Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1453/2020 22.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X6 iclas katibliyi, iddiaçı 8 saylı Regional Ekologiya və X5 nümayəndəsi X1 iştirakı ilə İddiaçı 8 saylı Regional Ekologiya və X5 Cavabdeh qarşı “təbiətə dəymiş ziyanın ödənilməsi” tələbinə dаir iddia ərizəsi üzrə çıxarılmış Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(035)-40/2020 nömrəli qətnaməsindən iş üzrə iddiaçı 8 saylı Regional Ekologiya və X7 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiаçı 8 saylı Regional Ekologiya və X5 cаvаbdeh Cavabdeh qаrşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək Zərdab rayonu Məmmədqasımlı kənd sakini Cavabdeh təbiətə dəymiş ziyana görə 850 manat pulun tutularaq 8 saylı Regional Ekologiya və X5 hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(035)-40/2020 nömrəli(hakim T.Qubadov) qətnaməsi ilə iddia tələbi təmin edilməyərək, iddiаçı 8 saylı Regional Ekologiya və X5 cаvаbdeh Cavabdeh qаrşı “təbiətə dəymiş ziyanın ödənilməsi tələbi”nə dаir iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı 8 saylı Regional Ekologiya və X7 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə Zərdab rayonunun Məmmədqasımlı kəndində ona verilmiş pay torpağının kənarından qanunsuz olaraq 3 ədəd iydə və 1 ədəd heyva ağaclarını kəsərək, “Yaşıllıqların mühafizəsi haqqında” Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il tarixli 321 saylı qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi” Qaydalarının tələblərini pozmaqla təbiətə maddi ziyan vurmuşdur. Faktla bağlı xx.xx.2019-cu il tarixli MN ******* nömrəli inzibati xətalar haqqında protokol tərtib olunmuş, həmin inzibati xəta haqqında protokola əsasən cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə inzibati tənbehin tətbiq edilməsi, yəni 2000 manat məbləğində inzibati cərimə edilməsi haqqında qərar çıxarılmışdır. Qərar üzrə tutma cavabdehin pensiyasına yönəldilmişdir. Bundan başqa təbiətə dəymiş ziyan 850 manat məbləğində müəyyən edilmişdir. Dəymiş ziyanın könüllü şəkildə ödənilməsi cavabdehdən tələb olunsa da, cavabdeh dəymiş ziyanı ödəməkdən imtina etmişdir. Ona görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: İddiаçı 8 saylı Regional Ekologiya və X7 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə Zərdab rayonunun Məmmədqasımlı kəndində ona verilmiş pay torpağının kənarından qanunsuz olaraq 3 ədəd iydə və 1 ədəd heyva ağaclarını kəsərək, “Yaşıllıqların mühafizəsi haqqında” Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il tarixli 321 saylı qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi” Qaydalarının tələblərini pozmaqla təbiətə maddi ziyan vurmuşdur. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasında iştirak edən iddiaçı 8 saylı Regional Ekologiya və X5 nümayəndəsi X4 apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə Zərdab rayonunun Məmmədqasımlı kəndində ona verilmiş pay torpağının kənarından qanunsuz olaraq 3 ədəd iydə və 1 ədəd heyva ağaclarını kəsərək təbiətə maddi ziyan vurmuşdur. Faktla bağlı cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsi ilə inzibati protokol tərtib edilmiş və inzibati cərimə edilməsi haqqında qərar çıxarılmışdır. Qərar üzrə tutma cavabdehin pensiyasına yönəldilmişdir. Bundan başqa təbiətə dəymiş ziyan 850 manat məbləğində müəyyən edilmişdir. Dəymiş ziyanın könüllü şəkildə ödənilməsi cavabdehdən tələb olunsa da, cavabdeh dəymiş ziyanı ödəməkdən imtina etmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edibetməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Cavabdeh xx.xx.2019-cu il tarixdə Zərdab rayonu Məmmədqasımlı kəndində vətəndaşlara verilmiş pay torpaqların kənarından diametrləri 20 sm, 24 sm, 33 sm olan 3 ədəd iydə ağaclarını və diametri 10 sm olan bir ədəd heyva ağacını kəsdiyi üçün barəsində MN № ******* nömrəli, xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və onun əməli Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsi ilə tövsif edilmişdir. 8 saylı Regional Ekologiya və X5 rəisi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə təqsirli bilinmiş və onun 2000 manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. xx.xx.2019-cu il tarixdə yazılmış 51407 saylı akta əlavə olunmuş Zərdab rayon Məmmədqasımlı kənd sakini Cavabdeh tərəfindən 3 ədəd iydə və 1 ədəd heyva ağaclarını kəsərək məhv edilməsi nəticəsində təbiətə dəymiş ziyanlığın hesabatı cədvəlindən görünür ki, təbiətə dəymiş ziyanlıq cəmi 850 manat məbləğində hesablanmışdır. 8 saylı Regional Ekologiya və X7 tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2019-cu il tarixli pretenziyadan (iddia məktubundan) görünür ki, təbiətə vurmuş olduğu ziyanı könüllü ödəməyəcəyi təqdirdə barəsində Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məhkəməyə müraciət edilməsi barədə xəbərdarlıq edilmişdir. Torpağa Mülkiyyət Hüququna Dair JN-3xx xxx 90509018 olan Dövlət Aktından görünür ki, Zərdab rayonu X3 98 saylı, xx.xx.1998-ci il tarixli qərarı ilə Cavabdeh (hazırkı cavabdeh) və ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonu Məmmədqasımlı kəndi ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün 3.29 ha torpaq sahəsi verilmişdir. Zərdab rayon Məmmədqasımlı kənd bələdiyyəsinin sədri Ş.Qədirov tərəfindən verilmiş 07 saylı, xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə kəsdiyi ağaclar onun qonşuluğunda olan X2 pay torpağna bitişik, həmçinin özünün pay torpağının hüdudları daxilində kəsilmişdir. Hadisə yerinin fotoşəkillərindən görünür ki, ağacların kəsilmə yeri vətəndaşların pay torpaq sahələrinin arasında çəkilmiş əkin yerini suvarmaq üçün nəzərdə tutulmuş su kanalının içərisində və kənarında yerləşir. Ərazilər əkin yeridir və əkin altındadır. Ətrafda başqa heç bir ağac və ya kol yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəflər arasındakı yaranmış münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, qüvvədə olan mülki qanunvericilik normalarına müvafiq olaraq mülki hüquq məsuliyyəti qanunda və müqavilədə nəzərdə tutulan elə bir tədbirdir ki, bunun tətbiqi öhdəliyi lazımınca icra etməyən və ya icra etməyən borclu üçün dövlətin məcburetmə qüvvəsi ilə təmin edilən əmlak xarakterli mənfi nəticələr yaradır. Mülki hüquq məsuliyyətinin tətbiq edilməsi üçün tərəflər arasında müqavilə öhdəlikləri olmadığı halda mülki hüquq pozuntusu barədə mübahisələr mülki qanunvericiliyin mülki hüquq pozuntularını tənzimləyən normaları əsasında həll olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 321 saylı qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nın 1.1-ci bəndinin mənasına görə bu Qayda “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-İVQ nömrəli Qanununun 13.8-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, respublika ərazisindəki yaşıllıqların götürülməsi mexanizmini müəyyən edir. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinin mənasına görə “ yaşıllıqlar” dedikdə şəhərlərin, digər yaşayış məntəqələrinin və infrastruktur obyektlərinin hüdudları daxilində lazımi ekoloji, mədəni-sağlamlaşdırma, landşaft və məkan görünüşü baxımından əhəmiyyət daşıyan, təbii halda mövcud olan və ya süni yaradılan ağac, kol, gül-çiçək və ot bitkilərinin toplumu başa düşülür. Həmin Qanunun 3-cü maddəsinə görə bu Qanun, meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, ölkə ərazisindəki yaşıllıqlara şamil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2005-ci il tarixli, 173 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının meşə fonduna daxil olmayan ağackol bitkilərinin istifadəsi, mühafizəsi və qorunması Qaydaları”nın 4-cü bəndinin tələblərinə görə bu qaydalar meşə fonduna, fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətinə daxil olmayan torpaq sahələrində bitən ağac-kol bitkilərinə şamil edilir və onun tələblərinin yerinə yetirilməsi həmin torpaqların istifadəçiləri və icarəçiləri üçün məcburidir. Apelyasiya instansiyası məhkəməsi hesab edir ki, apelyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaət düzgün olmuşdur. Belə ki, göründüyü kimi cavabdeh 84 yaşı olmaqla Zərdab rayonunun Məmmədqasımlı kəndində yaşayır. Zərdab rayon X3 xx.xx.1998-ci il tarixli 98 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün onun və digər ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonu Məmmədqasımlı kəndi ərazisində 3.29 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə onun və digər ailə üzvlərinin mülkiyyət huququ dövlət qeydiyyatından keçirilməklə dövlət tərəfindən tanınmış və bu barədə onlara Torpağa Mülkiyyət hüququna dair JN-3xx xxx 90509018 olan Dövlət aktı verilmişdir. 22 ildir ki, həmin torpaq sahəsində gah yonca, gah da taxıl əkməklə ailəsini dolandırır. İşin yuxarıda müəyyən olunan hallarından məlum olur ki, ağacın kəsildiyi yer Cavabdeh və digər ailə üzvlərinin mülkiyyətində olan kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulan pay torpaq sahəsidir. Bu barədə cavabdehə və ailə üzvlərinə Torpağa Mülkiyyət hüququna dair JN-3xx xxx 90509018 olan Dövlət aktı verilmişdir. Məhkəmə hesab edir ki, sözügedən torpaq sahəsi təyinatına görə kənd təssərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulmaqla cavabdehin və ailəsinin xüsusi mülkiyyətindədir və həmin torpaq sahəsindən təyinatı üzrə istifadə etmək cavabdehin vəzifəsidir. Cavabdeh torpaqdan təyinatı üzrə istifadə etməkdə kimsədən aslı deyildir. O, başqalarının hüquq və mənafeyinə toxunmadan həmin torpaq sahəsindən öz istədiyi kimi istifadə edə və sərəncam verə bilər. Həmçinin torpağın təyinatı üzrə istifadəsi üçün, yəni kənd təsərrüfatı əkinlərini əkib-becərmək öz torpaq sahəsinin ərazi hüdudlarında istədiyi yerdən su kanalı çəkmək və səmərəli istifadəni təmin etmək üçün su kanalını yabanı şəkildə bitən kol-kosdan və ağaclardan təmizləməkdə azaddır. Əks hal, yəni su kanalını yabanı şəkildə bitən kol-kosdan və ağaclardan təmizlənməməsi mümkün deyildir. Torpaqdan səmərəli istifadəni təmin etmək üçün su kanalını yabanı şəkildə bitən kolkosdan və ağaclardan təmizləməsinə istənilən kənar müdaxilə, o cümlədən hazırkı iddiaçının ətraf mühütün qorunması adı altında hazırkı müdaxiləsi cavabdehin mülkiyyət hüququnun pozuntusudur . Kollegiya qeyd edir ki, bu halda işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Beləliklə məhkəmə kollegiyasının araşdırması zamanı tədqiq olunmuş sənədlər əsasında müəyyən olunur ki, cavabdeh tərəfindən kəsilən ağaclar fiziki şəxslərin - konkret halda cavabdehin və onun ailə üzvlərinin xüsusi mülkiyyətinə daxil olan torpaq sahələrində bitən ağaclar olmuşdur. İddiaçı ətraf mühütün qorunması adı altında hazırkı müdaxiləni edərkən, yəni hazırkı iddianı verərkən kəsilmiş ağacın yerləşdiyi torpaq sahəsinin mənsubiyyətinə əhəmiyyət verməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini rədd etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətindəgöstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnaməninləğviüçünheç bir hüquqi əsas yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiаçı 8 saylı Regional Ekologiya və X7 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(035)-40/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1453/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1453/2020
22.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver