisna olmaqla, əsaslı hesab edərək, birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin edilməmiş hissəsində gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
21. Belə ki, kreditor olan iddiaçı QSC ilə borcalan cavabdeh arasında bağlanmış 2 oktyabr 2023-cü il tarixli əlaqəli kredit müqaviləsindən və işdə olan digər sənədlərdən görünür ki, cavabdeh həmin müqaviləyə əsasən QSC-dən 6 ay müddətinə hissə-hissə qaytarmaq şərti ilə illik 32 faiz dərəcəsilə 2059 manat məbləğində kredit götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmiş, QSC-yə olan borcunu ödəməmişdir. Nəticədə onun iddiaçı QSC-yə borcu yaranmış, QSC həmin məbləğlərin ödənilməsi ilə bağlı cavabdehə xx.xx.2024-cü il tarixdə xəbərdarlıq məktubu göndərsə də, cavabdeh borcunu ödəməmişdir. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli “Maliyyə arayışından” görünür ki, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehin xx.xx.2024-cü il tarixə olan əsas borcu 2059 manat, faiz borcu 510,63 manat, cərimə borcu 308,85 manat olmaqla, ümumilikdə borcu 2878,48 manat təşkil edir. İddianı qismən təmin etmiş birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, müqavilə tərəfinə pretenziya ünvanlandığı vaxtdan etibarən müqavilə ləğv edilmiş hesab edilir. Bununla da, iddiaçı bankın cavabdehə qarşı müqavilənin ləğvindən əvvəl gecikdirilmiş əsas məbləğin və hesablanmış faizlərin, həmçinin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Yəni, iddia müvafiq pretenziya məktubunda göstərilən həddə təmin edilməlidir.
22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmır və qeyd edir ki, iddiaçı QSC tərəfindən cavabdehə göndərilmiş xx.xx.2024-cü il tarixli məktubu ilə cavabdehə xx.xx.2024-cü il tarixinə olan 1336,67 manat məbləğində əsas, 219,63 manat məbləğində faiz, 398,13 manat məbləğində cərimə borclu olmaqla, ümumilikdə 1954,43 manat yaranmış borcun 5 təqvim günü müddətində ödəməyi təklif edilmiş, əks təqdirdə müqavilənin ləğv olunacağı və məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Göründüyü kimi həmin məktubda müqavilənin gələcəkdə ləğv olunacağı və məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Bu hal isə onu deməyə əsas verir ki, müqavilə tərəfi olan cavabdehə ünvanlanmış həmin məktubun tarixindən etibarən “Kredit müqavilənin” ləğv edilmiş hesab edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi düzgün deyil. Birinci instansiya məhkəməsi həmin əsasla iddianı qismən təmin etməkdə haqlı olmamışdır.
23. Cavabdehdən tutulmalı olan cərimə borcuna gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (maddə 467.). Qeyd edilən maddi hüquq normalarının tələblərindən çıxış edən məhkəmə kollegiyası hesab edir ki, 308.85 manat cərimə borcu (əsas borc məbləğinin təxminən 15%-i) 2059 manat əsas borc məbləğinə mütənasib olmadığından azaldılaraq 120 manat (əsas borc məbləğinin təxminən 6%-i) məbləğində müəyyən edilməklə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
24. İddiaçı QSC-nin iddia ərizəsi və apellyasiya şikayəti əksərən təmin edildiyindən, məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 48,78 manat, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 24,79 manat dövlət rüsumları MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən cavabdehdən iddiaçı QSC-nin xeyrinə tutulmalıdır.
25. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddianın təmin edilməmiş cərimə borcunun məbləği ilə bağlı hissə istisna olmaqla, hissəsində düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən həmin hissədə maddi və prosessual hüquq normaları pozulduğuna görə iddiaçı BOKT "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Mingəçevir Şəhər Məhkəməsinin 4 oktyabr 2024-cü il tarixli 2(051)-1881/2024 nömrəli qətnaməsi qismən – iddianın rədd edilmiş hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməli, Cavabdeh 2059 manat əsas, 510,63 manat faiz, 120 manat cərimə olmaqla, cəmi 2689.63 manat və iddia ərizəsi və apellyasiya şikayəti verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş cəmi 73.97 manat olmaqla, ümumilikdə 2763.6 manat pul tutularaq Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir.
26. Kollegiya həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-in 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla apellyasiya məhkəmələrinin mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki iş üzrə iddianın qiyməti isə beş min manatdan azdır.
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı BOKT "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 4 oktyabr 2024-cü il tarixli 2(051)-1881/2024 nömrəli qətnaməsi qismən – iddianın rədd edilmiş 722.33 manat əsas, 291 manat faiz və 288.85 manat cərimə borcuna aid hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə qismən təmin edilsin. Cavabdeh 722.33 manat əsas, 291 manat faiz və 100 manat cərimə olmaqla, cəmi 1302.18 manat və iddia ərizəsi və apellyasiya şikayəti verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş cəmi 37.8 manat pul tutularaq Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamə çıxarıldığı аndаn qаnuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.