Məhkəmə qərarları › İş №2(107)-1455/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1455/2021

22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1455/2021 22.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- borc tələbi, kredit müqaviləsi üzrə borcun tutulması) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, Balakən Rayon Məhkəməsinin 30 mart 2021-ci il tаrixli, 2(019)-124/2021 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Məmməd qızından ödənilməmiş 813.14 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 97.54 manat faiz, 664.99 manat cərimə olmaqla, müqavilənin bitdiyi tarixdən 02.10.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 172.37 manat borc, ümumilikdə 1748.04 manat məbləğində kredit borcunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddiasını onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 25.05.2015-ci il tarixli, 266İNNW151450003 nömrəli Kredit müqaviləsinə əsasən borcalana 12 ay müddətinə illik 6000 manat məbləğində kredit verilmişdir. Cavabdeh tərəfindən LPO İddiaçı ASC-dən kredit götürülməsinə baxmayaraq, müştərinin sənədləri filial tərəfindən LPO İddiaçı ASC-nin PKHTD-ə təhvil verilməmiş, bu barədə filiala müraciət edildikdə isə sənədlərin naməlum səbəbdən itirildiyi bildirilmişdir. İddia ərizəsinə əlavə edilən hesabdan çıxarış və maliyyə arayışından cavabdehə 6000 manat məbləğində kreditin verilməsi müəyyən edilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Ölkə başçısının "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019- cu il tarixli Fərmanına uyğun olaraq hazırkı mülki işödəməzsə, zamin bankın ona göndərdiyi bildirişin alınması vaxtından müvafiq sayda gündən gec olmamaq şərti ilə "borcalan”-ın bütün borclarının ödənilməsinə zamin olur. Kredit müqaviləsinin müvafiq bəndlərinə əsasən borcalan kreditdən istifadəyə görə əsas və faiz borcu üzrə banka hər ay ödəniş etmək barədə öhdəlik götürməsinə baxmayaraq, o, bu ohdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi müraciət edilməsinə və xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, kredit borcunun banka qaytarılması təmin edilməmişdir. Bu səbəbdən də borc alanın 02.10.2020-ci il tarixinədək "Tecnikabank” Açıq Səhmdar Cəmiyyətinə ödənilməmiş 813.14 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 97.54 manat faiz, 664.99 manat cərimə olmaqla, müqavilənin bitdiyi tarixdən 02.10.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 172.37 manat borc, ümumilikdə 1748.04 manat məbləğində kredit borcu vardır. Məlum olduğu kimi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1541/2016 saylı 13 aprel 2016-cı il tarixli qərardadı ilə ləğv prosesində olan "Texnikabank” ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. Qeyd edilənləri nəzərə alıb, iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Balakən Rayon Məhkəməsinin 30 mart 2021-ci il tаrixli, 2(019)-124/2021 saylı qətnaməsi (Z. Tahirov) ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “Cavabdeh ödənilməmiş 813.14 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 97.54 manat faiz, 664.99 manat cərimə, müqavilənin bitdiyi tarixdən 02.10.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 172.37 manat borc, ümumilikdə 1748.04 manat məbləğində kredit borcunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə” iddiası təmin olunmamış, hazırki iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 25 may 2015-ci il tarixli, 266İNNW151450003 saylı kredit müqaviləsinə əsasən "Texnikabank” ASC tərəfindən Cavabdeh 12 ay müddətə, illik 15 % faiz dərəcəsi ilə 6000 (altı min) manat kredit verilmişdir. Cavabdeh qeyd olunan kredit borcunun müəyyən hissəsini ödəmiş, lakin ödənilməmiş 813.14 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 97.54 manat faiz, 664.99 manat cərimə olmaqla, müqavilənin bitdiyi tarixdən 02.10.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 172.37 manat borc, ümumilikdə 1748.04 manat məbləğində kredit borcunun olması qeyd edilmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti 25 dekabr 2020-ci il tarixli vəsatətlə məhkəməyə müraciət edərək, 25 may 2015-ci il tarixli, 266İNNW151450003 saylı kredit müqaviləsinin, ödəniş qəbzlərinin və kassa məxaric orderlərinin ekpsertiza tədqiqatına təqdim olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin vəsatətini nəzərə alaraq, 25 may 2015-ci il tarixli, 266İNNW151450003 saylı kredit müqaviləsinin, ödəniş qəbzlərinin və kassa məxaric orderlərinin ekpsertiza tədqiqatına təqdim olunması məqsədi ilə məhkəməyə təqdim edilməsini iş üzrə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tələb etmişdir. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəmənin 22 yanvar 2021-ci il tarixli qeyd olunan sorğusuna cavab olaraq bildirmişdir ki, işlə bağlı ödəniş qəbzləri və kassa məxaric orderinin surətləri iddia ərizəsinə əlavə edilmişdir. Lakin, 25 may 2015-ci il tarixli, 266İNNW151450003 saylı kredit müqaviləsi itdiyi üçün həmin sənədin məhkəməyə və ekspertiza tədqiqatına təqdim olunması mümkün olmamışdır. Bundan sonra, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi 26 fevral 2021-ci il tarixli, 9/5894 nömrəli məktubla “Məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında” məlumatı məhkəməyə göndərmişdir. Həmin məlumatda qeyd olunmuşdur ki, 25 may 2015-ci il tarixli, 266İNNW151450003 saylı kredit müqaviləsinin, ödəniş qəbzlərinin və kassa məxaric orderlərinin ekpsertiza tədqiqatına təqdim olunması təmin edilmədiyi üçün ekspertiza aparılması və rəy verilməsi mümkün olmamışdır. Bütün bunlar isə onu deməyə əsas verir ki, sübut etmək yükü iddiaçının üzərində olduğu halda, iddiaçı iddia ərizəsində qeyd etdiyi halları sübut edə biləcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, Cavabdeh ilə aralarında bağlanmış 25 may 2015-ci il tarixli, 266İNNW151450003 saylı kredit müqaviləsinə əsasən, cavabdehin ödənilməmiş 813.14 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 97.54 manat faiz, 664.99 manat cərimə olmaqla, müqavilənin bitdiyi tarixdən 02.10.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 172.37 manat borc, ümumilikdə 1748.04 manat məbləğində kredit borcu olmasını sübut etməlidir. Lakin iddaçının 25 may 2015-ci il tarixli, 266İNNW151450003 saylı kredit müqaviləsini məhkəməyə təqdim etməməsi səbəbindən işin bu halını müəyyən etmək mümkün deyildir. Cavabdehin iddiaçıya 25 may 2015-ci il tarixli, 266İNNW151450003 saylı kredit müqaviləsi üzrə öhdəlik daşımaqla tələb edilən borcunun olması işdəki mötəbər sübutlarla sübut olunmur. Hətta iddia əsaslı olsa belə, Cavabdeh məhkəməyə təqdim etdiyi “vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddətinin tətbiqi barədə” ərizəsi nəzərə alınmalı və yenə də iddia rədd edilməlidir. Belə ki, işin mübahisəsiz halıdır ki, tərəflər arasında bağlanmış 25 may 2015-ci il tarixli, 266İNNW151450003 saylı kredit müqaviləsinin müddəti 25 may 2016-cı il tarixdə bitmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən də göründüyü kimi, cavabdeh Xalayeva Cənnətey Məmməd qızı sonuncu dəfə kredit ödənişini 03.12.2015-ci il tarixdə həyata keçirmişdir. Yəni, hazırki iş üzrə iddia müddəti 25 may 2019-cu il tarixdə başa çatmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci, 372.2-ci, 373.1-ci, 373.3-cü, 375.1 və 375.2-ci maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli qərarı, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli Qərarı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarı, Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları, L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır, buna görə də ləğv edilməlidir. Belə ki, iş materiallarında olan hesabdan çıxarış və 26.05.2015-ci tarixli kassa mədaxil orderindən göründüyü kimi cavabdehə Bank tərəfindən 25 may 2015-ci il tarixdə 6.000 manat məbləğində kredit verilmiş və həmin kredit müqaviləsi üzrə 6000 manatı Cavabdeh kassaməxaric orderinə imza edərək şəxsən özü kassadan götürmüşdür. Balakən Rayon Məhkəməsi iddiaçının iddia ərizəsində qeyd etdiyi halları sübut edə biləcək mötəbər sübutları məhkəməyə təqdim etmədiyini bildirsə də, iş materiallarına əlavə edilmiş kassa məxaric orderinə münasibət bildirməmişdir. Bundan əlavə apelyator ekspertizanın keçirilə bilməməsi ilə bağlı qeyd etmişdir ki, iş materiallarında olan 26.05.2015-ci il tarixli kassa məxaric orderi, 26.05.2021-ci il tarixli hesabdan çıxarış və 06.10.2020-ci il tarixli maliyyə arayışı ilə cavabdeh Mərkəzi Bank və digərləri banklarda istənilən əməliyyatın aparılmasını və ya uçot qaydalarını həmin sistemlə müəyyən edir və yoxlayır. Belə olan halda, faktiki mübahisələndirilən ödənişlər reallıqda ödənilməli idi və sistemə qeyri-qanuni yol ilə daxil edilsəydi, elə həmin günün sonunda bankın kassasına edilən ödənişlərlə sistemdə öz əksini tapan ödənişlərdə fərq biruzə verərdi və uyğunsuzluq yaranardı.Bundan əlavə, aylıq, rüblük və digər hesabatlar istər nəzarət orqanına, istər digər qurumlara bank proqramından çıxarışlar əsasında verilir. İddia müddəti ilə bağlı isə o, bildirir ki, bank məhkəməyə ilk dəfə 24.05.2016-cı il (müqavilə müddətinin bitməsindən bir gün qabaq) tarixində müraciət etmiş və nəticədə iddia müddəti ötürülməmişdir. Bu halı ********* saylı məhkəmə rüsumu haqqında qəbz də təsdiq edir. Balakən Rayon Məhkəməsinin 07.06.2019-cu il tarixli, 2(019)-639/2019 nömrəli lə iddia geri qaytarılmışdır. Lakin şikayət əsasında 28.06.2019 tarixli qərardadla qərardad ləğv edilərək iş icraata götürülmüşdür. Bundan sonra Balakən Rayon Məhkəməsinin 08.08.2019-cu il tarixli, 2(019)-639/2019 qərardadı ilə sözügedən mülki iş baxılmamış saxlanılmışdır, məhkəmə qərardadı MPM-in 259.0.1-ci maddəsinə əsaslanaraq qəbul etmişdir, ündüyü kimi, iddia ərizəsinin baxılmamış saxlanılması haqqında qərardadda iddiaçıya bildirilir ki, Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə edilməmiş mübahisə qalarsa, hazırki qərardad yenidən iddia tələbi ilə məhkəməyə tməyə mane olmur. Analoji müqavilələr üzrə mübahisənin hazırkı məhkəmədənkənar sı qeyd olunan fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki, həmin fərman məhz fiziki xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə . Yəni fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına istifadə oluna bilməz. Lakin müştəri banka yeni müqavilənin bağlanması ilə bağlı müraciət etmədiyindən 23.07.2020-ci il tarixində iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən mülki iş üzrə icraatın təzələnməsi barədə ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edilmişdir. Məhkəməsinin 19.08.2020-ci il tarixli, qərardadı bankın ərizəsi təmin edilməmişdir. Bundan sonra, onlar tərəfindən “sənədlərin əsillərinin geri qaytarılması barədə” ərizə ilə Qəbələ Rayon Məhkəməsinə müraciət edilmişdir. Sənədlər geri qaytarıldıqdan sonra 05.10.2020ci il tarixli iddia ərizə Balakən Rayon Məhkəməsinə yenidən göndərilmişdir. Müştərinin əmanət hesabında qalan vəsaitin düzgün silinməməsi ilə bağlı bildirirlər ki, əmanət deyil, cari hesabında qalan vəsait Bank bağlanan tarixdə qanuna əsasən mərkəşləşdirilə bilmədiyindən, lakin Bankın ləğv prosesinə nəzarəti həyata keçirən Bakı Apellyasiya Məhkəməsinin», 2019-cu il tarixli 2-1(103)-2402/2019 saylı qərarına əsasən 842.81 AZN əsas cari qalıq hesabına əvəzləşdirilib. Bundan sonra cavabdehin 813.14 AZN əsas borcu qalmışdır. Belə ki, əmanətçilərin əmanətlərinin qaytarılması, kreditorlarının tələblərinin tirilməsi və digər tədbirlərlə əlaqəli xərclər ödənilməlidir. İddiaçı ASC-nin bu i yerinə yetirilməsi birinci növbədə dövlətin maraqlarının təminatıdır. Buna baxmayaraq, lər Bankın mənafeyini diqqətə almamış, faktiki vəziyyəti gözardı edərək, tamamilə yalnış, ;ktiv qərar qəbul etmişdir. Yerinə yetirilməli olan öhdəliyin məhkəmələr tərəfindən bu ızardı edilməsi isə, bankın real vəziyyətini çətinləşdirir. Nəzərə alsaq ki, İddiaçı ləğv prosesində olan bankdır və onun kreditorları qarşısında öhdəliyini yerinə yetirmək vəzifəsi vardır. Bu halda bankı borcalanlara verdiyi kredit məbləğinin borcundan məhrum eləmək qərəzlidir. Odur ki, onlar Balakən Rayon Məhkəməsinin 30 mart 2021-ci il tаrixli, 2(019)-124/2021 saylı qətnaməsinin ləğv edilməsini və Fondun iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin 30 mart 2021-ci il tаrixli, 2(019)- 124/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci mаdəsində isə göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа,o, kredit müqаviləsi аdlаnır. Həmin Məcəllənin 442-ci mаdəsinin tələbinə görə, öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. Həmin Məcəllənin 445.2.1-ci mаdəsində qeyd edilir ki, öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır. Həmin Məcəllənin 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Həmin Məcəllənin 448.2-ci mаddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Hüququn tətbiqinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli qərarı. L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən mübahisələndirir, apelyator apellyasiya şikayətinin təmin edilməsini, Balakən Rayon Məhkəməsinin 30 mart 2021-ci il tаrixli, 2(019)-124/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş edir. Tələb qətnamənin iddia tələbinin tam məbləği hissələrində ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin 30 mart 2021-ci il tаrixli, 2(019)-124/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, 25 may 2015-ci il tarixli, 266İNNW151450003 saylı kredit müqaviləsinə əsasən "Texnikabank” ASC tərəfindən Cavabdeh 12 ay müddətə, illik 15 % faiz dərəcəsi ilə 6000 (altı min) manat kredit verilmişdir. Cavabdeh qeyd olunan kredit borcunun müəyyən hissəsini ödəmiş, lakin ödənilməmiş 813.14 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 97.54 manat faiz, 664.99 manat cərimə olmaqla, müqavilənin bitdiyi tarixdən 02.10.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 172.37 manat borc, ümumilikdə 1748.04 manat məbləğində kredit borcunun olması qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. Belə ki, iddiaçı iddia müddətini ötürmüşdür. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında bağlanmış 25 may 2015-ci il tarixli, 266İNNW151450003 saylı kredit müqaviləsinin müddəti 25 may 2016-cı il tarixdə bitmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən də göründüyü kimi, Cavabdeh sonuncu dəfə kredit ödənişini 03.12.2015-ci il tarixdə həyata keçirmişdir. Yəni, hazırki iş üzrə iddia müddəti 25 may 2019-cu il tarixdə başa çatmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında qeyd olunur ki, “.....Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (MM-in 373.2-373.4-cü maddələri). Eyni zamanda, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətlərinin təyin edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur (MM-in 373.5-ci maddəsi). İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında əks olunmuşdur. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( MM-in 375.1 və 375.2 maddələri). L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına (nəzərə almaq lazımdır ki, Konstitusiya Məhkəməsinin şərhləri məcburi xarakterə malikdir) əsasən hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2ci maddəsi). İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə, məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Beləliklə kollegiya hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən apellyasiya şikayətində qeyd olunmuş dəlillər birinci instansiya məhkəməsinin mülki iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Balakən Rayon Məhkəməsinin 30 mart 2021-ci il tаrixli, 2(019)-124/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 30 mart 2021-ci il tаrixli, 2(019)-124/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verə bilməz. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar